1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Tayqa meşə zonasının torpaq örtüyünün strukturu



Yüklə 132,98 Kb.
səhifə75/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   71   72   73   74   75   76   77   78   ...   109
Torpaq coğrafiyaaı tam suallar

39 .Tayqa meşə zonasının torpaq örtüyünün strukturu .
Zonanın torpaq örtüyü xırda konturluluğu, avtomorf və müxtəlif dərəcədə hidromorfluluğa malik torpaqların, həmçinin eroziyaya uğramış torpaqların geniş kombinasiyalar yaratması ilə səciyyələnir. Mikrorelyefin inkişafı ilə əlaqədar burada xal-xalkompleks formalar geniş yayılmışdır. Xal-xal forma müxtəlif dərəcədə podzollaşmış torpaqlardan, komplekslər isə avtomorf və yarımhidromorf torpaqların mikrokombinasiyalarından ibarətdir.

Birləşmələrdə çox vaxt xal-xal və komplekslərin konturları iştirak edir ki, bu da tarlanın ayrı-ayrı sahələrində və münbitliyin səviyyələrində xeyli yekcinslik yaradır. Ona görə də tayqa-meşə zonasında torpaqlardan düzgün istifadənin vacib şərti kimi torpaq örtüyünün strukturunu nəzərə almaqla ayrı-ayrı sahələrin torpaqlarının münbitliyindəki fərqlərin aqrotexniki vasitələrlə hamarlanmasıdır. Təpəli-morenli relyefə malik ərazilərdə (Valday yüksəkliyi, Klin-Dmitrov silsiləsində və s.) torpaq örtüyünün strukturunda müxtəlif podzollaşma və eroziya dərəcəsinə malik torpaqların çökəkliklərin bataqlaşmış torpaqları ilə kontrastlı birləşmələr yaratması səciyyəvidir.



Örtük gillicələrdən təşkil olunmuş yüksək sahələrin torpaq örtüyünün strukturunda müxtəlif dərəcədə podzollaşmış çimli-podzol torpaqların çimli-podzol səthdən qleyli torpaqlarla yaratdığı kontrastsız sadə xırda konturlu birləşmələr daha geniş yayılmışdır. Bu cür birləşmələr çox vaxt dayaz dərə-yarğan şəbəkəsinin çimli- qleyli və çimli-podzol qleyli torpaqlarının konturları vasitəsilə mürəkkəbləşmişdir. Düzən sahələrdə isə çimli- qleyli, bataqlıq-podzol və bataqlıq torpaqların kontrastlı birləşmələri hakimdir. Polesiyada yüksəklik (“quru”) sahələrin torpaq örtüyünün strukturu müxtəlif dərəcədə podzollaşmaya məruz qalmış çimli-podzol torpaqların çimli-podzol səthdən qleyli torpaqlarla kontrastsız və həmçnin çimli- podzol torpaqların çimli-podzol qleyvarı və qleyli ilüvial-dəmirli-humuslu torpaqlar kontrastlı birləşmələrindən ibarətdir. Sonuncu çökək sahələrdə yayılmışdır.

Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin