1. Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması metodikası pedaqoji elm kimi



Yüklə 340,27 Kb.
səhifə6/71
tarix13.06.2022
ölçüsü340,27 Kb.
#61347
1   2   3   4   5   6   7   8   9   ...   71
riyazimtahansualları

3 dairəsində saymanın öyrədilməsi. Saymanın öyrədilməsi uşaqlara həmin fəaliyyətin məqsədini başa düşməkdə (əşyaları ancaq saymaqla nə qədər? Sualına cavab vermək olar) və ona bu vasitələrə yiyələnməyə kömək etməlidir: sayların adlarını sıra ilə demək və onların hər birini çoxluğun elementinə uyğun qoymaq. Üç yaşlı uşaq üçün bu fəaliyyətin hər iki tərəfini eyni vaxtda mənimsəmək çətindir.Ona görə də orta yaşlılar qrupunda saymanın öyrədilməsini iki mərhələdə aparmaq məsləhətdir.
Birinci mərhələdə iki çoxluğun sayca tərkibinin müqayisəsi əsasında uşaqlara həmin fəaliyyətin məqsədini (yekun ədədi tapmaq) açırlar. Uşaqlara 1 və 2, 2 və 3 elementi olan çoxluqları fərqləndirməyi və tərbiyəçinin saymağı əsasında yekun ədədi deməyi öyrədirlər. Belə “əməkdaşlıq” ilk iki məşğələdə həyata keçirilir.
İki paralel sırada , bir-birinin altında yerləşdirilmiş iki əşyalar qrupunu müqayisə edərək, uşaqlar görürlər ki, hansı qrupda çox (az) əşya vardır, yaxud hər ikisində bərabərdir. Onlar sayların bu fərqini sözlərlə ifadə edərək əmin olurlar ki, qrupda əşyaların sayı bərabərdir, onların miqdarı eyni sözlə ifadə edilir (2 qırmizi dairə və 2 göy dairə), bir əşya əlavə etdik onlar çox oldu, qrup yeni sözlərlə ifadə olundu. Uşaqlar dərk etməyə başlayırlar ki, hər bir ədəd müəyyən miqdarda əşyanın sayını ifadə edir və tədriclə ədədlər arasındakı əlaqələri mənimsəyirlər. (2>3, 3<2)
Birində o birindən bir dənə çox əşya olan iki toplunun müqayisəsini təşkil etməklə, tərbiyəçi əşyaları sayır və uşaqların diqqətini yekun ədədə cəlb edir. O, əvvəlcə əşyalardan hansının çox (az) olduğunu, sonra isə hansı ədədin böyük, hansının kiçik olduğunu müəyyənləşdirir. Böyükdür, kiçikdir münasıbətləri həmişə bir-birilə əlaqədə nəzərdən keçirilir.
İşin gedişində daima qeyd edilir ki, cəmi neçə əşya olduğunu bilməkdən ötrü, onları saymaq lazımdır.Uşaqların diqqətini yekun ədədə yönəltməklə tərbiyəçi onun adını ümumiləşdirici jestlə müşayət edir. Əşyalar toplusunun və ədədlərin müqayisəsinin uşaqların nitqində əks olunmasına böyük diqqət verilir. (“Matryoşkalar xoruzlardan çoxdur. Xoruzlar matryoşkalardan azdır. 2 böyükdür, 1 isə kiçikdir, 2 1-dən böyükdür, 1 2-dən kiçikdir”).

Yüklə 340,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin