1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə40/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   36   37   38   39   40   41   42   43   ...   109
Torpaq coğrafiyaaı tam suallar

22) Dağ çəmən torpaqları

Dağ-çəmən torpaqları Böyük və Kiçik Qafqaz və Talışın yüksək dağlıq zonalarında yayılmışdır. Ekoloji-coğrafi şəraitin müxtəlifliyi dağ-çəmən Torpaq tipini üç yarımtipə bölməyə imkan verir: Çimli-torflu dağ-çəmən, Çimli dağ-çəmən , Qaramtıl dağ-Çəmən.



Çimli-torflu dağ-çəmən yarımtipi. Çimli-torflu dağ-çəmən torpaqları alp çəmənlərinin tipik Torpaqlarından olsa da respublikamızın yüksək dağlıq zonasında nisbətən kiçik sahələrdə yayılmışdır. Dağ-Çəmən torpaqlarının bu yarımtipinə əsasən səthdən mövsümi rütubətlənən çökəkliklərin, karların, təknəvariDərələrin, sirklərin dibində rast gəlinir. Çimli-torflu dağ-çəmən torpaqları coğrafi cəhətdən bütöv zona əmələ gətirmir, çox vaxt adacıqlar (fraqmentlər halında) şəklində yayılmışdır.

Bu torpaqlar Baş silsilədə, Bazardüzü, Tufandağ və Babadağın şimal Yamaclarında, Şahnabad düzündə, Baş silsilənin şimal-şərq tərəfə ayrılan qollarının suayrıcı düzənliklərində Yan silsiləsinin suayrıcı düzənliklərində və Şahdağın maili yamaclarında, Kiçik Qafqazda Murovdağın şimal və şimal-qərb yamaclarında, dəniz səviyyəsindən 2500-3000 m yüksəkdə Yayılmışdır. Bəzən torpaqların alt sərhədi 1900-2000 m yüksəkliyə qədər enir. Kifayət qədər yüksək biokütləyə və yaxşı inkişaf etmiş kök sisteminə malik olan alp çəmən bitkiləri çim Qatı əmələ gətirir və çoxlu miqdarda üzvi qalıqların toplanmasına səbəb olur. Lakin artıq yuxarıda qeyd Etdiyimiz kimi ərazidə sərt iqlim şəraitinin mövcud olması və qısa vegetasiya müddəti mikrobioloji proseslərin Fəallığını aşağı salır, üzvi qalıqların parçalanması prosesi xeyli zəifləyir. Bütün bunlar isə torpaq səthində kobud Humusun akkumulyasiyasına və səthdə çox da qalın olmayan yığılıb açılan (elastiki) torflaşmış çim Horizontunun əmələ gəlməsinə şərait yaradır. Çimli-torflu torpaqların inkişaf etdiyi alp çəmənlərinin bioloji Məhsuldarlığı 36-209 s/ha arasında tərəddüd edir. Bu çəmənlərdəki ot bitkilərinin torpaqaltı hissəsinin kütləsi 28-191 s/ha arasında dəyişilir..




Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin