FİZİKİ TƏRBİYƏNİN VASİTƏLƏRİ
1. DÜZGÜN GÜN REJİMİ
2. SƏMƏRƏLİ QİDALANMA
3.
MƏDƏNİ
GİGYENİK
ADƏT
VƏ
VƏRDİŞLƏRİN
FORMALAŞMASI
4. SU, HAVA, GÜNƏŞ VANNASI
5. GİMNASTİKA VƏ HƏRƏKƏTLİ OYUNLAR.
Məktəbəqədər
yaşlı
uşaqların
fiziki
tərbiyəsinin
vəzifələrini
müvəffəqiyyətlə həyata keçirmək üçün və bu işdə yüksək səmərə əldə etmək
məqsədi ilə məktəbəqədər təhsil müəssisələrində uşaq orqanizminə elmi cəhətdən
əsaslandırılmış vasitələrlə planauyğun, kompleks şəkildə təsir göstərilir. Bu vasitələr
aşağıdakı kimi qruplaşdırılır:
- gigenik faktorlar /düzgün gün rejimi, səmərəli qidalanma, mədəni-gigiyenik
adət və vərdişlərin formalaşdırılması/;
- təbiətin təbii qüvvələri /su, hava, günəş vannası/
- fiziki hərəkətlər.
Bu qruplaşmanı əsas tutaraq məktəbəqədər təhsil müəssisələrində fiziki
tərbiyənin aşağıdakı vasitələrindən istifadə olunur:
- düzgün gün rejimi;
- səmərəli qidalanma;
- mədəni-gigiyenik adət və vərdişlərin formalaşdırılması;
- su, hava, günəş vannası;
- gimnastika və hərəkətli oyunlar.
Uşaq orqanizminin fiziki inkişafında mədəni-gigiyenik adət və vərdişlərin
tərbiyəsinin mühüm əhəmiyyəti vardır.
İlk uşaqlıq çağlarından uşaqları yeməkdən əvvəl əllərini yumağa, sağ əllə
səliqəli yeməyi, qaşığı düzgün tutmağı, salfetdən istifadə etməyi, süfrə arxasından
durarkən sağ ol deməyi öyrətmək kimi elementar bacarıqlara yiyələndirmək
vacibdir. Məhz bu gigiyenik vərdişlər getdikcə adətlərin formalaşmasına səbəb
olacaqdır. Belə ki, uşaq nəinki əllərini düzgün yumağı, həm də sürətlə yumağı
öyrənəcəkdir.
Məlum olduğu kimi, uşağın sinir sistemi böyük plastikliyi ilə fərqlənir. Buna
görə də uşaqlarda lap kiçik yaşlardan sağlamlıq üçün lazım olan mədəni-gigiyenik
adət və vərdişlərin tərbiyə edilməsinə çalışmaq lazımdır.
Uşaq həyatının ilk üç ilində artıq, bir sıra elementar bacarıqlara /əllərin
yuyulması, sağ əllə səliqəli yemək, paltarlarını səliqə ilə yığmaq və s./ yiyələnirlər.
Lakin bu bacarıqlar hələ sabit deyildir.
Mədəni-gigiyenik adət və vərdişlərin formalaşdırılması işi bütün yaş
dövrlərində aparılmasını tələb etməsi də bu bacarıqların sabit olmamasından irəli
gəlir. Buna görə də müxtəlif yaş dövrlərində mədəni-gigiyenik adət və vərdişlərin
formalaşdırılması işini davam etdirib təkmilləşdirmək vacib şərt kimi həmişə qarşıda
durur. Burada əsas rol tərbiyəçilərin üzərinə düşür. Onlar izahat və göstərmə
üsulundan istifadə edərək uşaqlarda mədəni-gigiyenik adət və vərdişlərin tərbiyə
edilməsinə çalışmalıdırlar.
Uşaqlarda təmizlilik, səliqəlilik tərbiyə etmək üçün onlara mədəni-gigenik
adət və vərdişləri yerinə yetirməyi öyrətmək və buna müvafik vərdişlər yaratmaq
üçün məktəbəqədər təhsil müəssisələrində uşaqların həyatını gigiyenik tələblərə
uyğun qurmalı və burada əsas məsələ uşağın özünün, həm də onu əhatə edən şeylərin
təmizliyi olmalıdır.
Uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, qorunması, orqanizmlərinin
fizioloji və psixi funksiyalarının təkmilləşdirilməsi üçün gün rejiminin böyük
əhəmiyyəti vardır.
Uşaqların gün ərzində müxtəlif fəaliyyətlərini /qidalanmalarını, yuxularını,
yuyunmalarını, oyunlarını və s./ və istirahətlərinin düzgün növbələşməsini nəzərdə
tutan gün qaydası rejim adlanır. Rejimdə uşaqların yuxudan durduqdan sonra bütün
gün ərzində onların fəaliyyətlərini nizamlayan vaxt bölgüsünə əməl etmək və rejim
anlarını düzgün yerinə yetirilməsinə nail olmaq əsas prinsip kimi götürülür. Rejimin
belə qurulması uşaqların vaxtlı-vaxtında yatmalarını, qida qəbul etmələrini, təmiz
havada olmalarını, sağlamlıq tədbirlərinin həyata keçirilməsini təmin edir. Müəyyən
saatlarda yemək, yatmaq, eyni vaxtda məşğələlər, gəzinti, yuxu və s. uşaqları
mütəşəkkil fəaliyyətə öyrətməklə, onlarda lazımlı adət və vərdişlər yaradır, eyni
zamanda mərkəzi əsəb sistemini yorğunluqlardan qoruyur. Buna görə də rejimi tərtib
edərkən onun uşaq orqanizminin fizioloji proseslərinin ritminə uyğunluğunu, aktiv
fəaliyyətlə istirahətlərinin növbələşməsini nəzərdə saxlamaq vacib şərtdir.
Uşaqların fiziki inkişafında onların qidalarının və qidalanma şəraitinin düzgün
qurulması da mühüm rol onayır. Uşaqların qidalanması zamanı onların qidasına
bütün qida maddələrinin daxil olması zəruridir. Bu qida maddələrindən olan yağlar,
zülallar, karbohidratlar, mineral duzlar, vitaminlər və s. uşaq orqanizminin
funksiyalarının normal inkişafına kömək edir. Buna görə də bu qida növlərindən
uşaqların səmərəli qidalanmasına xüsusi diqqət verilməlidir. Belə ki, uşağın səmərəli
qida alması üçün onların qidasının kaloriliyinə, düzgün kimyəvi tərkiblərinə,
müxtəlifliyinə, qidanın hazırlanması və təşkilinə nəzarət edilməlidir .
Uşaqların fiziki tərbiyəsində uşaq orqanizminin müqavimət qabiliyyətini
artırmaq, onun həyatda müxtəlif zərərli təsirlərə qarşı mübarizə aparmaq
qabiliyyətini inkişaf etdirmək üçün onun orqanizmini möhkəmləndirmək zəruri bir
işdir.
Möhkəmlənmə dedikdə, xarici mühitin zərərli təsirlərinə orqanizmin
müqavimət qabiliyyətini artırmağa yönəldilmiş tədbirlər sistemi nəzərdə tutulur.
Möhkəmlətmə sistemi təbii amillərdən istifadə etməyin müxtəlif üsullarını
nəzərdə tutur.
Uşaqların fiziki inkişafında hərəkətlərin də böyük əhəmiyyəti vardır. Fiziki
hərəkətlər uşaq orqanizminin düzgün, normal inkişafında güclü təsirə malikdir.
Bunu nəzərə alaraq məktəbəqədər təhsil müəssisələrində fiziki hərəkətləri özündə
birləşdirən gimnastika və hərəkətli oyunlara fiziki tərbiyənin ən güclü vasitəsi kimi
xüsusi diqqət verilir.
Gimnastika və hərəkətli oyunlar uşaq orqanizminin inkşafına böyük təsir
göstərir, sümüklərin böyüməsinə, əzələlərin möhkəmlənməsinə kömək edir, daxili
orqanların işini qüvvətləndirir, onlarda şadlıq və gümrahlıq hissi oyadır.
Gimnastika özündə əzələlərin müxtəlif qruplarını möhkəmləndirən ümumi
inkşafetdirici hərəkətləri, əsas hərəkətləri və yenidən düzülmə, rəqs hərəkətlərini
birləşdirir.
Gimnastikanın təşkilində, aparılmasında tərbiyəçi böyük rol oynayır. O,
müxtəlif üsullardan istifadə edərək gimnastikanın canlı keçməsini və burada
uşaqların fəallığını təmin edir. Tərbiyəçi yerinə yetiriləcək hərəkəti əvvəlcə izah
edir, sonra isə uşaqlara göstərir. Bu üsuldan ən çox kiçik qrupda istifadə olunur.
Qrupun tərkibindən, qarşıya qoyulan vəzifələrdən asılı olaraq tərbiyəçinin üsulları
dəyişilir. Əgər kiçik, orta, böyük qrupda hərəkətlər tərbiyəçinin göstərdiyi qaydada
icra olunursa, böyük qruplarda artıq hərəkətlər tərbiyəçinin göstərişi ilə edilir.
Ədəbiyyat
1. R.Mursaqulova, N.Rüstəmova. Məktəbəqədər pedaqogika (Dərslik).Bakı-2002.
ADPU
2. A.Həsənov Məktəbəqədər pedaqogika. Bakı, “Nasir” nəşriyyatı, 2000
3. Zeynalova.S.Cəmilzadə.Məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi və
inkişaf..Bakı.2014
4. Sadıqova T.B. Uşaq bağçasında fiziki mədəniyyət. Bakı, Nasir, 2013 , 290 səh.
5. Sadıqova T.B .Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkili.
Bakı, Nərgiz , 2010, 200 səh.
6. Sadıqova T.B . Uşaqlar üçün qaydalı oyunlar. Bakı, Çaşıoğlu, 2009
7. Sadıqova T.B. Məktəbəqədər pedaqogika. Bakı, Nərgiz, 2020
8. SadıqovaT.B və b.Uşaq bağçasının ailə ilə birgə işi. Bakı, 2012.
9. SadıqovaT.B. Uşaq bağçasının böyük qrupunda fiziki mədəniyyət məşğələləri.
Bakı, Nərgiz, 2009, 160 səh.
10.
SadıqovaT.B. Məktəbəhazırlıq qrupunda fiziki mədəniyyət məşğələləri. Bakı,
Çaşıoğlu, 2009
Dostları ilə paylaş: |