Çimli dağ-çəmən torpaqları yarımtipi. Bu torpaqlar respublikamızın yüksək dağlıq ərazilərinin subalp Qurşağında daha geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli dağ-çəmən torpaqları dağ meşələri ilə alp Çəmənləri arasındakı geniş sahəni tutmaqla 1800-2000 (2500) m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlar Baş Qafqaz silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə Dübrar dağına qədər uzanır. Bu sahədə Yamaclar dik və bəzən uçurumlu olduğundan çimli dağ-çəmən torpaqları ancaq suayrıcı boyu inkişaf edərək dağ Düzənliklərinin səthində geniş örtük yaradır. Dübrar dağından şimal-qərbə, Baş Qafqaz silsiləsindən şimala isə Bu torpaqlar vahid zona təşkil edir.
Bazardüzü – Şahdağ – Böyük Süval istiqamətində yüksək dağlıq ərazinin Genişlənməsi və əlverişli iqlim şəraiti şimal-qərb istiqamətində çimli dağ-çəmən torpaqlarının tutduğu ərazilərin Daha da genişlənməsinə səbəb olur. Şahdağ və Suval dağları arasında respublikamızın digər dağlıq ərazilərindən Fərqli olaraq çimli dağ-çəmən torpaqlarının aşağı sərhədi 1800 m mütləq yüksəkliyə kimi enir. Buna başlıca səbəb bu ərazilərdə 2000-2200 m-dən yüksəkliklərdə termik şəraitin meşə bitkiləri üçün deyil çəmən bitkilərinin inkişafı üçün daha əlverişli olması ilə əlaqədardır.
Çimli dağ-çəmən torpaqları Talış və Zəngəzur silsilələrinin suayrıcı hissələrində bir növ bozqırlaşma şəraitində inkişaf edir. Qismən quraq keçən iqlim (xüsusilə ilin isti yarısında) ərazinin bitki örtüyünün tərkibinə, bu da öz növbəsində torpaqəmələgəlmə prosesinə təsir göstərmişdir. Kiçik Qafqaz dağlarında çimli dağ-çəmən torpaqları vahid zona yaradır. Nisbətən geniş əraziyə malik olan Qarabağ vulkanik yaylasının əlverişli relyef şəraiti bu torpaqların geniş sahədə inkişaf etməsi üçün daha əlverişli şərait yaratmışdır. Murovdağ silsiləsinin şimal və cənub yamaclarında yayılan çimli dağ-çəmən torpaqları vulkanik yaylanın eyni tip torpaqlarına qovuşur.
Dostları ilə paylaş: |