1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə39/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   35   36   37   38   39   40   41   42   ...   109
Torpaq coğrafiyaaı tam suallar

21) Torpaqların coğrafi yayılması

Torpaqların coğrafi yayılmasının qanunauyğunluqları yer səthində təbii şəraitin yayılması qanunauyğunluqlarına tabedir.

Bu müddəa torpaq coğrafiyasının aşağıdakı əhəmiyyətli bölmələrinin əsasında durur: üfüqi zonallıq haqqında təlim, şaquli zonallıq haqqında təlim, torpaq örtüyünün müxtəlifliyi və strukturu haqqında təlim.

Torpağın zonallığı

Torpaqların zonallığı haqqında təlim – V.V.Dokuçayevin torpağın əmələ gəlməsinin təbii-tarixi konsepsiyasının son bölməsidir.

V.V.Dokuçayev ilk dəfə Rusiya düzənliyində torpaqların enlik-zonallıq üzrə yayılmasını öyrənmiş və müəyyən etmişdir ki, şimaldan cənuba hərəkət etdikcə tundra torpaqları, podzol torpaqlar, boz meşə torpaqları, qara torpaqlar, şabalığı torpaqlar və boz yarımsəhra torpaqları bir-birini ardıcıl olaraq əvəz edir.

Torpaq-iqlim qurşaqları torpaq-bioiqlim vilayətlərinə bölünür. Hər torpaq-bioiqlim vilayəti ona məxsus atmosfer nəmliyinin rejimi və bitki örtüyünün tipi ilə səciyyələnir.

Aşağıdakı vilayətlər fərqləndirilir: 1) meşə, tayqa və ya tundra bitki örtüyünə malik rütubətli (ekstrahumid və humid); 2) bozqır, kserofit-meşə və savanna bitki örtüyünə malik keçid (subhumid və subarid); 3) yarımsəhra və səhra bitki örtüyünə malik quru ( arid və ekstraarid).

Torpaq-bioiqlim vilayətlərinin torpaq örtüyü torpaq-iqlim qurşaqları ilə. Müqayisədə daha yekcinsdir, lakin bununla belə o, bir neçə zonal torpaq tiplərindən və onları müşayiət edən intrazonal q1torpaqlardan ibarətdir. Torpaq zonası bir və ya bir neçə zonal torpaq tipi və onları müşayiət edən intrazonal və zona daxili torpaqların arealı kimi müəyyən edilir.

Torpaq zonaları daxilində qonşu zonalara keçiddə torpaq yarımzonaları (öz torpaq yarımtipləri ilə) torpaq zonaları istiqamətində isə torpaq fatsiyaları və əyalətləri ayrılır.

Torpaq fatsiyası – digər ərazilərdən torpaqlarının temperatur rejiminə və nəmliyin mövsümi gedişatına görə fərqlənən torpaq zonasının bir hissəsidir.

Torpaq əyaləti – torpaq fatsiyasının bir hissəsi olub, fatsiyanın ayrıldığı əlamətlər əsasında, lakin daha çox xırdalanmış halda bölünür. Torpaq əyalətləri oro-litoloji əlamətlərinə və torpaq örtüyünün strukturuna görə torpaq dairələrinə və rayonlarına ayrılır.

Torpaq dairəsi – relyef və torpaqəmələgətirən süxurların xüsusiyyəti ilə şərtlənmiş torpaq kombinasiyalarının müəyyən tipi ilə səciyyələnən torpaq əyalətinin bir hissəsidir.

Torpaq rayonu – torpaq örtüyünün bir mezostruktur tipi ilə səciyyələnən torpaq dairəsinin bir hissəsidir. Torpaq dairələri torpaq örtüyünün tərkib və quruluşuna görə keyfiyyətcə fərqlənirlər; torpaq rayonları yalnız dairəyə məxsus torpaq cinslərinin, növ və yarımnövlərinin nisbətinə görə fərqlənirlər.

Birinci iki amil həmin torpaq-bioiqlim vilayətlərinin dağ sistemlərində torpaq zonalarının bir-birini əvəz etməsinin ümumi qaydasını və şaquli torpaq zonalarının sayını müəyyən edir. Bu qayda ümumi şəkildə düzən zonalarda cənubdan şimala doğru üfüqi zonaların dəyişkənliyi ilə eynidir.

Üçüncü və dördüncü amil ayrı-ayrı dağ sistemlərində və ya onların yamaclarında ümumi sxemdən əhəmiyyətli dərəcədə kənara çıxmaları şərtləndirir. Məsələn, rütubətli küləklərin qarşısında duran küləkdöyən yamaclara külli miqdarda yağıntı düşür. Məhz bu geomorfoloji mövqe ilə əlaqədar Külək döyməyən yamaclar, əksinə, çox qurudur. Burada şaquli torpaq zonalarının arid spektri formalaşmışdır.

Kontinental vilayətlərin bir çox dağ sistemlərində temperatur inversiyası şaquli torpaq zonalarının əks istiqamətdə yerləşməsini müəyyən edir. Belə ki, Şərqi Sibirdə bəzi dağların dağ ətəklərində və yamacların aşağı hissələrində inversiya tundraları yerləşmişdir, bir qədər yuxarıda tayqa meşələri, yenə də yuxarıda dağ tundraları gəlir. İnversiya tundraları müəyyən fəsildə donmaya məruz qalır, ilin qalan vaxtı onlar “yuxarı” tundradan bir qədər isti olur və kənd təsərrüfatında istifadə olunur.

Üfüqi torpaq zonalarının düzülüşünə yüksək dağ baryerləri də təsir göstərir. Nəmliklə doymuş hava kütlələri bu dağları aşarkən təkcə küləkdöyən yamacı deyil, onun ətəyindəki düzənlikləri də yağışla bolluca təmin edir. Nəmlənməyə məruz qalan bu qurşağın eni on və ya yüz kilometrlərlə ola bilər.

Dağları aşmış hava kütlələri isti və quru olur. Dağların “yağış kölgəsindəki” düzənliklərdə adətən, quru və səhra torpaqları formalaşır. Bunu Cənubi Sibirin, Altay və Mərkəzi Asiyanın dağlaraarası çökəkliklərində müşahidə etmək mümkündür.




Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin