9. Versal-Vaşinqton sistemi və onun ziddiyyətləri Birinci dünya müharibəsindən sonra beynəlxalq münasibətlərdə yeni sistem yaranmış oldu ki, bu da tarixə Versal-Vaşinqton sistemi kimi daxil oldu. Versal-Vaşinqton sistemi Birinci və İkinci dünya müharibəsi arasındakı dövrdə beynəlxalq münasibətləri nizama salan bir sistem oldu. Bu sistem öz nəticələrinə görə ədalətsiz idi. Belə ki, bu sistemdə Almaniya, İtaliya və Yaponiyanın bir sıra alçaldıcı şərtləri qəbul etməsi gələcəkdə bu dövlətlərdə revanş hissinin artmasına, millətçiliyin güclənməsinə səbəb olduBu sistem Sovet Rusiyasını kənarda qoymaqla özü ilə Sovet Rusiyası arasında ziddiyyətin kəskinləşməsinə səbəb oldu.Təsadüfi deyildir ki, bu İtaliya və Almaniyada özünü faşizm formasında büruzə verdi. Bu sistem bolşevizmi Avropaya buraxmamaq üçün Rusiya sərhəddində xırda dövlətlər yaratdı və «sanitar kartonu» tətbiq etdi. Bu sistem qalib dövlətlərin özü arasında ziddiyyəti kəskinləşdirdi. ABŞ-la Avropa arasındakı ixtilafı da gücləndirdi. Bu sistem mandat üsulunu tətbiq etməklə müstəmləkəçiliyin yeni formasını yaratdı. Müstəmləkələrlə metropoliyalar arasındakı ziddiyyətlər gücləndi. Nəhayət, bu sistem iqtisadi məsələlərdə, Almaniyadan təzminat alınması məsələsində obyektiv qərar çıxartmadığı üçün gələcəkdə çox ciddi problemlərlə üzləşdi. ABŞ-ın Versal müqavilələrinə bitərəf münasibəti, onun qərarlarını təsdiq etməməsi, Millətlər Cəmiyyətində iştirak etməkdən imtina etməsi bu sistemin kövrək olduğunu göstərdi. Versal sisteminin yaradıcıları Avropada milli münasibətləri mürəkkəbləşdirdilər. Bütün bunlara görə bu sistem bəzi dövlətlər tərəfindən pozuldu və nəhayət, ləğv edildi.Birinci dünya müharibəsi kapitalist ziddiyyətlərini bir müddət arxa plana çəkdi. Müəyyən müddət sakit inkişaf üçün şərait yaratdı ki, bu, isə yeni müharibəyə hazırlaşmaqdan başqa bir şey deyildi.
10. Genuya, Lozanna və London konfranslarının qərarları Genuya konfransı.Birinci Dünya müharibəsindən sonra dağıdılmış Avropanı bərpa etmək üçün Antantanın Ali Şurası 1922-ci ilin yanvarında Fransanın Kanna şəhərində xüsusi müşavirə çağırdı. Həmin müşavirənin qarşısında yeni bir konfrans çağırmaq və dağıdılmış Avropanı Rusiyanın hesabına bərpa etmək məsələsi dururdu. Bu məqsədlə İtaliyanın Genuya şəhərində 1922-ci ilin aprelin 10-dan mayın 19-dək davam edən 34 dövlətin iştirakı ilə xüsusi maliyyə-iqtisadi konfrans çağırıldı. Konfransda qalib dövlətlər Rusiyadan tələb etdilər ki, xaricilərin Rusiyada milliləşdirilmiş müsəssisələri yenidən özlərinə qaytarılsın. Həmçinin Rusiyadan xarici borclarını qaytarmaq da tələb edildi. Bu isə təxminən 18 milyard rubla bərabər rəqəm idi. Buna cavab olaraq Rusiya nümayəndə heyəti bildirdi ki, bu məbləği Rusiya bir şərtlə verməyə razıdır ki, xarici dövlətlər vətəndaş müharibəsi və xarici hərbi müdaxilə dövründə Rusiyaya dəymiş təxminən 39 milyard rubl dəyərindəki zərəri ödəsinlər. Bundan başqa, Rusiyaya çoxlu kredit və borc versinlər. Borcların qaytarılması üçün isə 30 il müddət qoysunlar. Ona görə də Rusiya ilə digər dövlətlər arasında konfransda heç bir razılıq əldə edilə bilmədiKonfransın gedişi zamanı Sovet nümayəndə heyəti Almaniya nümayəndə heyəti ilə aprelin 16-da Rapolloda görüşdü və RSFSR və Almaniya arasında diplomatik və iqtisadi münasibətləri bərpa etmək, hərbi xərclərin ödənilməsindən qarşılıqlı surətdə əl çəkmək haqqında sovet-alman müqaviləsi imzalandı. Almaniya sovet hakimiyyəti tərəfindən alman vətəndaşlarının milliləşdirilmiş mülkiyyəti barədə iddialarından əl çəkdi. Bu müqavilə Sovet Rusiyası tərəfindən imperializm zəncirinin ilk dəfə yarılması demək idi. 1922-ci ilin iyunun 13-dən – iyulun 20-dək Genuya konfransının davamı kimi Haaqada konfrans çağırılsa da, onun da nəticəsi olmadı. Lozanna konfransı.1918-1923-cü illərdə gedən azadlıq müharibəsi yenidən qalib dövlətləri məcbur etdi ki, 1923-cü il iyulun 24-də onlar Lozannada çağrılmış konfransda (Konfrans öz işinə1922-ci il noyabrın 22-də başlamışdı) Sevr müqaviləsini qüvvədən düşmüş hesab etsinlər və Ankara hökumətini böyük türk dövlətinin hökuməti kimi tanısınlar. Lozanna protokoluna görə Türkiyə özünün ərəb ərazilərini itirir, Kiprin Böyük Britaniyaya Dodekanez adalarının İtaliyaya, Egey dənizindəki bir sıra adaların Yunanıstana verilməsi ilə razılaşmalı olurdu Bununla bərabər, başlıca törk ərazilərini Türkiyə özündə saxlaya bildi. İzmir, Ədirnə ilə birlikdə Şərqi Frakiya, Dardanelin Avropa sahilləri, Qallipoli yarımadası və s. Türkiyəyə qaytarıldı. Qara dəniz dövlətlərinin ticarət və hərbi gəmiləri dinc və müharibə vaxtı boğazlardan sərbəst keçə bilərdilər. Fransa, İngiltərə, İtaliya, Yaponiya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Rusiya, Yuqoslaviya, və Türkiyədən ibarət İstanbulda türk nümayəndəliyinin sədrliyi ilə beynəlxalq boğazlar komissiyası yaradıldı. Yunanlar İstanbuldan başqa bütün Türk ərazilərindən çıxarılmalı idilər. Ermənilərin Türkiyə ərazisində Ermənistan təşkil etmək istəyi baş tutmadı. 1923-cü il oktyabrın 15-də Türkiyədə paytaxt İstanbuldan Ankaraya köçürüldü. Həmin il oktyabrın 29-da isə 1876-cı il konstitusiyasında edilmiş bir dəyişikliklə Türkiyə respublika elan edildi. London konfransı.Birinci Dünya müharibəsinin bitməsindən sonra Almaniyanın ödəyəcəyi təzminatın və Yaxın Şərqdəki mürəkkəb vəziyyətin, eləcə də Türkiyə məsələsinin müzakirə edildiyi konfrans. Birinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlərin mühüm məsələləri Almaniyanın ödəyəcəyi təzminat və Yaxın Şərqdə mövcud olan mürəkkəb vəziyyət idi. 1921-ci ilin fevral ayının 21-dən mart ayının 14-ə qədər davam edən Birinci London konfransında təzminat və Yaxın Şərq məsələləri müzakirə edildiKonfransda iki türk nümayəndə heyəti iştirak edirdi. Ankara hökumətinin nümayəndə heyətinə Bəkir Sami, İstanbul hökumətinin nümayəndə heyətinə isə Tevfiq paşa rəhbərlik edirdi. İkinci heyət konfransda əsas rol oynamasa da, hər iki heyət razılaşdırılmış layihələrlə çıxış edirdi. Konfransda Türkiyənni tələbi bunlardan ibarət idi:
Türkiyənin 1913-cü il sərhədlərinin bərpası,
İzmirin yunan ordusundan azad edilməsi və Türkiyəyə qaytarılması,
Boğazlardan keçidin sərbəst olduğu təqdirdə Türkiyənin suverenliyinə və təhlükəsizliyinə təminat verilməsi,
Öz sahillərini və torpaqlarını qorumaq üçün Türkiyəyə hərbi dəniz və quru qoşunları saxlamasına icazə verilməsi.
Martın 11-də Fransa və İtaliya türklərə, İngiltərə isə yunanlara aşağıdakı şərtlərin qəbulunu təklif etdilər: müttəfiq qoşunları İstanbuldan çıxarılır, müttəfiqlərin Türkiyədəki beynəlxalq maliyyə nəzarəti komissiyasında türklər də iştirak edir, İzmirdə türk suverenliyi saxlanılsa da, yunan qarnizonu qalır və s. Lakin həm türklər, həm də yunanlar bununla razı olmadığına görə konfrans uğursuzluqla bitir. Yunanlar hərbi əməliyyatları davam etdirdilər, türklər isə martın 16-da Rusiya ilə müqavilə imzaladı.