1. Tətbiqi proqram təminatı



Yüklə 38,12 Kb.
səhifə3/11
tarix02.01.2022
ölçüsü38,12 Kb.
#41609
1   2   3   4   5   6   7   8   9   10   11
proqramlar

Vəliyev Bayram,BT-46

Power Point 2010-un əsas anlayışları

Power Point proqramı ofis proqramlarından biridir. Bu proqram öz rəngarəngliyi ilə fərqlənir. Power Point poroqramında yaradılan sənəd Təqdimat (Presentation- Презентация) adlanır. Təqdimat slaydlardan ibarətdir. Slaydlar üzərində müxtəlif obyektlər - şəkil, mətn, diaqram, fiziki sxem və qrafiklər yerləşdirmək mümkündür. İllüstrasiyaların, animasiyaların, səslərin köməyi ilə Təqdimat yaratmaq olar. Son zamanlar mühazirəçilər, dissertantlar bu proqramdan daha çox istifadə edirlər. Çünki, Multimedia Projektor xüsusi qurğusunu kompüterə qoşduqda həmin slaydları divardan asılmış böyük ekranda əks etdirmək mümkündür. Kompüter texnologiyalarının tətbiqi istifadəçinin bilik və bacarıqlarını genişləndirir və yüksək səviyyəli düşüncə vərdişlərinin inkişafına yardım edir. Kompüter texnologiyalarının istifadəsi kompüterin araşdırma aparılması, nəşrlərin yaradılması və ya məlumat mübadiləsi aləti kimi istifadəsinə gətirir. Yaradıcı və tənqidi düşüncə vərdişləri formalaşır. Modelləşdirilmə və verilənlərin funksiyalar və qrafiklərin köməyi ilə təvsir edilməsi üçün kompüter texmologiyalarından istifadə olunur. Verilənlərin doğruluğunu əsaslandırmaq üçün çoxlu sayda mənbələrdən istifadə olunur. Təqdimatın dizaynında müəllifin əməyi dizaynın elementlərindən düzgün istifadə edərkən nəzərə çarpır. Müxtəlif çeşidli təqdimat etmək üçün təşəbbüslər irəli sürülməlidir. Slaydları oxumaq mümkün olmalıdır. Effektlərdən və fonlardan, rəng çalarlarından zövqlə istifadə olunmalıdır. Dəqiq planlaşdırılmış və çeşidli təqdimat yaratmaq üçün təqdimatın mənasını anlamaqda kömək edən effektlər, qrafika, fon, səs müşaiyyətindən düzgün istifadə etmək lazımdır. Yaradıcılıq və özünəməxsusluq, nadirlik və ya yeni fikirlər təqdimatın yaradılmasında əsas funksiyalardan biridir. Originallıq elementləri, bir neçə yeni fikirlər təqdimatı daha da zənginləşdirir. Yeni özünəməxsus ideyalar, maraqlı müəllif fikirləri, mövzunun işıqlandırılmasında böyük əhəmiyyət kəsb edir. Özünəməxsus yaradıcı üsul dəqiq və aşkar olmalıdır. Təkcə təfəkkürün deyil, yüksək səviyyədə düşüncə bacarığının formalaşması vacibdir. İstifadəçi kompütersiz diaqramlar və qrafiklər yaradılması sahəsində (əl ilə) işləmə təcrübəsinə malik olmalıdır. Həmçinin multimediya təqdimatları haqqda və İnternetdə axtarış sahəsində müəyyən təcrübəyə malik olmalıdır.




Yüklə 38,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin