1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


İkinci cəbhənin açılması. Berlin əməliyyatı.Potsdam konfransı



Yüklə 198,71 Kb.
səhifə42/58
tarix25.06.2022
ölçüsü198,71 Kb.
#62296
1   ...   38   39   40   41   42   43   44   45   ...   58
Müasir cavablar [1 - 60]..

46. İkinci cəbhənin açılması. Berlin əməliyyatı.Potsdam konfransı.
İkinci cəbhənin açılması.1943-cü ilin noyabr ayının 28-dən dekabr ayının 1 dək çağırılan Tehran konfransında əsas məsələ İkinci cəbhənin açılması məsələsi idi. Çörçil kommunizmin Avropaya yayılmaması üçün onun Avropanın «yumşaq qarınaltısı» hesab edilən balkanlardan, Stalin isə Şimali Fransadan açılmasını tələb edirdi.1944-cü il iyun 6-da ikinci cəbhə Şimali Fransadan açıldı. Onun komandanı general Eyzenhauer oldu. Keçiriləcək əməliyyat "Overlord" adlanırdı. Avqustun 19-da Parisdə antifaşist üsyan başlandı. Avqustun 25-də üsyan qalib gəldikdən sonra general Lekmark Parisə daxil oldu. Paris azad oldu.
Hitler qərara gəldi ki, "Ziqfrid xəttilə" öz gücünü göstərsin. Sentyabrın 3-də ingilislər Brüsselə daxil oldular. Lakin müttəfiq qoşunları "Ziqfrid xətti"ni yarmağı bacarmadılar. 1944-cü il iyunun 4-də müttəfiqlər Romanı döyüşsüz aldılar. 1944-cü ilin sonuna qədər düşmən Fransa sərhədlərindən və Belçikadan qovuldu. 1944-cü il oktyabrın 23-də SSRİ Fransa Respublikasının müvəqqəti hökumətini tanıdı.1944-cü il dekabrın 10-da Fransa ilə SSRİ arasında 20 il müddətinə dostluq və qarşılıqlı yardım haqqında müqavilə bağlandı.
Berlin əməliyyatı. Avropada müharibənin qurtarması Potsdam konfransı.1945-ci il aprelin ortalarında Berlini müdafiə etmək üçün Almaniya Sovet qoşunlarına qarşı burada 214 diviziya, 1 mln adam, çoxlu sayda döyüş texnikası toplamışdı.
SSRİ-dən isə 2.5 mln adam və qat-qat artıq silah sursat Berlin ətrafına toplanmışdı. 1945-ci il aprelin 16-da Berlin əməliyyatı başlandı. Sübh çağı saat 3-də tanklar və piyadalar 140 güclü projektorun işığında hücuma keçdilər. Dörd gündən sonra Jukov və Konevin orduları şəhər ətrafında dairəni qapadılar. Aprelin 25-də Elba çayı sahilindəki Torqau rayonunda Sovet və ingilis-amerikan qoşunları görüşüb birləşdilər. Hitler Berlin uğrunda mübarizəyə şəxsən rəhbərlik etmək haqqında qərar qəbul etdi. Aprelin 30-da Hitler məğlub olduğunu gördükdə özünə qəsd etdi. Alman paytaxtına hücumda sovet qoşunlarından 300 min nəfər ölən və yaralanan (ABŞ-ın bütün müharibə ərzində itirdiyindən çox) oldu. Aprelin 30-da reyxstaq alındı. Mayın 2 də Berlin qarnizonu təslim oldu. Almaniyada hakimiyyət admiral Dyonitsə keçdi. Dyonits hökuməti istəyirdi ki, qüvvələri qərbə toplasın və ingilis-amerikanlara təslim olsun. Çörçill deyirdi ki, silahları yığmaq, sonra lazım gəlsə, sovetlərə qarşı mübarizə üçün almanlara paylamaq lazımdır.
Mayın 8-dən 9-na keçən gecə Berlində Karl-Sxorstdə darmadağın edilmiş alman silahlı qüvvələrinin başçıları Almaniyanın danışıqsız təslim edilməsi haqda akta qol çəkdi. Bütün hakimiyyət müttəfiqlərin əlinə keçdi. 1945-ci il iyunun 5-də Almaniyanın məğlub edilməsi haqqında bəyannamə imzalandı. Nəzarət Şurası yaradıldı. 9 May qələbə günü elan edildi.May ayının 9-da Çexoslovakiyanın paytaxtı Praqa azad edidi.
1945-ci ilin iyulun 17-dən avqustun 2-dək Potsdam konfransı keçirildi. Onun işində İ.V.Stalin, 1945-ci ilin aprelində Ruzveltin ölümündən sonra prezident vəzifəsinə keçən H.Trumen və U.Çörçill iştirak edirdilər. Konfransın gedişində Çörçilli seçkilərdə leyboristlərin qələbəsindən sonra Böyük Britaniyanın baş naziri olmuş K.Ettli əvəz etdi. Potsdam konfransı dünyanın müharibədən sonrakı quruluşu məsələsinə həsr edilmişdi.
Bağlanan sazişdə Almaniyanın tam tərksilah edilməsi, nasional-sosialist partiyasının buraxılması, hərbi cinayətkarların cəzalandırılması, siyasi həyatın demokratikləşdirilməsi nəzərdə tutulurdu. Almaniya ərazisi İngiltərə, SSRİ, ABŞ və Fransa işğal zonalarına bölündü. Ələ keçmiş faşist rəhbərləri Beynəlxalq tribunala verildi. Konfrans qərara aldı ki, Almaniya vahid dövlət kimi yaşamalıdır. Ölkənin paytaxtı Berlin də dörd zonaya bölündü. Konfransda Almaniyanın dövlət sərhədləri qəti müəyyən edildi.
Almaniya ərazisinin dörddə birini itirdi. Oder və Neysi çaylarının qərb sahilləri Polşaya, Kalininqrad (köhnə Köniqsberq) əyaləti SSRİ-yə verildi. 1938-ci ildən sonra Almaniyanın ələ keçirdiyi bütün ərazilər ondan alındı. SSRİ Qərbə qaçmış bütün vətəndaşlarının zorla geriyə qaytarılması üçün ABŞ və İngiltərənin razılıq verməsinə nail oldu. Almaniyadan alınacaq təzminatın miqdarı 20 milyard dollar müəyyən edildi. Onun 50%-i SSRİ-yə çatmalı idi. Real maliyyə çətinliyi ilə bağlı təzminatın sənaye avadanlığı hesabına ödənilməsi qərara alındı. Konfrans yeni yaradılan orqana-Xarici işlər nazirləri şurasına Almaniyanın müttəfiqləri və Almaniyanın özü ilə sülh müqaviləsinin şərtlərini işləyib hazırlamağı tapşırdı. Xarici işlər nazirləri şurasının tərkibi SSRİ, ABŞ, Böyük Britaniya, Fransa və Çin nümayəndələrindən təsis edildi.

Yüklə 198,71 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin