1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə76/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   72   73   74   75   76   77   78   79   ...   109
Torpaq coğrafiyaaı tam suallar

40.Bataqlıq torpaqlar

Genezisi. Bataqlıq torpaqların formalaşması və inkişafı səth və qrunt sularının törətdiyi izafi nəmliyin təsiri altında baş verir. Bu torpaqlar iki paralel prosesin – torfəmələgəlməqleyləşmənin təsiri altında formalaşır. Onları çox vaxt bir termin – “bataqlıq prosesi” adı altında birləşdirirlər.

Torfəmələgəlmə - torpaq səthində izafi nəmlik şəraitində bitki qalıqlarının humuslaşmasının və minerallaşmasının yavaşıması nəticəsində əmələ gəlmiş yarıparçalanmış qalıqlarının toplanmasıdır. Anaerob şəraitdə üzvi qalıqların parçalanması zamanı torpaq səthində torf şəklində yarıparçalanmış üzvi maddələr toplanır. Torf qatının qalınlığı 10 m və daha çox olur. Torfun yaranmasında başlıca rol müxtəlif torpaq mikroorqanizmlərinə məxsusdur. Təbii halda torf qatında suyun miqdarı 95%-ə çatır.

Qleyəmələgəlmə zamanı torpaqda ilkin və törəmə mineralların parçalanması baş verir. Bundan başqa dəyişkən valentli elementlərin (Fe, Mn, S və N) birləşmələri də çevrilməyə məruz qalır. Qleyəmələgəlmənin səciyyəvi xüsusiyyəti – dəmir oksidinin iki valentli oksidə reduksiya olunmasıdır. Qleyləşmə zamanı torpaq silisium turşuları ilə zənginləşir və onda dəmir və alüminiumun miqdarı azalır.

Təsnifatı. Tayqa-meşə zonasının bataqlıqları qalın torf qatına malik yuxarı bataqlıqaşağı bataqlıq olmaqla iki qrupa bölünür. Onlar da öz növbəsində daha kiçik taksonomik vahidlərə bölünürlər. Yuxarı bataqlıq torpaqlar tayqa-meşə zonasının şimali və orta tayqada, həmçinin Qərbi Sibirin şimalında, Kamçatka və Saxalində geniş yayılmışdır. Onlar ən çox suayrıcı sahələrin hərəkətsiz şirin suların təsiri altında olan ərazilərində formalaşmışdır. Torpaqəmələgəlmə prosesinin inkişaf dərəcəsindən asılı olaraq iki yarımtipə bölünür – bataqlıq torflu –qleyliyuxarı bataqlıq-torflu. Bataqlıq torflu-qleyli torpaqlar (torflu horizontların qalınlığı 50 sm-dən azdır) suayrıcının daha aşağı hissəsində və ya yuxarı bataqlıqların kənarlarında qumlu terraslar və zandr düzənlikləri üzərində formalaşır. Yuxarı bataqlıq torflu torpaqlar suayrıcı düzənliklərdə və tayqa-meşə zonasının qumlu terraslarında (torflu horizontların qalınlığı 50 sm-dən çox) yuxarı torflu bataqlıqların mərkəzi hissəsini tutur. Onun yayıldığı ərazidə xüsusi oliqotrof bitkilər yayılmışdır. Aşağı bataqlıq torflu torpaqlar relyefin dərin depressiyalarında, qədim subasar terraslarda və çay vadilərinin aşağı hissələrində formalaşır.

Bu torpaqların yaranması avtotrof və mezotrof bitkilərin və sərt qrunt sularının izafi nəmliyinin təsiri altında baş verir. Torpaqəmələgəlmə prosesinin inkişaf dərəcəsinə görə aşağı bataqlıq torpaqların 4 yarımtipini ayırırlar: aşağı zəifləmiş torflu-qleyli; aşağı zəifləmiş torflu; aşağı (tipik) torflu-qleyli; aşağı (tipik) torflu. Birinci iki yarımtip zəif minerallaşmış qrunt sularının, qalanları isə sərt qrunt sularının təsiri altında formalaşır. Birinci iki yarımtip əsasən şimali və orta tayqada, sonuncular isə cənubi tayqa və meşə-bozqırda yayılmışdır. Bataqlıq torflu torpaqların xassətərkib xüsusiyyətləri ilk növbədə torflu horizontların xassə və tərkib xüsusiyyətləri ilə müəyyən olunur. Qleyli horizontların tərkibi ana süxurun tərkibindən asılıdır. Onlar adətən sıx olub əlverişsiz xassələrə malikdirlər. Tərkibində dəmirin iki valentli oksidləri vardır. Yuxarı və aşağı bataqlıq torpaqların torpaqəmələgəlmə şəraitindəki fərqlər onların torflu horizontlarının tərkib və xassələrindəki fərqləri müəyyən edir




Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin