Torpaqəmələgətirən süxurlar əksər hallarda elüvial-delüvial və allüvial çöküntülərlə təmsil olunmuşdur. Litva və Belorus ərazisində buzlaq mənşəli örtük gillicəliləri, Zakarpatyedə qırmızımtıl aşınma qabığı torpaqəmələgətirən süxur rolunda çıxış edir.
Bitki örtüyü qərb rayonlarında enliyarpaq (vələs, fıstıq, palıd, göyrüş) və iynəyarpaq-enliyarpaq meşələrlə (palıd və şam), Uzaq Şərqdə isə bir qədər fərqli tərkibə (palıd, cökə, ağcaqayın, ağ şam, sidr və sayan şamı) malik iynəyarpaq-enliyarpaq meşələrlə təmsil olunmuşdur. Uzaq Şərqin bir qədər quraq rayonlarında, yağıntıların buxarlanmaya bərabər olduğu Zeya və Bureya çaylarının terraslarında iynəyarpaqlı enliyarpaq meşələri çəmən-bozqır, taxıllı-paxlalı-otmüxtəlifliyi əvəz edir. Burada Amur prerilərinin çəmən-qaratorpağabənzər torpaqları inkişaf etmişdir. Burada həmçinin çəmən-bataqlıq və bataqlıq bitkiləri də yayılmışdır.
Genezisi. Mülayim və rübubətli iqlim şəraitində inkişaf edən qonur meşə torpağının sərbəst tip kimi ayrılmısı təklifi ilk dəfə 1905-ci ildə alman torpaqşünası Y.Raman tərəfindən irəli sürülmüşdür. O, bu torpağı “qonur torpaq” (braunerde) adlandırmışdır. Lakin torpaqşünasların II Beynəlxalq konqresində (1930) “qonur torpaq” termininin “qonur meşə torpağı” ilə əvəz edilməzi qərarı qəbul edilmişdir.
Qonur torpaqların formalaşması prosesi qonurtorpaqəmələgəlmə adlanır. O, əsasən humus-akkumulyativ prosesdən, gilləşmə və lessivajdan ibarətdir
Dostları ilə paylaş: |