1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə85/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   81   82   83   84   85   86   87   88   ...   109
Torpaq coğrafiyaaı tam suallar

45. Şorəkətli torpaqlar

İllüvial horizontunda (B) udulmuş halda böyük miqdarda mübadilə olunan natrium və bəzən də maqnezium toplanan torpaqlar şorakərli torpaqlar adlanır. Onlar torpaq profilinin kəskin təbəqələşməsi və əlverişsiz aqronomik xassələri ilə səciyyələnir. Şorakətlər də şoranlar kimi şorlaşmış torpaqlar kateqoriyasına aid edilir. Lakin şoranlardan fərqli olaraq şorakətlərdə asan həll olan duzlar torpağın səthində deyil, profilin müəyyən dərinliyində yerləşmişdir.



Genezisi. İnkişaf prosesində şorakətlərin profili bir neçə aydın seçilən horizonta bölünür: A1- humuslu-elüvial (şorakətüstü), B1- şorakətli ( və ya ilüvial), B2 – şorakətaltı və C- torpaqəmələgətirən süxur. Humuslu-elüvial horizont topavari və ya plastik strukturlu olub, laylı, məsaməli, lil fraksiyalarında yuyulmuş, ona görə də yüngül qranulometrik tərkiblidir. Bu horizontun rəngi müxtəlifdir: yarımsəhra və quru bozqır zonalarının şorakətlərində açıq-qonur, qonur və ya qonurvari-boz (şabalıdı), bozqır və meşə-bozqır zonasının torpaqlarında –tünd-boz və bəzən də qaradır. Horizontun qalınlığı 2-3-dən 20-25 sm-ə kimi dəyişir. Şorakətli horizont qəhvəyi çalarlı tünd –qonur və ya qonur rəngdədir. Strukturu sütunşəkilli, nadir hallarda prizmaşəkilli, qozvari və ya kəltənvaridir. Quru halında horizont bərk və çatlaqdır, nəm halında yapışqan və struktursuzdur. Şorakətli horizontun qalınlığı 7-12 və 20-25 sm və daha böyükdür. Şorakətləşmə prosesi altında torpağın üzvi və mineral hissəsinin dispersliyinin kəskin yüksəlməsi nəticəsində udma komleksinə natrium ionunun daxil olması, suya münasibətdə kolloidlərin davamlılığının aşağı düşməsi və torpaqların qələvi reaksiyasının yaranması başa düşülür.

Təsnifatı. Şorakətlərin ən mühüm genetik və meliorativ xüsusiyyətləri (kimyəvi xassələri, şorlaşma dərəcəsi və başqa əlamətləri) onların formalaşmasının hidroloji şəraitləri ilə müəyyən olunur. Ona görə də hazırda şorakətlər onların su rejiminə və onunla əlaqədar kompleks xassələrinə (duz rejiminin xüsusiyyətlərinə, humusun toplanmasına) görə üç tipə bölünür: avtomorf şorakətlər, yarımhidromorf şorakətlər, hidromorf şorakətlər. Avtomorf (bozqır) şorakətlər qrunt sularının dərində (6 mdən aşağı) yerləşdiyi ərazilərdə formalaşır. Onların yaranması şorlaşmış torpaqəmələgətirən süxurların səthə çıxması ilə əlaqədardır. Avtomorf torpaqlar quru-bozqır (şabalıdı şorakətlər) və yarımsəhra (qonur yarımsəhra şorakətləri) zonalarında geniş yayılmışdır. Yarımhidromorf (çəmən-bozqır) şorakətlər birinci və ikinci subasar terrasların üzərində, əlavə səth və yeraltı suların izafi nəmliyinin təsir etdiyi gölqırağı çökəkliklərdə formalaşır. Qrunt suları 3-6 m dərinlikdə yerləşir. Bitki örtüyü qara yovşan, şrenk yovşanı , kərmək və başqa bitkilərdən ibarətdir. Hidromorf (çəmən, çəmən-bataqlıq və çəmən donuşlu) şorakətlər çayların subasar hissəsində, gölqırağı çökəkliklərdə və başqa depressiya səhələrində çəmən-şorakətli bitkilər altında formalaşır. Şorakət çəmən torpaqlar qrunt suyunun səthə yaxın olduğu şəraitlərdə (3 m-ə kimi) inkişaf edir və daim və ya vaxtaşırı olaraq su-duz məhlulunun təsirinə məruz qalır. Çəmən-bataqlıq şorakətləri göllərin periferiyasında qrunt sularının səthə yaxın olduğu şəraitdə və izafi səth sularının təsiri altında formalaşmışdır. Çəmən-donuşlu şorakətlər çoxillik donuşluğun səthə yaxın olduğu ərazilərdə təsadüf olunur


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin