1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə46/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   42   43   44   45   46   47   48   49   ...   109
Torpaq coğrafiyaaı tam suallar

Podzollu sarı torpaqlar. Podzollu sarı torpaqlar Azərbaycan Respublikasında yeganə olaraq Lənkəran vilayətində dağətəyi düzənliyin Xəzər abrazion-akkumulyativ terraslarında yayılmışdır. Onlar həmçinin dağətəyi və alçaq dağlıq sahələrdə, çay terraslarında, yamacların dellüvial şleyflərində əmələ gəlirlər. Podzollu sarı torpaqlar qrunt sularının dərində olmadığı yuyucu su rejimi şəraitində inkişaf edir. Təsvir edilən torpaqların yayıldığı ərazilərdə orta illik temperatur 10-140, ən soyuq ayın (yanvar) temperaturu isə 0-40 arasında tərəddüd edir, torpaqlar isə demək olar ki, donmur. Yağıntıların orta illik miqdarı 900-1400 mm olub şimalda 600 mm-dək azalır. Yağıntıların paylanması mövsümi xarakter daşıyır: maksimum payız və yazda, minimum isə yay mövsümündə düşür. Fəal temperaturların cəmi 4500-48000 arasında tərəddüd edir.

Zəif doymamış podzollu-sarı torpaqlar yarımtipi. Bu torpaqlar Lənkəran ovalığında relyefin nisbətən yüksək elementlərində meşə altından çıxmış sahələrdə yayılmışdır. Bu yarımtipə aid torpaqlar podzollu-sarı

torpaqlar tipinin morfoloji xüsusiyyətlərini demək olar ki, eynilə özündə əks etdirir. Fərqli cəhətlər isə lokal şəkildə elüvial horizontun daha aydın ifadə olunması, səthi qleyləşmə əlamətlərinin olması və nisbətən yüksək doymama dərəcəsi (20-30%) ilə ifadə olunur.



Zəif doymamış lösləşmiş podzollu-sarı torpaqlar yarımtipi. Bu torpaqlar Lənkəran vilayətində quraq mövsümün aydın ifadə olunduğu kontrast rejimli rütubətlənmə şəraitində formalaşırlar. Təsvir edilən torpaqlar üçün elüvial horizontun zəif ifadə olunması, zəif turş reaksiya (pH 5,8-6,7) nisbətən zəif doymama dərəcəsi (10-12%), mineral elementlərin profil boyunca az və ya çox dərəcədə bərabər paylanması və s. səciyyəvidir. Bu torpaqların profilində şimal enliklərin tipik podzol torpaqlarında olduğu kimi biryarım oksidlərin paylanmasındakı kəskin fərqlər müşahidə edilmir. Zəif doymuş lösləşmiş podzollu-sarı torpaqlar üçün lösləşmə prosesi səciyyəvidir.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin