Subboreal bozqır vilayətləri. Yer kürəsində qara və şabalıdı torpaqlardan ibarət 3 subboreal bozqır vilayəti ayrılmışdır. Onlar içərisində böyüklüyünə görə Avrasiya vilayətidir. Rusiyanın torpaq rayonlaşdırılmasında bu vilayət Mərkəzi meşə-bozqır və bozqır vilayəti adlandırılmışdır. İkinci yerdə Şimali-Amerika subboreal bozqır vilayəti gəlir.
Qara torpaqlar daxilində yuyulmuş, adi və cənub qaratorpaqları yarımzonası ayrılır. Amerika qaratorpaqları Ukrayna qaratorpaqları kimi böyük qalınlığa malik olmasa da, Sibir qaratorpaqları kimi yuxa qaratorpaqlar burada müşahidə olunmur. Amerikanın şabalıdı torpaqları arasında iki yarımzona ayırırlar: tünd-şabalıdı və açıq-şabalıdı.
Subboreal bozqır vilayətlərinin ümumi sahəsi təqribən 704 mln.ha-dır. Bunun 704 mln.ha-ı qaratorpaqların, 258 mln.ha-ı isə şabalıdı torpaqların payına düşür, çəmən-qara torpaqlar və çəmən-şabalıdı torpaqlar 40 mln.ha, şorakətlər 28 mln.ha, allüvial torpaqlar təqribən 30 mln.ha-dır. Bu vilayətlər dünyanın başlıca olaraq taxılçılıq rayonlarıdır. Qara torpaqlar zonasında əkinçilikdə istifadə edilən torpaqlar 260 mln.ha, şabalıdı torpaqlarda 110 mln.ha təşkil edir. Qaratorpaqların və çəmən-qara torpaqların kənd təsərrüfatı mənimsənilməsi 52%, şabalıdı torpaqlarınkı isə təqribən 22%-dir. Qara torpaqlar zonasında ən yaxşı sahələr tamamilə mənimsənilmişdir, burada çoxlu sayda şəhər, qəsəbə və kənd tipli məntəqələr salınmışdır. Yamaclarda yerləşmiş torpaqlar eroziya əleyhinə tədbirlərin görülməsini tələb edir.
Dostları ilə paylaş: |