Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası ilk növbədə bu fənnin nəzəri əsasları ilə əlaqədardır.
Çünki riyaziyyatın ibtidai kursunun nəzəri əsasları:
1) Bağçada və ibtidai siniflərdə uşaqlara verilən biliklərin həcmi və məzmunu;
2)Varislik prinsipinə və uşaqların yaş xüsusiyyətlərinə müvafiq olan təlim metodları və vasitələrinin müəyyən etməyə imkan verir.
Bağça uşaqlarında elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası ibtidai siniflərdə riyaziyyat təlimi metodikası ilə sıx əlaqədardır və onlar arasında varisliyin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.Həqiqətən,bağça uşaqlarında riyazi təsəvvürlərin lazımi səviyyədə formalaşdırılmaması ibtidai siniflərdə şagirdlərin riyazi materialı çətin mənimsəmələrinə səbəb olur.
Bağçada riyaziyyat elementlərinin təlimi prossesində uşaqların yaş xüsusiyyətləri və idrak fəaliyyəti inkişafının qanunauyğunluqları nəzərə alınmalıdır.Deməli,elementar riyazi təsəvvürlərin formalaşdırılması metodokası psixologiya elmi ilə əlaqədardır.
Bağçada təlimin səmərəli qurulması və onun effektliyinin artırılması uşaqların anatomik-fizioloji xüsusiyyətlərinin elmi əsaslar üzərində nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir.Deməli,elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası insanın anatomiyası və fiziologiyası elmi ilə bağlıdır.
Elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası nisbətən cavan elmi-pedaqoji fənn olmasına baxmayaraq,xalqımızın əsrlərdən bəri riyaziyyatın ibtidai təlim sahəsində əldə etdiyi nailiyyətlərdən istifadə edir.
Beləliklə,elementar riyazi təsəvvürlərin formalaşdırılması fənninin bağlı olduğu müxtəlif elmlər onun nəzəri bazasını təşkil edir və burada riyaziyyat aparıcı rol oynayır.
2.Kiçik yaş qrupunda vaxt haqqında təsəvvürlərin formalaşması Bizi əhatə edən aləm hər vaxt mövcuddur. Vaxt anlayışı bizim şüurumuzdan asılı olmayaraq mövcuddur. Qavrayış və dərk etmə bizim şüurumuzda mövcud real vaxtın əks olunmasıdır.
Vaxt özünün bir neçə xüsusiyyətləri ilə: hərəkəti, onun geri qayıtması, əyani forması ilə səciyyələnir. O nə görünür, nə də eşidilir.
Vaxt nə keçmiş zamanda, nə indiki zamanda, nə də gələcək zamanda heç zaman yerini dəyişmir.
Psixoloqlar adətən məktəbəqədər yaşlı uşaqların zaman anlayışını çətin qavradığını qeyd edirlər. Bunun səbəblərindən biri vaxtın daimi bir istiqamətdə əbədi olaraq keçmişdən gələcəyə doğru axmasıdır. Vaxtın bu xüsusiyyətləri onun uşaqlar tərəfindən qavranılmasını çətinləşdirir.
Yuxarıda qeyd etdik ki, vaxtı görmək olmur, o, müxtəlif analizatorlar kompleksi ilə birlikdə hisslərlə qavranılır.
Gün dörd hissədən ibarətdir: səhər, gündüz, axşam, gecə. “ Məktəbəqədər təhsilin proqramı”nda vaxt anlayışı uşaqlara körpəlik qrupundan (2-3 yaş) öyrədilməyə başlanır. Körpələr sutkanın hissələrinin məzmununun, həmçinin onları əhatə edən yaşlıların həmin zaman aralıqlarındakı fəaliyyətlərinin dəyişməsi əsasında fərqləndirirlər.
Uşaqların gün ərzindəki fəaliyyəti ( səhər yuxudan durandan axşam yuxusuna qədər) sutkanın hissələri haqqında təsəvvürlərin formalaşması üçün real şərait yaradır.
Tərbiyəçi uşağın fəaliyyətinə aid zaman müddətini deyir və həmin müddətə uyğun fəaliyyət növlərini sadalayır.”İndi səhərdir. Biz səhər idmanı ilə məşğul olduq, yuyunduq, indi səhər yeməyinə başlayırıq”. Yaxud :”indi artıq gündüzdür. Tezliklə nahar edəcəyik”.
Sonra uşaqdan soruşurlar: “ Sən axşam nə edirsən?”, “Sən yuxudan nə vaxt durursan?” və s.
Tərbiyəçi uşaqlara onların fəaliyyətini əks etdirən illüstrasiyalardan istifadə edə bilər. İllüstrasiyalar elə olmalıdır ki, onlarda həmin vaxt müddəti üçün xarakterik olan əlamətlər aydın görünsün. Bundan sonra uşaqlar müxtəlif vaxt müddətində onların və böyüklərin məşğul olduqları işlər təsvir olunmuş şəkilləri seçirlər.
Beləliklə, səhər, gündüz, axşam, gecə sözləri tədriclə konkret məzmun, emosional rəngarənglik alır.