12. Dünya iqtisadi böhranı və sonrakı dövründə (1929-1939) beynəlxalq münasibətlər 1929-1933-cü illərin dünya iqtisadi böhranı kapitalist dövlətləri arasında ziddiyyətləri daha da kəskinləşdirdi. Bunun əsas mənbəyi isə kapitalist dövlətlərinin iqtisadi və siyasi inkişafının qeyri-bərabərliyinin güclənməsi idi. Dünya iqitsadi böhranı illərində hərbi dəniz gəmilərinin tikintisinə dair həll olunmamış məsələləri qaydaya salmaq üçün 1930-cu ilin yanvarın 21-dən aprelin 22-dək Londonda keçirilən dəniz konfransında ABŞ, İngiltərə və Yaponiya arasında donanma sahəsində münaisbətlər qismən tənzimləndi.İmperilistlərarası ziddiyyətlərin kəskinləşməsi antisovet sövdələşmə imkanını qətiyyən istisna etmirdi. Antikommunizm zəncirində eyni vaxtda faşist dövlətləri təcavüzkar xarici siyasət xətti yeridirdilər ki, 30-cu illərdə Böyük Britaniya, Fransa, ABŞ bunu müdafiə edirdilər.Dünyanı yenidən bölüşdürmək uğrunda silahlı mübarizəyə birinci olaraq Çində və Sakit Okean hövzəsində şəriksiz hökmran olmaq istəyən Yaponiya başladı. 1931-ci ilin sentyabrında yapon ordusu Çinə soxuldu və üç ay ərzində Mancuriyanı işğal etdi. ABŞ, Böyük Britaniya və Fransa Yaponiyanın tezliklə SSRİ üzərinə hücum edəcəklərini gözlədikləri üçün təcavüzkara qarşı çıxmadılar. ABŞ və İngiltərə maliyyə-sənaye maqnatlarının alman inhisarları ilə çoxillik əlaqəsi Almaniyanı «sakitləşdirmə» siyasətinin iqtisadi əsasını təşkil edirdi. 1933-cü ilin oktyabrında Almaniya nümayişkaranə surətdə Millətlər Cəmiyyətindən çıxdı və bu addımla sürətlə silahlanma və təcavüz üçün öz əl-qolunu tamam açdı. Hitler Versal müqaviləsinin hərbi maddələrini birtərəfli surətdə pozaraq 1935-ci ilin martında ümumi hərbi mükəlləfiyyət keçirdi. 1935-ci il ingilis-alman dəniz müqaviləsi almanlara hərbi dəniz donanmasını artırmağa, sualtı qayıqlar hazırlamağa yol açdı ki, bu da faktiki olaraq Versal sazişlərinə ikitərəfli yenidən baxılması demək idi. 1936-cı ilin martında alman ordusu hərbisizləşdirilmiş Reyn zonasını tutdu. Hitler əslində bu addımı ilə riskə getdi. 1935-ci ilin oktyabrında yaxşı silahlanmış İtaliya ordusu Efiopiyaya soxuldu. 1936-cı ilin mayında Efiopiya xalqının inadlı müqavimətinə baxmayaraq paytaxt Əddis-əbəbə tutuldu. Efiopiya İtaliyanın müstəmləkəsi elan edildi. Beynəlxalq ictimaiyyətin təzyiqi altında Millətlər Cəmiyyəti İtaliyanı təcavüzkar dövlət elan etməyə məcbur oldu və onunla ticarətdə bəzi məhdudiyyətlər qoydu. Ciddi surətdə dünya müharibəsinə hazırlaşan Almaniya, İtaliya və Yaponiya tədricən hərbi blok yaratmağa başladılar. 1936-cı ilin oktyabrında beynəlxalq siyasətin əsas məsələlərində birgə fəaliyyət, Mərkəzi və Cənub-Şərqi Avropada nüfuz dairələrinin hüdudlarını müəyyən etmək haqqında Almaniya-İtaliya müqaviləsi imzalandı. 1936-cı ilin noyabrında Almaniya ilə Yaponiya "Antikomintern paktı" bağladılar. Bir ildən sonra İtaliya da bu pakta qoşuldu. "Antikomintern paktı" bağlandıqdan sonra faşist dövlətlərinin təcavüzkarlığı daha da artdı. 1934-cü ildə Yunanıstan, Rumıniya, Türkiyə və Yuqoslaviya "Balkan Antantası" adlanan ittifaq yaratdılar. Lakin sonrakı hadisələr göstərdi ki, belə cəhdlər kiçik ölkələrə Almaniya və İtaliya təcavüzündən xilas olmağa təminat vermir. İkinci dünya müharibəsi başlanmazdan əvvəl "Balkan Antantası" dağıldı. 1935-ci ilin mayında SSRİ-nin təşəbbüsü ilə təcavüzkara qarşı qarşılıqlı yardım haqqında Sovet-Fransa, Sovet-Çexoslovakiya paktları imzalandı. 1938-ci ilin sentyabrın 29-30-da İngiltərənin baş naziri N.Çemberlen, Fransanın baş naziri E.Daladye, İtaliyanın "duçe"si B.Mussolini və Almaniyanın "fürerı" A.Hitlerin iştirakı ilə Münhendə konfrans oldu. İngiltərə və Fransanın faşist dövlətləri ilə sövdələşməsi Çexoslovakiyanın parçalanması haqqında qeyri-qanuni müqavilənin imzalanması ilə möhkəmləndirildi. Çexoslovakiya ərazisinin və əhalisinin 3/1 təşkil edən Sudet vilayəti və başqa rayonlar Hitler Almaniyası, burjua-mülkədar Polşası və Xorti Macarıstanına verildi. Çünki Münhen sövdələşməsi Almaniyanın iştahasını daha da artırdı. 1939-cu ilin martında Almaniya Çexoslovakiyanın qalan hissəsini də işğal etdi. Çexiya və Moraviya Almaniya "protektoratı" oldular, "Müstəqil" Slovakiyada isə oyuncaq faşist hökuməti yaradıldı. Münhen sazişi ilə SSRİ beynəlxalq aləmdən təcrid olunmuş oldu. Hitler və Çemberlen bir-birinə hücum etməmək haqqında alman-ingilis deklarasiyasını imzaladılar ki, bununla da Almaniyaya Şərqi Avropada azad hərəkət etmək imkanı verildi. SSRİ 1939-cu ilin noyabrında Finlandiya ilə müharibəyə başladığına görə elə həmin ilin dekabrın 14-də təcavüzkar dövlət kimi Millətlər Cəmiyyətindən çıxarıldı.1939-cu ilin aprelin 17-də SSRİ Qərb dövlətlərinə bərabər öhdəliklərə əsaslanan üçtərəfli saziş və hərbi müqavilə bağlamağı təklif etdi. Bu müqavilədə Baltik və Qara dəniz arasında yerləşən dövlətlərə qarşı təcavüz olduqda onlara yardım göstərilməsi nəzərdə tutulurdu. 1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ-nin bir-birinə qarşı hər cür zorkaılıqdan, hər cür təcavüz hərəkətindən (istər tək, istərsə də başqa dövlətlərlə birlikdə) imtina etməyi öhdələrinə götürməsini nəzərdə tutan 10 il müddətinə bir-birinə hücum etməmək haqqında sovet-alman müqaviləsi imzalandı. Müqavilənin məzmunu 1926-cı il müqaviləsinin başlıca müddəasına əsaslanırdı. Lakin Moskvada Molotov və Ribbentrop Baltik dənizindən Qara dənizədək hər iki tərəfin "maraq dairəsini" müəyyənləşdirən "gizli əlavə protokol" da imzaladılar. . Protokolda alman müdaxiləsinin şərqə doğru hüdudları müəyyən olundu Almaniya Pribaltika respublikalarına və Finlandiyaya soxulmamaq barədə öhdəlik götürürdü. Alman qoşunlarının irəliləməsi Tissa, Narev, Visla və San çayları xətti ilə məhdudlaşdırılırdı. Almaniyanın SSRİ üzərinə hücumu ilə 1939-cu il SSRİ-Almaniya müqaviləsi və onun gizli protokolu qüvvədən düşmüş oldu.