Excel 2010-da funksiyalar
Bazanın yaradılmasında qurulan cədvəli çərçivəyə almaq üçün Front qrupunda All borders yəni bütün kənarların sərhədləri bölməsinə tıklayırıq.Cədvələ fərqlilik vermək üçün ilk sətri arxa fondan rəng verərək ayırırıq.
AllBorders
Hər hansı bir xanaya şərh əlavə etmək üçün həmin xananın üzərində sağ düyməni tıklayırıq ,İnsert comment seçirik və rəyimizi yazaraq yaddaşa vura bilərik. Bunu daha qısa yolla etmək üçün Shift və F₂ düymələrini birlikdə basmaq lazımdır.
insertcomment
Cədvəldə olan hər hansı bir məlumatın dəyişilməsi Formatlama adlanır.
Copy (Ctrl+C) – Surətləmə Bir məlumatı mübadilə panelinə köçürmək üçün istifadə olunur.Hər hansı bir cədvəldə və ya xanada mövcud olan məlumatı digər tərəfdə də təkrarlamaq istəyiriksə,bu zaman Copy və Paste bölmələrindən istifadə edirik . Lazım olan obyekti seçərək Copy edirik və lazım olan yerə kursoru vuraraq , Paste edirik və ya Copy etmək üçün Ctrl+C ; Paste etmək üçün isə Ctrl+V düymələrini birlikdə basa bilərik.
Cut (Ctrl+X) – Kəsmək Hər hansı bir obyekti olduğu yerdən kəsərək, lazım olan yerə tətbiq etmək üçündür.Bunun üçün obyekt seçilir Cut tıklanır lazım olan sahədə bir hissə seçilərək Paste edilir və ya obyekt seçilərək Ctrl + X və tətbiq ediləcək hissə qeyd edilərək Ctrl + V basılır.
Dostları ilə paylaş: |