35. Torpaq-kadastr rayonlaşdırılması.
Azərbaycanın torpaq-kadastr rayonlaşdırılmasına müfəssəl dəqiqləşdirmələr etməkdə yardımçı olmuşdur. Respublikanın sərhədləri daxilindəki 5 təbii-kənd təsərrüfatı vilayəti hüdudlarında 28 kadastr vahidi (25 torpaq-kadastr rayonu və 3 torpaq-kadastr yarımrayonu) ayrılmışdır. Bu kadastr vahidlərindən 22-si əkinçilik rayonu və yarımrayonu, 6-sı isə yay və qış otlaqları rayonlarından ibarətdir.
Torpaq-kadastr rayonlarının sərhədləri çəkilərkən ərazinin relyefi, iqlimi, geomorfoloji, torpaq- landşaft şəraiti əsas götürülməklə yanaşı, onların kənd təsərrüfatı ixtisaslaşması və iqtisadi göstəriciləri də nəzərə alınmışdır. Bu prinsiplər əsasında Qusar-Qonaqkənd, Cəlilabad, Dağlıq Şirvan kadastr rayonları və Xaldan-Xınalıq, Təzəkənd -Üçtəpə, Mərəzə -Hilmilli kadastr yarımrayonları ayrılmışdır. Beləliklə, aparılmış dəqiqləşdirilmələrin nəticəsində Azərbaycan ərazisi aşağıdakı rayonlara və yarımrayonlara bölünmüşdür 1. Abşeron-Qobustan; 2. Dəvəçi-Xaçmaz; 3.Qanıx-Türyançay; 4.Acınohur; 5. Şəki-Zaqatala; Qusar- Qonaqkənd (daxilində Xınalıq-Xaldan yarımrayonu); 7.Dağlıq Şirvan (daxilində Mərəzə-Hilmilli yarımrayonu); 8.Babadağ-Qutan; 9. Gəncə-Qazax; 10.Mil-Qarabağ; 11. Arazboyu; 12. Ceyrançöl; 13. Daşkəsən- Gədəbəy; 14. Laçın-Qubadlı; 15. Dağlıq Qarabağ; 16. Dəlidağ-Şahdağ; 17. Muğan-Salyan; 18. Aran Şirvan; 19. Lənkəran-Astara; 20. Cəliliabad (daxilində Üçtəpə-Təzəkənd yarımrayonu); 21. Lerik-Yardımlı; 22. Peştəsər- Burovar; 23. Şərur-Ordubad; 24. Şahbuz-Parağaçay; 25. Biçənək-Qapıçıq.
Hazırda Azərbaycanın kənd təsərrüfatında baş verən dəyişikliklər, bazis göstəricilərinin dinamikası, yeni ixtisaslaşmaların (şəkər çuğunduru istehsalı, çəltikçilik və s.) meydana gəlməsi, torpaq islahatları və onunla bağlı başqa dəyişikliklər, şübhəsiz ki, təbii-kənd təsərrüfatı rayonları əsasında torpaq-kadastr rayonlaşdırılmasının yeni təkmilləşdirilməsi zərurətini doğurmuşdır.
Dostları ilə paylaş: |