1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə82/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   78   79   80   81   82   83   84   85   ...   109
Torpaq coğrafiyaaı tam suallar

Torpaqəmələgətirən süxurlar. Əsas torpaqəmələgətirən süxurlar müxtəlif qranulometrik tərkibli lös və lösabənzər gillicələrdir. Oka-Don düzənliyində, Ön Qafqazda, Volqa sahillərində, Qazaxıstan və Qərbi Sibirin bir sıra rayonlarında gilli süxurlara təsadüf olunur. Meşə-bozqır və bozqır zonasında torpaqəmələgətirən süxurların əsas xüsusiyyəti – onların karbonatlığıdır. Ayrı-ayrı əyalətlərdə (Qərbi Sibir, Qazaxıstan) şorlaşmış süxurlar yayılmışdır.

Bitki örtüyü. Meşə-bozqır zonasının bitki örtüyü yaxın keçmişdə meşə sahələri ilə çəmən-bozqırların bir-birini əvəz etməsindən ibarət olmuşdur. Hazırda meşə sahələri suayrıcı sahələrdə, çay terraslarında qalmışdır. Bu meşələrin ağac tərkibi əsasən palıddan ibarətdir. Qərbi Sibirdə palıd meşələrini toz ağacı sahələri əvəz edir. Qumlu terraslarda hətta şamlıqlar da yayılmışdır. Çəmən-bozqırların bitki örtüyü aşağıdakı bitkilərlə təmsil olunmuşdur: şiyav, dovşantopalı, bozqır vələmiri , nazikbaldır , tonqalotu , sürvə , sarı yonça , zınqırovotu və s. Bozqır zonasının bitki örtüyü otmüxtəlifliyi-şiyav və dovşantopalı-şiyav bitkilərindən ibarətdir. Hazırda qaratorpaqların əsas massivləri şumlanmışdır. Təbii bitkilik yalnız ayrı-ayrı sahələrdə qalmışdır.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin