1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


ABŞ H.Trumenin prezidentliyi dövründə(1945-1952 ci illər): daxili və xarici siyasət



Yüklə 198,71 Kb.
səhifə45/58
tarix25.06.2022
ölçüsü198,71 Kb.
#62296
1   ...   41   42   43   44   45   46   47   48   ...   58
Müasir cavablar [1 - 60]..

48.ABŞ H.Trumenin prezidentliyi dövründə(1945-1952 ci illər): daxili və xarici siyasət.1945-ci ilin aprelin 12-də ABŞ tarixində müstəsna rol oynamış, real və çevik siyasətçi F.Ruzvetin ölümündən sonra prezident kürsüsünə Harri Trumen əyləşdi. Şəxsiyyət etibarilə Trumen bu vəzifəyə hazır olmadığını özü də etiraf edirdi. Lakin Trumen bir cəhətdə - çeviklikdə Ruzvelt kimi idi. Ruzveltin siyasətini davam etdirməyi qarşısına məqsəd qoyan Trumen ilk növbədə «dollar imperiyası» yaratmaq planını həyata keçirməyə başladı. Müharibədən sonra dərhal iqtisadiyyat hərbi xətdən dinc xəttə keçirildi ki, bu rekonversiya adlanırdı. Trumen ordudan tərxis edilən əsgərləri işlə təmin etmək məsələsini ön plana çəkdi. O, 1945-ci ilin sentyabrında «ədalətli xətt» proqramının irəli sürdü.
Bu proramda iqtisadiyyatın rekonversiyası nəzərə tutulurdu. 1944-1946-cı illərdə o bir sıra qanunların konqress tərəfindən qəbul olunmasına nail oldu ki, bunlardan biri «Hüquqlar haqqında əsgər billi» idi. Həmin qanuna görə ordudan tərxis edilən əsgərlərə kredit ayrılırdı ki, onlar mənzil ala, işlə təmin oluna, bizneslə məşğul ola bilsinlər. 1946-cı il dekabrın 31-d H.Trumen hərbi əməliyyatların başa çatmasına dair bəyənnamə imzaladı. 1947-ci ilin sonu üçün ABŞ konqresi əmək haqqı və qiymətlər üzərində qoyulmuş nəzarət mexanizmini ləğv etdi. 1948-ci ildə isə minimum əmək haqqı haqqında qanun verildi ki, həmin qanuna əsasən ABŞ-da saathesabı əmək haqqı 40 sentdən 75 sentə qədər artırıldı.Trumen inzibati idarəsi imkan verdi ki, xırda və orta müəssisələr də öz fəaiyyətlərini genişləndirsinlər. ABŞ-da “firavanlıq dövləti” yaranmış oldu.
Trumenin dövründə kommunizm təhlükəsinə qarşı mübarizə dövlət siyasəti səviyyəsinə qaldırıldı. 1947-ci ilin martında Trumen dövlət qulluqçularının loyallığını yoxlamaq haqqında xüsusi qanun qəbul edilməsinə nail oldu. Həmin qanuna əsasən azacıq şübhə yaradan dövlət qulluqçuları vəzifələrindən kənar edildilər. 1947-ci ilin iyun ayının 23-də senator Taft və Xartli tərəfindən hazırlanmış qanuna görə həmkarlar ititfaqları öz üzvləri və maliyyə fondu haqqında hökumətə qabaqcadan məlumat verməli idi. Həmkarlar ittifaqları öz fondundan siyasi məqsədlər üçün pul ayırmamalı idi. Prezidentin səlahiyyəti çatırdı ki, tətilləri 80 günə qədər təxirə salsın. Həmçinin məhkəməyə hüquq verilirdi ki, tətilləri qadağan etsin. Əslində demokratik cəmiyyət yaratmaq istəyən Harri Trumen bu qanunla antidemokratik prezident olduğunu sübut etdirdi.
1946-cı ilin avqustunda atom üzərində nəzarəti həyata keçirmək üçün xüsusi komissiya təşkil edildi. Trumen 1947-ci ildə hidrogen bombasının istehsalı haqqında göstəriş verdi.1947-ci ilin iyulunda iki mühüm təşkilat - Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Təhqiqat bürosu (FTB) yaradıldı. 1950-ci ilin sentyabrında konqres tərəfindən «Daxili təhlükəsizlik haqqında» Makkaren-Vud qanunu qəbul edildi. Həmin qanuna əsasən demokratik təşkilatlar ədliyyə nazirliyində təxribatçı təşkilatlar kimi qeydiyyatdan keçməli idi. Qeydiyyatdan keçməyənlər 10 min ABŞ dolları dəyərində cərimə olunmalı və 5 il həbs cəzasına məhkum edilməli idilər. 1952-ci ildə isə konqress xarici mənşəli amerikalıların fəaliyyəti ilə əlaqədar Makkaren-Uolter qanunu adlı xüsusi qanun qəbul etdi. Həmin qanuna əsasən 14-15 milyona qədər xarici mənşəli Amerika vətəndaşı ölkədən qovuldu.
İkinci dünya müharibəsində ABŞ-dan bir milyona qədər zənci vuruşmuş və onların çoxu xüsusi qəhrəmanlıq göstərmişdir. Lakin buna baxmayaraq zəncilərin, xüsusilə cənubda yaşayanların seçki hüququ yox idi. O zaman ABŞ-da isə təxminən 25 milyondan artıq zənci yaşayırdı. Trumen belə hesab edirdi ki, zəncilərə qarşı münasibətdə mülki bərabərlik olmasa da, siyasi bərabərliyə razılaşmaq lazımdır. Ona görə də onlara seçki hüququ verilməsi məsələsini ilk dəfə konqresdə Harri Trumen qoydu.Harri Trumenin dövründə hindulara da münasibətdə dəyişiklik yarandı. 40-cı illərin II yarısında hinduların sürətlə öz yaşayış yerlərindən məhrum edilib şəhərlərə qovulması prosesi başladı. Bu proses çox böyük narazılığa səbəb oldu. 1950-cı ildə hindular bildirdilər ki, onlar öz yaşayış yerlərini tərk etməyəcəklər. Dövlət onlara güzəştə getməli oldu. Rezervasiya siyasəti həyata keçirildi.
1951-ci ilin avqustunda ABŞ konstitusiyasına 22-ci əlavə edildi. Həmin əlavəyə əsasən ABŞ-da hər prezident ancaq iki dəfə 8 il müddətinə seçilə bilərdi. Yalnız H.Trumen üçün bu şamil edilmirdi.
Trumenin dövründə ABŞ-ın yeni xarici siyasət xətti «atom diplomatiyası» adını aldı. 1946-cı ilin martında Çörçillin Fultondakı çıxışında Trumen də iştirak edirdi. Bu çıxış SSRİ-yə qarşı düşmənçilik mövqeyində idi və «soyuq müharibə» siyasətinin başlanması demək idi. («Soyuq müharibə» terminini ilk dəfə siyasi ədəbiyyata 1947-ci ildə məşhur amerikan diplomatı Con Foster Dalles gətirmişdir). ABŞ-la SSRİ arasındakı ixtilatları gücləndirən amillərdən biri də 1948-ci ildə baş vermiş Berlin böhranı idi. ABŞ, İngiltərə və Fransanın Almaniyanın qərb hissəsində seperat pul islahatı kçirmələri SSRİ-nin böyük narazılığına səbəb oldu. Çin məsələsində də SSRİ ilə ABŞ arasında ixtilaf yarandı. 1948-ci ildə ABŞ SSRİ-nin də iştirakı ilə siyasi və hərbi təşkilat yaratmaq məsələsini irəli sürdü. Lakin SSRİ buna razı olmadığına görə ABŞ-ın rəhbərliyi ilə 1949-cu il aprelin 4-də Şimali Atlantika paktı (NATO) yaradıldı. Yenə ABŞ-ın iştirakı ilə 1951-ci ildə yeni bir hərbi pakt olan ANZYUS təşkil edildi.
ABŞ-ın xarici siyasətində Avropa da əsas yer tuturdu. İkinci dünya müharibəsindən sonra ABŞ-ın Yunanıstan və Türkiyəyə təsiri xeyli gücləndi. Bundan məqsəd SSRİ-yə qarşı həmin ərazilərdən bir meydan kimi istifadə etmək idi. 1947-ci ilin martın 12-də məşhur «Trumen doktrinası» elan edildi. Həmin doktrinaya əsasən Yunanıstan və Türkiyəyə 400 milyon dollar yardım göstərilməsi nəzərdə tutulurdu. Bu doktrina ABŞ-ın xarici siyasətində dönüş mərhələsinin başlanması demək idi.
1947-ci il iyun ayında ABŞ-ın dövlət katibi Marşallın çıxışında irəl sürülmüş xüsusi plan konqres tərəfindən bəyənildi və tarixə «Marşall planı» adı ilə daxil edildi. 1948-ci ilin aprelində konqres ərəfəsində qəbul edilmiş həmin planda İkinci dünya müharibəsində zərər çəkmiş Avropa ölkələrinə ABŞ-ın kömək etməsi nəzərdə tutulurdu.
ABŞ-ın xarici siyasətində bu dövrdə 3-A ölkələrinə, yəni Asiyanın, Afrikanın və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrinə «kömək etmək» məsələsi də mühüm yer tuturdu. Belə ki, 1949-cu ilin yanvarın 20-də Trumen asılı ölkələrə texniki-iqtisadi «kömək» təklifini irəli sürdü. Lakin belə bir şərt irəli sürüldü ki, əgər onlar inqilabi mübarizədən əl çəksələr və ABŞ-ın «demokratik» ənənələrinə əməl etsələr, onlara bu «kömək» ediləcəkdir. Əslində bu kömək altında ABŞ onları öz təsiri altına almağı planlaşdırırdı. 1947-ci ilin sentyabrın 2-də ABŞ bu məqsədlə Latın Amerikası ölkələri ilə «Qərb yarımkürəsinin müdafiəsi» paktı adlanan Rio de Janeyro paktını imzaladı.
ABŞ-ın 1950-ci ilin iyununda Koreyaya müdaxiləsi Trumenin nüfuzunu zəiflətdi. Eyzenhaner öz memuarlarında yazırdı ki, vətəndaş müharibəsi və iki dünya müharibəsindən sonra bu ABŞ tarixində ən qanlı müharibə idi. Çünki bu müharibədə ABŞ 54 min, onun müttəfiqləri isə 29 min adam itirdilər.


Yüklə 198,71 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin