1 Willem F. van Eekelen



Yüklə 4.6 Mb.
PDF просмотр
səhifə60/65
tarix24.04.2017
ölçüsü4.6 Mb.
1   ...   57   58   59   60   61   62   63   64   65

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

526


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

527


 

II Hissə:    

 

Yekun 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

528


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

529


II Hissə:   Yekun --PAP-DİP Mənbə Kitabı 

 

Jozef L. Derdzinski  

 

 



 

 

Mərkəzi və Şərqi Avropada kommunizm de facto bitdikdən tam on il sonra,av-



toritarizmin keçıd dövründə yaratdığı çətinliklər davam etməkdədir. Soyuq Müha-

ribə dönəmində hərbi və təhlükəsizlik strukturlarına verilən hədsiz önəmə görə,si-

yasi baxımdan liberal idarəçiliyə keçid, Qərb təhlükəsi əsasında yaradılmış nəhəng 

orduları arxada qoydu.1990-cı illər Orta və Şərqi Avropanın yeni müstəqil dövlət-

ləri(və demokratik) öz milli silahlı qüvvələri üzərində demokratik nəzarət təmin et-

mək üçün böyük işlər görmüşlər. Bu fəsildə, o zaman  üzə çıxan problemlər haq-

qında danışılır. Demokratik operativliyin tam spektrini əhatə edərək,demokratik nə-

zarətin mühümlüyü haqqında fəlsəfi müzakirələrdən başlayaraq,daha da konkret  

və eyni dərəcədə mühüm olan büdcələmə  və kadrların idarəetməsi sahələrinə  qə-

dər, bu fəsil,müdafiə strukturları üzərində demokratik hakimiyyəti təmin etmək 

üçün aparıcı prinsiplər arayan və həmçinin,tam peşəkar ordu və təhlükəsizlik təsi-

satları qurmaq istiqamətində hərəkət edən dövlətlər üçün yol göstərir. Bu yekunlaş-

dırma sadəcə hər bir məqalə haqqında danışmaq yox, Avropanın dövlətləri ümumi 

idarəçiliyi və xüsusilə də,müdafiə sektorunda idarəçiliyi təkmilləşdirməyə səylərini 

davam etdirdikləri bir zamanda, hər bir yazının təklif etdiyi bu işlərə kömək edə bi-

ləcək lazımlı məqamları üzə çıxarmaqdır. 

 

Təhlükəsizlik və Müdafiə  

 

İnsan təhlükəsizliyi konsepsiyasının əhəmiyyətinin artması  və Avropa qitəsin-

də Kommunizmin dağılması çətin ki, təsadüfi olmuşdur.Avropada münaqişə təhlü-

kəsinin azalması ilə və Qərb ölkələrinə yayılan ideoloji münaqişələrin Cənubda ar-

tması ilə,müxtəlif spektr üzrə insan inkişafının dövlətin qoruması və inkişaf etdir-

məsi ideyası müasir elmdə mühüm əhəmiyyət qazanır.Getdikcə daha çox ölkələr,öz 

hökümətlərinin insan təhlükəsizliyi tələbatlarını qarşılamaq yollarını arayırlar və bu 

konsepsiyanın özü qaranlıq olaraq qalır və pis qurulmuşdur. Bu kontekstdə  Fred 



Şreyerin “Müdafiə və Təhlükəsizlik Sahəsində Əmək Bölgüsü” ümumi müzakirə-

lərə verilən ən yaxşı töhvədir və dəyişən dünya dinamikasında hərbi və təhlükəsiz-

lik qüvvələrinin rolu haqqında bu böyük işi başlamaq üçün tətbiq oluna bilən yol-

dur. 


 

530


Əvvəlki dönəmlərdə,yetişmiş demokratik ölkələrdə, adətən mandatlarına və 

məqsədlərinə görə, müdafiə və təhlükəsizlik sektorlarına bir-birini inkar edən sek-

torlar kimi baxılırdı. Silahlı qüvvələr  xarici təhlükələri qorumağa yönəldiyi hal-

da,təhlükəsizlik qüvvələri--polis,əks-kəşfiyyat və  kəşfiyyat qüvvələri daxili təhlü-

kələrə qarşı yönəlmişdir. Müasir təhlükəsizlik mühitində,təhlükəsizliyin daha geniş 

tərifi ilə və beynəlxalq terrorun sancılı təhlükəsi ilə, bu fərq, getdikcə daha çox el-

mi işə çevrilir və daha çox dövlətlərin özlərinə rəva bilmədiyi təmtəraqa çevrilir. 

Ordunun müdafiəni və mülki qüvvələrin təhlükəsizliyi təmin etdiyi haqqında 

ənənəvi aksiom praktikada artıq üstünlük təşkil etmir. Faktiki olaraq,əksər ölkələr 

və beynəlxalq təşkilatlar artıq bunları  fərqləndirmir.  Əvəzində,BM-də,NATO və 

AB hallarında olduğu kimi, təhlükəsizlik sektoru islahatı konsepsiyası mülki-hər-

bi(və ya siyasi-hərbi)münasibətlər kimi daha dar ideyanı sıxışdırıb çıxarır. 

Təhlükəsizlik sektoruna bu cür geniş baxış,ümumilikdə dövlətin və onun tərkib 

hissələrinin qorunmasına məsuliyyət daşıyan bütün funksiyalar və qüvvələr başa 

düşülür.Təhlükəsizlik sektoruna,silahlı qüvvələrin  əsas strukturları,bütün hüquq 

mühavizə qüvvələri və yarı  hərbi qüvvələr,kəşfiyyat və  təhlükəsizlik agentliklə-

ri,gömrük agentlikləri,sahil və sərhəd xidmətləri və həmçinin,daxil və xarici təhlü-

kəsizlik siyasətini formalaşdıran,yerinə yetirən və ona nəzarət edən qüvvələr daxil-

dir

500


. Avropa Birliyi və Avropa Parlamenti Assambleyası təhlükəsizlik sektorunu 

dörd əsas sahəyə bölür: müdafiə,polis,kəşfiyyat və sərhəd idarəetməsi

501

. Ənənəvi 



olaraq,müdafiə  və  təhlükəsizlik arasında açıq-aydın fərq olmasına baxmaya-

raq,praktikada,bu təsisatların məsuliyyət sahələri və  fəaliyyətləri bir-birini örtür. 

Müasir təhlükəsizlik mühitinin üzləşdiyi,təhlükəsizlik və müdafiənin bu qarışan 

məsuliyyətləri,cəmiyyəti və dövləti daha yaxşı qorumaq üçün onların vəzifələrini 

necə bölmək müzakirəsini yaradır. 

Şreyer bizə hökümət və ya dövlətin daxilində  əmək bölgüsünün, həm nəzəri, 

həm də praqmatik olaraq müxtəlif səbəblərini göstərir. Bu səbəblərin içində ən baş-

da duranı o ideyadır ki,demokratiya çoxtərəfli və müxtəlif dövlət təsisatları arasın-

da tarazlaşdırılmış hakimiyyət bölgüsünü tələb edir,xüsusilə,müdafiə və təhlükəsiz-

lik sahəsində və o, Veberin (Weber), dövlətin zorakılığı idarə etmək və tətbiq et-

mək monopoliyası ideyasını paylaşır.Çoxlu sayda avtoritar ölkələrin müdafiə  və 

təhlükəsizlik orqanlarının fəaliyyətləri göstərdi ki,heç bir təsisat demokratik pro-

                                                            

500


 

Təhlükəsizlik sektorunun tərifi bu kitabda müzakirə olunur: Dylan Hendrickson and Andrzej 

Karkoszka, “The Challenges of Security Sector Reform”, in SIPRI Yearbook 2002: Armaments, 

Disarmament and International Security (Oxford: Oxford University Press, 2002), p. 179. 

501


 Bax: Council of Europe, Parliamentary Assembly, Democratic Oversight of the Security Sector in 

Member States, Report Political Affairs Committee, Doc. 10567, 2 June 2005, at: 

http://assembly.coe.int/Documents/WorkingDocs/doc05/EDOC10567.htm

 

 


 

531


seslərin düzgün funksiyasını təhlükə altında qoya bilən gücdə və ya nüfuzda olma-

malıdır.Müdafiə  və  təhlükəsizlik arasında hakimiyyət tarazlığını  təkmilləşdirmək 

üçün iki şərt vardır: missiyalarda və xidmətlərin təmin edilməsində səlahiyyətlərin 

aydın bölünməsi və hesabatlılıq öhdəliklərinin aydın bölünməsi. Belə olduqda, 

missiyaların örtüşməsi və büdcələmə, resurslar və fəaliyyətlərin təkrarı aradan qal-

xır. Digər tərəfdən,məsuliyyət və hesabatlılığın birqiymətli izahatı missiyanın daha 

effektiv və daha məhsuldar həyata keçirilməsi üçün əsas yaradır.Eyni zamanda,o, 

təsisatın həm şəffaflığını və həm də onun fəaliyyətlərini möhkəmlədir və daha pe-

şəkar xidmətlərə doğru irəliləyir və mövcud çatışmamazlıqların aradan qaldırılma-

sına  gətirir. Müdafiə  və  təhlükəsizlik aparatlarında əmək bölgüsünü formalaşdır-

maq üçün, dövlətin seçə bildiyi çoxlu yollar mövcuddur və onlar aşağıdakılardır:1) 

(1) dövlət təşkilatının strukturları içərisində; (2) dövlətin içərisində; (3) dəyişən və-

ziyyətdərdə; və (4) AB daxilində sərhəd təhlükəsizliyi üçün. 

Dövlət təşkilatının strukturları içərisində  əmək bölgüsü. Qərb dövlətləri,adə-

tən,iki kabinet-səviyyəli nazirlik vasitəsilə müdafiə və təhlükəsizlik funksiyalarını 

praktiki olaraq ayırmaq üçün kompleks təsisatlar qurmuşlar: müdafiə qüvvələri 

Müdafiə Nazirliyinə və təhlükəsizlik qüvvələri Daxili İşlər Naziriyinə və ya bir çox 

ölkələrdə Təhlükəsizlik Nazirliyinə və ya Ədliyyə Nazirliyinə verilir. Müvafiq na-

zirlər və onların icraedici nazirlikləri, müdafə  və  təhlükəsizlik qüvvələrinin  əsas 

mülki nəzarətçiləridir və beləliklə onlar qanunda müəyyən edildiyi kimi,uyğun 

qüvvələrin mülki hakimiyyətlərə tabe olmasını təmin edirlər.Lakin eyni zamanda, 

bu nazirliklər bu qüvvələrin peşəkar müstəqilliyini saxlamağa borcludur. Nazirlər 

qanunvericilik orqanına büdcə və qanunlar təklif edir və dövlət büdcəsinin plan və 

proqramlarda nəzərdə tutulan məqsədlərə xidmət etməsini təmin edir. Bu qüvvələri 

yönəltmək,inzibati idarəçilik ilə məşğul olmaq və onları idarə etmək üçün yeganə 

səlahiyyəti olan Nazirlərdir,lakin bu konstitusiya əsasında,qanun və strateji sənəd-

lər əsasında olmalıdır. Onlar silahlı qüvvələrin və təhlükəsizlik qüvvələrinin məq-

sədlərini və ya niyyətlərini müstəqil olaraq dəyişə bilməz və onlar bu qüvvələrin is-

tifadəsi ilə bağlı bütün qərarları konstitusiya və qanunlar əsasında müəyyən edilmiş 

prosedurlarla verməlidirlər. 

Dövlət müdafiə  və  təhlükəsizlik sahələrində  əmək bölgüsü.  Təhlükəsizlik  və 

müdafiə qüvvələrinin yeni təhlükəsizlik tələblərini qarşılaması üçün,ölkə struktur-

larının, yatırım formalarının,idarəetmə sistemlərinin fundamental islahatı və həmçi-

nin,mülki-hərbi münasibətlər tələb olunur. Praktiki olaraq,son on ildə bu təsisatla-

rın üzləşdiyi tələblər və funksiyalar dramatik dərəcədə  dəyişmişdir,lakin onların 

daxili strukturları  hələ  də sürətlə  dəyişmir.Bu günkü təhlükəsizlik mühitində, 

müdafiə və təhlükəsizlik üçün məsul olan qüvvələrin geniş tərkibli tapşırıqları və 

rolları vardır və o da onların uyğun rollarının psixoloji uyğunsuzluğuna gətirə bilər. 

Ölkə daxilində,qanun və qaydanı saxlamaq,ölkənin,fərdlərin və mülkiyyətin  təhlü-


 

532


kəsizliyini qorumaq,demokratik təsisatları və prosedurları qorumaq və cəmiyyətin 

müxtəlif təbəqələrinin dinc yanaşı yaşamasını təmin etmək onların işidir. Beynəl-

xalq baxımdan,bu qüvvələr ikitərəfli və ya çoxtərəfli çərçivə sazişləri ilə geniş su-

rətdə koordinasiya edilməlidir,çünki onlar kollektiv müdafiə müqavilələri əsasında 

birgə/birləşmiş əməliyyatlarda və ya,həmçinin,münaqişələrin qarşısını almaq və ya 

həll  etmək və ya münaqişə sonrası yenidənqurma dövründə  yardım etmək üçün 

beynəlxalq  sülhü saxlama və ya stabilizasiya missiyalarında iştirak edə bilərlər. 

Hökümət səviyyəsində,müasir təhlükə mühiti,ilk növbədə, diplomatik,siyasi, 

hərbi, humanitar,iqtisadi və sosial növlü böhranları əhatə edən möhkəm böhran ida-

rəetmə imkanları yaratmağı tələb edir ki,bütün bu məsələlərin, birləşmiş fəaliyyət 

planlaması əsasında eyni vaxtda həll edilməsi təmin edilsin.Silahlı qüvvələr səviy-

yəsində,Şreyer bildirir ki, sayı və ölçüsü baxımından kiçik,lakin daha bacarıqlı və 

çevik və  əhəmiyyətli dərəcədə geniş  səlahiyyətləri olan yeni hərbi strukturlar və 

təşkilatlar tələb olunur. Bu silahlı qüvvələr daha çevik,çoxməqsədli və xaricə gön-

dərilib saxlanılmaq imkanında olduqca onların xərcləri də çoxalacaq və bu cür qüv-

vələrin sayı azalacaq. Polis səviyyəsində, ölkədən-ölkəyə fərq olsa da ,milli təhlü-

kəsizlik,artıq polis xidmətinin əsas məqsədi deyil,əvəzində, o, xüsusi polis birliklə-

rinə doğru inkişaf edir və bu birliklər ölkə  səviyyəsində  mərkəzləşmiş formada 

transnasional terror qrupları ilə və mütəşəkkil cinayətlə  məşğul olur. Kəşfiyyat və 

təhlükəsizlik agentlikləri səviyyəsində,terror və cinayətgar təşkilatların,hətta təhlü-

kəsizlik-kəşfiyyat qüvvələrindən daha da bacarıqlı qüvvələr hazırlamaq və şəraitə 

uyğunlaşdırmaq üzrə çevik hərəkətlərini üzə çıxarmaq. Dövlətlərin uğur qazanma-

ları üçün cinayətgarların addımlarını öncədən bilməlidirlər,onlar sadəcə izləməklə 

məşğul olmamalıdırlar. Lakin,indiki zamanda, təhlükənin təbiətinin dəyişməsi, 

keçmiş ziddiyyətlərə,rəqabətə  və qarşılıqlı inamsızlığa baxmayaraq, kəşfiyyat or-

qanları,təhlükəsizlik xidmətləri və polis xidməti təşkilatları arasında daha yaxın 

əməkdaşlığı tələb edir.  



Müdafiə və təhlükəsizlik sahələrində əmək bölgüsü dəyişən vəziyyətdərdə. Seçi-

cilərin öz hökümətlərindən gözləntiləri arasında,bu, hökümətlərin mühüm hadisələ-

ri planlaşdırmaq,hazırlamaq və idarə etmək bacarığıdır. Bu siyasətlərin bir qis-

mi,müdafiə və təhlükəsizlik subyektlərinin istifadəsini tələb edəcək və gözlənilmə-

yən vəziyyətlər yarandıqda onların istifadəsini nəzərdən keçirmək lazım gələcək. 

Bu cür hadisələr çoxlu formalarda meydana gələ bilər:təbii və ya insan tərəfindən 

törədilmiş fəlakətlər;mülki itaətsizlik və qarışıqlıq;terror,üsyan və müharibə təhlü-

kələri. Bütün bu hadisələr, ümumilikdə  vəziyyətin dəyişməsidir və o, müdafiə  və 

təhlükəsizlik qüvvələrinin yeridilməsi və işə qarışmasını zəruri edir. Şreyer, dəyi-

şən vəziyyətdərdə müdafiə və təhlükəsizlik sahələrində əmək bölgüsü nümunələrini  

üç geniş nümunə halında verir:1)təbii fəlakət;2)mülki qarışıqlıq; və 3)fövqaladə və-

ziyyət. Müdafiə  və  təhlükəsizlik strukturlarının hər bir qolu unikal imkanlar irəli 


 

533


sürür,baxmayaraq ki,qüvvələrin düzgün qarışığı məhdud resursların israf edilməsi-

nə aparmamalıdır və ya fövqaladə hallar təbliğ edilməməlidir. Mühüm hadisələr 

gözlənilə bilər və planlaşdırıla bilər:bu cür riskləri planlaşdırmayan dövlət öz əhali-

sini uçuruma aparır.  



AB daxilində  sərhəd idarəetməsi üçün müdafiə  və  təhlükəsizlik sahələrində 

əmək bölgüsü. Tərifə görə, transnasional təhlükələr bütün AB ölkələrini əhatə  edir 

və ona görə də bu təhlükələr koordinasiyalı və ahəngli siyasətlər tələb edir. Bu si-

yasətlər,sərhəd təhlükəsizliyi sahəsində öz səylərini koordinasiya etmək marağında 

olan bütün tərəflərin ehtiyaclarını önə  çəkmək üçün birləşmiş  sərhəd idarəetməsi 

konsepsiyasının yaradılmasına gətirdi. Bu vəziyyətdə,gömrük və immiqrasiya 

agentlikləri və həmçinin,müxtəlif müfəttiş idarələri,sərhəd polisi təşkilatları ilə ya-

xından işləməlidirlər. Sərhəd təhlükəsizliyi,sadəcə milli məsələ olmadığından, bey-

nəlxalq  əməkdaşlıq tələb olunur. Ona görə  də, sərhəd təhlükəsizliyi sistemləri,öl-



kə,idarələrarası  və  həmçinin,beynəlxalq,regional, çoxtərəfli və ikitərəfli  səviyyə-

lərdə əməkdaşlığı əhatə edir. Ona görə də,AB, Şenqen ölkələri arasında daxili sər-

hədləri ləğv edəndən bəri,sərhədlərin qorunması tədbirləri Avropanın əsas narahat-

lıqlarından biri olmuşdur və ona görə  də Amsterdam müqaviləsində göstərilən 



azadlıq,təhlükəsizlik və ədalət zonasını təmin etmək üçün zəruri tədbirlər görməli-

dir. 


Şreyerin analizlərinə görə,genişlənmiş Avropa öz sərhədləri çərçivəsində işlə-

məyi öyrənməlidir. Təhlükəsiz sərhədlər qurmaq qala mentaliteti və ya  fiziki yeni 

divarlar qurmaq məsələsi deyil. Əvəzində,sərhəd təhlükəsizliyi AB xarici sərhədlə-

rini qanuni surətdə keçmək üçün ümumi qaydalar və praktikalar hazırlamaq haq-

qındadır. Beləlilklə,şəffaflıq,ictimai maarifləndirmə,xidmətin keyfiyyəti və sürəti 

və səfər edənlər haqda  məlumatların gizliliyinin qorunması ən yüksək prioritetlər 

olmalıdır. Əgər,sərhəd nəzarəti ümumi yanaşma vasitəsilə təmin edilirsə,genişlən-

miş Birlik,vətəndaşların ehtiyac və qayğılarına daha diqqətli və açıq olmalıdır. 

Şreyerin geniş yazısı,inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə praktika-

da keçən təşkilati məsuliyyətlərin bölünməsi konsepsiyası ilə bağlı konkret nümu-

nələri unikal şəkildə göstərir. O,məsələni belə qoyur :“Əmək bölgüsü üçün müm-

kün müxtəlif yanaşmalar mövcuddur, ABŞ və Avropada terrora qarşı mübarizənin 

təşkilinin müxtəlifliyi göstərdiyi kimi..... Onlar, beləliklə, əvvəlki zamanlardakı ter-

ror təhlükələrinə qarşı hazırladıqları təsisatları və siyasətləri daha hərtərəfli olaraq 

indiki vəziyyətə uyğunlaşdırmalıdırlar”. Görünür,guya Avropa ölkələri həmən döv-

rdə indiki və meydana gələn təhlükələrə qarşı daha yaxşı adaptasiya oluna bilən tə-

sisatlara malikdir,baxmayaraq ki, o, bunu mübahisəli sayır.”Avropa və Amerika 

dövlətlərinin hazırladığı təsisati,təşkilati və doktrinalı yanaşmalarl,terror təhlükələri 

inkişaf etdikcə, yaxşı  işləyə bilən norma və prosedurların hazırlanması üçün əsas 

formalaşdıra bilər”. Siyasət və təsisati işlərində maraqlı olan dövlət xadimləri üçün 



 

534


“Müdafiə  və  Təhlükəsizlik Sahələrində  Əmək Bölgüsü”-nü   oxumaq və  dərindən 

analiz etməyə dəyər. 

 

 Demokratiya və Silahlı Qüvvələr 

 

Ordunun və digər təhlükəsizlik orqanlarının oturuşmuş demokratik ölkələrdə 



roluna olan marağın mühüm dərəcədə düşməsinə baxmayaraq,son beş ildə təhlükə-

sizlik sahəsində gedən dinamizm göstərdi ki, bu sahənin qulaqardına vurulması, bi-

lavasitə bütün ölkələr üçün risklidir. Hans Born, ” Müdafiə Xarakterli Fəaliyyətlə-

rin Demokratik Şəkildə İdarə Edilməsi” fəslində göstərdiyi kimi, Avropada baş ve-

rən dəyişikliklər,oradakı demokratik hökümətləri, özlərinin təhlükəsizlik aparatları 

üzərində müşahidələrini daha da yaradıcı və çevik edir. Qısa olaraq,dövlətin təhlü-

kəsizlik orqanları üzərində səmərəli nəzarət  problemi heç vaxt demokratik fikirli 

vətəndaşların və hökümət rəsmilərinin gözündən uzaq olmamalıdır”.  

Born,daha düzgün olaraq qeyd edir ki,“Avropada müdafiə fəaliyyətləri üzərin-

də demokratik və parlament nəzarəti yüksəlişdədir”,baxmayaraq ki,mülki-hərbi 

münasibətlər dinamikasını yenidən öyrənməyə qayıtmaq, bəlkə də, daha çox maa-

riflənmək üçün yox, yəqin ki, öz ixtiyarına buraxılmış silahlı qüvvələrin demokra-

tik ölkəyə yaxşı xidmət edə bilməməsi fikrindən qaynaqlanır.Born o fikirdədir 

ki,silahlı qüvvələrə indiki zamanda xüsusi fikir verilməsinin səbəbləri çoxdur. Bi-

rincisi, Avropa qitəsi üzrə ölkələrdə  məcburi çağırış sisteminin ləğv edilməsi,de-

mokratik ölkələrin tam könüllülərdən ibarət silahlı qüvvələri nəzarət etmə bacarığı 

üzərində ciddi debatlar açmışdır. Bu arqumentlər,peşəkar silahlı qüvvələrə nəzarət 

etmək,çağırışçılardan ibarət orduya nəzarət etməkdən çox çətindir qorxusu ilə mü-

şaiyət olunmuşdur. İkincisi,son on il ərzində,silahlı qüvvələri gözləyən tapşırıqların 

sayının orta hesabla artmasına baxmayaraq, silahlı qüvvələrin sayı azalmışdır. 

Avropa ölkələri ilə məhdudlaşmayan,bütün inkişaf etmiş ölkələrin silahlı qüvvələ-

rinə aid olan bu büdcə  və kadr tələbləri siyasi-hərbi münasibətləri gərginləşdirir. 

Və üçüncüsü,beynəlxalq hərbi fəaliyyətlərin artması beynəlxalq hərbi  əməkdaşlıq 

və təsisatlar üzərində demokratik və parlament nəzarətini getdikcə zəruri edir. Bu 

tendensiya xüsusilə NATO və AB-nin kiçik ölkələrinə aiddir.  Silahlı qüvvələr üzə-

rində demokratik nəzarətin beynəlxalq prinsiplərinin Born tərəfindən xülasəsi  və 

onun ölkə səviyyəsində irəli sürdüyü demokratik nəzarət mexanizmləri və prinsip-

lər istifadə üçün tam yararlıdır. 

 

Beynəlxalq Standardların Artan Əhəmiyyəti 

 

Əksər  əsas hökümət və qeyri-hökümət beynəlxalq təşkilatları,silahlı qüvvələr 



və digər təhlükəsizlik xidmətləri üzərində demokratik nəzarət konsepsiyasını, hər 

 

535


hansı bir ölkəni demokratik ölkə saymaq üçün əsas kriteriyalardan biri kimi qəbul 

etmişlər və çox zaman bu inkişaf etməkdə olan ölkənin demokratik praktikanı  tət-

biq  etməsi üçün ilkin element sayılır. 2002-ci il BMT İnsan İnkişafı Hesabatına is-

nad etsək,hər hansı dövləti demokratik saymaq üçün müəyyən fundamental prinsip-

lərin həyata keçirilməsi lazımdır. 

 

•   Həlledici təhlükəsizlik məsələlərində son qərar seçilmiş hakimiy-



yət nümayəndələrinin əlində olmalıdır; 

•  Təhlükəsizlik təşkilatları beynəlxalq hüquq və Konstitusiya əsasın-

da hərəkət etməli və insan hüquqlarına hörmət etməlidir; 

•  Təhlükəsizlik planlaşdırması və resursları ilə bağlı informasiyalar 

həm hökümət daxilində, həm də ictimaiyyətə geniş şəkildə əlçatan olmalı-

dır. Təhlükəsizlik,çoxtərəfli,intizamlı yanaşma hesabına idarə olunmalıdır. 

Bu o deməkdir ki, təhlükəsizlik qüvvələri hökümətin digər hissələri kimi, 

ictimai sektor idarəetməsinin eyni prinsiplərinə,milli təhlükəsizliyə aid mə-

sələlərin gizliliyini tənzimləyərək tabe olmalıdır; 

•   Mülki-hərbi münasibətlər mülki hakimiyyət ilə hərbi qüvvələr ara-

sında düzgün ifadə olunmuş hakimiyyət ierarxiyası üzərində, mülki haki-

miyyət və müdafiə qüvvələri arasında qarşılıqlı hüquqlar və öhdəliklər üzə-

rində  və  vətəndaş  cəmiyyəti təşkilatları ilə  şəffaflıq və insan hüquqlarına 

hörmət əsasında qurulmalıdır: 

•  Mülki hakimiyyətlər təhlükəsizlik qüvvələrinin  əməliyyatları  və 

maliyyələşdirilməsi üzərində siyasi nəzarət aparmaq iqtidarında olmalıdır; 

•  Təhlükəsizlik qüvvələrini müşahidə etmək üçün və  təhlükəsizlik 

siyasəti üzrə siyasi müzakirələrə konstruktiv töhvə vermək üçün vətəndaş 

cəmiyyətinin vasitələri və imkanları olmalıdır; 

•  Təhlükəsizlik qüvvələrinin şəxsi heyəti öz işlərini peşəkar səviyyə-

də görmələri üçün təlim keçməli və qadınlar və azlıqlar da daxil olmaqla 

cəmiyyətin rəngarəngliyini əks etdirməlidir; 

•   Siyasətçilər regional və yerli sülhü təlqin etməyə önəm verməli-

dirlə 

1   ...   57   58   59   60   61   62   63   64   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə