1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Fransada "sol blok" və "Milli birlik" hökumətlərinin daxili və xarici siyasəti



Yüklə 198,71 Kb.
səhifə16/58
tarix25.06.2022
ölçüsü198,71 Kb.
#62296
1   ...   12   13   14   15   16   17   18   19   ...   58
Müasir cavablar [1 - 60]..

19.Fransada "sol blok" və "Milli birlik" hökumətlərinin daxili və xarici siyasəti.
Rur əməliyyatının uğursuzluğu “milli blok” hökumətinin nüfuzunu sarsıtdı. Bu hadisədən sonra sol partiyaların fəaliyyəti gücləndi. Radikal, radikal-sosialist və sosialist partiyası birləşib "solların kartelini" yaxud "sol blok" təşkil etdilər. Bu blok 1924-cü ilin aprelində keçirilən seçkilərdə qalib gəldi. Nəticədə radikal-sosialist partiyasının liderlərindən olan Eduard Errionın başçılığı altında "Sol blok" hökuməti təşkil edildi. Lakin "Sol blok" hökumətinin ömrü cəmi 10 ay çəkdi. E. Errio hökuməti ilk növbədə Aleksandr Milyeranin prezident vəzifəsindən uzaqlaşdırılmasına və həmin vəzifəyə Dumerqin seçilməsinə nail oldu.
Hökumət siyasi məhbuslara əfv verdi. 1920-ci ildə tətil etdiklərinə görə işdən azad olmuş dəmir yol işçiləri yenidən öz işlərinə bərpa olundular. Sahibkarlarla fəhlələr arasında müqavilə bağlandı, bir çox malların qiyməti aşağı salındı. Qadınlar yerli idarələrə seçkilərdə iştirak etmək hüququ aldılar.Fransa iqtisadiyyatını gerilikdən çıxarmaq üçün Ali İqtisadi Şura və Ali Dəmiryol Şurası yaradıldı. Milli kredit bankının yaradılması ölkənin iqtisadi inkişafında başlıca rol oynadı.
Xarici siyasətdə bu hökumətin ilk addımı 1924-cü ilin oktyabrında SSRİ-ni de-yuro tanıması idi. Hökumətin xarici siyasətinin başlıca məqsədi Avropada hegemonluğa nail olmaq idi.
E.Errio hökuməti mütərəqqi vergi tətbiq etməyi, kapital üzərinə nəzarət qoymağı bacarmadı. E.Errio 1925-ci ilin aprelində istefa verdi. 1925-ci ilin aprelindən noyabrına qədər hökumətə Penleven başçılıq etdi. Onun dövründə isə Mərakeşdə aparılan müharibəyə Suriya ilə də müharibə əlavə olundu. 1925-ci ilin iyul ayında sosialistlər «sol blok»un tərkibindən çıxdılar. 1925-ci ilin noyabrında Aristid Brianın başçılığı altında hökumət təşkil edildi. O öz hökumətinin tərkibinə >un üzvlərindən də daxil etdi. Bu hökumət cəmi 8 ay işləyə bildi. 1926-cı ilin iyulunda hökumət böhranı baş verdi. Brian kabineti dağıldı və Errionun yaratdığı yeni hökumət çox az davam gətirdi. Bir neçə gündən sonra o, istefaya getməyə məcbur oldu.
«MİLLİ BİRLİK» HÖKUMƏTİ.
İnhisarçı dairələr ölkədə güclü hökumət yaradılmasını və buna güclü şəxsin rəhbərlik etməsini tələb edirdilər. Belə bir güclü şəxsiyyət Raymond Puankare oldu. Hakimiyyətə gələn kimi o, dərhal dolayı vergiləri artırdı, dövlət qulluqçularının maaşlarını aşağı saldı, sosial xərcləri ixtisar etdi. Bütün bunların nəticəsində frankın sabitliyi təmin edildi. Puankare "Frankın xidasedicisi" adıni aldı. 1928-ci ildə frankın sabitliyini təmin etmək haqqında xüsusi qanun qəbul edildi. Puankare öz hökumətini «milli birlik» hökuməti adlandırdı.

1927-ci ildə isə icbari hərbi hazırlıq haqqında xüsusi qanun qəbul edildi. 1927-1928-ci illərdə hərbi büdcə müharibədən əvvəlkinə nisbətən iki dəfə artdı.


1928-ci ildə Puankare hökuməti mojaritar seçki sistemini yenidən tətbiq etdi. (Mojaritar fransız sözü olub hərfi mənası <<çoxlu» deməkdir). Fransa ərazisi həmin seçki sisteminə əsasən 612 dairəyə bölündü. Seçkilər iki turda keçirilməli idi. Birinci turda deputatlığa namizədlər müəyyən olunurdu. İkinci turda isə deputatlar seçilirdi.
Puankare hökumətinin hakimiyyəti dövründə Fransada güclü hakimiyyət yaradıldı. Bu illərdə Fransa <<çiçəklənmə>> prosesi keçirmiş oldu. Bu illər ərzində ölkədə sənaye məhsulları istehsalı hər il 5% artdı. Şəhər əhalisinin sayı 51%-i ötüb keçdi. Nəhayət, Fransa aqrar sənaye ölkədən sənaye-aqrar ölkəyə çevrildi. Fransanın iqtisadi yüksəlişində müharibədə dağıdılmış təsərrüfatın tezliklə bərpa edilməsi, Elzas və Lotaringiyanın geri qaytarılması, Saar kömür mədənlərinin Fransaya verilməsi, fransız inhisarçılarının istehsal avadanlığını həmişə yeni texnologiya ilə təzələməsi, Almaniyadan alınan təzminat, onun yenə də sələmçi dövlət kimi qalması və borclardan aldığı faizlər, müstəmləkə xalqlarının istismarının yenə də davam etməsi mühüm rol oynadı.
Kapitalizmin nisbi sabitləşməsi illərində Fransada maşın qayırma, radiotexnika, aviasiya sənayesi sürətlə inkişaf etdi. Fransa silah istehsalını xeyli artırdı. Hərbi sənaye şirkətləri Şərqi Avropa ölkələrinə silah ixracını genişləndirir və bununla çoxlu mənfəət əldə edirdilər.
1929-cu ilin iyul ayında Puankare xəstəliyi ilə əlaqədar istefa verdi. A.Brian iyul ayından oktyabr ayına qədər baş nazir oldu. 1929-cu ilin oktyabrından 1931-ci ilədək baş nazir Andre Tardye oldu.
Kapitalizmin nisbi sabitləşməsi illərində Fransanın xarici siyasətinǝ Aristid Brian başçılıq edirdi. O, 1906-cı ildən 1931 ci ilə qədər 25 il nazir vəzifəsində çalışmış, 11 dəfə baş nazir olmuşdur. Aristid Brian sülhsevər olması, millitarist olmaması ilə fərqlənirdi. A.Brianın təşəbbüsü ilə 1928-ci ilin avqustunda 48 dövlət tərəfindən məşhur Brian-Kelloq paktı bağlandı. Kelloq ABŞ-ın dövlət katibi idi. Həmin pakta görə müharibə hər bir dövlətin milli siyasəti üçün yolverilməz hesab edilirdi. A.Brian həm də Panavropa ideyasının təşkilatçısı olmuşdur. Ümumiyyətlə, Avropanın birliyi məsələsi ilk dəfə məşhur fransız yazıçı Viktor Hüqo tərəfindən irəli sürülmüşdür. Lakin bu ideya XIX əsrdə reallaşa bilmədi. XX əsrdə bu fikir A.Brian tərəfindən yenidən irəli sürüldü.


Yüklə 198,71 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin