1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə62/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   58   59   60   61   62   63   64   65   ...   109
Torpaq coğrafiyaaı tam suallar

31. Su eroziyası

Eroziya (lat. Ersio – yeyilmə, yuyulma) – torpağın su və küləyin təsiri altında dağılması prosesidir. Torpağın suyun təsiri altında dağılmasına su eroziyası, küləyin təsiri altında dağılmasına külək eroziyası və Ya deflyasiya deyilir. Su eroziyası səth sularının təsiri altında inkişaf edir. Ona görə də onun inkişafı üçün relyef şəraitinin – yerli Eroziya bazisinin dərinliyi, yamacların meylliyi, uzunluğu, forma və baxarlığının da böyük əhəmiyyəti vardır.

Torpaqların eroziyadan qorunması və eroziya ilə mübarizə - torpaq ehtiyatlarından Səmərəli istifadənin mühüm məsələlərindən biridir. Su eroziyasını müstəvi və ya səth, xətti və ya yarğan eroziyasına bölürlər. Səth sularının növündən asılı Olaraq eroziyanın ərinti, yağış və irriqasiya suları ilə törədilməsi qeyd edilir.

Səth eroziyası – torpaqların üst horizontunun yamacboyu axan yağış və ya ərintu suları vasitəsilə Yuyulmasıdır. Səth eroziyası nəticəsində əkin horizontu yuyulub kənarlaşır, onun yerini münbitliyi aşağı, əkinaltı horizontlar tutur, bütövlükdə torpaq profilinin qalınlığı azalır və bununla da yuyulmuş torpaqlar formalaşır.

Xətti eroziya – yamacdan axan daha güclü su axını vasitəsilə torpağın dərininə yuyulmasıdır. Xətti Eroziyanın birinci mərhələsi dərin dalğavari oyuğun və çuxurun yaranmasıdır. Onların sonrakı inkişafı yarğanın yaranmasına gətirib çıxarır. Xətti eroziya torpağın tam məhv Olması deməkdir.

İnkişaf tempinə görə geoloji (normal) və sürətli eroziya bir-birindən fərqləndirilir. Eroziya bir çox ölkələrdə (ABŞ, Çin, Hindistan, İtaliya, Rusiya, Qazaxıstan, Mərkəzi Asiya Respublikaları Və s.), o cümlədən Azərbaycanda geniş yayılmışdır. Su eroziyası əsasən boz meşə, qara və şabalıdı, tayqa-meşə Zonasının əkinçilik rayonlarında, həmçinin dağlıq vilayətlərdə geniş yayılmışdır. Respublikamızda eroziyaya Məruz qalmış torpaqların ümumi sahəsi 3144,7 min hektar olub, respublika ərazisinin 36,4%-ni təşkil edir. Qumruxçay, Talaçay, Şinçay, Kişçay, Dəmiraparançay və.s çayların hövzələrində eroziya prosesləri geniş yayılaraq səthin yuyulması, yarğanların əmələ gəlməsi ilə müşahidə edilir. K.Ə.Ələkbərovun (1961) verdiyi məlumata görə isə Azərbaycan çaylarına bir ildə 48 milyon tondan çox torpaq yuyulub gətirilir.

Eroziya nəticəsində torpaq münbitliyinin pisləşməsi baş verir (səthi eroziya) və ya torpaq örtüyü tamamilə Məhv olur (xətti eroziya). Münbitliyin aşağı düşməsi yuyulmanın dərəcəsindən, məhsuldar üst qatların kənarlaşmasından və az məhsuldar aşağı qatların əkin qatına cəlb edilməsindən asılıdır. Bu zaman torpağın kimyəvi tərkibi, xassə və rejimləri pisləşir: humusun miqdarı və ehtiyatı azalır, torpağın fiziki və bioloji xassələri pisləşir. Eroziyanın inkişafı yol şəbəkəsinin dağılmasına, çayların dayazlaşmasına səbəb olur. Eroziya məhsulları isə irriqasiya qurğularının, kənd təsərrüfatı yerlərinin və yaşayış yerlərinin korlanmasına gətirib çıxarır.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin