32. Külək eroziyası. Defilyasiya
Eroziya (lat. Ersio – yeyilmə, yuyulma) – torpağın su və küləyin təsiri altında dağılması prosesidir. Torpağın suyun təsiri altında dağılmasına su eroziyası, küləyin təsiri altında dağılmasına külək eroziyası və Ya deflyasiya deyilir. Deflyasiya toz (qara) fırtınası və yerli (gündəlik) külək eroziyası şəklində olur. Toz fırtınaları geniş əraziləri əhatə edir və vaxtaşırı təkrarlanır. Külək torpağın üst horizontunu dağıdır və ayrılmış torpaq hissəciklərini hava axınlarına qataraq eroziya mənbəyindən müxtəlif məsafələrə aparır. İri hissəciklər adətən, kiçik məsafəyə hərəkət edir və tez bir zamanda müxtəlif maneələr tərəfindən tutulub saxlanılır. Torpağın daha kiçik hissəcikləri hava suspenziyası şəklində sovrulma mənbəyindən on, yüz və hətta min kilometr məsafəyə aparılır. Bitki örtüyündən məhrum olmuş torpaqlarda deflyasiyanın inkişafı küləyin gücündən, torpağın qranulometrik tərkibindən və strukturluğundan asılıdır.
Deflyasiya torpağın qranulometrik tərkibindən və Strukturluqdan asılı olaraq küləyin müxtəlif sürətində yaranır. Məsələn, yüngül torpaqlarda külək 6 m/s, ağır Torpaqlarda isə 10 m/s və daha çox sürəti defliyasiya törədir. Torpaqda lil və gil hissəciklərinin miqdarı nə qədər az olarsa, onun deflyasiyaya qarşı müqaviməti də bir o qədər az olacaqdır. Yuxarıda qeyd edildiyi kimi qumlu, qumsal və yüngül gillicəli torpaqlar deflyasiyaya daha Çox məruz qalırlar. Ağır torpaqlar üçün strukturluğun böyük əhəmiyyəti vardır. Aqreqatlarının ölçüləri 1 mm-dən böyük olan torpaqlar defliyasiyaya demək olar ki, məruz qalmır.
Deflyasiya torpağın şumlandığı, lakin bitki örtüyünün hələ olmadığı yaz fəslində daha tez-tez baş verir. Deflyasiya torpaq hissəcikləri ilə yanaşı, torpaqdan özünü hələ yaxşı bər!kitməmiş toxumları da aparır. Yayda Deflyasiyaya təmiz herik sahələri və cərgələrarası şumlanmış sahələr məruz qalır. Defliyasiyaya qumlu və Qumsal, həmçinin səthi qurumuş struktursuz gillicəli və gilli torpaqlar daha asanlıqla məruz qalır.
Dostları ilə paylaş: |