1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


ABŞ Ronald Reyqanın prezidentliyi dövründə (1980-1988-ci illər)



Yüklə 198,71 Kb.
səhifə50/58
tarix25.06.2022
ölçüsü198,71 Kb.
#62296
1   ...   46   47   48   49   50   51   52   53   ...   58
Müasir cavablar [1 - 60]..

53. ABŞ Ronald Reyqanın prezidentliyi dövründə (1980-1988-ci illər). 1980-ci ildə ABŞ-ı yenidən iqtisadi böhran bürüdü. Karter komandasına etiabar azaldı.
1980-cı ilin noyabrında keçirilən prezident seçkiləri demokratlar partiyasına uğur gətirmədi. Təşəbbüs respublikaçıların əlinə keçdi. Sağ respublikaçılar dairəsinə mənsub olan, məşhur aktyor, gözəl natiq, ABŞ tarixində ən populyar prezident kimi tanınan Ronald Reyqan bu vəzifəyə seçildi. Reyqanın fəaliyyətində özünəməxsus cəhətlərdən biri onun bütün məsələlərə dövrə uyğun şəkildə yanaşmağı bacarması idi. Reyqanın dövründə ABŞ-da universal dövlət yaradılmış oldu. Xalq onu «böyük ünsiyyət ustası» adlandırırdı.
Yeni iqtisadi böhran 1982-ci ilə qədər davam etdi. ABŞ ancaq 1983-cü ildə iqtisadi böhrandan çıxmağa başladı. Reyqan fəaliyyətində «mühafizəkar inqilab» xəttini götürdü. Reyqan daxili siyasət sahəsində bütün diqqətini ölkəni iqtisadi böhrandan çıxarmağa verdi. Bu sahədə ilk addım 1981-ci ilin avqustunda konqres tərəfindən bəyənilmiş vergi islahatı idi.
Reyqan istehsalın texnoloji struktur baxımdan yenidən qurulmasını təmin etdi. Onun dövründə ölkədə trans-milli korporasiyaların mövqeyi gücləndi. ABŞ-da bu illərdə ümumi məhsul istehsalı xeyli artdı. (Ümumi məhsul dedikdə ölkənin həm daxilində, həm də həmin ölkənin başqa ölkələrdəki müəssisələrində istehsal edilən məhsul nəzərdə tutulur). Reyqanın dövründə inflyasiyanın qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirildi. Onun prezident olduğu 8 il ərzində inflyasiya 2%-ə endi.Reyqanın gördüyü bu tədbirlər «Reyqanomika», yəni Reyqan iqtisadiyyatı kimi tarixə düşdü. 1984-cü ildə o, yenidən prezident seçildi. Xalq artıq onu «tefton prezident» adlandırırdı.
Reyqanın dövründə senatda təhlükəsizlik və terrorizmə qarşı mübarizə aparmaq üçün xüsusi komissiya yaradıldı.80-ci illərdə ölkəyə mühacirət edənlərin sayı xeyli artdı. ABŞ-a Asiya və Latın Amerikasından axın gücləndi.
Cəmiyyətin «avara» adamları hesab edilən aktyorların, jurnalistlərin vəziyyəti yaxşılaşdı. Onlar cəmiyyətdə öz yerlərini tutdular. ABŞ-da artıq kompüterlərin kütləvi istehsalı sürətləndi. Onların sayı 20 milyonu ötüb keçdi.
Reyqan dünya siyasətində özünəməxsus məktəb açmış bir prezident kimi qaldı. O, siyasətin özündə bir incəsənət yaratdı. Reyqanın dövründə silahlanma ən yüksək mərhələsinə qalxdı. Hərbi sənaye komplekslərinin fəaliyyəti gücləndi. «Ulduzlar müharibəsi»ni nəzərdə tutan «Strateji müdafiə təşəbbüsü» proqramı işlənib hazırlandı. Kosmosda silahlanma gücləndirildi. Onun həyata keçirilməsinə milyardlarla dollar ayrıldı.
Reyqanın xarici siyasəti C.Karterin siyasətinin, demək olar ki, davamı idi. Reyqan da C.Karter kimi NATO-nun hərbi xərclərinin artırılması və Qərbi Avropada orta mənzilli raketlərin yerləşdirilməsi işini bəyəndi və davam etdirdi. 1983-cü ildə ABŞ Qərbi Avropanın beş ölkəsində 600-ə yaxın orta mənzilli raketlərini yerləşdirməyə başladı. O da Əfqanıstan məsələsi ilə əlaqədar SSRİ ilə münasibətləri gərgin şəkildə saxladı.
ABŞ Latın Amerikası ölkələrinə qarşı yenidən «Böyük dəyənək» siyasətinə qayıtdı. ABŞ, bu regionda «Beynəlxalq terrorizmə qarşı «mübarizə» tezisini irəli sürdü.Karib hövzəsində öz mövqelərini möhkəmləndirdi. Reyqan hökuməti 1982-ci ildə «Karib təşəbbüsü» deyilən təşəbbüslə çıxış etdi. Bu təşəbbüs quraqlıqdan zərərçəkən region ölkələrinə yardım etməyi nəzərdə tuturdu. Nikaraquaya qarşı elan edilməmiş müharibə apardı. 1982-ci ildə Malvin (Folklend) adaları üstündə İngiltərənin Argentina ilə müharibəsində İngiltərəni müdafiə etdi. Reyqan hökuməti regional münaqişələrin nizama salınması konsepsiyasını irəli sürdü. İsrail-Ərəb münaqişələrində İsrailin dayağına çevrildi. Reyqan hökuməti xarici siyasətində Asiya və Sakit okean regionuna da xüsusi diqqət yetirirdi.
1985-ci ilə qədər Reyqan SSRİ-ni «Şər imperiyası» elan edərək onu iqtisadi cəhətdən zəiflətməyi ABŞ-ın əsas məqsədi olduğunu bildirirdi. 1985-ci ildə SSRİ-də hakimiyyətə Mixail Sergeyeviç Qorbaçov gəldikdən sonra ABŞ-la SSRİ arasındakı münasibətlərdə mülayimləşmə baş verdi. Reyqan sosializmi «zibilliyə» atmaq planını həyata keçirməyə başladı. Qorbaçovla Reyqan 1985-ci ildə Çenevrədə, 1986-cı ilin oktyabrında isə İslandiyanın paytaxtı Rekyavikdə görüşdülər. 1987-ci ilin dekabrın 7-8-də M.S.Qorbaçov Vaşinqtonda oldu. Vaşinqtonda «Qısa mənzilli raketlərin məhv edilməsi haqqında» iki dövlət arasında saziş bağlandı. Bu tarixdə nüvə silahlarının ləğv edilməsini nəzərdə tutan ilk saziş idi. Reyqan bu sazişi bağlayarkən etdiyi çıxışlarında göstərdi ki, biz SSRİ ilə saziş bağlayarkən rusların çox sevdiyi bir atalar sözünü işlətmək istəyirəm: «İnan, lakin yoxla». 1988-ci ilin mayında Reyqan Moskvaya gəldi. Danışıqlar mehribanlıq şəraitində keçdi. Reyqan Moskvadan qayıdarkən bildirdi ki, onun sosializm cəmiyyəti haqqında təsəvvürlərində yanlışlıqlar var və sosializmdən də çox şey öyrənmək olar.
ABŞ, Liviyanı terrorizmi himayə etməkdə təqsirləndirdi, 1981-ci ildə onun 6-cı donanması Liviya sularını keçdi. 1986-cı ilə qədər bu müharibə davam etdi.
Reyqan hökuməti 1985-ci ildə inkişaf etməkdə olan ölkələrlə münasibətdə ABŞ-ın siyasətini hüququ cəhətdən əsaslandıran «Reyqan doktrinası»nı irəli sürdü.

Yüklə 198,71 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin