1. Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması metodikası pedaqoji elm kimi


Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması metodikasının vəzifələri



Yüklə 340,27 Kb.
səhifə9/71
tarix13.06.2022
ölçüsü340,27 Kb.
#61347
1   ...   5   6   7   8   9   10   11   12   ...   71
riyazimtahansualları

7.Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması metodikasının vəzifələri
Azərbaycanın ümumtəhsil məktəblərində hərtərəfli inkişaf etmiş şəxsiyyətlərin yetişdirilməsində riyaziyyat fənni olduqca mühüm əhəmiyyət kəsb edir.Bu məqsədlə hələ bağça şəraitində uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılmasına xüsusi diqqət yetirilir.Deməli,elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikasi pedaqoji elmlər sisteminə daxildir.Bu fənnin özünün müstəqil elmi və tədris sahəsi olmaqla,tedqiqat predmeti-ictimai tərbiyə şəraitində bağça yaşlı uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması prosesinin əsas qanunauyğunluqlarını öyrənməkdən ibarətdir.
Bir tədris fənni kimi,elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikasının qarşısında aşağıdakı vəzifələr durur:
1.Bağçayaşlı uşaqların təliminə müvafiq olan faktik riyaziyyat materialının müəyyən edilməsi
2.Seçilmiş materiala uyğun tədris proqramının tərtib edilməsi
3.Uşaqlarda miqdar,fəza,vaxt və digər riyazi təsəvvürlərin formalaşdırılmasına aid proqram tələblərinin müəyyən edilməsi və elmi surətdə əsaslandırılması
4.Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılması üçün effektiv vasitələr,metodlar və priyomların müəyyən edilməsi və praktikaya tətbiqi
5.Məktəbəqədər müəssisələr üçün yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması işinin məzmununun müəyyən edilməsi
6.Ailə şəraitində bağça yaşlı uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşdırılmasına aid valideynlər üçün elmi əsaslar üzərində olan metodik göstərişlərin hazırlanması
Bir pedaqoji elm kimi elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikasının metodoloji əsasını fəlsəfənin idrak nəzəriyyəsi və mühüm nəzəri müddəalar təşkil edir.
Uşaqlarda riyazi təsəvvürlərin formalaşması prosesi məşhur《canlı müşahidədən mücərrəd təfəkkürə-oradanda praktikaya-obyektiv varlığı dərk etmənin dialektik yolu belədir》-müddəasına əsaslanır.
Hazırda alim-pedaqoqlar tərəfindən bağça uşaqlarında elementar riyazi təsəvvürlərin formalaşdırılmasına dair elmi və praktik cəhətdən əsaslandırılmış metodiki sistem yaradılmışdır.Bu sistemin əsas elementlərini-işin məqsədi,məzmunu,vasitələri və formaları təşkil edir.Bu elementlər bir-biri ilə sıx əlaqədardır.


Yüklə 340,27 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin