1. Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması metodikası pedaqoji elm kimi



Yüklə 340,27 Kb.
səhifə1/71
tarix13.06.2022
ölçüsü340,27 Kb.
#61347
  1   2   3   4   5   6   7   8   9   ...   71
riyazimtahansualları


1.Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması metodikası pedaqoji elm kimi
Azərbaycanın ümumtəhsil məktəblərində hərtərəfli inkişaf etmiş şəxsiyyətlərin yetişdirilməsində riyaziyyat fənni olduqca mühüm əhəmiyyət kəsb edir.Bu məqsədlə hələ bağça şəraitində uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılmasına xüsusi diqqət yetirilir.Deməli,elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikasi pedaqoji elmlər sisteminə daxildir.Bu fənnin özünün müstəqil elmi və tədris sahəsi olmaqla,tedqiqat predmeti-ictimai tərbiyə şəraitində bağça yaşlı uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması prosesinin əsas qanunauyğunluqlarını öyrənməkdən ibarətdir.
Bir tədris fənni kimi,elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikasının qarşısında aşağıdakı vəzifələr durur:
1.Bağçayaşlı uşaqların təliminə müvafiq olan faktik riyaziyyat materialının müəyyən edilməsi
2.Seçilmiş materiala uyğun tədris proqramının tərtib edilməsi
3.Uşaqlarda miqdar,fəza,vaxt və digər riyazi təsəvvürlərin formalaşdırılmasına aid proqram tələblərinin müəyyən edilməsi və elmi surətdə əsaslandırılması
4.Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması üçün effektiv vasitələr,metodlar və priyomların müəyyən edilməsi və praktikaya tətbiqi
5.Məktəbəqədər müəssisələr üçün yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması işinin məzmununun müəyyən edilməsi
6.Ailə şəraitində bağça yaşlı uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılmasına aid valideynlər üçün elmi əsaslar üzərində olan metodik göstərişlərin hazırlanması
Bağça uşaqlarında elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası ilk növbədə məktəbəqədər pedaqogika ilə,uşaqların tərbiyəsinin elmi əsasları ilə əlaqədardır.Bu fənn məktəbəqədər pedaqogikasının və didaktikasının işləyib hazırladığı,böyüməkdə olan nəslin təlim və əqli tərbiyə vəzifələrinə istinad edir.Buraya təlimin prinsipləri və şəraiti,təlim yolları,məzmunu,vasitələri,təşkili metodları,formaları və s. daxildir.
Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması probleminin tədqiqi və praktik fəaliyyəti üçün metodik məsləhətlərin hazırlanması pedaqogika nəzəriyyəsini zənginləşdirir və onu faktik material ilə təmin edir.
Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası digər xüsusi metodikalarla:nitqin inkişafı metodikası və s. ilə əlaqədardır.
Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası ilə,fiziki tərbiyənin nəzəriyyəsi və metodikası ilk növbədə bu fənnin nəzəri əsasları ilə əlaqədardır.
Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası digər xüsusi metodikalarla:nitqin inkişafı metodikası ilə,fiziki tərbiyənin nəzəriyyəsi və metodikası və s. ilə əlaqədardır.

Yüklə 340,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin