1 Willem F. van Eekelen



Yüklə 4.6 Mb.
PDF просмотр
səhifə59/65
tarix24.04.2017
ölçüsü4.6 Mb.
1   ...   55   56   57   58   59   60   61   62   ...   65

 

Milli dəyərlərin,məqsədlərin,maraqların və  prioritetlərin müəyyən edilməsin-

dən, risklərin və təhlükələrin qiymətləndirilməsindən başlayaraq,müxtəlif strategi-

yalar hazırlayaraq və təsisatlar quraraq və təhlükəsizlik proqramlarının yerinə yeti-

rilməsinə tələb olunan resursların yayılması ilə sona çatan bütöv bir siyasət hazır-

lanması prosesi,əgər o, vətəndaşlar,cəmiyyət  və dövlətin təhlükəsizliyinin təmin 

edilməsinə yönəlmişdirsə,mülki cəmiyyətin iştirakı üçün açıq olmalıdır

493


. Mülki 

cəmiyyət təkcə iştirakçı yox,həmçinin,təhlükəsizlik sektorunun geniş strateji icmalı 

üçün aparıcı gücdür. Mülki cəmiyyətin təhlükə qiymətləndirməsi  və təhlükəsizlik 

sektoru strukturlaşdırmasına cəlb edilmədiyi halda,demokratik idarəcilik haqqında 

danışmaq sadəcə mümkün deyil. Hətta müasir dünyada mülki cəmiyyətin imkanla-

rından istifadə edən sistem olmadıqda belə bu sahələrdə hərtərəfli həllə nail olmaq 

                                                            

493


 

Hans Born, Philipp H. Fluri and Anders JohnssonParliamentary Oversight of the Security Sector: 



Principles, Mechanisms and Practices, Handbook for Parliamentarians No5, 2003, DCAF-IPU, 

p. 195. Available at: 

 

http://www.dcaf.ch/oversight/proj_english.cfm?navsub1=12&navsub2=3&nav1=3



  

 

516


mümkün deyil

494


Çünki bura güc işlətmək monopoliyası dövlətin əlində olan sahədir və bu məsə-

lə milli suverenliklə əlaqəlidir və müəyyən səviyyəli məxvilik tətbiq edilən sahədir. 

Lakin bu qaydaların məğzi,müdafiə strukturlarını cəmiyyət üçün şəffaf və hesabatlı 

etməkdir. Bu məqsədə nail olmaq üçün, iddia edilən nəticələrin alınması və resur-

sların paylanması üçün, məqsədlərin,prioritetlərin, qaydalar/prosedurların açıq ifa-

də olunması tələb olunur. Müdafiə siyasətinin bu elementlərinin formalaşdırılması-

na,müdafiə strukturları və mülki cəmiyyət arasında  qarşılıqlı əlaqə və əməkdaşlıq 

prosesi kimi baxılmalıdır. 

 

Mülki Nəzarət: Mülki cəmiyyətin təhlükəsizlik siyasətinin həyata keçiril-



məsində iştirakı 

 

Planlar plan olaraq qalır,lakin biz onların həyata keçməsini görməliyik.Mülki 

cəmiyyət onun həyata keçməsinə  nəzarət etmək gücündə deyil, o yerinə yetirmə 

prosesinin həlledici fiqurudur.Nəzarətin həlledici aləti,nəticə verən monitorinq və 

qiymətləndirmədir.Bu yanaşma,müəyyən nəticələr  əldə etmək üçün mülki cəmiy-

yəti imkanlar ilə təmin edir və beləliklə, bu işlərdə iştirak ilə ona daha böyük nəza-

rət imkanı yaradır. Bu xüsusilə mülki cəmiyyətin elmi və biznes sektoru üçün daha 

keçərlidir. Bu iki sahə müdafiə qabiliyyətinə birbaşa kömək edirlər. 

Siyasət əhalinin təlim və təhsili vasitəsilə həyata keçirilir və burada QHT-lərin 

və universitetlərin,hətta orta məktəblərin rolu  çox böyükdür.Nəhayət,müdafiə  və 

təhlükəsizlik siyasətinin həyata keçirilməsi üçün,müdafiə strukturları ilə yaxın 

əməkdaşlıq edərək mülki təhlükəsizlik sahəsində konkret missiyalar həyata keçir-

mək üçün dövlət/cəmiyyətin tərkib hissəsi kimi mülki nəzarət növlü təşkilatların 

yaradılmasına geniş imkan vardır.  

 

Müdafiə sektorunun ictimai dəstək və resurslarla təmin edilməsi 

 

Ictimai dəstək olmadan,heç bir müdafiə/təhlükəsizlik siyasəti uzun müddət da-



vam edə bilməz. Hətta NATO-ya inteqrasiya məqsədləri baş tutandan sonra(bu bir 

çox ölkələrdə artıq baş tutub və tutmaqdadır),davamlı islahatlar üçün ictimai dəstə-

yi qazanmaq,əməliyyatlarda iştirak və yeni problemlərlə üzləşmək üçün lazım olan 

hazırlıqlarda mülki cəmiyyətin rolu daha da artmışdır. Buna ancaq, savadlı debat-

larla, yeni ideyaların inkişaf etdirilməsi yolu ilə və müdafiə siyasətinin yerinə yeti-

                                                            

494

 Konstantin Dimitrov, Velizar Shalamanov and Blagovest Tashev, Methodology for the Security 



Environment Assessment (Sofia: Institute for Euroatlantic Security and Ministry of Defense, 

December 2002), p. 100. 



 

517


rilməsində və formasının dəyişməsində hökümətin və parlamentin rolunu  dəstəklə-

məklə nail olmaq olar

495



Müdafiə siyasətinin həyata keçirilməsi təkcə ictimai dəstək və ideyalar tələb et-



mir,həm də dinc dövrdə geniş miqdarda müxtəlif resursların və tam miqyaslı müha-

ribəni kənara qoysaq,fövqaladə hallarda,böhranlı vəziyyətlərdə və digər əməliyyta-

larda  əlavə resursların geniş  səfərbərliyini tələb edir. Bu resurslar və xüsusilə 

də,mülki resursların effektiv səfərbər olması ən əsası mülki cəmiyyət subyektləri-

nin,vətəndaşların və biznes dairələrinin anlamından,dəstəyindən və bu işlərdə işti-

rak etmək arzusundan asılıdır. 

Özəl-dövlət tərəfdaşlığının müasir formalarının yaradılması,iş dünyası və vətən-

daşların iştirakı vasitəsilə müdafiə ilə bağlı fəaliyyətlərə həm dəstək,həm də  resurs 

təmin edilməsi baxımından ən yaxşı yoldur. 

 

Humanitar və Mülki Təhlükəsizlik Konsepsiyaları  əsasında Təhlükəsizlik 



sektoru İnteqrasiyasının Mülki Cəmiyyyət Amili 

 

Təhlükəsizlik bütöv bir analayışdır. Cəmiyyəti, təhlükəsizlik sektorunda “kim 



kimdir” məsələsi və  təhlükəsizlik sektorunun müxtəlif elementlərinin bir-biri ilə 

necə  əməkdaşlıq etməsi çox da maraqlandırmır.İlk növbədə  cəmiyyət  və  hər bir 

vətəndaş istənilən zaman və istənilən yerdə təhlükəsizliyi bütöv görmək istəyir. 

Mülki təhlükəsizlik və birləşmiş  təhlükəsizlik sektoru konsepsiyası vasitəsilə 

daha çox  təhlükəsizlik əldə etmək olar

496


. Təbii fəlakətlərin,hadisələrin,fəlakətlər 

və vətəndaşların və infrastrukturun qorunmasının yaratdığı böhranların idarəetmə-

sinin birləşmiş sistemlərinin adları üçün aparılan analizlər bir sıra fərqli variantların 

üzərinə fokuslana bilər: mülki müdafiə, ətraf mühitin təhlükəsizliyi, ictimai təhlü-

kəsizlik(  cəmiyyətin təhlükəsizliyi anlayışı Skandinaviya ölkələrində  qəbul edi-

lib,Amerikada isə vətənin təhlükəsizliyi kimi gedir); əhalinin və infrastruktuun qo-

runması;vətəndaşların və infrastruktur təhlükəsizliyi; cəmiyyətin qorunması, huma-

nitar təhlükəsizlik;mülki təhlükəsizlik. 

Avro-Atlantik kontekstində,ən çox tövsiyə olunan termin “mülki təhlükəsizlik”-

dir(Fransa və Belçikada qəbul olunmuşdur).  Bolqarıstan mülki təhlükəsizlik kon-

sepsiyası yaradılarkən,Bolqarıstandakı  təcrübə  və  vəziyyəti nəzərə alaraq,Böhran 

İdarəetmə Qanununun  məhsuldar tətbiqinə mümkün ən yaxşı mühitin yaradılması 

məqsədilə,nümunə kimi,Amerika və Avropanın müxtəlif ölkələrinin yanaşmaları 

arasında tarazlıq axtarılmışdır. 

                                                            

495

 Blagovest Tashev, Velizar Shalamanov, Plamen Bonchev, Todor Tagarev, Dobromir Totev, 



Bulgaria’s Roadmap to NATO after Prague (Sofia: Institute of Euroatlantic Security, 2004), p. 86. 

496


 Konstantin Dimitrov, Velizar Shalamanov, NATO Integration Program for the Republic of 

Bulgaria (Sofia: Institute of Euroatlantic Security, 2002), p. 100. 

 

518


Mülki təhlükəsizlik sistemi, təhlükəsizliyin digər iki dayağı ilə(əsasən,daxili iş-

lər nazirliyi tərəfindən təmin olunan)daxili təhlükəsizlik və ictimai asayiş və (əsa-

sən müdafiə nazirliyi tərəfindən təmin edilən) xarici təhlükəsizlik və hərbi əməliy-

yatlarla eyni əhəmiyyətə malik olan təhlükəsizlik sektorunun müstəqil üçüncü “da-

yağı” kimi qurula bilər

497


.  Nəticədə,onun,yaxşı ifadə olunmuş normativ qaydaları 

və möhkəm təsisat sahələri olmalıdır. 

Mülki təhlükəsizlik sistemi,təhlükəsizlik sektorunun digər elementləri ilə müqa-

yisədə mülki iştirak və mülki nəzarətin  ən yüksək dərəcədə  iştirakı ilə qurulur. 

Məhsuldar mülki təhlükəsizlik sisteminin yaradılması, yaxşı tarazlaşdırılmış mülki-

hərbi münasibətlərin saxlanması üçün başlanğıcdır və müxtəlif növ böhranlar za-

manında öhdəliklərin açıq-aydın bölünməsidir. 

Mülki təhlükəsizlik sistemi,desentralizasiya prinsipləri üzərində qurulmalıdır.  

Xüsusi  əhəmiyyət, mülki vətəndaşlara və infrastruktura təhlükə yarandığı zaman 

ilkin cavab tədbirləri görmək üçün mülki təhlükəsizliyin yerli birliklərinə veri-

lir(yerli hakimiyyətlər tərəfindən nəzarət edilən). Mülki təhlükəsizlik üçün sistemin 

bu özünəməxsusluğu,yerli səviyyə də daxil,elektronik hökümət yaradılması prose-

sinə birbaşa uyğundur. Əgər transformasiya prosesi yaxşı idarə olunursa,”təhlükə-

sizlik” də digər inzibati xidmətlərlə bərabər “bir dayanacaqlı xidmət”kimi (İnternet 

vasitəsilə və ya telefon zəngi ilə),təmin oluna bilər. Bu baxımdan Avropa və Ame-

rikanın inzibati -ərazi bölgülərində  qurulmuş Fövqaladə Çağırış Mərkəzlərinin təc-

rübəsindən  çox şey öyrənilə bilər. 

Desentralizasiya prinsipi,mülki təhlükəsizlik sisteminin ”mərkəzi birlikləri”-

(Böhran İdarəetmə üzrə Milli Mərkəz,Mülki Müdafiə üzrə Dövlət Agentliyi və Hö-

kümət səviyyəsində Əhalini Qorumaq Daimi Komitəsi) ümumi koordinasiya və nə-

zarət funksiyalarını həyata keçirdikləri zaman sistemi dalana gətirib çıxarmır. 

Əhali və mühüm infrastruktur qoruma sisteminin mülki təhlükəsizlik sisteminə 

uğurlu transformasiyası  həm test,həm də birləşmiş  təhlükəsizlik sektorunun yara-

dılması baxımından və təsisatlarla mülki cəmiyyət arasında effektiv əməkdaşlıq  is-

tiqaməti baxımından başlıca addım olacaq. Hətta,mülki təhlükəsizlik sistemi “ayrı-

ca dayaq” kimi inkişaf etdirilmədiyi halda,Mülki Təhlükəsizlik Konsepsiyası uğur-

lu təhlükəsizlik sektoru transformasiya prosesi üçün konseptual bazaya çevrilə bi-

lər. Bu baxımdan, Mülki Təhlükəsizlik Konsepsiyası,Təhlükəsizlik Sektoru İnteq-

rasiya Konsepsiyasının yeni forması kimi başa düşülə bilər.Digər tərəfdən, “milli 

təhlükəsizliyin” çərçivəsindən kənara çıxaraq Mülki Təhlükəsizlik Konsepsiyası, 

bütövlükdə Avro-Atlantik geopolitik məkana tətbiq edilə bilən  Təhlükəsizlkik 

Sektoru Yetişmə Modelinin formalaşdırılmasına imkan yaradır. 

                                                            

497


 

Xarici işlər nazirliyi tərəfindən aparılan Xarici siyasət və diplomatiyanı da bu üç dayağın üzərinə 

əlavə etməliyik (xüsusilə də, Bolqar vətəndaşlarının qorunması və xaricdəki mülkiyyətlə bağı). 


 

519


Milli təhlükəsizlik sisteminin transformasiyasına təhlükəsizlik konsepsiyasını 

daxil edən bu cür tapşırıq,mülki  cəmiyyət və müdafiə idarəetməsi təsisatları ara-

sında effektiv əməkdaşlıq üçün böyük problem yaradır. Bolqarıstan nümunəsin-

də,mülki cəmiyyət və müdafiə  təsisatları arasında müxtəlif formalı  əməkdaşlığı, 

analiz və təhlil yolu ilə dəstəkləmək üçün, mövcud Milli Təhlükəsizlik və müdafiə 

tədqiqatları Mərkəzi,Təhlükəsizlik Sektoru Transformasiyası üzrə Ustalıq Mərkəzi-

nə çevrildi. Mülki Təhlükəsizlik Sisteminin yaradılması transformasiya səyləri 

üçün yaxşı nümunədir. Bu həyata keçirilməsi konkret metod tələb edən prosesdir 

və onun açarı məsələnin bir neçə elmi sahəni əhatə etməsindədir.  Bir çox layihələ-

rin təcrübəsi əsasında, müdafiə haqqında Ağ Sənəddən başlamış ən böyük müdafiə 

sənayesi şirkəti olan TEREM və Mülki Təhlükəsizlik üzrə Ağ Sənədə qədər bir çox 

layihələrin təcrübəsi əsasında Təhlükəsizlik Sektoru Transformasiyası üzrə Ustalıq 

Mərkəzi yaradıldı. Ustalıq Mərkəzi aşağıdakı elementlərdən ibarətdir: 

 

1.  Xəbərləşmə və Məlumat İnfrastrukturu(XMİ) 



2.  İşçi Qruplar(İQ) 

3.  Bilgi İnfrastrukturu(Bİ) 

4.  Ekspert Şəbəkəsi(EŞ) 

 

Xəbərləşmə və məlumat İnfrastrukturu, İnternetlə bağlı serverlər və iş stansiya-



larını əhatə edən mərkəzdir.O işçi qrupların virtual iş stansiyalarını paylayır. Aşağı-

dakı sahələrdə işçi qrupları mövcuddur: İQ1-Təhlükəsizlik siyasəti və Strategiyala-

rı; İQ2 Birləşmiş Təhlükəsizlik Sektoru Arxitekturası və Dəyişim idarəetməsi;İQ3-

təhlükəsizlik və müdafiə sahəsində yeni texnologiyalar. 

Bİ ibarətdir: təhlükəsizlik və  təhlükəsizlik sektoru sahələrində  nəzəri model-

lər;kompyuter modelləri;ədəbiyyat və seçilmiş materiallar; Ustalıq Mərkəzinin hə-

yata keçirilmiş layihələri;ortaya qoyulan sənədlər. Bilgi İnfrastrukturu matrisalar-

dan ibarətdir və onlar,problemlər və onların həll metodları arasında kəsişən əlaqə-

lər qururlar və onlar da əvəzində qərar qəbul etmə prosesi strategiyasını formalaş-

dırmağı asanlaşdırır və o da hər hansı  təhlükəsizlik/TSİ probleminin həll edildiyi 

zaman yardımçı olur. 

Ustalıq  Mərkəzinin həlledici elementlərindən biri, konfranslarda,redaksiya he-

yətində, NATO konfranslarında, SNT Konsorsiumunda,DCAF,CESS və başqa 

beynəlxalq təşkilatlar və proqramlarda iştirakla qurulmuş Ekspert Şəbəkəsidir. 

Əlbəttə expert qrupu işçi qruplarının və  bilgi infrastrukturunun davamıdır. Ekspert 

Qrupunun və Bİ-nun həlledici elementlərindən biri müxtəlif kurslar vasitəsilə bilik 

vermək imkanlarıdır, o cümlədən,ADL(Advanced Distance Learning) yolu ilə. 

Bu cür növ dəstəyin inkişaf etdirilməsi, qərar qəbul etmə və təhlükəsizlik sekto-

ru transformasiyasının həyata keçirilməsi üçün mühüm olduğu sübut olunmuş-



 

520


dur,xüsusilə  də, mülki təhlükəsizlik sahəsində  şəbəkə    strukturlarının zəruri arxi-

tekturasının qurulması problemi ilə əlaqədar.  

Geniş anlamda təhlükəsizliyin başa düşülməsinə nail olmaq üçün və birləşmiş 

təhlükəsizlik sektoru kimi təhlükəsizlik təsisatlarının transformasiyasını planlaşdır-

maq üçün ən yaxşı yol çoxpredmetli/çoxmillətli tədqiqatlar vasitəsilədir. Kompyu-

ter şəbəkəsinin nəzəriyyə və praktikasında,arxitektural yanaşma ən yaxşı alət kimi 

sübut olunmuşdur,bu cür alət təhlükəsizlik və təhlükəsizlik sektoru sahəsində dəyi-

şiklik idarəetməsi üçün tələb olunur. 

Beynəlxalq səviyyədə,müdafiə təsisatları ilə mülki cəmiyyət qurumları arasında 

uğurlu əməkdaşlıq modellərini aşağıdakıları analiz etməklə seçmək olar: 

 

•  Atlantik  Əməkdaşlıq Assosiasiyası  və müxtəlif ölkələrdə milli 



Atlantik assosiasiyaları 

•  Müdafiə akademiyalarının  və Təhlükəsizlik Tədqiqatları İnstitut-

larının SNT Konsorsiumu və onların işçi qrupları və illik toplantıları 

•  NATO elm Komitəsi və yeni yaradılmış Humanitar və Sosial Di-

namika Paneli və həmçinin,NATO-nun İctimai Diplomatiya proqramı 

•  Mülki cəmiyyəti təmiz inzibati təşəbbüslərə cəlb edən regionaı təş-

kilatlar 

•  Tam QHT fəaliyyətləri,məsələn,Qara Dəniz-Xəzər Dənizi Mülki 

nəzarət Konsorsiumu. 

 

Problemlər və İmkanlar 

 

Mülki cəmiyyətlə müdafiə idarəetməsi arasında qarşılıqlı  əlaqə  və  əməkdaşlıq 



hər iki tərəfin yetkinlik səviyyəsindən asılıdır. Bu hər ölkənin daxili səylərindən 

asılıdır,lakin beynəlxalq əməkdaşlıq çərçivəsində kənar dəstəklə irəliyə aparıla bi-

lər

498


Müxtəlif problemləri və imkanları ayırd etmək üçün,müdafiə sektorunun (təhlü-

kəsizlik sektoru) arxitekturasından və onun mülki cəmiyyət elementlərinin də daxil 

olduğu mühitindən istifadə etmək yenidən faydalıdır. Bu arxitekturaya milli və 

beynəlxalq elementlər daxildir. Müdafiə sistemləri ilə mülki cəmiyət arasında 

əməkdaşlıq arxitekturasının analizi, səyləri hara fokuslandırmaq məlumatlılığı ilə 

                                                            

498


 

Velizar Shalamanov, “Progress and Problems in Security Sector Reform in Western Balkans: Is 

there a Universal Solution?” pp. 51-66 in Security Sector Governance in the Western Balkans 2004

Istvan Gyrmati and Scott Vesel (eds.) (Nomos Verlagsgesellschaft, Baden-Baden, 2004), p. 236. 

 


 

521


nəticələnir. İndiki təcrübə, son 10 yeni NATO üzvlərinin müdafiə islahatı prosesi 

zamanı öyrəndikləri təcrübələr zamanı ortaya çıxan aşağıdakı problemləri qeyd 

edir: 

 

1.  Mühüm kadrlardan,xüsusilə  də,xaricdə, NATO ölkələrində  təhsil 



almış mülki,istefada olan və xidmət edən kadrlardan ən yüksək səviyyədə 

istifadə. 

2.  Daxili  İşlər Nazirliyində islahat təxirə salınmamalıdır,daha çox 

Müdafiə nazirliyinə fokuslanmalı və islahat gərginlik və müdafiə islahatına 

mənfi münasibət yaradacaq. 

3.  Xüsusi xidmətlərdə islahatların təxirə salınması, təkcə təhlükəsiz-

lik sektorunda deyil,həmçinin siyasi,iqtisadi və digər sahələrdə  də başqa 

bütün islahatlara mənfi təsir edəcəkdir. 

4.  Məcburi çağırış xidmətini kənara qoyaraq silahlı qüvvələrin  peşə-

karlaşdırılmasını sürətləndirilməli və paralel olaraq sayı ixtisar edilməli və 

modernizə edilməlidir və paralel olaraq Ehtiyat və Mülki Qoruma qüvvələ-

ri qurulmalıdır. 

5.  Korrupsiya gərginliyi və idarəetmə təcrübəsinin olmaması üzündən 

modernizasiyanın yaratdığı problemlər gündəmdə olan islahatın başqa tə-

rəflərini də korlayar.Bir çox ölkədə, digər arqumentləri və miqyası,regional 

inteqrasiyanı hərbi alyansda iştirak etməyin nəticəsi kimi nəzərə alsaq,yeni 

silah sistemləri təkcə ölkə daxilində əldə edilə bilmir. 

6.   Artıq avadanlığın,infrastrukturun və sursatların utilizasiyası mənfi 

təsir yaradar, əgər onlar islahat səyləri arasında bölünməsə və ayrıca idarə 

edilməsə. 

7.  Əgər Milli Müdafiə Sənayesində  və müdafiə yönümlü Tədqiqat və 

İnkişaf  mərkəzlərində təhlükəsizlik sektoru islahatı və modenizasiya para-

lel olaraq getməsə,o cümlədən,eyni  struktur dəyişikliyi, təkmilləşmə  və 

modernizasiya proqramları vasitəsilə,sosial problemlər yaranar, qanunsuz 

silah ticarətinə gətirər və milli imkanların Avroatlantik birliyin birgə proq-

ramlarında istifadəsinin azalmasına gətirər. 

8.  Təhlükəsizlik məsələlərindəTəlim və  Təhsil,xüsusilə  də,hərbi təh-

sil və daxili təhsil sistemləri çox önəmlidir və əgər burada transformasiya 

uğurlu olmasa və ya dəyişikliklər çox xaotik olsa nəticə də uzun müddətdə 

mənfi olacaq. 

 

Praktiki olaraq,yuxarıda deyilən bütün problemlər mülki  cəmiyyət ilə müdafiə 



təsisatları arasında  əməkdaşlığın müvafiq qaydada aparılmasını  tələb edir. Daha 

sonra,müsbət dəyişiklikləri bir yerə yığmaq üçün regional əməkdaşlığa böyük ethi-



 

522


yac var, islahata köklənməyə,şübhə əvəzinə və resursları israf etmək əvəzinə  və re-

gional əsasda onları təkrarlamaq əvəzinə birgə addımlara ehtiyac vardır. Regional 

əməkdaşlıq mülki cəmiyyət dəstəklərsə uğurlu olur. 

Yuxarıdakı problemlərin çoxu mülki cəmiyyət səviyyəsində intensiv regional 

əməkdaşlıq vasitəsilə həll edilə bilər. Bu kontekstdə, Qara Dəniz-Xəzər Dənizi  və 

Demokratik Nəzarət Konsorsiumu misal çəkmək yerinə düşər. Konsorsium 2004-

cü ilin Noyabrın 27-də Kiyevdə Qara Dəniz və Xəzər Dənizi bölgələrindən təşkil 

olunan səkkiz QHT-nin təşəbbüsü ilə(Azərbaycan, Bolqarıstan,Gürcüstan, Erme-

nistan,Moldova,Rumıniya,Türkiyə və Ukrayna) yaradılmışdır.Beynəlxalq Təhlükə-

sizlik və Strateji Tədqiqatlar Mərkəzinin fikrinə görə, bu addım müdafiə islahatı sa-

həsində bu cür mühüm bölgədə mülki cəmiyyətlərin şəbəkələrininn güclənməsində 

yönəlmişdir. 

Konsorsiumun məqsədləri və prioritetləri aşağıdakılardır: 

 

•  Regionda demokratik transformasiyaya dəstək yönündə QHT-lərin 



bir yerə toplanması; 

•   Iştirakaçı ölkələrin demokratik nəzarət və regional təhlükəsizlik 

üzrə mövqelərinin yaxınlaşması; 

•  Demokratik nəzarət səviyyəsi üzərində və milli və regional təhlü-

kəsizliyin vəziyyəti haqqında eyni metodologiya vasitələri ilə təsirli moni-

torinq sistemlərinin qurulması; 

•  Təhlükəsizlik Sektoru Yetginlik Modelinin hazırlanması  və onun 

üçün metodologiyanın işlənib başa çatdırılması; 

•  Iştirakçı təşkilatların və təsisatların Web site şəbəkələri qurması və 

periodik jurnallar dərc etməsi;fəaliyyətlərin koordinasiyası və informasiya 

mübadiləsi, o cümlədən, Konsorsiumun periodik “Demokratik Nəzarət və 

Regional Təhlükəsizlik”jurnalının dərc edilməsi. 

•  Qara Dəniz –Xəzər Dənizi Virtual yayılan ADL Kollecinin 

yaradılması. 

 

Bu çox böyük təşəbbüsdür və onun uğuruna mülki cəmiyyətdə demokratiya və 



inkişafın yetginliyinin göstəricisi kimi baxıla bilər. Bəzən bu cür təşəbbüslərin ye-

tişməsinə illər tələb olunur,xüsusilə də,kifayət qədər ilkin maliyyə və uğurları qiy-

mətləndirmə mexanizmləri olmadığı hallarda. Vaxtında başlamaq və mülki cəmiy-

yətlə müdafiə təsisatları arasında qarşılıqlı əlaqə və əməkdaşlıq üçün tələb olunan 

ən yaxşı praktikalardan istifadə edərək irəli getmək çöx əhəmiyyətlidir. 

 

 



 

 

523


Yekun 

 

Uğurlu qarşılıqlı  əlaqə  və  əməkdaşlıq, adamlardan,mədəniyyətdən və mövcud 



təsisatlar,bilgi və informasiya sistemlərindən asılıdır. 

Müdafiə təsisatları qurmaq vasitəsilə müdafiə idarəetmə sistemlərinin təkmilləş-

dirilməsi proqramları ilə paralel, mülki cəmiyyət təşkilatlarının(QHT-lər,elmi insti-

tutlar, media və iş adamları da daxil olmaqla)inkişafı üçün müvafiq layihələrin artı-

rılmasına ehtiyac açıq görünür, məqsəd hər bir vətəndaşın müdafiə strukturları ilə 

əməkdaşlıq və qarşılıqlı əlaqə bacarıqlarının artırılmasıdır. 

TSİ nisbətən yeni konsepsiyadır və keçid dövrü yaşayan ölkələrdə və münaqişə 

sonrakı ölkələrdə çox populyardır

499

.  Gedən qəti islahat proseslərinə görə,birinci 



və ikinci mərhələ islahatları üzrə müzakirələr artıq başlamışdır. TSİ –nın ikinci 

mərhələsi təsisatların fəaliyyətlərinin təkmilləşməsinə fokuslanmışdır və son məq-

səd tam inteqrasiya olunmuş təhlükəsizlik sektoru əldə edilməsidir. Ucüncü mərhə-

ləyə hazırlıq, hədəf modelini fikirdə tutmaqla erkən başlana bilər. Bu hazırlıq aşa-

ğıdakıların üzərində işləməklə həyata keçirilə bilər: 

 

1.  Konstitusiya məsələləri-Konstitusiyada Sılahlı Qüvvələr sözü Təh-



lükəsizlik Sektoru ilə əvəz edilsin. 

2.  Təhlükəsizliyə yeni baxış əsasında təhlükəsizlik strategiyası və vətən-

daşlara doğru yönəlmiş birləşmiş təhlükəsizlik sektoru inkişaf etdirilməsi. 

3.  Təhlükəsizlik sektorunun müxtəlif elementləri arasında ölkə,bölgə 

və Avroatlantik səviyyədə qanunvericiliyin ahəngləşdirilməsi. 

4.  İnzibatçılıq qabiliyyəti və koordinasiya.Hökümətin Təhlükəsizlik 

Şurası, birləşmiş təhlükəsizlik sektorunun birləşmiş orqanı. 

5.  Birləşmiş Əməliyyatlar-planlaşdırma,təlim və fəaliyyət. 

6.  Birləşmiş Dəstək-planlaşdırma,imkanlar qurulması və təminat. 

7.  Çoxmillətli birliklər-imkanlar və regionun prioritetlərinə doğru yö-

nəlmiş potensial və tapşırıqlar. 

 

Elə ya belə,bu məsələlər,müdafiə islahatının sosial cəhətlərindən  əlavə, mülki 



cəmiyyətlə müdafiə institutları arasında qarşılıqlı  əlaqənin mərkəzində durur. Bir 

tərəfdən,bu sahələr milli məsuliyyət sahələridir və çox hallarda,təmiz hökümət işi 

sayılır,lakin digər tərəfdən bu sahələr geniş  cəmiyyət maraqlarını  təmsil edir  və 

onların çoxu haqqında müttəfiqlər və regional tərəfdaşlarla məsləhətləşmələr olma-

dan sadəcə ölkə səviyyəsində qərar verilə bilmir.  Bu ona görə ki: 

                                                            

499

 Alan Bryden, Heiner Hanggi (eds.), Reform and Reconstruction of the Security Sector, LIT: 



Munster, 2004, p. 275. 

 

524


 

1.  Təhlükəsizlik regional məsələ olduğundan, o, həm də ABŞ-ın həl-

ledici rolu ilə  bərabər Avro-Atlantik məsələdir- Cənubi  Şərqi Avropa-

da,Qara Dəniz-Xəzər Dənizi ,Orta Asiya və geniş Yaxın Şərqdə Rusiyanın 

nüfuzu nəzərə alınmalıdır. 

2.  İnkişafın ölçüləri oxşar tarixi yolu və məqsədləri olan ölkələr ara-

sında müqayisəli analizə əsaslanır. 

3.  Bilik və bacarıqların Cənubi  Şərqi Avropadadan Qara Dəniz və 

Xəzər Dənizi bölgəsinə və Orta Asiyaya ötürülməsi azadlıq və demokrati-

ya zonasının genişləndirilməsi üçün və təhlükəsizliyin ən yaxşı yolla təmin 

edilməsi üçün həlledici ideyadır. 

4.  Kiçik ölkələr özlərinin milli təhlükəsizlik sektorunun təsirli proq-

ram idarəetməsi və inkişafı üçün regional inteqrasiyaya ehtiyac duyurlar-

xüsusilə də,Təhsil və Təlim sahəsində,elmi tədqiqat məsələlərində, moder-

nizasiya,infrastruktur qurulmasında və müttəfiqlik fəaliyyətlərində. 

5.  Çoxmillətli birliklər təkmilləşmiş beynəlxalq  əməkdaşlıq və tran-

satlantik əlaqələrin gücləndirilməsi üçün və həmçinin, təhülkəsizlik sekto-

runun inteqrasiyası üçün önəmlidir . 

6.  Təhlükəsizlik infrastruktur üçün və  tərsinə olaraq şərtdir.  İnfras-

truktur, Qara Dəniz və Xəzər Dəniz bölgəsi inkişafı üçün həlledicidir. 

7.  Qara Dəniz və Xəzər Dənizi Konsorsiumu,TSİ Mərkəzi  və Ustalıq 

Mərkəzi  şəbəkələri, transformasiyanın irəli getməsində mühüm rol oyna-

yırlar və onların əməkdaşlığı Adriatik Çarter üzvü olan ölkələrin NATO-ya 

inteqrasiyasına,SNT Şərqə Doğru proqramının təkmilləşməsinə və həmçi-

nin,bilik və bacarıqların Yaxın Şərq və Qara dəniz və Xəzər Hövzəsi ölkə-

lərinə ötürülməsi üçün mühüm addımdır.   

 

Bu baxımdan, TSİ üzrə Qara Dəniz və Xəzər Dənizi Mərkəzi yaradılması üçün 



təşəbbüs formalaşdırıla bilər(Təhlükəsizlik və İnteqrasiya Mərkəzi). Ən Yaxşı nü-

munə Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzidir. Bu 

mərkəz dövlət –özəl münasibətləri üzərində Hökümətlə QHT arasında qurula bilər 

və  dəyişiklik idarəetməsi və  cəmiyyətin iştirakı ilə  təhlükəsizlik sektorunun tran-

sformasiyasına fokuslana bilər. 

Mərkəzə daxil ola bilər:idarəetmə;tədqiqat bölməsi və tədqiqatçılar şöbəsi, baş-

qa yerlərdə təlim üçün mobil təlim qrupları; Konsorsium  üçün İT bölməsi; uyğun 

məlumat bazası ilə təmin olunmuş kitabxana(beynəlxalq Jurnal) ilə öyrənmə, kon-

frans və şəbəkə dəstəkləyici komandalar; və texniki işçilər. Bu o deməkdir ki, bu 

mərkəz tədqiqat/öyrənilmiş təcrübələr,şəbəkələr qurmaq,təlim, İT idarəetmə və bi-

lik idarəetməsi kimi işləri dəstəkləmək üçün orqan olacaqdır. 


 

525


Bu cür struktur,regional səviyyədə mülki cəmiyyətlə hökümət arasında qarşılıqlı 

əlaqə və əməkdaşlığı irəli apararaq birbaşa müdafiə islahatı  və təsisatlar qurmağa 

dəstək olar. 

Müdafiə  təsisastları qurulması  və mülki cəmiyətin inkişafı arasında tarazlığın 

saxlanması, onlar arasında effektiv əməkdaşlıq və qarşılıqlı əlaqə üçün ilkin  şər-

tdir. Və hətta mülki cəmiyyətin prosesdə iştirakı olmadan,daha təsirli müdafiə insti-

tutlarının inkişafı da mümkün deyil. Yalnız mülki cəmiyyət təşkilatlarının iştirakı 

vasitəsilə,mülki təhlükəsizlik və birləşmiş təhlükəsizlik sektoru konsepsiyasının ye-

rinə yetririlməsi mümkündür. Regional əməkdaşlıq qurulması və ümumi isnad mo-

dellərindən istifadə uğur qazanmaq üçün həlledici alətlərdir. 

 

1   ...   55   56   57   58   59   60   61   62   ...   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə