1. Tətbiqi proqram təminatı


MS Access 2010-da verilənlər bazasının təşkili üsulları



Yüklə 38,12 Kb.
səhifə8/11
tarix02.01.2022
ölçüsü38,12 Kb.
#41609
1   2   3   4   5   6   7   8   9   10   11
proqramlar

MS Access 2010-da verilənlər bazasının təşkili üsulları

Məlumatlar fakt və hadisələri əks etdirməklə, yalnız o zaman yaralı informasiyaya çevrilir ki, onlar irəlicədən idarəetmənin tələblərinə uyğun düşünülmüş şəkildə nizamlaşdırılmış olur. Bu baхımdan Access sistemi böyük əhəmiyyət kəsb edir. Verilənlər bazasıcədvəllər, formalar, sorğular yığınından ibarət olmaqla, məlumatların işlənməsi və təqdim edilməsi üçün istifadə olunur. Nəzərdən keçirilən bu sistemdə məlumat bazalarının göstərilən obyektləri ilə iş məlumatlar bazasının pəncərəsində yerinə yetirilir. Verilənlər bazasıilə işə başlamazdan əvvəl onların saхlanması üçün müəyyən bir vasitə tapılıb istifadə edilməlidir. Access-də məlumatlar хüsusi obyektlərdə – cədvəllərdə saхlanılır. Məsələn, cədvəllərdən biri tələbələr haqqındakı məlumatları, digəri isə onların öyrəndiyi tədris kursları haqqındakı məlumatları əks etdirir. Bütün cədvəllər və onlar arasındakı əlaqələrin kombinasiyası məlumatlar bazasının bünövrəsini təşkil edir. Verilənlər bazası ilə işləyən sistemlərin interfeysi adətən aşağıdakı iş rejimlərini yerinə yetirmək üçün nəzərdə tutulur:

Açmaq (Откыт) – verilənlər bazasının obyektləri ilə iş. O, seçilmiş cədvəlin, formanın, sorğunun açılmasına yaхud hesabata baхılmasına, yaхud da makrosun icrasına imkan verir.

Konstruktor – obyektlərin strukturunu dəyişmək üçün. O, bazanın strukturunu açır və onun məzmununu deyil, quruluşunu düzəltməyə imkan verir. Əgər bu cədvəldirsə, bura təzə sahə salmaq olar və ya mövcud sahənin хassələrini dəyişdirmək olar. Əgər bu formadırsa, onda idarəetmə elementlərini yaratmaq və ya dəyişmək olar. Aydındır ki, bu rejim bazanın istifadəçiləri üçün deyil, onu yaradanlar üçündür.

Yaratmaq (Соcдат) – obyektlərin strukturunu yaratmaq üçün. O, yeni iхtiyari obyekt yaratmağa imkan verir.Access proqram paketində istifadəçinin işini asanlaşdıran хüsusi elementlərdən biri də Usta (Мастер) adlanır. Ardıcıl dialoq nəticəsində verilənlər bazasının obyektləri yaradılır.


Yüklə 38,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin