1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə101/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   97   98   99   100   101   102   103   104   ...   109
Torpaq coğrafiyaaı tam suallar

54. Tropik qurşağın torpaq örtüyü

Tropik torpaq-iqlim qurşağı əkinçilik baxımından zəif mənimsənilmişdir. Tropiklərdə yerləşən əkinçilik sahələri dünyanın əkinçilik sahələrinin təqribən 20%-ni təşkil edir. Orada yetişdirilən bir çox kənd təsərrüfatı bitkiləri isə başqa qurşaqlarda yetişdirilə bilmir.

Tropik rütubətli-meşə vilayətləri. Tropik torpaq-iqlim qurşağı daxilində 3 rütubətli-meşə vilayəti ayrılmışdır: Mərkəzi Amerika və Cənubi Amerikanın çox hissəsini əhatə edən Amerika vilayəti; Qvineya körfəzi sahillərini və Konqa çayı hövzəsini əhatə edən Afrika vilayəti; Cənubi Asiya yarımadalarını, Avstraliyanın şimal sahilini və bu materiklər arasındakı bütün adaları əhatə edən Avstraliya-Asiya vilayəti.

Torpaq örtüyündə iki torpaq zonası ayırırlar: rütubətli (yağışlı) tropik meşələrin qırmızı-sarı ferrallit torpaqlar zonası və mövsümi-rütubətli (musson) meşələrin və yüksək otlu savannaların qırmızı torpaqlar zonası.

Qırmızı-sarı ferrallit torpaqlar daha isti və rütubətli şəraitdə formalaşır. İqlim fəsilləri, demək olar ki, bir birindən fərqlənmir və bu fərq gecə və gündüz temperaturlarının dəyişkənliyində də hiss olunmur. Burada yağıntıların fəsillər üzrə paylanması da bərabərdir. İllik rütubətlənmə əmsalı hər yerdə vahiddən böyükdür.

Ferralit torpaqların üst horizontları, o cümlədən humus horizontu aşağı horizontlarla müqayisədə daha az lil və gil hissəciklərinə malikdir. Alimlərin bəziləri onu normal podzollaşma, digərləri lessivaj hadisəsi ilə izah edir.

Mövsümi-rütubətli tropik meşə və yüksəkotlu savannaların qırmızı ferralit torpaqları da qırmız-sarı torpaqların formalaşdığı eyni termik və rütubət şəraitində formalaşmışdır. Lakin bu torpaqların yayıldığı ərazilərdə quru dövr daha qabarıq görünür. Quru qış mövsümü ilə əlaqədar bitki örtüyü kəskin dəyişikliyə məruz qalır. Flora tərkibi müxtəlifliyini itirir, meşələrdə müəyyən növlərin üstünlüyü yaranır və onların sıxlığı xeyli azalır. Qırılmış və yandırılmış meşələrin yerində, hündürlüyü 4 m-ə çatan qalın ot örtüyü yaranır.

Tropik rütubətli-meşələr vilayətində təsadüf olunan torpaqlar içərisində qələvi və əhəng süxurlar üzərində formalaşmış tünd qırmızı və tünd tropik meşə torpaqlarını xüsusi qeyd etmək lazımdır. Bu torpaqlar marqalitli və ya ferralitli-marqalitli torpaqlar adlanır. Qırmızı-sarı və qırmızı torpaqlarla müqayisədə bu torpaqlar üçün gilli qranulometrik tərkib, əsaslarla yüksək doyma dərəcəsi və yüksək udma tutumu səciyyəvidir.

Tünd-qırmızı və qara torpaqların sahəsi böyük deyildir. Onlar Cənubi Asiya və İndoneziyada, həmçinin Cənubi Amerika və Afrikada geniş yayılmışlar, bu da həmin ərazilərdə əsaslarla zəngin vulkanik süxurlarla əlaqədardır.

Tropik rütubətli-meşələr vilayətinin mənimsənilməsi zəifdir. Əkinçilikdə istifadə olunan torpaqların sahəsi ümumi sahənin 5%-ni təşkil edir. Əsas kənd təsərrüfatı bitkiləri – düyü, şəkər qamışı, batat, qəhvə, kakao, banan, ananas və digər bitkilərdir.

Tropik kserofit – meşə və savanna vilayətləri əsasən Şərq yarımkürəsində yayılmışdır. Bu vilayətlər içərisində sahəsinə görə ən böyüyü Hind Afrika vilayətidir. Bu vilayət ekvatordan şimalda və cənubda yayılmışdır. Nəzərdən keçirilən vilayətlərdə iki torpaq zonası ayrılır: kserofit meşələrin qəhvəyi-qırmızı torpaqlar zonası və quru savannaların qırmızı-qonur torpaqlar zonası.

Tropik yarımsəhra və səhra vilayətləri tropik qurşağın ən quru ərazilərini əhatə edir. Bu vilayətlər daim quru passat küləklərinin təsiri altında olub, tədricən subtropik səhralara keçir. Əsasən dörd tropik yarımsəhra və səhra vilayəti fərqləndirilir. Onlar içərisində ən böyüyü Afrika-Asiya vilayəti, ikinci yerdə Avstraliya vilayəti, üçüncü yerdə Afrikanın cənubunda Kalaxari vilayəti və dörüncü yerdə Çilinin şimalında yüksək dağlığın səhra vilayətidir.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin