1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Tayqa meşə zonasının podzol torpaqları



Yüklə 132,98 Kb.
səhifə71/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   67   68   69   70   71   72   73   74   ...   109
Torpaq coğrafiyaaı tam suallar

37. Tayqa meşə zonasının podzol torpaqları.

Genezisi. Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleylilessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir. Podzol torpaqların adı rus dilində işlənən “podzol” sözündən götürülmüşdür. Bu termin ilk dəfə V.V.Dokuçayev tərəfindən elmi ədəbiyyatda işlədilmişdir. Podzollaşma prosesi daha təmiz formada ot örtüyü zəif inkişaf etmiş və ya olmayan iynəyarpaq meşələr altında baş verir. Ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasən torpağın səthində meşə döşənəyi formasında toplanır. Bu qalıqların tərkibində kalsium, azot, az və bir çox çətin parçalanan birləşmələr, liqnin, mum, qətran və aşı maddələr çoxdur. Meşə döşənəyinin turş məhsullarına bilavasitə torpağın özündə yaşayan mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində yaranmış turşular, həmçinin bitki köklərinin ifraz etdiyi turşular da əlavə olunur.

Lakin mikroorqanizmlərin və bitkilərin sağ ikən mineralların parçalanmasında oynadığı rola baxmayaraq, podzollaşmada ən böyük rol meşə döşənəyindəki üzvi qalıqların parçalanması zamanı yaranan spesifikqeyri-spesifik təbiətli turş məhsullara məxsusdur. Podzollaşma prosesi nəticəsində meşə döşənəyinin altında podzol horizontu yaranır. Meşə döşənəyindən və podzol horizontdan yuyulmuş maddələrin bir hissəsi podzol horizontundan aşağıda toplanır. Nəticədə lil hissəcikləri, dəmir və alüminiumun biryarımlıq oksidlər və bir sıra başqa birləşmələrlə zəngin ilüvial horizont əmələ gəlir. Yuyulmuş maddələrin qalan hissəsi isə qrunt suyuna çataraq ona qarışır və torpaq profilindən kənarlaşır. İlüvial horizont sıxlıq əldə edir, bəzən çox bərk, sementlənmiş şəklə düşür.



Təsnifatı. Podzol torpaqların səthində qalınlığı 2-5, bəzən 10 sm-ə qədər olan meşə döşənəyi (Ao) formalaşmışdır. Ondan aşağıda zəif inkişaf etmiş humus horizontu yerləşmişdir. Zəif inkişaf etmiş humus horizontu ya kobud humus layı ilə (AoA1), qalınlığı 1-3 sm, ya da meşə döşənəyindən yuyulmuş 3-5 sm dərinlikdə fulvat humuslu (A1A2) layla təmsil olunmuşdur. Zəif inkişaf etmiş humus horizontundan aşağıda podzollu (A2), sonra illüvial (B) və torpaqəməlgətirən süxur (C) yerləşmişdir. Üst horizontlar zəif turşdur. Podzol torpaqlar əsasən orta tayqa yarımzonasında formalaşmışdır. Bütün podzol torpaqlar podzol torpaqlar tipində birləşdirilmişdir. Podzollu torpaqlar 2 yarımzonal yarımtipə bölünür: qleyli-podzolpodzol. Sonuncu temperatur rejiminə görə də iki yarımtipə bölünür: podzol mülayim-soyuq donuşlupodzol soyuq üzunmüddət donuşlu.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin