1. Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması metodikası pedaqoji elm kimi


Bağçanın hazırlıq qrupu va I sinfin riyaziyyat proqramları arasında varisliyin təmin edilməsi



Yüklə 340,27 Kb.
səhifə26/71
tarix13.06.2022
ölçüsü340,27 Kb.
#61347
1   ...   22   23   24   25   26   27   28   29   ...   71
riyazimtahansualları

22.Bağçanın hazırlıq qrupu va I sinfin riyaziyyat proqramları arasında varisliyin təmin edilməsi
Birinci sinfin riyaziyyat proqramı elə qurulmuşdur ki, uşaqların bağçada qazandıqları sadə riyazi təsvvürlər, bacarıq və vərdişlər nəzərə alınır. Əsas məsələbağçanın hazırlıq qrupu ilə ibtidai məktəbin I sinfi proqramları arasında ardıcıl keçidi (varislik) elə təmin etməkdən ibarətdir ki, yersiz təkrara, artıq vaxt itkisinəyol verilməsin. Təlim prosesində konsentrizmə əməl edilməlidir. Uşağın bağçada qazandığı bilik, bacarıq və vərdişlər genişləndirilir, dərinləşdirilir və inkişaf etdirilir.I sinfin riyaziyyat proqramı şagirdlərə riyazi təfəkkürün əsaslarını formalaşmağa xidmət edir. Lakin həmin proqram əsasında duran vəzifə: təlim və tərbiyənin üzvü vəhdəti, biliklərin mənimsənilməsi, təhsilin nəzəri səviyyəsinin yüksəldilməsi vəbiliyin praktikada tətbiqi bacarığının formalaşması və bunun üçün zəruri vərdişlərin yaradılmasından ibarətdir.Göründüyü kimi uşaq, bağçasının proqramı uşağın riyaziyyatı dərk etməsi üçün ilk pilləni təşkil edir.Səksəninci və doxsanıncı illərdə aparılan məktəb islahatı ilə əlaqədar olaraq ibtidai siniflərin riyaziyyat kursunda təlimində özünü doğrultmayan cəbr elementlərinin azaldılması, mürəkkəb tənlik və bərabərsizliklərin proqramdan çıxarılması, ən sadə tənliklərin II-IV siniflərdə nəzərdən keçirilməsi, məsələ həllindəhesab üsuluna üstünlük verilməsi, təlim əhəmiyyəti az olan çətin həndəsi çalışmaların ixtisar edilməsindən ibarət idi. Təcrübə göstərir ki, bu tədbir vaxtında götürülmüşdür və şagirdlərin yersiz yüklənməsi halı aradan qaldırılmışdır. Hazırda I sinfin riyaziyyat proqramında əsas material hesab materialıdır. Həndəsi fiqurla tanışlıq, onların sadə xassələri və cüzi miqdarda cəbr elementlərinədə yer verilmişdir.“Hazırlıq” mərhələsindən sonra “Onluq” I sinifdə öyrənilən birinci mövzudur. Bağçada uşaqlar on dairəsində ədədlərlə, onların yazılışı ilə, tərkibi ilə tanış olurlar. Lakin buna baxmayaraq I sinfin nömrələmə mərhələsində həmin məsələlər təkrar edilir və tədricən dərinləşdirilir. Ədədləri müqayisə etmək üçün “˃”, “˂”, “=” işarələrindən istifadə edirlər.Burada 1-dən 10-a qədər natural ədədlərin xassələri, tərkibi öyrənilir. Bütün bu işlər təlimin toplama və çıxmaya hazırlıq məqsədini daşıyır.Nömrələmə ilə toplama və çıxma arasındakı ardıcıl keçidin bu cür həyata keçirilməsi ilk hesab əməllərinin (toplama və çıxma) şüurlu mənimsənilməsini təmin edir.Toplama əməlinin yerdəyişmə xassəsinin doğruluğu həm əyani vasitələrlə, həm də əşyaları müxtəlif şəkillərdə saymaqla göstərilir.Hesab materialının təlimi prosesində bağçada qazanılmış biliklərin yada salınması və onlara istinad edilməsi şagirdlərin fəallığını və dərsin səmərəsini artırır.Həndəsi elementlər hesabla qarşılıqlı əlaqədə öyrədilir. Xətkeşlə vəsantimetrlə tanış olduqdan sonra, müxtəlif əşyaların (dəftərin eni və uzunluğunu, qələmin uzunluğunu və s.) uzunluğunu xətkeşlə ölçməyi öyrənirlər. Bu işdə onların əvvəlki vərdişləri köməyə çatır. Çünki uşaqlar bağçada şərti ölçü vasitəsilə uzunluğu ölçməyi öyrənmişlər.Hələ on dairəsində şagirdlər sadə hesab məsələsi ilə tanış olur, toplama vəçıxmaya aid sadə məsələ tərtib etməyi öyrənirlər. Burada da bağça ilə məktəbarasındakı ardıcıl varislik təmin olunur. Müəllim şagirdlərin bağçada qazandıqları biliklərə istinad etməlidir.Şagirdlər düzünə və dolayı sadə məsələlərin həllərini fərqləndirməyi bacarırlar.I sinifdə şagirdlər düz xətt, düz xətt parçası, əyri xətt, düzbucaq, düzbucaqlı, kvadrat və onların xassələri ilə tanış olurlar. Hələ bağçada uşaqlar sadə həndəsi fiqurları fərqləndirməyi, adlandırmağı bacarırlar. Odur ki, I sinifdə verilən yeni biliklər yaxşı mənimsənilir.Şagirdlərin kəmiyyətlərdən kütlə və onun vahidi (kq-la), tərəzi və tərəzidəçəkmə ilə tutum və onun vahidləri (litrlə, yarımlitrlə) tanış olurlar.Tanışlıq əyani-praktik şəkildə və şagirdlərin bilavasitə iştirakı ilə aparılır.“Yüzlük” mövzusu daxilində şagirdlər santimetr, desimetr və metrlə tanış olur vəhəmin ölçü vahidləri ilə ölçmə işi aparırlar.Düz bucaq və düz olmayan bucaq anlayışları formalaşdırılır.Yüz dairəsində nömrələmə, şifahi və yazılı toplama və çıxma öyrənilir. Şagirdlər 100 dairəsində hesab əməlləri xassələrinə əsaslanaraq, hesablama üsulları ilə tanış olurlar.İndi bağça ilə I sinif arasında riyaziyyatdan varisliyin təmin edilməsi yolları və bu işdə müəllimin rolu üzərində bir qədər ətraflı dayanaq.I sinifdə riyaziyyat təliminin hazırlıq mərhələsində müəllim şagirdlərin bağçada qazandıqları hesab biliklərinin səviyyəsini, ümumi konturunu, çatışmamazlıqları müəyyən edir. Kəmiyyətlərə və fəza təsəvvürlərinə aid qazandıqları bilik, bacarıq və vərdişləri yoxlayır, ümumi səviyyəsini müəyyənləşdirir. Uşağın bağçadan aldığı riyazi hazırlığından I sinifdə səmərəli istifadəolunmalıdır.I sinifdə hesab məsələsinin strukturu öyrənilərkən, bağçada buna aid qazanılmış biliklər xeyli kömək edir. Bağçada sadə məsələlər şifahi və səhnələşdirilmiş şəkildəhəll edilir. I sinifdə həmin baza üzərində məsələ həlli genişləndirilir və dərinləşdirilir.Beləliklə, bağçada uşaqların riyaziyyatdan qazandıqları bilik, bacarıq və vərdişlər ibtidai siniflərin riyaziyyat kursunun ilk pilləsi olub, onun müvəffəqiyyətləmənimsənilməsində mühüm rol oynayır.İndi birinci təlim ilinin sonunda şagirdlərin riyaziyyatdan malik olduqları bacarıq vəvərdişlərin qısa məzmununu nəzərdən keçirək: sıfırdan 20-yə qədər ədədlərin yazılması və oxunması, toplama cədvəlinə aid biliklərin möhkəmləndirilməsində, cəmin və fərqin tapılmasında ondan istifadə edilməsi. Şagirdlərin öyrəndikləri hesablama üsullarından istifadə və tanış olduqları əməl xassələrini tətbiq etməklə 20 dairəsində toplama və çıxmanı düzgün yerinə yetirmək bacarığı. Toplama vəçıxmaya aid sadə məsələlərin həlli. Dördbucaqlı, üçbucaq, düz xətt parçası və onun hissələrinin damalı kağızda çəkilməsi və onun uzunluğunun tam sayda santimetrlərlə ifadə edilməsi.


Yüklə 340,27 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin