1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə54/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   50   51   52   53   54   55   56   57   ...   109
Torpaq coğrafiyaaı tam suallar

Qəhvəyi torpaqlar.Qəhvəyi torpaqlar ilk dəfə S.A.Zaxarov tərəfindən Qafqazda təsvir edilmişdir. O, həmin torpaqları“qəhvəyi-meşə” torpaqları adlandırmışdır. Sonralar İ.P.Gerasimovun tədqiqatları qəhvəyi-meşə torpaqlarını quru subtropik meşə və kolluqlar altında formalaşmış sərbəst tip kimi ayırmağa imkan vermişdir. Qəhvəyi torpaqlar həm dağətəyi, həm də dağlıq ərazilərdə yayılmışdır. Onların formalaşdığı temperatur şəraiti boz-qəhvəyi torpaqlarda olduğu kimidir. Lakin bu torpaqlar nəmliklə daha yaxşı təmin olunmuşlar. Yağıntılar bu zonada əsasən payız-qış-yaz dövründə düşür. Yay vaxtı bura həddən artıq qurudur. Qəhvəyi torpaqlar əsasən karbonatlı süxurlar üzərində formalaşmışdır. Bitki örtüyü palıd, vələs, fıstıq, ağcaqayın, qoz, mevyə ağaclarından və kollardan ibarət kserofit meşələrdən təşkil olunmuşdur.

Onun ən vacib cəhətləri quru subtropik bozqırların ot (yovşanlı-taxlllı) bitkilərindən fərqli olaraq meşələrin yüksək məhsuldarlığı, palıd və fıstıq meşələrinin bitki qalıqlarının yüksək küllülüyü, külün tərkibində humus maddələrinin turş məhlulunu (meşə döşənəyinin parçalanması nəticəsində yaranan) neytrallaşdıran çoxlu miqdarda qələvi-torpaq əsasların və biryarımlıq oksidlərin olmasıdır.

Boz-qəvhəvi (şabalıdı) torpaqlardan fərqli olaraq qəhvəyi torpaqlarda topraq profilinin orta hissəsində gilləşmə əlamətləri daha yaxşı görünür.

Qəhvəyi torpaqlar üç yarımtipə bölünür: yuyulmuş qəhvəyi torpaqlar – qaynama torpaq profilinin 80-100 sm dərinliyində baş verir, daha çox rütubətlənmiş ərazilərdə yayılmışdır; tipik qəhvəyi torpaqlar – qaynama metamorfik horizontda baş verir; karbonatlı qəhvəyi torpaqlar – torpaq profilinin başdan-başa karbonatlığı və metamorfik horizontun gilləşməsi ilə səciyyələnir; zonanın bir qədər arid hissələrində yayılmışdır.

Qəhvəyi torpaqlar aşağıdakı cinslərə bölünür: adi, qırmızımtıl, şorakətvari, şoranvari, bozqırlaşmış. Növlərin ayrılması üst horizontda humusun miqdarına görə aparılır – zəif humuslaşmış , az humuslu və orta humuslu və əkin altında Növlərə ayrılma, bundan başqa daşlılıq və şorakətləşmə dərəcəsinə (zəif, orta və şiddətli şorakətləşmiş) görə də aparılır. Qəhvəyi torpaqlar yüksək münbitliyi ilə seçilir və onlardan bir sıra istilik sevən kənd təsərrüfatı bitkilərini (üzüm, meyvə bitkiləri və s.) yetişdirməkdən ötrü istifadə edili


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin