1. Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması metodikası pedaqoji elm kimi


Bağça yaşlı uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması probleminin tədqiqi tarixinə dair



Yüklə 340,27 Kb.
səhifə4/71
tarix13.06.2022
ölçüsü340,27 Kb.
#61347
1   2   3   4   5   6   7   8   9   ...   71
riyazimtahansualları

4.Bağça yaşlı uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması probleminin tədqiqi tarixinə dair
Bağça yaşlı uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması probleminin tədqiqi tarixinə dair Tədqiqatlar göstərir ki,bağça yaşlı uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması problemi 2 aspektdə araşdırılıb öyrənilmişdir:
1.nəzəri aspektdə
2.praktik aspektdə
Ümumtəhsil məktəblərindəki onbirillik təhsil sisteminin tətbiq edilməsi uşaqların riyazi hazırlığı işində bağça ilə ibtidai məktəb arasında varisliyi daha da gücləndirmişdir.Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası uzun inkişaf yolu keçmişdir. 18- 19 cu əsrlərdə bağça yaşlı uşaqlara hesabdan ən sadə biliklərin verilməsi, müxtəlif kəmiyyətlər haqqında təsəvvürlərin formalaşdırılması məsələləri Y.A.Komenski, İ.G.Pestalotsi, K.D.Uşinski, L.N.Tolstoy və başqalarının təlim tərbiyəyə aid əsərlərində öz əksini tapmışdır. Alman pedaqoqu F.Frebelin Və İtaliya pedaqoqu M.Montessorinin əsərlərində uşaqlarda ədəd anlayışının formalaşdırılması metodları haqqında fikirləri verilmişdir. Onlar həmçinin sensor tərbiyə sisteminin inkişaf etdirilməsi mövqeyində dururdular. 19 cu əsrin sonu 20 ci əsrlərin əvvəllərində ibtidai siniflərdə hesab təlimi metodlarının inkişaf etdirilməsi və müxtəlif mütərəqqi ideyaların məktəbə gətirilməsi elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikasının bir pedaqoji fənn kimi inkişafına böyük təkan vermişdir.İnqilabdan əvvəlki Rusiyada hesaba aid çap olunan metodik vəsaitlər bir qayda olaraq ailə və uşaq bağçası üçün nəzərdə tutulurdu. Məqsəd valideynləri və bağça tərbiyəçilərini riyaziyyat təlimi məzmunu ilə tanış etməkdən ibarət idi. 1912- ci ildə V.A.Kemnits tərəfindən tərtib olunmuş "Uşaq bağçasında riyaziyyat"kitabı çapdan çıxdı. Bu, onun ailə şəraitində uşaqlarla apardığı pedaqoji iş təcrübəsinin nəticəsi idi. Ölkəmizdə Sovet hakimiyyəti illərində L.V.Qlaqolyeva, L.K.Şleger, Y.İ.Tixeyeva, F.N.Blexer tərəfindən məktəbəqədər yaşlı uşaqların riyaziyyat hazırlığına dair metodik vasitələr, müvafiq proqramlar və didaktik oyun materialları hazırlanmışdır. Yaradılan proqramların məzmunu bağça yaşlı uşaqlarda ədəb haqqında təsəvvürlər,kəmiyyətlər və onların ölçülməsi ilə əlaqədar ilkin təsəvvürlər,forma,fəzada istiqamətlər və vaxt haqqında elementar biliklər daxil edilmişdir.
1939- cu ilə qədər Leninqradın (indiki Sanqpeterburq) uşaq bağçalarında hesab anlayışlarının formalaşdırılması L.V.Qlaqolyevanın metodikası əsasında aparılırdı.Onun " Laborator metodu ilə hesabın tədrisi" (1919), "Məktəbin L.V.Qlaqolyeva əşyalarının ölçülərinin müqayisəsi" (1930), "Sıfırıncı qruplarda riyaziyyat(1930) adlı vasitələrində uşaqlarda ədəd , kəmiyyət cə onun ölçüləri ,tam ədədin (bütövün) bərabər hissələrə bölünməsi haqqında təsəvvürlərin formalaşdırılmasına dair materialın məzmunu metodları və priyomları verilmişdir.
L.V.Qlaqolyevanın say metodikası o dövrdə dəbdə olan iki metodik ideyaya əsaslanırdı:
1.Sayma yolu ilə ədələrin qavranılması
2.Obrazlar (ədədi fiqurlar.əşyalar qrupu)vasitəsilə ədədlərin qavranılması .
L.V.Qlaqolyeva laborator metodunu (əyani material əsasında praktik vərdişlərin yaradılması), tədqiqat metodunu(bilikləri tətbiq etmək üçün uşaqlar öyrənilənə oxşar situasiya axtarırlar), illüstrativ metodu(məhsuldar fəaliyyət prosesində bilik və bacarıqların möhkəmləndirilməsi) və əyanilik metodunu geniş təbliğ edirdi.
Y.İ.Tixeyeva maarif sahəsində məşhur ictimai xadim ,pedaqoq metodist olmuşdur. O,təklif edirdi ki, ədəd haqqında təsəvvürlərin formalaşdırılması uşağın təbii inkişafı prosesində heç bir məcburiyyət və təzyiq olmadan həyata keçirilməlidir. Y.İ.Tixeyevanın tələblərindən biri də bu idiki, biliyin heç bir məcburiyyət olmadan mənimsənilməsi üçün zəruri olan şərait yaradılmalıdır. O, hesab edirdi ki, bu cür mənimsənilməni kollektiv təlim prosesində təmin etmək mümkün deyildir; onu uşağın gündəlik həyatında oyunlar zamanı təmin etmək olar. Y.İ.Tixeyeva " Müasir uşaq bağçası"(1920), "Kiçik yaşlı uşaqların həyatında sayma"(1920) kitablarında bağça uşaqların sistematik təliminə qarşı çıxırdı.
Y.İ.Tixeyeva uşaqlarda miqdar və fəza təsəvvürlərini möhkəmləndirmək üçün(oyun məşğələlər üçün) 60 məşğələ tərtib etmiş və bağça yaşlı uşaqların riyaziyyatdan biliklərinin həcmini müəyyən etmişdir. O, uşaqları rəqəmlərlə tanış etməyi zəruri hesab edirdi. Bunun üçün ədədi fiqurlar və onlara uuğun rəqəmlər yazılmış kartoçkalardan istifadə etməyi məsləhət görürdü. Y.İ.Tixeyeva hazırladığı çalışmalar vasitəsilə toplama və çıxma əməli ilə uşaqları tanış edir və sadə məsələləri həll etməyi öyrədirdi,uşaqların müstəqil məsələ tərtib etmək priyomuna da üstünlük verirdi.
Kəmiyyətin ölçülərinə görə müqayisə edilməsi və oyun prosesində 5-6 yaşlı uşaqları sadə ölçmə işləri ilə tanış etməyi məsləhət görürdü. Bu şərtlə ki, həmin ölçmələr məqsədsiz olub, sırf tədris xarakteri daşımamalıdır. Onları oyunlara daxil edib, praktik məşğələlərlə əlaqələndirmək lazımdır. (məsələn "maqazin oyunu" və s.)
Y.İ.Tixeyeva uşaqları məktəbə hazırlamaq üçün savad və say sisteminin böyük əhəmiyyətini qeyd edirdi. Bu işdə fərdi təlimə üstünlük verirdi. Lakin onun tərtib etdiyi oyunlar, didaktik materiallar kollektiv istifadə məqsədini daşıyırdı.Öz işinin ustası , uşaq psixologiyasını dərindən bilən Y.İ.Tixeyeva təlimin tədricən çətinləşdirilməsi mövqeyində durmaqla, o dövrdə geniş yayılmış sərbəst tərbiyə nəzəriyyəsinə daha çox istinad edirdi. Onun məktəbəqədər pedaqogika sahəsində faydalı məsləhət və göstərişləri indi də aktuallığını saxlayır.
Bağça yaşlı uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikasına dair pedaqoq F.N.Blexerin də xidmətləri olmuşdur. Bağçada ptəlimin məzmunu və metodlarına dair fikirləri onun 1934 -cü ildə çap olunmuş "Uşaq bağçasında və sıfırıncı qrupda riyaziyyat"adlı kitabında ətraflı verilmişdir. Həmin kitab keçmiş sovet uşaq bağçasında riyaziyyatdan ilk tədris vəsaiti olmuşdur.
F.N.Blexer təklif edirdi ki, 3-4 yaşlı uşaqlar "çox "və "bir"anlayışlarını fərqləndirməyi bacarmalı və onlarda 1,2,3 ədədləri haqqında təsəvvürlər formalaşdırılmalı və 5-6 yaşlı uşaqlar on dairəsində əşyaların miqdarı xarakteriskasını müəyyən etməyi, sıra sayı əsasında ədədləri müqayisə etməyi bacarmalı,6-7 yaşlı uşaqlar on dairəsində ədədlərin tərkibini, rəqəmləri bilməli, nömrələmə əsasında toplama və çıxma əməllərini, ən sadə hesab məsələlərini əşyalar əsasında həll etməyi bacarmalıdırlar.
N.F.Blexer bağça yaşlı uşaqlarda fəza təsəvvürlərini,vaxt ölçüləri və onlar arasındakı münasibətlərə dair təlimin məzmunu və metodlarını işləyib hazırlamışdır. Bu məsələləri həyata keçirtmək üçün o, iki yoldan istifadə edirdi:
1.Gündəlik həyat fəaliyyəti prosesində
2.Xüsusi seçilmiş oyunlar və məşğələlər vasitəsilə.
N.F.Blexer hesab edirdi ki, say uşağın təkcə zehni inkişafı üçün deyil həm də onun hərtərəfli inkişafı üçün əvəz olunmaz vasitədir. Uşaqlarda miqdar təsəvvürlərini formalaşdırmaq üçün əşyaları saymağa aid uşaqların praktik fəaliyyəti mühüm rol oynayır. N.F.Blexerin tərtib etdiyi müxtəlif oyunlar indiyənə kimi məktəbəqədər tərbiyə müəssisələrində tətbiq olunur.
Uşaqlarda ədəd haqqında təsəvvürlərin formalaşdırılmasında monoqrafik metod mühüm rol oynamışdır. Bu metod 20-ci əsrin əvvəllərindən başlayaraq 50- ci illərə qədər sovet uşaq bağçalarında tətbiq olunmuşdur. Bu metod N.F.Blexerin, L.V.Qlaqolyevanın əsərlərində öz əksini tapmışdır.
Keçmiş sovet uşaq bağçalarında elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası 30-50 ci illərdə sovet psixologiya və pedaqogika elminin metodologiyası əsasında qurulmuşdur. Bağçada veriləcək riyazi təsəvvürlərin həcmi, məzmunu , onların təlimi metodları və digər məsələlər psixologiya-pedaqogika elmlərin nailiyyətləri əsasında işlənib hazırlanırdı. K.B.Lebedintsev özünün "Uşaqlarda erkən vaxtlarda ədəd haqqında təsəvvürlərin inkişafı"(Kiyev,1923) adlı kitabında qeyd edirdi ki, 1-dən 5 -ə qədər ədədlər haqqında ilk təsəvvürlər o zaman yaranır ki, onlar əşya qruplarını, çoxluqlarını fərqləndirməyi bacarsınlar. Ədəd haqqında təsəvvürlərin çoxluqların köməyilə yaradılması psixoloq İ.A.Frenkel və riyaziyyatçı-metodist L.A.Yablokov tərəfindın tədqiq edilmişdir. Onlar əsaslandırmışlar ki, uşaqlar əvvəlcə çoxluğun ayrı-ayrı elementlərini dərk etməli və bundan sonra ədədlər haqqında , əməllər haqqında təsəvvürlər və ümumiləşmələr formalaşdırılmalıdır.
N.A.Mençiskaya hesab təlimi psixologiyası məsələlərini tədqiq etmişdir. Onun "Hesab təlimi psixologoyasına dair oçerklər"(M.,1947,1950), " Hesab təlim psixologiyası"(M.,1955) kifabçasında bağça yaşlı uşaqlara ədəd anlayışının formalaşması prosesi ətraflı öyrənilmiş və konkret nəticələr irəli sürülmüşdür.
P.Y.Qalperin ədəd və əməllər(toplama və çıxma) haqqında anlayışların formalaşdırılmasında kəmiyyətləti ölçülməsi işindən isfifadə edilməsi ideyasını əsaslandırmışdır.Bu işdə ölçü vahidlərindən istifadə edilməsi ön plana çəkilir.
Z.S.Piquleskaya ,F.A.Mixaylova,N.QBakst və Y.F.Çekmaryovun tədqiqatları uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikasına həsr olunmuşdur.
Metodist royaziyyatçı Y.F.Çermaryovun apardığı eksperiment və qabaqcıl təcrübəni ümumiləşdirməsi nəticəsində bağçanın böyük qrup tərbiyəçiləri və hazırlıq sinfi müəllimləri üçün " 6 yaşlı uşaqlara hesabın öyrədilməsi"(M,.1963) kitabçalarını yazmışdır.
V.V.Davidovun tədqiqatlarında sayın əqli fəaliyyət kimi, psixoloji mexanizmi aşkar edilmişdir. Ədəd anlayışının formalaşmasında əşyaların sayına görə müqayisə edilmısi və kəmiyyətlərin ölçülməsindən istifadə olunur.
Bağça yaşlı uşaqlarda say və kəmiyyətlərin ölçülməsi arasında qarşılıqlı əlaqə yaratmaqla , elementar riyazi təsəvvürlərin formalaşdırılması priyomuna R.L.Beryezina, N.Q.Belous, Z.Y.Lebedyeva, R.L.Nepomnyaşa, Y.V.Proskura, L.A.Levinova, T.V.Taruntayeva və Y.İ.Şerbakobun tədqiqatlarında rast gəlirik. V.V. Danilovanın, L.İ.Yermolayevin və Y.A.Tarxanovanın tədqiqatları bağça yaşlı uşaqlarda miqdar təsəvvürlərinin formalaşdırılması imkanları və onun təşkilləşdirilməsinə həsr olunmuşdur.
Uşaqlarda fəza-zaman təsəvvürlərinin formalaşdırılması məsələlərinə T.A.Müseyibovanın, K.V.Nazarenkonun və T.D.Rixtermanın bir sıra tədqiqatlarında rast gəlirik.
Oyunlar vasitəsilə uşaqların riyazi inkişafına pedaqoji rəhbərliyin metodları və priyomları Z.A.Qraçyova, T.N.İqnatyeva, A.A.Smolentseva və İ.İ.Şerbinina tərəfindən işlənmişdir.
Hal-hazırda psixoloqların,pedaqoqların ,riyaziyyatçı metodistlərin elmi tədqiqatları nəticəsində müəyyənləşdirildi ki, bağça uşaqlarında elementar riyazi təsəvvürlərin formalaşdırılması fənni proqramını dəyişmək və onu təkmilləşdirmək zərurəti yaranmışdır. Bu məqsədlə yeni proqram tərtib edilmiş və yeni bölmələr: "Kəmiyyətlər", "Həndəsi fiqurlar" , "Fəza və zamana görə oriyentasiya" daxil edilmişdir.

Yüklə 340,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin