1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə88/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   84   85   86   87   88   89   90   91   ...   109
Torpaq coğrafiyaaı tam suallar

47. Qonur yarımsəhra torpaqlar

Genezisi. Qonur yarımsəhra torpaqların profilində bozumtul-qonur və ya sarımtıl-boz rəngli, yumşaq quruluşlu və lay-lay strukturlu humuslu-elüvial horizont A1 yaxşı seçilir. Humus horizontunun qalınlığı 10-15 sm-dir.Yağıntıların azlığı və yüksək temperatur şəraiti humus maddələrinin yanma və parçalanması ilə bağlı proseslərinin qısalığını şərtləndirir. Bu proseslər torpaqda əlverişli nəmlik şəraitinin yarandığı yaz fəslində cərəyan edir. Az humusluluq və humus horizontlarının yuxalığı – qonur yarımsəhra torpaqlarının səciyyəvi xüsusiyyətidir. Şorakətlilik – qonur yarımsəhra torpaqların zonal əlamətidir. İlk dəfə, V.V.Dokuçayev bu əlaməti müşahidə edərək, bu torpaqları “qonur şorakətləşmiş torpaqlar” adlandırmışdır. Şorakətləşmə əlaməti yüngül qranulometrik tərkibli torpaqlarda özünü zəif ifadə edir. Bütövlükdə qonur yarımsəhra torpaqları karbonatlardan, gips və asan həll olan duzlardan zəif yuyulmuşdur.

Təsnifatı. Qonur yarımsəhra torpaqları uzun müddət sərbəst tip kimi ayrılmamışdır. Bu torpaqların bir tərəfdən açıq-şabalıdı torpaqlar, digər tərəfdən boz-qonur səhra və boz torpaqlarla oxşar cəhətləri onların
sərhədinin müəyyən edilməsində və genetik tip kimi ayrılmasında çətinliklər yaratmışdır. V.V.Dokuçayev (1900) əvvəlcə şabalıdı və qonur yarımsəhra torpaqları bir-birindən ayırmışdı, lakin sonradan onları “şabalıdı və qonur torpaqlar” tipi altında birləşdirmişdir. Sonralar tədqiqatçılar tərəfindən qonur
yarımsəhra torpaqları sərbəst tip kimi ayrılmış, onların genetik əlamətləri və sərhədləri dəqiqləşdirilmişdir. Qonur yarımsəhra torpaqların yarımtiplərə ayrılması onların humusluluq dərəcəsi, torpaq profilinin asan həll olan duzlardan yuyulması və temperatur rejiminin xüsusiyyətləri əsasında aparılmışdır.
Qonur yarımsəhra torpaqları daxilində üç yarımtip ayırırlar: qonur yarımsəhra tipik isti qısa müddətə donan (Xəzərsahili), qonur yarımsəhra açıq isti donan, (Qazaxıstan) və qonur yarımsəhra gipssiz mülayim isti uzun müddət donan (Mərkəzi Asiya). Qonur yarımsəhra torpaqların cinslərə bölünməsi onların şorakətliliyi, şoranlığı və karbonatlığı əsasında aparılır.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin