1 Willem F. van Eekelen



Yüklə 4.6 Mb.
PDF просмотр
səhifə65/65
tarix24.04.2017
ölçüsü4.6 Mb.
1   ...   57   58   59   60   61   62   63   64   65

Hərbi Alqı-Satqının Xüsusiyyətləri 

 

Müdafiə  xərcləri başqa hökümət xərclərindən özünə xas olan xüsusiyyətlərə 



görə  fərqlidir və  ən azı Avropada soyuq Müharibənin bitməsi ilə,müdafiə sahəsi 

başqa sosial və təhlükəsizlik tələblərinə görə ikinci dərəcəli sahəyə çevrildi. Dəyi-



 

570


şən təhlükəsizlik mühitinin artan tələbləri və  məhdud resurslar üzərində  rəqabət, 

demokratik hakimiyyət qarşısında cavabdehliyin təmin edilməsi üçün parlamenti 

rolu həmişəkindən daha çoxdur. Bu kontekstdə,van Eekelen, hərbi alqı-satqı prose-

sində parlamentin iştirakı üçün mexanizm təklif edir. 

Ən azı nəzəri olaraq,hər bir alqı-satqı dairəsi operativ tələblərin müəyyən edil-

məsindən başlayır və bu iş Soyuq Müharibə sonrakı dövrdə əhəmiyyətli dərəcədə 

çətin olmuşdur.Van Eekelen qeyd etdiyi kimi,Qərbi Almaniyanı sovet təhlükəsin-

dən qorumaq məsələsi ilə,müdafiə planlaşdırması və  hərbi təhcizat daha asan idi. 

Müasir təhlükəsizlik mühitində,müdaxilə  tələbləri  ərazi müdafiəsindən geniş  fər-

qlənir və  nəticədə, izləmə,müşahidə, nəqliyyat,logistika və avadanlıq sahələrinə 

əhəmiyyətli təsir etmişdir.Çeviklik və mobillik modda olan sözlərə çevrildi və on-

lar sadəcə “kəmiyyət göstəriciləri ilə müəyyənləşdirilə bilməz”. 

Prosesdə birinci addım,icra orqanları ilə qanunvericilik arasında birləşmiş mü-

nasibətləri xarakterizə edir. Ümumi qaydada operativ tələblər müəyən ediləndən 

sonra,ilk məlumat parlamentə göndərilir: avadanlığın növü və zəruri olan avadanlı-

ğın ümumi sayı. Tələblər qəbul olunandan sonra, növbəti mərhələdə, bir sıra möv-

zuların öyrənilməsi və mümkün təminatçılarla bağlı hazırlıq işləri aparılır. Operativ 

tələblər,texniki xarakteristikalara köçürülür və sonra satınalma strategiyası qurulur 

və silahlı qüvvələr üçün istehsal  və təhvil cədvəli tərtib edilir. İdeallaşmış üçüncü 

və dördüncü addımlar, maraqlı olan təminatçıların verdiyi siyahının tam öyrənilmə-

sidir. Onların bütün xarakteristikaları yerinə yetirə biləcəklərmi və ya danışıqlar 

nəticəsində əldə olunan təkliflər əsasında, yəqin ki,sahədə sınaqlarla tamamlanan, 

alqı-satqı hazırlıqlarını başa çatdırmasıdır. Bu son mərhələ,media,tədqiqat mərkəz-

ləri və parlamentarların iştirakını cəlb edən gərgin lobbiçilik dövrüdür.  Bu həm də 

elə mərhələdir ki, onlar çox ehtiyatlı olmalıdırlar, özlərinin xeyrinə heç bir xidmət 

qəbul etməli deyillər,çünki bu onların fikirlərinə təsir kimi qəbul oluna bilər. van 

Eekelen qeyd edir ki, bu cür ideal ardıcıllıq və ya oxşar proseslər,sadəcə bir necə 

NATO ölkəsində həyata keçirilir. 

ABŞ və Avropanın müdafiə sənayelərinin və siyasətlərinin uzun-uzadı müqayi-

sələrindən sonra,van Eekelen, ölkə parlamentlərinin,müdafiə strukturlarını ümum-

likdə  nəzarət etmək üçün və alqı-satqı proseslərinə xüsusi nəzarət üçün metodlar 

irəli sürür. 

  

1)  Parlament vasitəsilə,hökümət öz təhlükəsizlik konsepsiyalarını  və 



təhlükəsizlik siyasətlərini müntəzəm surətdə  yeniləməlidirlər. Bu icra or-

qanı  səviyyəsindəki konsepsiya, müdafiə  tələblərini nə  qədər mümkünsə 

konkret olaraq sadalamalı və təhlükə qiymətləndirməsi prosesi ilə müşaiyət 

olunmalıdır. 



 

571


2)  Parlament,beynəlxalq sülhü dəstəkləyən əməliyytalarda ölkənin iş-

tirakının məqsədlərinin müəyyən edilməsində və birliklər və onların təcrü-

bə və hazırlıqları baxımından xarici ölkəyə göndərilməsində hansı konkret 

köməyin olacağının müəyən edilməsində yardımçı ola bilər. 

3)  Şəxsi heyət və avadanlıq səviyyəsi bu məqsədlərə uyğun gəlməli-

dir, o cümlədən,təlim,logistik dəstək və birgə tədbirlər baxımından,ən yax-

şı variant, təlim keçmiş  və münaqişə qalxarsa və  əməliyyatlara qoşulmaq 

haqda siyasi qərar olarsa,hərbi zonaya göndərilməyə hazır olan “güc paket-

ləri” hazırlamaqdır.  

4)  NATO və AB ölkələrində, müttəfiqlərin və tərəfdaşların satınalma 

planlarına daha çox diqqət yetirilməlidir. 

5)  Daha konkret olaraq müdafiə  məmulatları satınalmaları üçün,van 

Eekelen hesab edir ki,ən  əsası  əmin olmaqdır ki,hökümətlər demokratik 

proseslər üçün sayılan “üzə  çıxart,izah et və  əsaslandır” modelini hərbi 

avadanlıq sektoruna da tətbiq etsinlər. 

 

Büdcə nəzarəti baxımından, parlamentarlar əmin olmalıdırlar ki,onlara təqdim 



olunan planları  həyata keçirmək üçün lazımi miqdarda maliyyə yetəcək,təkcə bu 

maliyyə ilində yox,tam bütov alqı-satqı prosesi dönəmində,çünki uzun müddətli la-

yihələrdə, hökümətlərin siyasətində qiymət artmalarını nəzərə almamaq və bu ildə-

kindən daha da optimist olmaq tendensiyası vardır. Xərclərin artması tez-tez 

olur,gecikmələr olur və proqramlar büdcələndiyindən daha çox baha başa gəlir. 

Müdafiə satınalmaları, uzun zaman aldığından,uzun müddətli imkanlar qurmaqa tə-

sirləri qiymətləndirmək və yeni avadanlığın silahlı qüvvələrin ahəngli quruluşuna 

necə uyğun olacağını müəyyən etmək vacibdir. İndiki dövrdə “birləşmə”-yə edilən 

vurğu bunu daha da zəruri edir. 

van Eekelen analiz etdiyi halların oturuşmuş demokratik varlı ölkələrə aid ol-

masına baxmayaraq,onun yazdığı fəsil liberallaşma dövrü yaşayan ölkələrdə səmə-

rəli demokratik təsisatların inkişafına kömək edir.Birincisi,o,bütün ölkələrdə müda-

fiə strukturları ilə bağlı intensiv debatlara və gözdən keçirmələrə ehtiyac olduğunu 

qeyd edir,və yəqin ki,daha çox o ölkələrdə ki,orada texnoloji yeniliklərin üstünlü-

yündən istifadə edib tətbiq etmək mümkündür.İkincisi,təhlükəsizlik tələbləri parla-

mentarları məcbur edir ki,özlərinin təhlükəsizlik potensiallarına maksimal istifadə 

nöqteyi nəzərindən yanaşsınlar. Daha da üsyankar hərbi ənənələri olan ölkələr,mü-

dafiəyə üstünlük verən dövlətlər və sülhə dəstək dəyərləri üzərində hərəkət edən öl-

kələr, indi, əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün bu variantları birləş-

dirməlidirlər.Və parlamentlər,müdafiə strukturlarında populayar normalar və  də-

yərlərin təmin edilməsi üçün aparıcı qüvvədir. 

 


 

572


Media münasibətləri,informasiya siyasəti və Ordu 

 

Bu iki fəsil, hərbi və təhlükəsizlik fəaliyyətlərinin demokratik prinsiplərlə uy-

ğun olmasını təmin edən mübahisəli və mühüm məsələləriin üzərində durur: infor-

masiyanın onu gözdən keçirən ictimaiyyətə axması. Miqyasına və tonuna görə 

müxtəlif olan Robert Pszczel və Harı Bukur-Markunun yazdığı fəsillərin hər biri, 

media və informasiya siyasətlərinin formalaşdırmasında oxucuları əhəmiyətli mü-

şahidələrlə təmin edir 

 

“İnformasiya Standardları,Media Siyasəti və İctimai Əlaqələr” 



 

Yəqin ki,burada ən praqmatik təklif olan Robert Pszczel-in “İnformasiya Stan-

dardları,Media Siyasəti və İctimai Əlaqələr” yazısı,dövlət orqanları və açıq və müs-

təqil media arasındakı tez-tez baş verən gərgin münasibətləri böyütməkdə marağı 

olanlar üçün mühüm nümunədir. Pszczel-in bu cür yığcam yazıda məqsədi, media 

və dövlətin bir-biri ilə ziddiyətdə olmamalıdır halını nümayiş etdirməkdir.Əksi-

nə,media və dövlət bir birini tamamlayıb dövlətin fəaliyyətinin açıqlanmasında  

birlikdə hərəkət edə bilərlər. Yazının oxunaqlığına görə,bu fəsil onun bir çox ma-

raqlı qiymətləndirmə və nəticələrini  açıqlayır. 

 

•  Xəbərləşmə və Dövlət 



 

Pszczel,dövlətlərin və  cəmiyyətlərin indiki hərəkətlərində  hələ  də  əks olunan 

avtoritar mirasın təkamül təbiətini müzakirə edir.Beynəlxalq donorlar və müşahidə-

çilər tərəfindən seçkilər və parlament debatları kimi dramatik hadisələri işıqlandır-

dıqlarına görə  üstünlük verilməsindən  əlavə, açıq media, demokratiyanın varlığı 

üçün mühüm element sayılır. Pszczel, irəliyə gedərək deyir ki,təhlükəsizlik və mü-

dafiə orqanları  öz fəaliyyətləri haqqında ictimaiyyəti məlumatlandırmaq kimi xü-

susilə mühüm öhdəliyə malikdirlər. Onun dediyinə görə, bu günün ən müasir icti-

mai və hərbi heyəti,aparılan hərbi və təhlükəsizlik fəaliyyətlərinə görə öz hökümət-

lərinin izahat verməsini tələb edirlər. Pszczel-ə görə, “Bu gün təhlükəsizlik səhə-

sində çalışanların, hər hansı siyasətin mənasını tam başa düşməyə haqları vardır”. 

 

•  Həqiqətin Yeri 



 

NATO-nun səhvən 1999-cu ildə Dakovica qaçqın karvanına hücumunu və Rusiya-

nın 2000-ci ilə Kursk sualtı gəmisinin batması ilə bağlı səmimi olmaması hadisələrinə 

isnad edərək, Pszczel,dövlət media peşəkarlarının gündəlik həyatda və gözlənilməyən 

hadisələr olduqda dürüstlük dərəcəsini irəli çəkir. Keçmişdə,NATO rəsmiləri,ən aydın 


 

573


detalları 24 saatlıq xəbərlər siklini təmin etmək üçün media mənsublarına vermirdi-

lər.Ehtiyatcıl kimi sayılmaq  əvəzinə,NATO rəsmiləri hər  şey haqqında danışmamaq 

damğasını almaqdan qorxurdular. Kursk hadisəsindən sonra, Rusiyanın addımları, rəs-

milərə inamsıqlıq damğasını vurdu və o vaxtdan bəri inamı qazanmaq üçün qeyri-adi 

addımlar atmağı tələb etdi. Bu baxımdan “Həqiqət”  qiymətli şeydir və o,bütün döv-

rlərdə qorunmalıdır,hətta dərhal informasiya vermək təzyiqi altında qalınsa da belə. 

 

•  Çeviklik 



 

Pszczel , yerli şəraitdən və hadisələrdən asılı olaraq informasiyanın mümkün ol-

duqca tez və aydın şəkildə almağın müxtəlif yanaşmaları olduğunun əhəmiyyətini qə-

bul edir. Bu planda,media peşəkarlarının baxmalı olduğu bir neçə geniş istiqamətləri 

göstərir. Birincisi,hadisələrə cavab olaraq media ilə təmas imkanıdır. Dinc zaman əmə-

liyyatları, tərtib edilmiş,həftəlik mətbuat brifinqləri tələb edirsə,böhranlı vəziyyətlər da-

ha çox informasiyalar,daha tez ,məsələn,daha çox brifinqlər və həsr olunmuş web say-

tları tələb edər. Artan çevikliyin ikinci nümunəsi,yeni metodların tətbiq edilməsidir,mə-

sələn, mülki jurnalistlərin hər hansı bir hərbi birləşməyə təhkim etmək praktikası. Bu 

cür metodun tənqidçiləri olsa da, bu cür “təhkimlər” tayı-bərabəri olmayan imkan yara-

dır. Sonda,istənilən media planları üçün yerli yanaşmalar üstünlük təşkil etməlidir.Əgər 

yerli əhalı xüsusi yanaşma tələb edirsə,məsələn,radio yox yazılı material,o zaman,rəsmi 

media səmərəlilik istəyirsə onu qəbul etməlidir. 

 

•  Peşəkarların rolu 



 

İşını bilən informasiya işçıləri haqqında özünün düşüncələrində heç bir şübhə 

qoymayan Pszczel, qeyd edir ki,” əldə edilən ən həssas nəticə odur ki, peşəkarlığın 

bu mənada heç bir əvəzi yoxdur”. Effektiv media işçisi üçün müəyyən edilmiş re-

septlər olmadığı halda, bir çox xüsusiyyətlər daha uğurlu qarşılıqlı  əlaqəni təmin 

etmək üçün yardımçı ola bilər ,o cümlədən,işlədikləri təşkilat haqqında geniş bilik  

və  həmçinin,media dünyası haqqında yaxşı  xəbərdar olmaq bu qəbildəndir.Digər 

tərəfdən,məlumatın bütün tərəflərinin işıqlandırılması baxımından rəsmilərlə media 

arasında şəxsi əlaqə mühüm əhəmiyyət daşıyır. Bu münasibət ancaq qarşılıqlı inam 

və anlam yaradan çoxtərəfli təcrübələr əsasında qurulur. 

 

•  Çıxış 



 

Pszczel istənilən böyük bürokratik sistemlərdə geniş yayılmış imtiyaza toxu-

nur:informasiyaya və siyasi rəhbərliyə  çıxış. Baxmayaraq ki,düşüncəli liderlər  ən 

azı anlayırlar ki,baş idarədən informasiyanın tez yayılması lazımdır, ierarxik struk-



 

574


turlara və  mədəniyyətlərə taxılmış adamlar isə bunun qarşısını alırlar.Tam  ştatlı 

media peşəkarlarına ehtiyacın altını çizərək, informasiyaya çıxış, peşəkar heyət tə-

rəfindən hazırlanan ardıcıl planlaşdırma ilə təmin edilə bilər. 

 

•  Xüsusi Hal 



 

Hərbi və  təhlükəsizlik aparatının unikal missiya və mandatı media ilə xüsusi 

münasibət tələb edir. Pszczelin NATO-da əldə etdiyi geniş  təcrübəyə görə,o,özü-

nün ilk əsas müşahidələrinin  əhəmiyyətini nümayiş etdirmək üçün NATO-nu nü-

munə kimi seçir: hərbi və mülki qurumlar arasında əmək bölgüsü. Mülki hakimiy-

yətin ali olmasına baxmayaraq, hərbi tərəfi heç bir zaman qulaqardına vurmaq ol-

maz,xüsusilə  də,fövqaladə yerlərdə. Məsuliyyətlərin aydın bölünməsi üçün sərt 

qaydalar yoxdur,lakin aydın görünür ki, strateji məsələlər üçün qərargahlar(Brüssel 

və ya Pentaqon) ən uyğun yerlərdir. Taktiki işlər yerlərdə daha yaxşı həll ola bilər. 

 

•  Təhlükəsizlik 



 

Pszczel, istənilən medianın nəzərə almalı olduğu üç xüsusi təhlükəsizlik prinsi-

pini irəli sürür: birlikləri və gələcək əməliyyatları təhlükə altına qoya biləcək əmə-

liyyat təhlükəsizliyi; gizli informasiyanın qorunması;və jurnalistlərin özlərinin qo-

runması.  Pszczel o fikirdədir ki,”ümumi yaxşı qaydalar media siyasətinə  tətbiq 

edildiyi zaman, təhlükəsizlik və hərbi dairələr sanballı planlaşdırmanı,peşəkar ba-

carıq və  təcrübələri və media quruluşlarının tam başa düşülməsini hətta daha da 

təşviq edir”. 

 

•  Yekun 



 

Pszczel-in media ilə dövlət rəsmiləri arasında münasibətləri yaxşılaşdırmaq 

üçün verdiyi “kiçik töhvə” bu fəsildə əldə edilmişdir.Əlbəttə,özünün NATO-da təc-

rübəsinə üstünlük verərək,onun müşahidələri,media peşəkarları formalaşdırmaq və 

onlardan istifadə etmək üçün  hər hansı ortaya çıxmış bürokratiya üçün maraqlı kö-

mək olar. 

 

•  “Müdafiə Təsisatları və İnformasiya Siyasəti” 



 

Hərbi media və informasiya siyasətinin inkişafını maraqlı tərzdə icmal edərək, 

Harı Bukur-Markunun “Müdafiə  Təsisatları  və  İnformasiya Siyasəti” yazısı,bizə, 

nə qədər mümkünsə tarazlaşdırılmış informasiyaların sonda yoxlanılıb və cəmiyyə-

tə verilməsinin mühümlüyünü xatırladır. Onun təxminlərinə görə, hal-hazırda,me-


 

575


dia,bütün peşəkarlar üçün daha mürəkkəb mühitə çevrilmişdir,həm ictimaiyyət-

lə,həm də çoxlu informasiya kanalları ilə işləmək baxımından. Bukur-Markunun bu 

cür sıx təsvir etdiyi kimi,  informasiya ilə köklənmiş indiki dünyada, 

 Ənənəvi olaraq adi hal kimi qəbul edilən müdafiə məsələlərinin indi artıq qa-

nunauyğunluğu,məhsuldarlığı  və  hətta mənəviyyata uyğun olub –olmaması sual 

olunur. Yaşadığımız informasiya erasının  ən yaxşı görünən ifadəçisi olan İnter-

net,gizli və həssas olmayan informasiyaları mürəkkəb formada təşkil olunmuş ar-

xivlərdə informasiya “qazma”-ğa üzun zaman və səy sərf etmədən geniş ictimaiy-

yətə çatdırmaq potensialı vardır. 

Müdafiə məsələri üzrə informasiya siyasətini müəyyən edərkən,Bukur –Marku 

media rəsmilərinin iki rəqabətli funksiyasını müqayisə edir: ictimai informasiya və 

ictimai əlaqələr.Kiçik səhv riski ilə, birinci hal, informasiyanın dövlət adamları və 

dövlət təsisatları təərfindən yayılmasıdır. İkinci isə,ictimaiyyəti xüsusi məqsəd  və 

vasitələrələ məlumatlandırmaqdır. İnformasiya siyasətinin aydın şəkildə ifadə olun-

ması, tez-tez narahat olan ictimaiyyət qarşısında məsul olan dövlət rəsmiləri üçün 

ən mühüm tapşırıqlardan biri olaraq qalır. Buna geniş məna vermək üçün Bukur-

Marku onu əlaqələndirir, 

“İctimai informasiyanın həm məqsədlərini,həm də vasitələrini bəyan etmək 

üçün və müdafiə strukturları çərçivəsində ictimai informasiya və digər informasiya 

fəaliyyətləri arasında sərhədləri aydın müəyyən etmək üçün informasiya siyasəti tə-

ləb olunur.Bu cür təşkilati roldan başqa,informasiya siyasəti,Müdafiə Nazirliyinin 

yaydığı  informasiyanın keyfiyyətinə və həqiqətcil olmasına olan ictimai inamın ar-

tması üçün güclü alət rolunu oynayır. Konsepsiya kimi, informasiya siyasətinə, in-

formasiya resurslarının,infrastrukturlarının və  təsisatlarının inkişaf etdirilməsi və 

idarə edilməsi üçün bir çərçivə kimi baxıla bilər”. 

Praktiki olaraq,informasiya siyasəti vahid sənəd formatında və ya çoxsaylı sə-

nədlər şəklində ola bilər,lakin hər iki halda,o,başlıca prinsipləri bəyan etməlidir,o 

cümlədən: açıqlanmalı və ya gizlədilməli informasiyanın növləri; informasiyaya çı-

xış;və bu müraciətlərə rəsmi cavablar. 

 

•  İctimai İnformasiyanın Strateji Əhəmiyyəti 



 

İş dünyasında,hökümətdə,elmi və  şəxsi istiqamətdə bütün yaxşı  qərarlar, fun-

damental olaraq yaxşı informasiyaya arxalanır. Bukur Marku hesab edir ki, müdafi-

ə strukturları,özlərinin təsdiq etdikləri informasiyaların mühüm siyasi,iqtisadi və 

sosial əhəmiyyətə malik strateji milli resurs olduğunun qəbul etməlidirlər. Bunun 

qəbul edilməsi ilə bir neçə məsuliyyət də ortaya çıxır. Birincisi, müdafiə məsələləri 

üzrə ictimai informasiyanın strateji əhəmiyyətinin rəsmi qəbul edilməsi siyasi öh-

dəlik olub, ictimaiyyət üçün müdafiə  məlumatlarının istehsalı, toplanması,saxlan-



 

576


ması və yayılması sahəsinə səmimi yanaşmadır və bu proseslərdə təşkilati səylərə 

və həmçinin,kadrlar və maliyyə resurslarına yatırım qoymaqdır. İkincisi, gəlir gəti-

rən biznesin məntiqinə görə, informasiyanın idarə olunmasına qoyulan xərclər baha 

başa gəlsə də, iqtisadi baxımdan qazanc həmişə yüksək olmalıdır. Üçüncü, müdafiə 

məsələlərinin demokratik ölkələrdə sosio-siyasi təbiətinə görə, daha yaxşı  məlu-

matlı ictimaiyyət  müdafiə siyasəti dəstəkləməyə daha hazır olacaq.Nəhayət,ictimai 

informasiya strateji varlıq olduğundan,sağlam, yaxşı idarəçilikdə marağı olan bütün 

dairələrin müdafiə  məsələləri  ilə bağlı müvafiq  informasiyalara strateji çıxışları 

olmalıdır. 

 

•  İnformasiya Siyasəti Modeli  



 

Hər bir ölkəyə xidmət edən ayrıca model yoxdur.Əvəzində,informasiya siyasə-

ti, hüquqi məhdudiyyətlərdən,parlamentarlardan,yerli və beynəlxalq mülki cəmiy-

yət üzvlərindən və müdafiə strukturlarından gələn rəqabətli fikirləri bir yerə yığma-

lıdır. Bu baxımdan,ümid edilən ən yaxşı siyasət, bu rəqabətli tələbləri təmin etmək 

üçün normativ dəyərlər və prinsiplər üzərində qurulmuşdur. Məsələn, informasiya 

modeli siyasəti,həm informasiyanı yaradana (müxtəlif hərbi idarələr),həm də  isteh-

lakçıya(ictimaiyyət) xidmət etməlidir.Digər tərəfdən.informasiya siyasəti,hərbi 

strukturların,budcələr və fəaliyyətlərin başa düşmək üçün  ictimaiyyətin biliklərini 

elə artırmalıdır ki,onlar informasiya istəmək və informasiyaya giriş əldə etmək im-

kanında olsunlar. Toplam olaraq,ictimaiyyət,istədiyi informasiyanı almaq üçün  nə 

qədər bu bürokratik qarışıqlıqdan asan keçərsə, o zaman bu prinsip də demokratiya 

ilə uyğun olar. 

 

•  Informasiya Siyasəti Quranda Şəffaflığın və Gizliliyin Tarazlaşdırılması 



 

Şəffaflığın və gizliliyin tarazlaşdırılması tələbinin qiymətləndirilməsini təzələ-

yərək,Bukur Marku hesab edir ki, müdafiə strukturları ancaq həssas məsələlərin ic-

timai nəzarətdən kənar qalmasını təmin etməlidirlər. Əlbəttə, şəffaflığın ölkə təhlü-

kəsizliyini azaldan yox, gücləndirməsinə xidmət edən normativ dəyərlər üzərində 

qurulmuş bir qurum müdafiə strukturların yaxşı işləməsinə kömək edərdi və bu za-

man maraqlı olan mülki cəmiyyət də öz töhvəsini verərdi.O hesab edir ki,” Müdafi-

ə və hərbi strategiyalar,doktrinalar,büdcələr və alqı-satqı,müdafiə sektorunun etir-

balılığını  və inamını ölkənin və dünyanın gözündə artıran milli varlıq kimi sayıl-

malıdır” Başqa sözlərlə,Bukur-Marku  o fikirdədir ki,müdafiə strukturları sonucda 

ictimaiyyətin qarşısında məsuliyyət daşıdıqlarını qəbul etsə,o zaman bütün maraqlı 

tərəflər qazanar. 

 


 

577


•  İnformasiya Siyasəti Peşəkarları  

 

Pszczelin,informasiya siyasəti ilə peşəkar media kadrları məşğul olmalıdır ar-



qumentlərini əks etdirərək,Bukur-Marku, ictimai əlaqələrin bütün tərəfləri üzrə pe-

şəkar kadrların olması vacibliyi qənaətinə gəlir. Unikal qiymətləndirmə ilə, o,qeyd 

edir ki, “bu cür peşəkar kadrların olması demokratik ölkənin sağlamlıq göstəricisi-

dir və həmçinin,informasiya siyasətinin yerinə yetirilməsinə,yaxşı praktikadan isti-

fadəyə və  ictimaiyyətə hörmət və onunla hesablaşan kadrların hazırlanmasına rəs-

mi sadiqliyi göstərir”.Bu səbəblər kifayət etmirsə, o, informasiya peşəkarları hazır-

lamağın başqa səbəblərini də izah edir və bunlar ora daxildir: 

Bir sıra önəmli sahələr var ki, orada peşəkar kadrların və zəruri təcrübə və ba-

carığı olan rəhbər işçilərin həvəskarlardan daha məhsuldar olduqları sübut olun-

muşdur,məsələn, informasiyanın strateji dəyərini və bu sahəni idarə edən prinsiplə-

ri və informasiya yayılması üçün qoyulan yatırımın gözlənilən yüksək faydasını 

izah etmək və qorumaq baxımından daha əlverişli vəziyyətdə olduqlarına görə.  

Media peşəkarları,ictimaiyyəti məlumatlandırmaq kimi strateji məqsədi sarsıt-

madan,həssas informasiyaları qorumaq üçün  məhdudiyyətlərin tətbiq edilməsində 

daha da təcrübəlidirlər. 

Peşəkarlar,öz təşkilatlarının təsisat davranışı haqqında daha yaxşı anlama sa-

hibdirlər və onlar  çatışmamazlıqları necə aradan qaldırmağı  daha yaxşı bacarırlar 

və  müdafiə xarakterli məlumatların yayılması və saxlanması üçün uyğun qərarlar 

qəbul etmək səlahiyyətlərinə malikdirlər. 

Sonuncu, informasiya mütəxəssisləri həm də media və ictimaiyyət ilə işləmək üçün 

hazırlıq keçmişlər və müvafiq mesajların çatdırılması üçün daha yaxşı işləyirlər. 

 

•  Nəticə 



 

Bukur-Markunun ictimai informasiya siyasəti ilə bağlı yazdığı  fəsil, peşəkar 

hərbçilərə, öz işlərinin son məqsədini yadlarında saxlamağın əhəmiyyətini xatırlat-

maqdır: vətəndaşları qorumaq və  müdafiə strukturlarını formalaşdıran demokrati-

yanı qorumaq. O bu fikirdədir ki,” İctimai informasiya siyasəti müdafiə siyasətinin 

ayrılmaz hissəsi olmalıdır, xüsusən də,bu siyasət,müdafiə  təsisatlarının aparıcı 

prinsipləri əsasında aparıldığına görə”. Başa düşərək ki,bütün hərbi fəaliyyətlər və 

sektorlar möhkəm ictimai dəstək və iştirak tələb edir,davamlıi ictimai informasiya 

təmin edən siyasət bu dəstəyin möhkəm qalmasına kömək edəcək. 

 

 



 

 


 

578


•  Mülki Cəmiyyət və Müdafiəniin əlaqələndirilməsi 

 

Velizar Şalamanovun “Müdafiə İdarəetməsi və Vətəndaş Cəmiyyəti arasında Qarşı-



lıqlı Münasibətlər və Əməkdaşlıq” yazısı,təhlükəsizlik xidmətlərinin geniş ölkədaxili və 

beynəlxalq cəmiyyətlər daxilində rolu ilə bağlı bu kitaba yekun vurur. Müdafiə sektoru 

ilə mülki cəmiyyətin tərkib hissələri arasındakı qarşılıqlı əlaqəyə köklənərək,Şalamanov, 

mülki cəmiyyətlə müdafiə sektoru arasında potensial qarşılıqlı əlaqəni modelləşdirərək 

təhlükəsizlik sektoru islahatı sahəsinə əhəmiyyətli töhvə verir.  Bu kitabın oxucularının 

çoxu inkişaf etmiş ölkələrdə müdafiə strukturlarının quruluşu ilə tanış olduqlarından,bu 

yekun, mülki cəmiyyətlə bağlı Şalamanov konsepsiyasına və onun, müdafiə sektoru ilə 

cəmiyyət arasındakı qarşılıqlı əlaqə modellərinə fokuslanır. 

 

•  Mülki Cəmiyyət və Müdafiə 



 

Mülki cəmiyyət nəyi təmsil etməlidir anlayışı haqqında fikirləri  əks etdirə-

rək,Şalamanov,demokratik prinsiplərə uyğun olan müdafiə təşəbbüslərini örtən və 

gücləndirən  şəbəkə variantına diqqəti yönəldir.Geniş baxsaq,bu şəbəkənin üzvləri 

vətəndaşlar,QHT –lər(ölkədaxili və beynəlxalq),alimlər və iş adamlarıdır”. Bu top-

lu, Şalamanovun qiymətləndirməsinə görə, Təhlükəsizlik Sektoru İslahatı üçün cid-

di dayaq olaraq və TSİ mühitinin mühüm elementi olaraq böyük rol oynayır”. 

Mülki cəmiyyətin yeni ideyalar ortaya qoyması  və müdafiə sektorundan və 

onun fəaliyyətindən maksimum şəffaflıq və hesabatlılıq və məsuliyyət tələb etməsi 

prinsipindən çıxış edərək,Şalamanov hesab edir ki,müdafiə və mülki cəmiyyət sek-

torları arasında müxtəlif ümumi əməkdaşlıq modelləri vardır. Bu cütlüyün bir tərə-

fində tam mərkəzləşmiş model- cəmiyyət tərəfindən parlamentə-parlamentdən hö-

kümətə-hökümətdən hərbi ştaba və digər tərəfdə desentralizasiya olmuş model du-

rur və orada mülki cəmiyyətin hər bir elementi müdafiə strukturları ilə birbaşa 

əməkdaşlıq edir. Hər hansı empirik model,bu ideyalardan fərqlidir,çünki orada 

məhsuldarlıq və mülki nəzarət məqsədlərini əldə etmək üçün ölkəyə xas xüsusiy-

yətlər tarazlığı vardır, müdafiə  təsisatlarında konkret yetginlik göstəricilərinin ol-

ması,mülki cəmiyyət elementləri və mövcud ola biləcək əməkdaşlıq mədəniyyətini 

nəzərə alsaq. Bu kontekstdə, inkişaf etmiş ölkələrdə mövcud olan mülki cəmiyyət-

lər üçün uyğun olan bir neçə model vardır. 



Elmi sektor,müdafiə təsisatları ilə bağlı elmi metodların və alternativlərin qərar 

qəbul etmə proseslərinə tətbiq edilməsində və xüsusilə də,təhlükəsizlik sektoru is-

lahatı və müdafiə tranformasiyası məsələlərində səmərəli kömək edə bilər. 

Biznes dairələr,resursların idarə olunmasında  ən yaxşı  təcrübələri müdafiə 

strukturları ilə paylaşmaqla,qeyri-hərbi autsorsinq fəaliyyətləri istəməklə, moderni-

zasiya işlərində ofset əməliyyatları aparmaqla və döyüş  əməliyyatları zonasında 


 

579


münaqişədən sonrakı yenidən qurma işlərində tərəfdaş olmaqla müdafiə strukturları 

ilə əməkdaşlıq edib öz təkliflərini verirlər. 



Ölkə  və beynəlxalq media postensial olaraq müdafiə strukturları ilə daha ma-

raqlı münasibətlərə malikdir,sadəcə onlara potensial imkanlar yaratmaq məqsədilə 

yox,həm də onların fəaliyyətlərini yoxlamaqla xidmət edirlər. Geniş müdafiə struk-

turları və media sistemi olan ölkələrdə,media ilə müdafiə sektoru arasındakı istəni-

lən münasibətin daha çox sistemləşdirilməsinə və strukturlaşdırılmasına baxmaya-

raq,əksər kiçik ölkələrdə bu münasibətlər tam müəyyən deyil. Şalamanov qeyd edir 

ki,”Media müdafiə  təsisatları ilə  əməkdaşlıq edib, önəmli məsələlər üzrə araşdır-

malar aparıb cəmiyyətə təqdim etmək və cəmiyyəti müdafiə sahəsində gedən pro-

seslərlə məlumatlandıra bilər”. 

Sonuncu,ölkədaxili və beynəlxalq məsləhətçilər,şəffaflığı artıran və yeni alter-

nativlərin hazırlanmasına bacarıq və təcrübə mənbələri ilə təmin edən digər əmək-

daşlıq modelləri təmin edə bilər və həmçinin, rəsmi və qeyri rəsmi müdafiə sektor-

larını birləşdirən tərəfsiz təkliflər hazırlaya bilər. 

Müdafiə strukturları ilə mülki cəmiyyət elementləri arasındakı potensial qarşı-

lıqlı əlaqə formalarını başa düşərək,mülki cəmiyyət,müdafiə xarakterli addımların 

bütün mərhələlərində,o cümlədən, müdafiə siyasəti qurulması və həyata keçirilməsi 

üçün ictimai dəstək verməklə və mülki təhlükəsizliyin milli məqsədlərə uyğun ola-

raq inkişafının təmin edilməsində öz qeydlərini edə bilər. 

 

•  Siyasətin Hazırlanması   



 

Müdafiə siyasətini qurarkən dövlətin bir sıra sirlərinin olduğunu qəbul edə-

rək,mülki cəmiyyətin hələ  də hökümətdən hesabatlılıq tələb etməsi üçün mühüm 

funksiyaları vardır. Mülki cəmiyyət, milli dəyərləri,məqsədləri,maraqları və  priori-

tetləri müəyyən etməli,risklərin və  təhlükələrin qiymətləndirilməsini təmin etməli 

və həmçinin,müxtəlif strategiyalar hazırlanması və təsisatlar qurulması ilə və təhlü-

kəsizlik proqramlarının yerinə yetirilməsinə  tələb olunan resursların yayılması ilə 

sona çatan fəaliyyətlə məşğul olmalıdır. Qısa olaraq,Şalamanov məsləhət görür ki,” 

bütöv bir siyasət hazırlanması prosesi,əgər o, vətəndaşlar,cəmiyyət  və dövlətin 

təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdirsə,mülki cəmiyyətin iştirakı üçün 

açıq olmalıdır”. Mülki cəmiyyət, təhlükəsizlik sektorunun geniş strateji icmalı üçün 

aparıcı mühərrikin bir elementidir. 

 

•  Siyasətin Yerinə Yetirilməsi  



 

İş dünyası və elmi dairələr müdafiə siyasəti siklinin bu mərhələsində xüsusən 

vacibdirlər və burada onlar özlərinin qiymətləndirmə  və monitorinq funksiyaları 


 

580


vasitəsilə hədsiz fayda verirlər. Məsələn,elmi dairələr,əhaliyə təkcə universitet sə-

viyyəsində deyil,həm də orta məktəb səviyyəsində  təlim və  təhsil verməkdə  əhə-

miyyətli rol oynayırlar. 

 

•  İctimai Dəstək və Resurslar  



 

Şalamanovun dəqiq qeyd etdiyi kimi,” Ictimai dəstək olmadan,heç bir müda-

fiə/təhlükəsizlik siyasəti uzun müddət davam edə bilməz”. Siyasi elitanın xalqın 

adından təhlükəsizlik təşəbbüsləri ilə çıxış etməsi adi normaya çevrilmişdir,baxma-

yaraq ki,elə təşəbbüslər olmuşdur ki,onlara xalqın dəstəyi olmamışdır. Bütün siyasi 

liberallaşmış dövlətlərdə,ona görə də,ictimai dəstəyin qazanılması öz proqramları-

nın uzanmasında maraqlı olan bütün hökümətlərin arzusudur. Savadlı debatları və 

müdafiə siyasətinin formalaşmasında və yerinə yetirilməsində hökümətə və parla-

mentə  dəstək verən yeni ideyalar və vasitələrin hazırlanmasını  əhatə edən güclü 

proqram. 

Son olaraq,mülki cəmiyyət, təhlükəsizlik sektoru inteqrasiyasında mühüm fun-

ksiya daşıyır,ondan ötrü ki,mülki təhlükəsizliyi əhatə edən daha çox cəhətlər milli 

şəraitlərə uyğunlaşdırılsın. Təhlükəsizliyin digər iki dayağı ilə(əsasən,daxili işlər 

nazirliyi tərəfindən təmin olunan)daxili təhlükəsizlik və ictimai asayiş  və  (əsasən 

müdafiə nazirliyi tərəfindən təmin edilən) xarici təhlükəsizliklə  eyni olan mülki 

təhlükəsizlik ideyası əhalini və infrastrukturu insan və təbii təhlükələrin bütün for-

malarından qorunmasını  əhatə edir. Vətəndaşların ağıllı fikirləri ilə,hökümət,daha 

səmərəli və çevik mülki təhlükəsizlik konsepsiyası hazırlaya bilər.  



 

 

 

 

 

 

 

 

 

 

 

 

581


Müəlliflərin Siyahısı 

 

 

BORN, Hans, Dr., Tədqiqatçı, DCAF, İsveçrə. 

BUCUR-MARCU, Hari, Dr., Müdafiə Strategiyaları Xidmətinin Müdi-

ri,Strateji Planlaşdırma Direktorluğu, Rumıniya Ordusunun Baş Qərargahı. 



DERDZINSKI, Joseph L., Denver Universiteti, Denver, Colorado, ABŞ. 

DUNAY, Pal, Dr., Kurs Direktoru, Təhlükəsizlik Siyasəti üzrə Beynəl-

xalq Təlim Kursu, Təhlükəsizlik Siyasəti üzrə Cenevrə  Mərkəzi, Genevrə, 

İsveçrə. 

FLURIPhilipp H., Dr., Direktor Müavini, DCAF, Cenevrə, İsveçrə.  

GHEBALI,  Victor-Yves,  Dr., Siyasi Elmlər üzrə Professor, Aspirantlar 

üçün Beynəlxalq Tədqiqatlar İnstitutu, Cenevrə, İsveçrə. 



MOLNAR, Ferenc, Dr., Direktor Müavini, Strateji və Müdafiə Tədqiqat-

ları Mərkəzi, Milli Müdafiə Universiteti, Budapest, Macarıstan. 



PSZCZEL, Robert, Mr., NATO Baş Qərargahında,İctimaiyyətlə Əlaqə-

lər Şöbəsində  Mətbuat Katibi,Brüssel,Belçika. 



SCHREIER, Fred, Albay, Tədqiqat üzrə  Məsləhətçi, DCAF, Cenevrə, 

İsveçrə.  



SHALAMANOV, Velizar, Dr., Sədr, Bolqarıstan Corc Marşal Assosiasi-

yası, Sofiya, Bolqarıstan. 

TRAPANS, Jan Arveds, Dr., Keçmiş Müdafiə Naziri, Latviya Respubli-

kası. 


VAN EEKELEN, Willem F., Dr., Keçmiş QAB Baş Katibi, keçmiş Mü-

dafiə Naziri, Niderlandiya. 



ZAMBORI, Mihály, Mr., Nazirlər Kabineti Aparatı Rəhbəri, Dövlət Ka-

tibi Müavini, Budapest, Macarıstan. 

 

 


 

582


 

Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə 

Cenevrə Mərkəzi 

(DCAF) 


www.dcaf.ch 

 

Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi, təhlükə-



sizlik sektoru islahatı (TSİ) və təhlükəsizlik sektoru idarəçiliyi sahələrində dünya-

nın aparıcı təşkilatlarından biridir.                                       

DCAF ölkədaxili məsləhətlər və praktiki kömək proqramları  təklif edir, bey-

nəlxalq və ölkədaxili səviyyələrdə uyğun demokratik normaları inkişaf etdirir və 

təşviq edir, qabaqcıl praktikaları  dəstəkləyir və  təhlükəsizlik sektorunda səmərəli 

demokrtaik idarəçiliyi təmin etmək üçün tövsiyələr verir.  

DCAF hökümətlərlə, parlamentlərlə, vətəndaş cəmiyyətləri ilə, beynəlxalq təş-

kilatlarla və təhlükəsizlik sektorunun fiqurları olan polis,hüquq orqanları, kəşfiyyat 

orqanları, sərhəd təhlükəsizliyi xidmətləri və ordu ilə tərəfdaşlıq edir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

583


 

Bütün hüquqlar qorunur. Bu kitabın heç bir hissəsi Silahlı Qüvvələr Üzərində 

Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin öncədən icazəsi olmadan dərc edilə, 

informasiya axtarış sistemində saxlanıla, və ya elektronik, mexanik, foto surəti çı-

xartma,yazma cihazları vasitəsilə və ya başqa yollarla ötürülə bilməz. 

Bu kitabın yayılması o sərtlərlə ola bilər ki,əgər o sazişlə və başqa yollarla mü-

vəqqəti işlətmək üçün verilməyəcək, satılmayacaq, prokata verilməyəcək və nəşriy-

yatın ilkin icazəsi olmadan hər hansı yolla yayılmayacaq.Yuxarıdakı tələblərə ria-

yət etməklə bu kitabın yayılmasına o şərtlərlə icazə verilir ki, kitabın tərtibatı və üz 

qabığı saxlanılır və analoji tələblər sonrakı nəşriyyatlar tərəfindən də qorunur.    

Əsli: İngilis dilində, Cenevrə, 2006  

 

Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi 



www.dcaf.ch 

P.O.Box 1360, CH-1211 Geneva 1, Switzerland 

 

Azərbaycan dilindəki tərcüməni mülki-hərbi münasibətlər üzrə tədqiqatçı-alim 



Elxan  Mehdiyev redaktə etmişdir. 

Bakı 2014 

Tirajı  500 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

584


 

 

 



 

 

 



 

The publication of this book has been fun-

ded by the Directorate for Security Policy 

(SIPOL) – Swiss Federal Department of De-

fense, Civil Protection and Sports.

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



ISBN 978-9952-494-18-1 

 

 



Формат: 70x100.  

1/16. Ф.ч.в 36.5 

 

 

«OL» MMC 



АЗ 1009, Бакы, Азярбайъан, М.Ибращимов 43. 

Tel: 497-36-23 



E-mail: olnpkt@gmail.com 
1   ...   57   58   59   60   61   62   63   64   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə