1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə64/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   60   61   62   63   64   65   66   67   ...   109
Torpaq coğrafiyaaı tam suallar

33. Dövlət torpaq kadastrı.

Respublikamızda mülkiyyətt növündən, kateqoriyasından, məqsədli təyinatından və hüquqi rejimindən asılı olmayaraq ölkə hüdudları daxilində yerləşmiş bütün torpaqlar dövlət kadastrının obyekti hesab edilir. Dövlət torpaq kadastrı Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu”nda deyilir: Torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Dövlət torpaq kadastrı aparılarkən bir sıra prinsiplərin gözlənilməlidir. Bu prinsiplər aşağıdakılardan ibarətdir:



Torpaq kadastrının vahidliyi prinsipi - dövlət torpaq kadastr tədbirlərinin bütün ölkə ərazisini əhatə etməklə vahid sistem əsasında aparılmasıdır. Bu prinsip vahid torpaq fondunun vəziyyətini və paylanmasını düzgün analiz etməyə və müxtəlif ərazi vahidləri daxilində torpaq ehtiyatlarından səmərəli istifadənin yollarını planlaşdırmağa imkan verir. Torpaq kadastr məlumatlarının detallaşma dərəcəsi və dolğunluğu, torpağın istehsalat və digər fəaliyyət sahələrində əhəmiyyəti və həmçinin dövlət, bələdiyyə və xüsusi mülkiyyətçilərin ona olan tələbi ilə ölçülür.

Torpaq kadastrının qanuniliyi prinsipi. Bu prinsipin yerinə yetirilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi vasitəsilə həyata keçirilir. Dövlət torpaq kadastrının qanuni fəaliyyətini təmin edən hüquqi sənədlərə “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Qanun”, “Torpaq islahatı haqqında Qanun” və başqaları daxildir.

Torpaq kadastrının fasiləsizliyi prinsipi. Dövlət torpaq kadastrı fasiləsizlik prinsipi əsasında fəaliyyət göstərməlidir, yəni o, vahid torpaq fondunda baş verən istənilən dəyişikliklər haqqında daim məlumat verməlidir. Bu o deməkdir ki, torpaq kadastr məlumatları torpaq örtüyünün təbii, təsərrüfat və hüquqi vəziyyətində baş verən bütün dəyişiklikləri əks etdirməklə mütəmadi olaraq dəqiqləşdirilməlidir.

Torpaq kadastrının obyektivliyi prinsipi. Dövlət torpaq kadastrı obyektiv, torpaq kadastr sənədlərinin göstəriciləri isə dürüst və həqiqətə tam uyğun olmalıdır. Kənd təsərrüfatı yerləri haqqında məlumat onların faktiki vəziyyətini əks etdirməlidir. Yalnız torpağın hüquqi rejiminə, təbii vəziyyətinə və təsərrüfat istifadəsinə dair obyektiv məlumatlar ölkənin vahid torpaq fondunun idarə edilməsində və ondan istifadə ilə bağlı məsələlərdə uğurla istifadə edilə bilər.

Torpaq kadastrının əyanəliyi və sadəliyi prinsipi. Torpaq kadastr məlumatlarından gündəlik istehsalat fəaliyyətində geniş istifadə etməkdən ötrü o, kənd təsərrüfatı mütəxəssisləri üçün kifayət qədər əyani və sadə şəkildə verilməli, əlavə göstəricilərdən, torpaqdan istifadəyə dair lüzumsuz qaydalardan və nəzarət sistemindən azad olmalıdır. Yalnız qeyd edilən prinsiplərin gözlənilməsi torpaq kadastrının düzgün aparılmasını və torpaqdan istifadəyə nəzarəti təmin edə bilər. Torpaq kadastrının məzmunundan və aparılma qaydasından asılı olaraq iki növü vardır: əsascari.

Əsas torpaq kadastrının vəzifəsi torpaqların hüquqi, təsərrüfat və təbii vəziyyəti haqqında ilkin məlumatları toplamaq və yaxud mövcud olanları dəqiqləşdirmək və onları torpaq kadastr sənədləri üzərinə keçirməkdən ibarətdir. Cari torpaq kadastrının vəzifəsi əsas torpaq kadastrı aparıldıqdan sonra torpaqdan istifadədə baş verən bütün dəyişiklikləri üzə çıxarmaqdan və onları torpaq-kadastr sənədlərinə daxil etməkdən ibarətdir.

Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin