1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə24/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   20   21   22   23   24   25   26   27   ...   65

 

Yeni Təhlükə Dairəsi 

Müasir təhlükəsizlik araşdırmaları  və konsepsiyaları  təhlükələri növlərə bölür-



 

213


lər. Cədvəlin bir ucunda azalan,ənənəvi hərbi təhlükə,digər tərəfində isə artan ter-

ror təhlükələridir.Təhlükələr meydana gəlir,dəyişir,irəliləyir və ya geri çəkilir; on-

ların dairəsi dəqiq müəyyən olunmuş və ya daimi deyil. Yaxınlıq, ehtimal və poten-

sial qorxu bölgədən-bölgəyə, cəmiyyətdən cəmiyyətə dəyişir.Ənənəvi təhlükə,ölkə-

nin sərhədlərini keçən hərbi hücumlar bir çox ölkələrdən çox, digərlərindən isə az 

uzaqlaşmışdır. Belçika güman edə bilər ki, artıq onun adi ərazi müdafiəsi üçün ya-

tırım qoymağa böyük ehtiyacı yoxdur və buna uyğun olaraq, o, özünün hərbi struk-

rurlarını yenidən təşkil edə bilər.”Polyaklara və ya Estonlara bu belədir deyib onla-

rı dilə tutmaq asan iş deyil və coğrafiyası və son tarixi təhlükəsizlik düşüncələri ilə 

hakim olan bu ölkələrdən ənənəvi müdafiənin və təhlükəsizlıyin hərbi konsepsiya-

sından əl çəkmələrini gözləmək real deyil”. Slovakiya üçün istifadə olunan təhlü-

kələr sxemi,onları beş kateqoriyaya qoyur: geniş  hərbi münaqişə,regional  hərbi 

münaqişə,ümumi qeyri-hərbi təhlükələr,təbii fəlakətlər və ekoloji hadisələr. “Yeni 

təhlükələr”-in çoxu “ümumi qeyri-hərbi təhlükələr” kateqoriyasında toplanır,bir ço-

xu “regional silahlı münaqişələrə” qarışır. Sonuncu təhlükə “mülayim ehtimal” ki-

mi qiymətləndirilir və risk isə “mülayim/yüksək” kimi ölçülür. Makedoniya kimi 

ölkələr üçün, həm ehtimal və həm də risk “yüksək” olacaq və Makedoniya potensi-

al səbəb kimi “terrorizm”-i göstərə bilər. 

 

Terrorizm 

Müasir milli təhlükəsizlik konsepsiyaları terrorizmi təhlükə kimi ayırd edirlər 

və onu çox vaxt “qlobal terrorizm” adlandırırıar. Fərqli yerlərdə meydana gələn və 

müxtəlif iştirakçıları və məqsədlərı olan hadisənin universal tərifi aldadıcı,öz özəl-

liklərini qarışdıra bilər. Amerika Birləşmiş  Ştatları terrora qarşı qlobal müharibə 

elan etmişdir. Terror Amerikan “nöqtələrini” dünyanın fərqli hissələrindən vura bi-

lər və Birlləşmiş  Ştatlar terrorçulara sığınacaq verən(və ya iddia edilən) istənilən 

yeri vurar. Birləşmiş Ştatlar üçün “dağıdıcı təhlükə” Al-Qaidə şəbəkəsi, onun filial-

ları və ideologiyası  tərəfindən gəlir. 9/11 hücumlarından az öncə, ABŞ kəşfiyyat 

icmalı Al-Qaidənin “geniş regional siyasətə salınmalı olan kiçik,dar terror məsələsi 

olmadığını” xəbərdar etmişdir. Makedoniya üçün “kiçik terror məsələsi” çox əhatə-

li təhlükə- bölgəsəl sayılır, çünki Makedoniya yarı-hərbiləşmiş,bölgədə  hərəkət 

edən, Kosovo sərhədlərindən keçib gələn, radikal siyasi qrupları terrorçu sayır. 

Estoniyanın son zamanlar qəbul etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında ter-

rorizmin, terror təşkilatlarının və ekstremist qrupların “ölkədə təhlükə əlaməti” ol-

madığını hesab etmişdir. Lakin, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün  ter-

rorizmin mövcudluğunu qəbul etmək lazımdir. Bolqarıstan milli təhlükəsizlik kon-

sepsiyası terrorizm haqqında söz açmır,lakin onun müdafiə siyasəti ( Bolqarıstanda 

hərbi dokrina adlanır) və hərbi strategiyası bu haqda danışır və terror təhlükəsinin 

Bolqarıstanda aşağı səviyyədə olduğunu ehtimal edir. Digər tərəfdən, onlar “Bolqa-



 

214


rıstanın təhlükəsizliyinə və ərazi bütövlüyünə məhdud hərbi və /və ya silahlı qrup-

ların və/və ya terrorçu qrupların qeyri sabitlik təsirlərinin gətirəcəyi riskləri” də nə-

zərə alır. Böhran, ölkəni əhatə edən Kosovo, Makedoniya, Albaniyada hərəkət edən 

hərbiləşmiş terror qruplarının Bolqarıstan sərhədləri daxilınə axması  nəticəsində 

yarana bilər. 

Terror taktikadır.Terrorçu kimi müəyyən edilən fərqli radikal qruplar vardır. 

Onlar ölkə daxilində yerləşir və Çeçenistan sakinləri kimi, Al-qaidə kimi terror şə-

bəkələrindən kənar dəstək alaraq oradan hərəkət edirlər. Lakin onların hərəkət yer-

ləri məlumdur və onların strukturları yarı-hərbiləşmişdir. Çox zaman onlar kriminal 

qruplardan dəstək alırlar. Bir çox Latın Amerika ölkələrində dövlət təsisatlarına hü-

cum edən terrorçu və ekstermist qruplarla, terrorçulara kömək edən narkotik daşı-

yıcıları  təşkilatları arasında qurulmuş,tanınmış  əlaqələr vardır.  Kosovo kimi yer-

lərdə eyni hadisələr baş verir.2001 ci ildə Makedoniyada, silahlı Alban yaraqlıları, 

Milli Azadlıq Ordusu (və ya MAO) azlıq hüquqları uğrunda silahlı üsyan qaldırdı. 

Qərb müşahidəçiləri,başqa motivləri də,cinayətgarlığa dəstək və məlum bölgələrdə 

siyasi nəzarət iddialarını da MAO-nun üstünə atdılar. MAO cinayətgar təşkilat de-

yildi. Buna baxmayaraq,onun tərkibində cinayətgarlıq xətti,narkotik qaçaqçılığı 

vardır. Dar və ya geniş, cinayət ştrixlərini çoxlu radikal təşkilatlarda tapmaq olar.  



 

Cinayətgar Şəbəkələrdən Təhlükə 

Qanunsuz silah ticarəti çox gəlirlidir.Onlar bir ölkədə  əldə olunur, başqa ölkə 

ərazisi ilə daşınır və münaqişə zonasında satılır.Bir çox post-sosialit ölkələrin-

də,məsələn, Ukraynada sovetlərdən qalma nəhəng silah ehtiyatları qalmışdır və 

onun ixtisar edilmiş ordusuna lazım deyildi. Ukraynanın parlament komissiyası 

1992 –ci ildə yığılmış ehtiyatların 90 milyard ABŞ dolları civarında olduğunu mü-

əyyən etmiş və sonrakı altı il ərzində onun 32 milyardlıq silahı oğurlanmış və xa-

ricdə satılmışdır. Ukrayanadan,Rusiyadan və başqa ölkələrdən silahlar Balkanlar-

da,Qafqazlarda, yaxın və uzaq Şərqdə,Afrika və Cənubi Amerikada baş verən mü-

naqişə və vətəndaş müharibə zonalarına daşınmışdır. 

Cinayət qrupları və konqlemeratlar fərqli dərəcədə qanunsuz mallar-narkotiklər, 

qaçaqmalçılıq və insan alveri ilə  məşğul olurlar. Beləliklə,ənənəvi hərbi  və son 

qlobal terror təhlükələri arasında,korrupsiya,mütəşəkkil cinayət,nəzarətsiz sərhəd-

lər,silah,narkotik,kontrabanda və insan qaçaqmalçılığı, qanunsuz miqrasiya və et-

nik və dini münaqişələr yerləşir.Onlar çox zaman bir-biri ilə sıx əlaqədə olduğun-

dan, möhkəm olduqlarından onlara qarşı durmaq çətindir. Cinayətgar təşkilatlar ət-

raf ölkələrdə yaxşı yer tutmuşlar. Onlar bölgə boyu təşkil olunmuşlar  və  sərhəd 

dövlətlərini keçərək hərəkət edirlər. Mütəşəkkil cinayət və korrupsiyalanmış dövlət 

rəsmiləri post-kommunist dünyada dövlət sərhədlərini tanımırlar. 

 


 

215


Hissəciklər və “Psevdo-Dövlətlər” 

Sovet İttifaqının və Yuqoslaviyanın dağılması ilə,bir çox ölkələr Baltik Dövlət-

ləri kimi müstəqillik qazandı; digərləri,məsələn Ukrayna ilk dəfə olaraq beynəlxalq 

hüquq və beynəlxalq tanınma baxımından müstəqil oldu. Onlar arasında hissəciklər 

də vardır: Ukrayna ilə Moldova arasında Dnestryanı bölgə, Balkanlarda Kosovo, 

Litva ilə Polşa arasında Rusiyanın hissəsi kimi anklav Kalininqrad. Qafqazda da 

başqa hissəciklər yarandı. Onlar müəyyən mənada tarixi və milli kimliyə görə  və 

müəyyən mənada da, böyük güc siyasətinə görə yarandılar. Kalininqrad və Dnes-

tryanı Rusiya tərəfindən saxlanılır. Kosovo özünün mövcudluğunu qeyri- müəyyən 

olaraq saxlayır,çünki NATO və AB onunla nə edəcəyini qərar verə bilmir.  

Moldovadan qopan Dnestryanı bölgə,dövlərt deyil,lakin dövlət kimi işləyir.O 

psevdo dövlət adlanır. Onlar, qanunsuz daşımalar üçün istifadə olunan saxta göm-

rük və digər sənədləri verməklə Ukraynanın Odessa portundan istifadə edirlər. Qa-

ra Dəniz sərhədləri boyunca daşınan böyük silah miqdarının daşınması, bir çox 

Ukrayna dövlət rəsmilərinin bu işdə əllərinin olmasının göstəricisidir. Hissəciklər 

və psevdo-dövlətlər yeni təhlükələr üçün münbit yerlərdir. Moldova qanunsuz daşı-

maların Şərqdən, yəni Dnestryanıdan Qərbə axın nöqtəsiidr və Moldova cinayətgar 

daşımaya öz payını verir.  Albaniya, Makedoniya və Kosovo-nın öz sərhədlərini 

qoruması çətindir; hətta onun nəzarətdə saxlamaq çətindir. 

 

Regional Təhlükəsizlik Birlikləri 

Transnasionaı cinayət  şəbəkələrindən gələn təhlükələrin qarşısının alınması  və 

minimuma endirilməsi yeni və xüsusi çətinliklər yaradır. Şəbəkələr bölgələrdə ya-

radılmış  və onlar kompleks qanunsuz işlər görürlər və onların hamısı  cəmiyyəti 

qorxuya salır və sabitliyi sarsıdır. Onlar, kəşfiyyat,əks-kəşfiyyat, polis,sərhəd nəza-

rəti,maliyyə müşahidəsi və digər vasitələrlə qarşısı alınması olan çoxüzlü təhlükə-

sizlik qorxuları yaradırlar. Bunlar, adi vaxtlarda ölkənin daxili işləri ilə  məşğul 

olan,məsələn,Daxili  İşlər, Maliyyə  və  Ədliyyə nazirlikləri və xarici məsələlərlə 

məşğul olan Xarici İşlər və Müdafiə Nazirliklərini də əhatə edən birgə səylər olma-

lıdır. Ona görə də,hər bir ölkə müxtəlif nazirliklər arasında və onların tabeçiliyində 

olan idarələr arsında yaxın əməkdaşlıq qurmalıdır. 

Hər hansı dövlətin sərhədinin bir və ya o biri tərəfinə ola biləcək açıq təhlükələ-

ri aradan qaldırmaq mümkün olmadığından,xarici və daxili təhlükəsizlik arasında 

aydın sərhədlərin çəkilməsi artıq mümkün deyil. Ölkələr öz nazirlikləri,idarələri və 

şöbələri arasındakı maneələri aradan qaldırmağa başladığı  təqdirdə, yeni sahələr 

üzrə öz ölkələrində və qonşu ölkələrdəki tərəfdaşları ilə işləyə bilən təcrübəli mütə-

xəssislər hazırlamalıdırlar. Yeni təhlükəsizlik təhlükələri sərhədlər boyu yerləşən 

qanunsuz təşkilatlardan gəldiyinə görə,hökümət idarələri qonşu ölkədən də infor-

masiyalar almalı  və  həm də onlarla paylaşmalıdır. Təhlükəsizlik xidmətləri, yeni 



 

216


təhlükələri aradan qaldırmaq üçün öz missiyalarında,strukturunda və nəzarət mexa-

nizmlərində fundamental dəyişikliklər edib tamamilə yenidən qurmalıdır. Bir neçə 

təsisatdan ibarət olan təhlükəsizlik sektorunun yenidən qurulması, bu təsisatlar bir 

–biri ilə islahat və yeni orientasiya üzrə qarşılıqlı  əlaqəlidir, həcmli və mürəkkəb 

vəzifədir. 

Digər tərəfdən,müdafiə sahəsində bu cür səylər regional təhlükəsizlik strukturla-

rı kimi uğurla irəli sürülmüşdür. Məsələn, 1998-ci ildə başlamış  Cənubi  Şərqi 

Avropa Briqadası və ya SeeBriq. Makedoniya, Albaniya, Bolqarıstan, Yunanıstan, 

İtaliya, Rumıniya və Türkiyə müdafiə nazirlikləri tərəfindən qurulmuşdur. Öz ölkə-

lərində xidmət edən milli birliklərdən təşkil olunmuş bu qüvvələr təlim və tapşırıq-

lar üçün bir yerə yığışırlar.Briqadanın qərargahı Plovdivdə idi və hər dörd ildən bir 

başqa ölkəyə köçür.SeeBriq BMT-nin və ATƏT-n mandatı ilə NATO komandanlı-

ğı altında münaqişələrin qarşısını almaq və sülhə dəstək əməliyyatları üçün istifadə 

oluna bilər. Başqa Cənubi Avropa təşəbbüsləri də vardır. 



 

Qərb Təsiri və Köməyi  

Artıq milli təhlükəsizlik konsepsiyası formalaşdırılması prosesləri haqqında və 

ondan sonra gələn müdafiə konsepsiyaları və ya strategiyaları və  həmçinin, hərbi 

strategiyalar haqqında danışıldı. Bütün keçid dövrünü yaşayan ölkələrin milli təhlü-

kəsizlik konsepsiyalarına yeni qeyri-hərbi təhlükələr daxildir. Lakin, onlar üçün, 

hərbi və müdafiə məsələləri üzrə hazırlanan xüsusi strategiyalar və prosedurlar ha-

zırlanmır. Bu xəta,müəyyən mənada, diqqətsizlik olmasına baxmayaraq,Qərb təşki-

latları və onların yardım proqramları tərəfindən edilmişdir. Bu vaxta qədər, Qərbin 

diqqəti və yardımı, geniş mənada qeyri hərbi sektoru qulaq ardına vuraraq, “keçid 

dövlətlərində” islahata və silahlı qüvvələrin yenidən qurulmasına doğru yönəlmiş-

dir. 

Çoxlu sayda xarici kömək proqramları, siyasi(silahlı qüvvələr üzərində demok-



ratik hakimiyyət); iqtisadi(resursların idarəetməsi);hərbi islahat(silahlı qüvvələrin 

tərkibi ilə bağlı  dəyişikliklər);və NATO prosedurları (qarşılıqlı uzlaşma) üzrə ol-

muşdur.NATO və NATO üzvü olmayan çoxmillətli hərbi xüsusi tapşırıqlar üçün 

hazırlanmış qüvvələr, bilavasitə Balkanlardakı münaqişə zonalarına yeridilmişdir. 

Siyasi və hərbi məqsədlərin bir-biri ilə bağlı olduğu yerlərdə, məsələn, sülhməramlı 

əməliyyatlar, mülki təhlükəsizlik, böhrana cavab və humanitar kömək missiyalarını 

silahlı qüvvələr öz boyunlarına götürməyə hazırdırlar. Qeyri –döyüş və ya aşağı-sə-

viyyəli döyüş missiyalarının genişlənməsi yeni imkanlar yaradır: çeviklik,təşəb-

büs,uzun-müddətli dayanıqlılıq və daxili və ya xarici mülki və siyasi hakimiyyət-

lərlə koordinasiya etmək bacarığı. 

Baxmayaraq ki, silahlı qüvvələr bir sıra hallarda yaraqlı təşkilatlara qarşı göndə-

rilmişdir,lakin onlar yeni təhlükələr və qeyri-qanuni təşkilatlara qarşı birinci  mü-



 

217


dafiə xətti olmamalıdır. Qərb dövlətləri arasında indiki narahatlıq, güclü dövlət sər-

hədlərini, qərbə doğru yönələn cinayətgar axına qarşı maneələri necə qurmaqdan 

ibarətdir. Buna səbəb, müəyyən mənada, ən azı NATO və AB-i genişləndikcə, on-

lar yeni təhlükələr yaradan və ya ixrac edən zonalara yaxınlaşır və ya onlarla təma-

sa girirlər.Sərhəd hasarlarının qurulmasının təhlükələrin qarşısını necə alacağını 

görmək çətindir. Sərhədlər zəif və asan keçiləndir və onları gücləndimək çox vaxt 

və  səylər tələb edəcək. Zəruri olan, bölgəsəl,sərhəd boyu təhlükəsizlik təsisatları 

əməkdaşlığı əsasında qurulmuş dərin müdafiədir. 

Əsasən, Avro-Atlantik birliyi ölkələrinin milli təhlükəsizlik təsisatları, yəni, 

NATO və AB-i kimi beynəlxalq təsisatların üzv ölkələrinin,Soyuq Müharibədə qa-

lib gəlmək üçün yaradılmış təsisatlardır. Onların silahlı qüvvələri əsasən ərazi ışğa-

lına qarşı müdafiə üçün və ya Əfqanıstanda və İraqda olduğu kimi güc tətbiqi üçün 

təşkil olunmuşdur.Qərb kəşfiyyat təşkilatları,bilavasitə nəhəng,mürəkkəb və hədsiz 

dərəcədə bahalı olan Amerika aparatı yeni təhlükələrlə  məşğul olmağa yarama-

dı,həm də bu təhlükələri aradan qaldırmaq üçün səmərəli şəkildə yenidən qurulma-

dı. Bu günkü təhlükələr cəmiyyət daxilindəki bölünmələri işarə edən xətlər boyun-

cə düzülmüşdür.Onlar suveren dövlətləri ayıran sərhədlər boyunca izlənə bilməz. 

 

Ətraf Mühitə Yeni Təhlükələr 

Təhlükə hesablama metodu-ehtimal-zəif nöqtələr-risk  ənənəvi təhlükələrdə ol-

duğu kimi yeni təhlükələrlə bağlı da effektiv deyil. Lakin, bu effektivliyi əldə et-

mək üçün ən azı bir neçə sahədə təşəbbüslər irəli sürülür. NATO,tədqiqatın indiki 

statusunun tərifi,mübadiləsi və analizi, o cümlədən,ətraf mühitin dəyişiklikləri ilə 

təhlükəsizlik arasında indiki münasibətlərlə bağlı modellər və siyasi yanaşmalarla 

bağlı proqram başlayıb. O,təhlükəsizlik qorxuları və risk aydınlaşdırılması və qiy-

mətləndirilməsi üçün kriteriya hazırlamağı, ekoloji aşınma nəticəsində yaranan mü-

naqişələri kateqoriyalaşdırmaq məqsədilə ekolji problemləri və cərəyanları onların 

təhlükəsizlik siyasətinə  təsirləri baxımından qiymətləndirməyi və ya ekoloji aşın-

manın əsas amil olduğu münaqışələri təklif edir. 

Qiymətləndirmə üçün əsas, onların əsas ekoloji problemli zonalar ilə qarşılıqlı 

münasibətləri baxımından NATO-nun təhlükəsizlik maraqlarına və ekosistemlərə 

uyğun bölgələr olacaq. Təhlükə qiymətləndirməsi metodundan istifadə etdikdə, tam 

və ya bir qismi ekoloji aşınma tərəfindən törənən risklərin,ənənəvi NATO risk qiy-

mətləndirməsi metodunu daxil etməklə,risk analizinin son hazırlığı ediləcək. Ris-

klər,digər potensial münaqişə amilləri ilə əlaqədə qlobal və ya regional kontekstdə 

və risklərin prioritetlərinin müəyyən edilməsilə, NATO,Sülh naminə Tərəfdaşlıq və 

regional prioritetləri nəzərə almaqla qiymətləndiriləcək. 

Böhranları idarə etmək yolları vardır. Qərb təsisatları böhranlarla priventiv dip-

lomatiyadan tutmuş,güc tətbiqinə qədər vasitələrdən istifadə etməklə məşğul olur-


 

218


lar.Bu maddə, NATO-nun 1999-cu ildə  qəbul etdiyi Strateji Konsepsiyaya “V 

Maddə olmayan”zonadan kənar əməliyyatlar üçün daxil edilmişdir. NATO-ya gö-

rə,Cənubi Şərqi Avropanın son on ildəki təcrübəsi aydındır. Gözlənilən  böhranlar 

üçün öncədən xəbərdarlıq həyati məna daşıyır. Lakin Alyansın ortaya çıxa bilən 

münaqişəyə necə  cəlb olunmasını anlamaq çətindir. Alyansın üzvləri qərar qəbul 

etməlidirlər və o da vaxt alır. Hələ də, Cənubi Şərqi Avropada böhran təhlükəli ha-

disədir və o birdən meydana gəlir və əhalinin geniş hissəsinin həyatını, sosial struk-

turu,siyasi sistemi, hətta suverenlik və ərazi bütövlüyünü təhlükə altında qoyur. Bir 

ölkədə hakim olan gövrək vəziyyət  asan yolla qonşu ölkələrdə də domino təsiri ya-

rada bilər. Heç bir hökümət, NATO-nun və ya başqa bir beynəlxalq təşkilatın nə et-

məli və nə edilməli iclaslarını gözləyə bilməz. 

 

Böhran İdarəetmə 

Regional silahlı münaqişələr təhlükə kimi, xüsusilə də, Cənubi Şərqi Avropa öl-

kələrində çoxlu milli təhlükəsizlik konsepsiyalarına daxil edilmişdir. Regional mü-

naqişə,ölkəni təhlükə altına salır və o,əgər sərhədləri keçirsə böyük zərər vurur.La-

kin, regional münaqişələrin və böhranların səbəbləri dəyişir. 1990-cı illərdə,Bel-

qrad Balkanlardakı münaqişələrin mərkəzi idi. Balkan müharibələri yarana biləcək 

kiçik, lakin ehtimalı böyük olan böhranları kölgədə qoydu. 1997-ci ildə  nəhəng 

saxta mailiyyə sxemi dağıldığı zaman, siyasi iğtişaşlar,polisə və hərbi silah anbar-

larına hücumlar və siyasi sistemin dağılması ərəfəsi oldu. Hökümət bu böhranı ne-

cə yoluna qoymağı bilmirdi; hərbi komandanlıq nə isə etmək qabiliyyətində deyil-

di. Qaçqınlar İtaliyaya gəlib çıxdı və sonralar Qərbi Avropa Birliyi böhranı durdur-

maq üçün cəhdlər etdi. Albaniyada baş verənlər qəfil, iti zərbədən partlayan zəif 

dövlətin halı idi. 

Biz, müxtəlif uydurma təhlükələri olan ssenarilərdən istifadə edərək böhran ha-

lına baxa bilərik. Ssenari Mərkəzi Avropadan gələn iştirakçılar üçün reqional böh-

ranı analiz etməkdən ötrü hazırlanmışdır. O, ekoloji və insan fəlakətindən başlayır. 

Üç ölkənin sərhədlərinin birləşdiyi yerdə nüvə reaktoru çökür.Bu zaman iki dövlə-

tin mübahisəli olduğu sərhəddə insanlar qorxaraq kütləvi surətdə hər iki istiqamət-

də hərəkət edirlər. Bu çaşqınlıq içərisində, bir ölkənin sərhəd gözətçiləri digər ölkə-

nin gözətçilərinə atəş açırlar. Bu iddia olunan hadisə baş verməzdən öncə,ikinci öl-

kə öz ehtiyat qüvvələrini səfərbər edib sərhədləri keçən qaçqınlara imkan vermə-

məyi əmr edir. Bütün ölkələr NATO,ATƏT və AB-yə çıxılmaz vəziyyətdə kömək 

üçün müraciət edir; lakin onlar nə istədiklərini və öz prioritetlərinin nə olduğunu 

göstərmirlər.Təbii,hər bir ölkə bu cür xüsusi hal ilə təhlükə altına alına bilməz. Bu-

na baxmayaraq, Baltiklərdə yerləşən Kalininqraddan başlamış Qara dənizə  qədər, 

heç bir ehtimal olunan böhranı siyahidan çıxartmaq olmaz. 

Təhlükəsizlik sektoru islahatının gündəliyində,ölkənin silahlı qüvvələrinin 


 

219


mümkün hərbi xarici hücuma qarşı səfərbər edilməsi və göndərilməsi yox,böhran 

idarəetmə yüksəkdə durmalıdır. Bu təhlükələri qarşılamaq üçün hökümət effektiv 

böhran idarəetmə imkanları yaradılmasına və  təhlükəsizlik qüvvələrinin(silahlı 

qüvvələr,polis,kəşfiyyat) düzgün növ və keyfiyyətinə yatırım qoyulmasına nə qədər 

az hazırlıq görürsə, təhlükələrin törətdiyi qorxular da bir o qədər ciddi olacaq. Bey-

nəlxalq təhlükəsizlik təsisatları üçün böhranlar zonadan kənar hadisələrdir  və ida-

rəetmə vasitələri priventiv diplomatiyadan başlamış güc tətbiqinə qədər məsələləri 

əhatə edir. 

Keçid dövrü yaşayan ölkələrin böhranlı vəziyyətlərə uyğun qanunları və inzibati 

normaları vardır. Ümumilikdə,onların hərəkətverici səmərəli koordinasiya mexa-

nizmləri yoxdur. Əgər sistem gərginlik altındadırsa, o zaman ya kənar risklərin ar-

tırılması vasitəsilə və ya mülki təcili tədbirlər yolu ilə bu hal ciddi əks təsirlərə gə-

tirər.Böhran və ya fövqaladə hallar olduğu halda, hökümətin məhsuldar işləməsi 

üçün tələb olunan mexanizmləri müntəzəm surətdə inşa etmək, tətbiq etmək və 

praktikadan keçırmək ehtiyacı olur. Həm ölkə daxilində,həm də tərəfdaşlarla böh-

ran xəbərdarlığı,onun qarşısını alma və idarəetmə təcrübələrinin başa düşülməsi və 

öyrənilməsi,gələcək üçün yüksək prioritet olmalıdır. İdarəetmə mexanizmləri tələb-

lərə cavab vermir və ya təməldən başlayaraq yenidən inşa edilməlidir. Təhlükəsiz-

lik sektoru islahatı milli,bölgəsəl və beynəlxalq kimi üç sahəyə baxmalıdır. Milli 

planlaşdırma,idarəetmə mərkəzi kimi yer müəyyən etməlidir (yəqin ki, kabinet,mil-

lli təhlükəsizlik şurası). Qonşu ölkələrin əməkdaşlıq etməsi lazımdır və idarəetmə 

strukturları  və prosedurları bir-birinə bitişik ölkələrdə regional qarşılıqlı uzlaşma 

ilə çox oxşar olmalıdır. Bir ölkənin mülki və hərbi idarələri özlərinin sərhəd boyu 

tərəfdaşları ilə danışıqlarda olmalıdırlar.Qərb və Şərq böhran idarəetmə mərkəzləri 

arasında yaxşı xəbərləşmə olmalıdır. 

Ölkə səviyyəsində,üç tələbi nəzərdə tutaraq böhran idarəetmə təcrübəsi inkişaf 

etdirilməlidir. Birinci tələb,hansl risklərin və təhlükələrin və hansı sürətlə meydana 

gələcəyi ilə bağlı informasiya toplanması və anallizi bacarığıdır. İkincisi, idarəetmə 

strukturunun necə işləməsi ilə bağlıdır. İdarəetmə,geniş,daimi işləyən struktur tələb 

etmir. Post-sosialist ölkələr,bürokratik planlar qurmağa meyllidirlər və onlar əksinə 

tez  kömək edilməsinə maneçilik törədir. Ücüncü tələb hüquqidir. Hökümət fövqa-

ladə vasitələri işə sala bilər. Cəmiyyətin mülki həyatı fövqaladə vəziyyət və ya baş-

qa tədbirlərlə  məhdudlaşdırıla bilər.Lakin,post-sosialist rəsmilərində  təhlükəsizlik 

və fövqaladə  hallara cavablara daxili, polis səlahiyyətləri baxımından yanaşmaq 

tendensiyaları vardır. Bölgəsəl böhran, idarəetmə böhranının ilkin mərhələlərində 

tanınmasına, qarşısının alinmasına və məhv edilməsinə doğru yönəlməlidir. Məq-

səd, beynəlxalq təşkilatlar hərəkətə keçməyə hazır olana qədər onun qarşısının er-

kən alınmasındadır. 



 

 

220


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin