1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə47/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   43   44   45   46   47   48   49   50   ...   109
Torpaq coğrafiyaaı tam suallar

Podzollu-qleyli-sarı torpaqlar. Podzollu-qleyli-sarı torpaqlar Lənkəran vilayətində dənizkənarı ovalığın nisbətən cənub hissəsində alçaq terraslarda, relyefin çökək hissələrində yayılmışdır. Bu torpaqların yayıldığı zolaq gətirmə konusu ərazilərində genişlənir, konuslararası çökəkliklərdə isə daralır. Qərbdə bu torpaqların yayıldığı zolaq dağətəyi düzənlikdə yayılmış podzollu-sarı torpaqlarla, şərqdə daha çökək sahələrin bataqlıq torpaqları ilə sərhədlənir.

Bu çöküntülərin tərkibi mürəkkəb olmaqla çox vaxt laylı quruluşa malik olur. Gətirmə konuslarının mərkəz (ox) hissəsində qum, çınqıl və çox az hallarda gil layları ilə əvəz olunan gillicəli və qumlucalı laylar üstünlük təşkil edir. Relyefin alçaq sahələrində bu çöküntülərin qalınlığı 1-5 m, nisbətən hündür sahələrdə isə 5-10 m-ə çatır. Genetik cəhətdən sarımtıl aşınma qabığı ilə əlaqədar olan prolüvial-allüvial çöküntülər dəmir və alüminium biryarım oksidləri ilə zəngindir. Onların tərkibində asan həll olan duzlar və karbonatlara rast gəlinmir. Təsvir edilən çöküntülərin altında dənizsahili rayonlarda karbonatlı, bəzi hallarda isə duzlu dəniz çöküntüləri yayılmışdır.

Təsvir edilən torpaqların tərkibində 3 yarımtip ayrılır.

Podzollu-qleyli-sarı torpaqlar yarımtipi. Bu yarımtip öz morfoloji xüsusiyyətlərinə görə podzolluqleyləşmiş torpaqlara yaxındır. Onlar səth və qrunt sularının torpaqəmələgəlməyə təsirinin nisbətən güclü olduğu relyef şəraitində formalaşır. Torpaqəmələgəlmə prosesinə güclü təsir göstərən qrunt suları yer səthindən 2-2,65 m dərinlikdə yerləşir. Uzun müddət davam edən izafi qrunt rütubətlənməsi şəraitində qleyəmələgəlmə prosesi özünü intensiv şəkildə göstərir. Bütöv qley horizontu (B, BC) profildə aydın seçilir. İllüvial horizontda dəmir və manqan yenitörəmələri nəzərə çarpır.

Podzollu-qleyləşmiş –sarı torpaqlar yarımtipi. Bu yarımtipə aid olan torpaqlar Lənkəran ovalığında nisbətən geniş yayılmışdır. Torpaqlar müxtəlif qranulometrik tərkibə malik olan cavan allüvial və allüvial-dəniz çöküntüləri üzərində səth və qrunt sularının təsiri şəraitində formalaşırlar. Təsvir edilən torpaqların profilində qleyləşmiş BC və C horizontu aydın seçilir. Qleyləşmə əlamətləri fraqmentlər şəklində, dillər və qurşaqlarla ifadə olunur.

Səthdən qleyləşmiş-podzollu-sarı torpaqlar yarımtipi. Göstərilən yarımtipə daxil olan torpaqlar cavan alçaq terrasların səthində, nisbətən kiçik sahələrdə yayılmışlar. Tez-tez mövsümi səthi rütubətlənməyə məruz qalırlar. Əvvəlki yarımtiplərdən fərqli olaraq qleyəmələgəlmə prosesi üst A və AB horizontlarında müşahidə edilir. Genetik qatlar rənginə görə fərqlənirlər. Ellüvial A2 horizontunun rəngi xeyli açıqlaşır. Dəmir oksidləri ilə zənginləşmiş illüvial B horizontunun bərkiməsi nəzərə çarpır. Podzollu-qleyli-sarı torpaqlar daxilində adi, karbonat qalıqlı və tam inkişaf etməmiş torpaq cinsləri ayrılır. Təsvir edilən torpaqlar subtropik bitkilər – çay, sitruslar və qismən tərəvəz altında mənimsənilmişdir.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin