1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə102/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   98   99   100   101   102   103   104   105   ...   109
Torpaq coğrafiyaaı tam suallar

55. Subtropik qurşağın torpaq örtüyü

Subtropik qurşağın düzən ərazilərdə sahəsi azdır. Bu qurşaq həm Cənub, həm də Şimal yarımkürəsində yayılmışdır. Onu çox vaxt kserotermal, yəni quru və isti adlandırırlar. Doğrudan da, bu qurşaq daxilində rütubətli meşə vilayətləri yalnız 20% ərazini tutur. Qalan ərazilər kserofit meşə və kolluqlu-bozqır, yarımsəhra və səhra vilayətlərinin payına düşür.

Subtropik rütubətli-meşə vilayətləri yay dövründə və payızda külli miqdarda yağıntıların düşdüyü materiklərin rütubətli musson iqliminə malik şərq kənarlarında yayılmışdır. Materiklərin torpaq örtüyünə görə, dörd subtropik rütubətli-meşə vilayəti ayrılır; Şimali-Amerika vilayəti, Şərqi-Asiya vilayəti, Cənubi Amerika və Avstraliya vilayətləri.

Subtropik rütubətli-meşə vilayətlərinin torpaq örtüyündə sarı və qırmızı torpaqlar üstünlük təşkil edir. Sarı və qırmızı torpaqların Yer kürəsində ümumi sahəsi 200 mln. Hektardır.

Yağıntıların bir qədər az və quru mövsümün bir qədər sürəkli olduğu quru subtropiklərə keçid zolağında subtropik prerilərin qırmızımtıl-qara torpaqları formalaşmışdır. Subtropik prerilərin qırmızımtıl-qara torpaqlarının ümumi sahəsi sarı və qırmızı torpaqlarla müqayisədə azdır. Onların əsas massivi Braziliyanın cənubunda və Uruqvayda yerləşmişdir.

Təsvir olunan zonal torpaqlardan başqa, rütubətli subtropiklərdə sarı-qleyli, subtropik çəmən və bataqlıq və allüvial torpaqlar da yayılmışdır.

Subtropik rütubətli-meşə vilayətlərində kənd təsərrüfatında istifadə olunan torpaqların ümumi sahəsi 80 mln.ha-dır. Əsas kənd təsərrüfatı bitkiləri – düyü, buğda, qarğıdalı, çay, sitrus, üzüm və digərləridir.

Subtropik kserofit-meşə və kolluqlu-bozqır vilayətlər təqribən 560 mln.ha ərazini tutur. Bu vilayətlər bütün materiklərdə yayılmışdır. Əsasən 6 subtropik kserofit-meşə və kolluqlu-bozqır vilayət ayrılmışdır: üçü Şimal, üçü isə Cənub yarımkürəsində.

Vilayətlərin torpaq örtüyündə iki torpaq zonasını göstərə bilərik: qəhvəyi və boz-qəhvəyi; hər iki zonanın daxilində subtropik qara torpaqlar yayılmışdır.

Qəhvəyi torpaqlar dəyişkən-rütubətli, əsasən də yayı quru və qışı rütubətli keçən subtropik iqlim və yuyulmayan su rejimi şəraitində formalaşmışdır. Səciyyəvi bitki örtüyü palıd, ardıc, püstə və s. İbarət alçaq boylu kserofit meşələrdir. Humus horizontu tünd-qəhvəyi və ya qəhvəyi rəngdədir. Qəhvəyi torpaqların ümumi sahəsi 160 mln.ha olub, bu torpaqlar düzən və dağlıq ərazilərdə yayılmışlar. Boz-qəhvəyi torpaqlar da qəhvəyi torpaqlar kimi dəyişkən-rütubətlənmə, lakin bir qədər quru və yağıntıların az düşdüyü şəraitdə formalaşır. Qış nisbətən isti, adətən, qarsız, yay isə sürəkli, isti və quru olur. Maksimal yağıntılar qış vaxtı düşür. Bu torpaqlarda humusun miqdarı qəhvəyi torpaqlarla müqayisədə azdır. Əkinçilikdə qaratorpaqlardan sonra qəhvəyi və boz-qəhvəyi torpaqlardan geniş istifadə olunur.

Nəzərdən keçirilən vilayətlərin kənd təsərrüfatında qəhvəyi və boz-qəhvəyi torpaqlarla yanaşı, allüvial, çəmən-qəhvəyi və çəmən-boz-qəhvəyi torpaqlar əhəmiyyətli rol oynayır. Bu vilayətlərdə buğda, pambıq, zeytun, əncir, üzüm, sitrus bitkiləri, mantar palıdı, qoz, həmçinin çoxillik subtropik bitkilər yetişdirilir.

Subtropik yarımsəhra və səhra vilayətləri subtropik qurşaqda ərazinin yarısını əhatə edir. Qurunun səthində bir neçə subtropik yarımsəhra və səhra vilayəti ayrılmışdır. Onlar içərisində sahəsinə görə böyük olanı Afrika-Asiya subtropik yarımsəhra və səhra vilayətidir. İkinci yerdə materikin cənub hissəsini əhatə edən Avstraliya, Çilinin mərkəzi hissəsini tutan Cənubi Amerika, sahəsi kiçik olan Şimali Amerika və Cənubi Afrika yarımsəhra və səhra vilayətləri gəlir.

Qumlu subtropik səhralar böyük əraziləri əhatə edir. Ərazinin müəyyən hissəsini subtropik şoranlar tutur. Subtropik şoranlar qrunt suyunun torpaq səthinə yaxın yerləşdiyi sahələrdə formalaşmışdır. Onlar üçün səciyyəvi xüsusiyyət duzların torpaq profilində deyil, torpaq səthində toplanmasıdır.

Subtropik səhra və yarımsəhralarda kənd təsərrüfatında istifadə olunan torpaqların ümumi sahəsi 30 mln.hadır. Burada əsasən, pambıq və digər istiliksevər bitkilər yetişdirilir. Taxılçılığın daha böyük əhəmiyyəti vardır.




Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin