1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə1/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
  1   2   3   4   5   6   7   8   9   ...   65

 

1

 



 

Willem  F. van Eekelen 

Philip H. Fluri (Redaktor) 

 

 



 

 

Müdafiə Təsisatlarının Qurulması  

 

 

Tərəfdaşlıq Fəaliyyət Planını Dəstəkləmək  

üçün İlkin Mənbə Kitabı(PAP-DİB) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Vyana və Cenevrə, Sentyabr 2006 

 

 

 



 

2

Nəşr edənlər 

Milli Müdafiə Akademiyası, Avstriya Müdafiə Nazirliyinin Təhlükəsizlik Siya-

səti Bürosu və Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mər-

kəzi  İsveçrə Federal Hökümətinin Xarici İşlər Nazirliyinin nəzdindəki Beynəlxalq 

Təhlükəsizlik Siyasəti Mərkəzinin dəstəyi ilə. 



 

Redaktorlar 

Willem F. van Eekelen 

Philip H. Fluri ( Redaktor) 

 

Dil redaktorları 

Jozef Derdzinski 

Alex Dovling 

Melissa George 

Suing  Lai 

 

İdarəetmə redaktoru 

Stefan C. İmobersteq  

Köməkçi redaktorlar 

Leytenant-albay Ernst Felberbauer 

Kapitan Benedikt Hensellek 

 

Elmi məsləhətçi 

Dr. Andras Ujj, Nato Məktəbi, Oberammergau 



Plan və Qrafiklər 

Vyanadakı  Milli Müdafiə Akademiyasının Multimedia Offisi 



 

İngilis nəşrinin Çap və son işləri 

Reprocenter Vienna  

1070  Vienna, Stiffgasse 2a 

İSBN 3-902-456-55-08 

ReproZ Vienna 2385/06 

İçindəkilər 

 

Giriş sözü 



General Raymond Şittenhelm 

Ön söz 

Dr. Filip Fluri  

Təşəkkürlər 

Redaktorlar 

Gi riş.....................................................................................................................11

Bi zə  Nə  Cür  Mü da fi ə  Na zir li yi  La zım dır?



Dr. Wil lem F. van Ee ke len.....................................................................................13

I  His sə:  Mə ga lə lər

Mü da fi ə  və  Təh lü kə siz lik  Sa hə sin də  Əmək  Böl gü sü     



Albay Fred Şre yer.....................................................................................31

Mü da fi ə  Xa rak ter li  Fə a liy yət lə rin  De mok ra tik  Şə kil də  İda rə  Edil mə si 



Dr. Hans Born ........................................................................................101

Mül ki-Hər bi  Mü na si bət lər  və  Təh lü kə siz lik  Si ya sə ti nin  Mü əy yən ləş di ril mə si



Dr. Wil lem F. van Ee ke len.......................................................................131

Təh lü kə siz lik  Sek to ru  Üzə rin də  Qa nun ve ri ci  Nə za rət 



Dr. Wil lem F. van Ee ke len....................................................................165

Təh lü kə siz lik  və  Təh lü kə 



Dr. Yan Arveds Tra pans........................................................................195

De mok ra ti ya,  Təh lü kə siz lik  və  Hərbi  Plan laş dır ma



Dr. Yan Arveds Tra pans........................................................................221

Mü da fi ə  Sek to run da  Qə bul  edil miş    Bey nəl xalq  Nor ma lar  və  Prak ti ka la ra  Ri a yət

et mək  üçün  Təd bir lər  və  Prak ti ka lar

Dr. Vik tor –Yves Ghe ba di........................................................................247

Kadr  Si ya sə ti nin  Prin sip  və  Prak ti ka la rı:  Ma ca rıs tan  Si lah lı  Qüv və lə ri nin  Nü mu nə si 



Dr.  Fe ren se  Mol ner  ..............................................................................277

Mü da fi ə  Sek to run da  Ma liy yə  Plan laş dır ma sı  və  Ehti yat lar  Ayrıl ma sı   



Dr..Ha rı-Bu kur  Mar ku..........................................................................301

İqti sa di  Sə mə rə lı  İda rə et mə  və  Mü da fi ə  Xər clə ri



Mr.Mi xa il  Zam bo ri  ...............................................................................323

Mü da fi ə  və  Təh lü kə siz lik  İşlə rin də  Yax şı  Qon şu luq  Mü na si bət lə ri ni  Tə min  Etmək

Təd bir lə ri 

Dr. Pal Du nay ........................................................................................345

Kəş fiy ya tin  İda rə  Edil mə si  və  Onun  Üzə rin də  Nə za rət



Albay Fred Şrey rer..................................................................................377

Par la men tlər  və  Hər bi  Təh ci zat



Dr. Wil lem F. van Ee ke len.......................................................................425

Xə bər  Stan dardla rı,  Me di a  Si ya sə ti  və  İcti ma i  Əla qə lər 



Ro bert Pszczel .......................................................................................463

Mü da fi ə  Tə si sat la rı  və  İnfor ma si ya  Si ya sə ti

Dr.Ha rı-Bu kur  Mar ku...........................................................................473

Mü da fi ə  İda rə et mə si  və  Və tən daş  Cə miy yə ti  ara sın da  Qar şı lıq lı  Mü na si bət lər  və

Əmək daş lıq

Dr.  Ve li zar  Şa la ma nov..........................................................................489

II His sə:   Ye kun 

Jo zef  l.  Der dzin ski..............................................................................................529



Mü əl lif lə rin  si ya hı  gös tə ri ci si..........................................................................581

 

5

Giriş sözü 



 

2004- cü ilin İyununda NATO-nun İstanbul Sammitində Müdafiə  Təsisatlarının 

Qurulması ilə bağlı Tərəfdaşlıq Fəaliyyət Planının (Partnership Action Plan on Defence 

Institution Building,PAP-DIB)  başladılması,Qafgazlar və Orta Asiya ölkələrində hərbi 

təsisatların daxili ehtiyaclarını və beynəlxalq öhdəliklərini həyata keçirmək üçün apa-

rılmalı olan islahatlara yardım məqsədi güdürdü.  PAP-DIB Qafgazlar, Orta Asiya və 

Moldovadakı hökümətlərin NATO və tərəfdaş ölkələrlə təcrübə mübadiləsi aparmasına 

xidmət edir və bu ölkələrin vətəndaşları və hökümətləri üçün Avro-Atlantik məkanın 

təsisatları ilə yaxın əlaqələr qurmağa imkanlar yaradır. 

Şəxsən mən bu bölgələr üçün xüsusi hazırlanmış tərəfdaşlığın inkişaf etdirilmə-

sinə çox sevinirəm və bu işdə maraqlı olan yeni Tərəfdaşlarla əməkdaşlıq etməyi 

səbirsizliklə gözləyirəm. Mən bu yeni başlanmış  təşəbbüsə çox inanıram və arzu 

edirəm ki, bu yeni təşəbbüs bu bölgələrə daha çox fayda gətirsin. 

Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə  Mərkəzini 

(DCAF)və Landesverteidigungsakademie(LVAK) Sülh Naminə  Tərəfdaşlıq proq-

ramı üzrə əvvəllər də çoxlu sayda bilikverici proqramlarda birgə çalışmışlar. Birgə 

çap olunan bu kitab ( bu kitabın bir neçə dillərə də tərcümə edilməsi nəzərdə tutu-

lur) yeni bir əməkdaşlığın nişanəsidir. 

General Raymond Şittenhelm, Komandan  

Milli Müdafiə Akademiyası, Vyana 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

6

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

7

Ön söz 



 

NATO-nun İstanbul Sammiti Avro- Atlantik Tərəfdaşlıq Şurası Üzv Ölkələrinin 

səmərəli və  məhsuldar dövlət müdafiə  təsisatlarının mülki və demokratik nəzarət 

və rəhbərlik altında olması fikrini bir daha təsdiq etmişdir. Müdafiə Təsisatlarının 

Qurulması ilə bağlı Tərəfdaşlıq Fəaliyyət Planı (PAP-DİB) Tərəfdaşlara islahatlar 

təşəbbüsləri irəli sürmək və həyata keçirmək və müdafiə təsisatlarında struktur də-

yişiklikləri aparmaq üçün Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədi və  Təhlükəsiz-

liyin Siyasi-Hərbi Aspektləri haqda ATƏT-in Davanış Kodeksi əsasında səylərini 

güçləndirmək üçün irəli sürülmüşdür. NATO –nun Qafgazlar, Orta Asiya və Mol-

dovaya yetirdiyi xüsusi diqqətə görə, bu tərəfdaşların PAP-DİB –lə bağlı məsələ-

lərlə  də əməkdaşlıq etmələri xüsusilə arzu olunur.  

PAP-DİB


1

- Sülh Naminə Tərəfdaşlığın bölünməz hissəsi kimi- müdafiə və təh-

lükəsizlik sahələrində demokratik təsisatlarin qurulmasının aşağıdakı aspektlərini 

həyata keçirməyə yönəlmişdir: 

•  Müdafiə tədbirləri üzərində səmərəli və şəffaf demokratik nəzarətin inkişaf 

etdirilməsi( o cümlədən, uyğun qanunvericilik); 

•  Müdafiə  və  təhükəsizlik siyasətinin inkişaf etdirilməsində  mülki iştirakın 

təşviq edilməsi üçün səmərəli və şəffaf demokratik prosedurların təkmilləşdirilmə-

si; 

•  Müdafiə sektoru üzərində səmərəli və şəffaf qanunveriçi və hüquqi nəzarə-



tin inkişaf etdirilmsi; 

•  Təhlükəsizlik risklərini və milli müdafiə tələblərini qiymətləndirmək üçün 

səmərəli və şəffaf tədbirlərin və prosedurların inkişaf etdirilməsi; 

•  Müdafiə nazirliklərini  və idarələrini və güc strukturlarının  idarə etmək 

üçün ,o cümlədən  idarələr- arası əməkdaşlığı optimallaşdırmaq üçün səmərəli və 

şəffaf tədbirlərin inkişaf etdirilməsi; 

•  Müdafiə sektorunda qəbul edilmiş beynəlxalq normalar və praktikalara ri-

ayət etmək üçün səmərəli və şəffaf tədbirlərin və praktikaların inkişaf etdirilməsi; 

•  Silahlı qüvvələrdə səmərəli və şəffaf kadr strukturlarının və insan ehtiyat-



larının idarəedilməsi praktikalarının inkişaf etdirilməsi; 

                                                            

1

 PAP-DİB-lə bağlı ətraflı izahat xanım Suzan Pondun Eden Cole və Filip Fluri ilə birgə 



DCAF-da nəşr olunan yazısında vardır, Müdafiə  TəsisatlarınınQurulması:“Müdafiə 

Təsisatlarıın Qurulması ilə bağlı  Tərəfdaşlıq Fəaliyyət Planı (PAP-DİB) Qafgazlar və 

Moldova” üzrə 25 Aprel 2005- ci ildə Tbilisidə keçirilən regional konfransda təqdim edilən 

çıxışlar, LVAK Vyana,2005. İnformasiya, həmçinin, DCAF-ın website-de də vardır: 

http://www.dcaf.ch/publications/defenceinstitution_conf_tbilisi.cfm?nav1=4&nav2=2 

 


 

8

•  Müdafiə sektorunda səmərəli və şəffaf maliyyə,planlaşdırma və ehtiyatlar 



ayrılması prosedurlarının inkişaf etdirilməsi; 

•  Müdafiə xərclərinin səmərəli, şəffaf və iqtisadi cəhətdən işlək idarə edilmə-

sinin inkişaf etdirilməsi; 

•  Müdafiə və təhlükəsizlik məsələlərində səmərəli beynəlxalq əməkdaşlıq və 

yaxşı qonşuluq münasibətlərini təmin etmək üçün səmərəli və şəffaf tədbirlərin in-

kişaf etdirilməsi;  

Demokratik Təhlükəsizlik Sektoru İdarəciliyi məsələləri üzrə 46 ölkədə ən yax-

şı təcrubələri həyata keçirən və təşviq edən beynəlxalq fond olaraq Silahlı Qüvvələr 



üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi İsveçrə qanunlarına uyğun  qu-

rulmuş və İsveçrə höküməti tərəfindən NATO Beynəlxalq İdarəsi, NATO üzvləri 

və tərəfdaş ölkələr və onların uyğun təşkilatları ilə Müdafiə  Təsisatlarının Qurul-

ması ilə bağlı  Tərəfdaşlıq Fəaliyyət Planının (PAP-DİB) yerinə yetirilməsi üzrə 

əməkdaşlıq etmək şərəfinə layiq görülmüşdür. Özünün beş illik mövcudluğu ərzin-

də bu Mərkəz faktiki olaraq  PAP-DİB –in bütün sahələri üzrə yüksək təcrübə qa-

zanmış və isbat etmiş və indi isə qazandığı öz təcrübəsini paylaşmağa və tərəfdaş 

təsisatların təcrübə və bacarıqlarını PAP-DİB prosesinə tətbiq etməyə hazırdır.    



 

Filip H. Fluri Ph.D  

DCAF-ın Direktor Müavini 

   

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

9

 



Minnətdarlıq 

 

Redaktorlar bu kitaba bütün töhvə verənlərə, yazılarını  uğurla vaxtında təhvil 



verdiklərinə görə, elmi tədqiqat üslubunda yox, daha cox pedaqoji üslubla hamı 

üçün anlaşılan,təsdiqini tapmış  təcrübələrə söykəndiklərinə görə  təşəkkür ediriz. 

Kitabda bir- biri ilə mütləq üst-üstə düşən anlar olacaq, ancaq hər bir fəsil hamı 

üçün oxunmaq üçün yazılıb və hər birinin sona çatmış mənası vardır.  

Redaksiya heyətinə, o cümlədən Aleks Doülinqə,Jozef Derdzinskiyə, Stefan 

İmobersteqə, Melissa George, Leytenat-Albay Ernest Felberbauerə, Laurence Duri-

qə və Suinq Lala xüsusi təşəkkürlər düşür. Jozef  kitabın qısa məzmununu çox gö-

zəl yazmışdır. 

Biz xüsusilə  İsveçrə Federal Hökümətinin Xarici İşlər Nazirliyi nəzdindəki 

Beynəlxalq Təhlükəsizlik Siyasəti Mərkəzinə, Avstriya Xarici İşlər Nazirliyinin 

Təhlükəsizlik Siyasəti Bürosuna və Avstriya Müdafiə Nazirliyinə bu kitabın işıq 

üzü görməsinə görə minnətdarıq. Burada ifadə olunan rəylər həmişə İsveçrə Hökü-

mətinin fikirlərini əks etdirmir. 

Bu kitabın müxtəlif dillərə, o cümlədən rus dilinə tərcümə edilməsi planlaşdırılır. 



 

 

Redaktorlar 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

10

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

11

Giriş  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

12

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

13

Bizə Nə Cür Müdafiə Nazirliyi Lazımdır? 



 

Müdafiə Nazirliyi fərqli,dəhşətli və bahalıdır. O,digər hökümət idarələrindın fərqli-

dir,çünki Xarici İşlər Nazirliyi ilə bərabər – dövlətin başqa idarə və nazirliklərindən fərqli 

olaraq dövlətin hərtərfli maraqlarını nəzərə alır.Dəhşətlidir ona görə ki,onların əllərində 

güc işlətməyə alət vardır və öz əsgər və zabitlərinin həyat və ölüm məsələləri ilə məşğul 

olurlar. O bahalıdır, çünki onun büdcəsi ən pis ssenarilərin təsiri altindadır. Lakin, hər şey 

normal gedirsə, o zaman silahlı qüvvələrin görə biləçəyi iş azalır və bu zaman onların 

faydası məsələsi ortaya çıxır. “Nə qədər” büdcə kifayət edər sualı il boyu davam edir.  

Qərb-Şərq kontekstində, kollektiv müdafiəyə qoşulmuş ölkələr üçün mövcud qüvvələr 

tarazlığı içində, o dövrün ehtiyaclarını qiymətləndirmək mümkün idi, lakin  Berlin divarı 

yıxıldıqdan sonra qarşıda duran tələblərin sayını müəyyənləşdirmək daha çətin oldu. Ən 

azı yeni məsələlərlə məşğul olmaq istəyən yaşlı NATO üzvləri üçün,sülhməramlı əmə-

liyyatlara qoşulmaq arzusu,həm ölkə daxilində, həm də qonşu ölkələrdə etnik və dini mü-

naqişə olan bölgələrə sabitlik gətirmək məsələsi iddia, seçim və fərqli seçim sualına çev-

rildi. Yeni üzvlər isə hələ də NATO-nin əski missiyasına –kollektiv müdafiə vektoruna 

başlıca dəyər verməyə üstünlük verirdilər. Onların hamısı üçün müdafiə  ən təhlükəli 

vəzifəyə çevrilmişdir, tez- tez öz əsgərlərini xaricə göndərməklə,onların  əvvəlki hərbi 

təcrıbələrinə yeni həll olunmali vəzifələr əlavə edirdılər. Paradoksal haldır ki,bu gün öz 

büdcəsinə dəstək almaq üçün müdafiə sektoru hərəkətli görünməlidir. 

 Bu cür şəkil hər yerdə eyni deyil. Şimal və Cənub və varlı və kasıblar təhlükə-

sizlik təhdidlərinə fərqli cəhətdən yanaşırlar.BMT Baş Katibi özünün 2005- ci ilin 

Martında hazırladığı “Daha Geniş Azadlıqda” adlı hesabatında dünya ölkələrinə 

müraciət edərək, onları, terrorizm,kütləvi qırğın silahlarının yayılması problemləri-

nin  şimal ölkələri üçün,digər təhlükələr olan yoxsulluq, insan yaşayışı üçün əsas 

tələbatların isə Cənub üçün maraq kəsb etdiyi ideyalarına qarşı çıxmağa çağırmış-

dır.Aydındır ki, paylaşan təhlükəsizlik konsepsiyası,bütün bu təhlükəsizlik təhdid-

ləri arasında əlaqənin olduğu qəbul edildiyi halda və bu təhdidlərin çoxunun payla-

şan risklər və həssas nöqtələr olduğu anlami yarandığı halda, bu problemləri birgə 

səylərlə  həll etmək tələbləri  əsasında hazırlana bilər

2

. 2005 ci-ilin BMT Sammiti 



qətiyyətsizliyə görə  məyusluq gətirsə  də,ən azı yuxarıda deyilən bağlılığa açıqlıq 

gətirdiyinə görə və bundan əlavə “qorumaq məsuliyyəti” analyışını da beynəlxalq 

müzakirələr mövzusuna gətirməsi ilə uğurlu olmuşdur. Dövlətlərin öz xalqları ilə 

bağlı məsələlərdə o məsuliyyəti icra edə bilmədikdə və ya süquta uğradıqda bey-

nəlxalq birliyin nə edəcəyi əlavə aydınlaşdırma tələb edəcək, lakin bir şey aydındır 

ki, dövlətlərin mütləq suverenliyi anlayışı daha da zəifləmişdir. 

                                                            

2

 Kofi Annan, “ In Larger Freedom  : Towards Development, Security and Human rigjhts 



for All”.  Baş Katibin hesabatı. 2005, səh.5-6 

 

14

Müdafiə və Təhlükəsizlik,NATO-AB zonasının nisbi sabit olan bölgələrində də 



müxtəlif konsepsiyalar kimi izah edilir. Bu bölgələrdə hələ də hərbinin əsas funksi-

yası ölkəni qonşulardan qorumaqdır. Şimali Afrika və Yaxın Şərqin çoxlu ölkələ-

rində ordu və  təhlükəsizlik qüvvələri mövcud rejimləri dəstəkləmək üçün alətdir. 

Bu cür şəraitlərdə demokratik nəzarətin miqyası da və eynilə müdafiə nazirliyinin 

strukturu da  çox fərqli olur. İrəlidəki səhifələrdə müasir müdafiə nazirliklərinin 

hansi tələbləri yerinə yetirmələri analiz olunacaq, ancaq əvvəcədən boynumuza 

almalıyıq ki, onlar arasında da az eynilik vardır. Müxtəlif hökümətlər sistemi mü-

dafiə nazirliyi və silahlı qüvvələr üzərində  də  əks olunur. Eyni dərəcədə, silahlı 

qüvvələrin əsasən çağırışçılardan ibarət olması və ya uzun müddətli müqavilə əsa-

sında pesəkar əsgərlərdən yaradıması da mühüm fərq yaradır. Həmən fərq ictimaiy-

yətin müdafiə qüvvələrini necə qavramasına da təsir edir. Çağırışçılardan ibarət 

ordu, müxtəlif bölgələrdən, müxtəlif səviyyəli gənçlərdən təşkil olunduğundan,on-

lara məsuliyyət hissi və intizam aşılamaq kimi sosioloji üstünlüklərə malikdir. O 

biri tərəfdən, onların çoxu xidmətdə keçirdikləri vaxtın onların mülki mənsəblərinə 

zərər vurduğuna görə  əsəbiləşirlər. Futbol modelindən istifadə etsək, çağırışçılar-

dan təşkil olunan ordunu, məşqçisinin futbolçuların seçilməsində rolu olmayan fut-

bol komandası ilə müqayisə etmək olar, yəni burada çox hallarda  bir-birinə qarşı 

oynaya biləcək rəqib olmur və əsasən oyunçuların bir qismi futbol belə oynamaq 

istəmir. Biz heç də peşəkar ordunun cəmiyyətin bütün hissələrini təmsil etmədiyini 

və onun təkcə izolyasiyada olmaq riski ilə yox, aşağı səviyyəli təhsili ilə müşaiyət 

olunan  əlverişsiz durumda olmaq riskini də inkar etmiriz. 

Çağırışçılardan təşkil olunan ordu, sayları təminatlı olan kütləvi təlim maşınları 

kimi hərəkət edir. Peşəkar ordu üçün təlim tələbləri daha az həcmlidir və  silahlı 

qüvvələr qazandıqları  təcrübələrdən uzun müddət faydalanırlar, lakin çağırış tam 

məşğulluq dönəmində  problem yarada bilər. Hər iki halda son nəticə əsgərlərin nə 

dərəcədə ağıllı və intizamlı olmaları ilə  və yeni və keçmiş hərbi missiyaları üçün 

necə təlim keçmələri və necə silahlandıqları ilə ölçülür. 

 

Hərbi Tapşırıq 



 

Dövlətin maraqlarını geniş şəkildə ifadə etməkdən savayı, müdafiə sektorunun 

digər nazirliklərdən fərqli cəhətləri də vardır. Onun fəaliyyətini məhdudlaşdıran az 

sayda qanunverici (mühasirə və müharibə vəziyyəti,kadr siyasəti və cinayət hüququ 

ilə bağlı qanunlardan başqa) sənədlərin olması, müdafiə sektorunda ümumi siyasə-

tin aparılmasina  və tapşırıqların yerinə yetirilməsinə diqqətin aşağı olması,onu 

digər nazirliklərdən fərqləndirən cəhətlərdir. Müdafiə, silahlı qüvvələrin operativ 

tətbiqinə yönəlir və bu zaman biznes idarəetməsinin prinsipləri ilə idarə olunur və 

sonuc son nəticə ilə ölçülür. Müdafiə nazirliyinin hökümət daxilində rolu, onun 


 

15

dövlət başçısi, baş nazir, kabinet və parlament ilə münasibətləri başqa fəsillərdə  



müzakirə olunacaq.  Burada sadəcə müdafiə nazirliyinin  və silahlı qüvvələrin təş-

kilatı strkturu analiz olunacaqdır. 

Müdafiə Nazirliyi üçün nəticə dedikdə qısa zaman ərzində yeridilə bilən və çox-

millətli əməliyyatlarda iştirak etmək iqtidarında olan yüksək dərəcəli birliklər başa 

düşülür. Bu baxımdan silahlı qüvvələrə bir müəsisənin işçi birlikləri kimi baxmaq 

olar. Müasir idarəetmənin prinsiplərinin tətbiqi siyasi istiqamətlər ilə, onların icra 

ediməsi və nəzarət funksiyaları arasında və həmçinin onların bir -biri ilə bağlılığı 

arasında ayrılma məsələsini ortaya çıxarır.Əməliyyatlar zamanı  əldə olunan 

təcrübə, prioritetlerin və tələblərin dəyişməsi kontekstində siyasətin təkmilləşdiril-

məsinə aparır və nəzarət mexanizmlərinin əldə etdiyi nəticələr həm siyasətə, həm 

də onun icra edilməsinə təsir göstərir. 

Siyasət müdafiə nazirliyinə konstitusiya və ya qanunverici aktların çərçivəsində 

verilmiş tapşırıqların əsasında formalaşdırılır. Onlar aşağıdakılar olur: 

•  Dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq  və mümkün kollek-

tiv müdafiə öhdəliklərini yerinə yetirmək; 

•  Beynəlxalq qayda və sabitliyi təşviq etmək; 

•  Qayda və qanunları təmin etmək üçün, həm ölkə daxili, həm də beynəlxalq 

miqyasda mülki fövqaladə  vəziyyət yarandıqda və humanitar yardım ehtiyacı 

duyulduqda mülki hakimiyyətə lazim olan dəstəyi vermək. 

Zaman-zaman bu kateqoriyaların sərhədləri bir- birini örtür, xüsusilə də kollek-

tiv müdafiə öz prioritetini itirdiyi zaman bu hallar baş verir. Digər tərəfdən, hərbi 

dəstəyə ehtiyac duyulan halların sayi daha da artmışdır və bu hallar gözlənilməyən 

halların artması və müxtəlif dərəcəli zorakılıq və zor işlətmə ilə xarakterizə olunur. 

1989 cu ildən başlayaraq biz aşağı  səviyyədə çoxmillətli  əməliyyatların sayının 

artmasının şahidi oluruq. Ölkə səviyyəsində, briqada standart manevr birliyinə çev-

rilmişdir və çox- millətli əməliyyatlara göndərilən qüvvələr adətən batalyon səviy-

yəsini aşmır. Meydana gələ bilən siyasi və hərbi risklərin paylanmasi baxımından 

və əməiyyatlarda ortaya çıxan yükün daşınması baxımından çox- millətli qüvvələ-

rin istifadəsi açıq- aydın üstünlüyə malikdir. Bir çox hallarda bu qüvvələr lazımi 

hərbi gücü saxlamaq üçün yeganə vasitə olmuşdur. Çox -millətli qüvvələr strateji 

istiqamət və hərbi komandanlıq üçün fərqli tələblər ortaya çıxarır. O, həmçinin, çox 

millətli qüvvələrin miqyası ilə bağlı suallar da doğurur:  əsil  döyüş zamanı milli 

qüvvələr daha yaxşı vuruşar amma siyasi təsiri az olar. 

Çox- millətli qüvvələrin olduğu  əməliyyatlarda iştirak artıq  əvvəlcədən dəqiq 

müəyyən edilmiş komanda strukturlarında baş vermir. Son zamanlarda gedən pro-

seslər daha çox konkret hadisə ilə bagliı yaradılmış  dəyişən tərəfdaşlardan ibarət 

olan koalisiyalar və ştablar ( bu ştabların indi təmasda olduqları qüvvələrlə əvvələr 

əlaqələri olmur) istiqamətində gedir. Ona görə də, bu ştablar onlara təlim keçmədi-



 

16

yindən həmin qüvvələrin keyfiyyət dərəcəsini də yoxlaya bilmir. Bu cür əlverişsiz 



vəziyyət NATO Cavab Qüvvələri(NATO Response Force) və AB Döyüş Qrupları 

(EU Battle Groups) yaradılan zaman nəzərə alinmışdir və nəticədə bəlli bir zaman 

üçün tərkib müəyyən edilmişdir və onların qabiliyyətini yoxlama fürsəti də vardır. 

Eyni zamanda, çoxlu ölkələr bu cür hərbi qüvvələr üçün modullu deyilən çeviklili-

yi artıran və üç xidmət arasında yaxın əməkdaşlığı qiymətləndirən yanaşmanı qəbul 

edirlər. Hər bir müdafiə təşkilatı üçün birləşmiş(ölkələr arası) və birgə ( xidmətlər 

arası) konsepsiyalar həlledici konsepsiyaya çevrilmişdir.  Müdafiə akademiyaları-

nın yaşıl,mavi və tünd-göy hərbi  formaları ilə bir yerə gətirdiyi zabitlərin hazırlıq 

mərhələsində bu konsepsiya təhsil və təlimə birbaşa təsir edir. Eyni şey hərbi ştab-

da da baş verir, çünki burada ümumi xidmətlər inteqrasiya olmuşdur və artıq hər 

bir xidmət növündə onlar təkrarlanmır.  Monolit olmaq çox mühümdür, lakin bir-

liklər xüsusi missiyaya göndərilməzdən öncə bu gündəlik adi hala çevrilməlidir  

 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin