1 Willem F. van Eekelen



Yüklə 4.6 Mb.
PDF просмотр
səhifə55/65
tarix24.04.2017
ölçüsü4.6 Mb.
1   ...   51   52   53   54   55   56   57   58   ...   65

Müdafiə üzrə İctimai informasiyanın strateji əhəmiyyəti 

 

İctimai iştirak,müxtəlif hökümət idarələri arasındakı  məsləhətləşmələr,yaxşı 

idarəçilik və demokratiyanın bütün digər əlamətləri,həqiqi və etibarlı informasiya-

nın mümkünlüyündən asılıdır. Demokratiya inkişaf etdikcə,hökümət idarələri və 

həmçinin qeyri –dövlət təsisatları daha geniş cildli məlumatları qəzetlərdə və elek-

tronik formada dərc edirlər. Son bir neçə il ərzində,ictimai informasiya çox sürətlə 

hər bir ölkənin milli zənginlikləri,ərazisi və var-dövləti kimi mühüm strateji varlıq-

lardan birinə çevrilmişdir

472

. Milli müdafiə ilə əlaqədar informasiyanın əsas isteh-



                                                            

472


U.S. National Commission on Libraries and Information Science, A Comprehensive Assessment of 

Public Information Dissemination, final report, volume 1, Washington, DC, 2001. 



 

479


salçısı və qoruyucusu kimi,hər bir ölkənin Müdafiə Nazirliyi həmin milli strateji re-

sursun mühüm hissəsinə sahibdir. Nazirlik özünün dərc etdiyi materialları və təşki-

lati sənədləri ayırd edir,toplayır,saxlayır və qoruyur və bütün formatlarda ictimaiy-

yətə açıqlayır. 

Müdafiə Nazirliyi. müdafiə  məsələləri üzrə ictimai informasiyların  əsas isteh-

salçısıdır,lakin o, informasiya bazarında tək deyil. Müdafiə  məsələləri ilə  və ya 

milli müdafiə ilə  əlaqədar başqa hökümət orqanları da sənədlər qəbul edir,məsə-

lən,Dövlət başçısı,BaşNazir və ya Parlament və müdafiə  məsələlərinin  müxtəlif 

cəhətləri üzrə rəylər,tövsiyələr və ya analizlər  dərc edən ölkə və beynəlxalq müstə-

qil təşkilatları vardır. Bu informasiya bazarında dəqiqlik və açıqlıq statusunu qa-

zanmaq və saxlamaq üçün və ordu üçün ictimai dəstək almaq və davam etdimək 

məqsədinə xidmət etmək üçün,Müdafiə Nazirliyi dəqiq və açıq informasiyanın 

vaxtında yayılmasına imkan verməlidir. 

Müdafiə  məsələləri üzrə ictimai informasiyanın strateji milli resurs olduğunun 

qəbul edilməsi mühüm siyasi,iqtisadi və sosial əhəmiyyətə malikdir. Birincisi, mü-

dafiə  məsələləri üzrə ictimai informasiyanın strateji əhəmiyyətinin rəsmi qəbul 

edilməsi siyasi öhdəlik olub, ictimaiyyət üçün müdafiə  məlumatlarının istehsalı, 

toplanması,saxlanması və yayılması sahəsinə səmimi yanaşmadır və bu proseslərdə 

təşkilati səylərə  və  həmçinin,kadrlar və maliyyə resurslarına yatırım qoymaqdır. 

İkincisi, informasiyanın idarə olunmasına qoyulan xərclər baha başa gəlsə də, iqti-

sadi baxımdan qazanc həmişə yüksək olmalıdır.İş adamları həmişə qeyri müəyyən-

liklər içində fəaliyyət göstərir,lakin onlar bir qayda olaraq öz planlarını qurmaq və 

fəaliyyətlərini təşkil etmək üçün öncədən məlumat yığmağa üstünlük verirlər. Ən 

yaxın nümunə alqı-satqı siyasətidir,lakin informasiya tələb edən təkcə müdafiə sek-

toru ilə bağlı olan sənaye müəsisələri deyil. Gəlin,faktiki olaraq bütün ölkələrdə 

ümumi tendensiya olan ordunun ixtisar edilməsi nümunəsinə baxaq. Çağırışçılar və 

ehtiyatda olanlar üçün siyasətlər, strategiyalar,planlar və proqramlar haqqında  də-

qiq  və vaxtlı-vaxtında informasiya(ordunun,ixtisar olanda hiss olunan iki sahəsi 

kimi) faktiki olaraq bütün biznes sektoru üçün mühüm əhəmiyyət daşıyır,çünki 

o,orta və uzun müddətli kadr siyasətinə təsir edir. Üçüncü, müdafiə sektoru həm də 

sosial sahədir və müdafiə siyasəti bütün əhalinin həyatına və firavanlığına təsir 

edir. Yaxşı məlumatlandırılmış ictimaiyyət daha həvəslə bu siyasətə riayət edər və 

öz gözləntilərini də uyğun olaraq qurar. 

Nəhayət,ictimai informasiya o ölkəyə strateji varlıq sayılır ki, həmin ölkənin 

strateji məqsədi yaxşı idarəçilik olsun. Yaxşı idarəçilik,dövlət ilə mülki cəmiyyət 

arasındakı münasibətlərin növü və ardıcılllığı ilə ifadə olunur

473

  və hakimiyyətin  



                                                            

473


 

Marina Caparini, Civil Society and Democratic Oversight of the Security Sector: A Preliminary 

Investigation, Paper delivered to the Civil Society Building Project in Russia, DCAF, 2003. 


 

480


fəaliyyətində hesabatlılığın nə  qədər olduğu ilə bağlıdır. Müdafiə nazirliyi, hərbi 

gücün təşkilatı ifadəsi olduğundan,mülki cəmiyyətin də,qərar vermə  proseslərində 

və hökümətin addımlarında xalqın təmsilçisi kimi, müdafiə ilə bağlı müvafiq  in-

formasiyalara strateji çıxışı olmalıdır. 

 

İnformasiya siyasəti modeli 

 

Hər hansı informasiya modelini müzakirə edərkən müdafiə nazirliyi ilə bağlı 



başlıca sual bu cür siyasətin ictimai informasiya üzrə ümumi hökümət siyasətinə 

necə sığmasıdır.Ümumi model müvafiq qanunvericilik aktının və cəmiyyətin için-

də yaxşı və pis praktikaların olmasını və ya olmamasını qəbul etməlidir. Müdafiə 

təsisatları qurmaq işinə başlamış əksər ölkələr son zamanlarda informasiya azadlığı 

qanunvericiliyi qəbul etmişlər

474


. Söz azadlığını müdafiə edən,Freedominfoşorg ki-

mi isnad edilən, Londondakı qeyri-hökümət təşkilatı olan Article 19-un 2005-ci il-

dəki hesabatı məlumatlara çıxışla bağlı üç Qafqaz ölkəsi olan Azerbaycan, Erme-

nistan,Gürcüstanın qanunvericilikləri arasındakı fərqlilikləri və oxşarlıqları açıqla-

yır

475


. Müdafiə məsələləri üzrə informasiya siyasəti təkcə ümumi hökümət qanun-

vericiliyi ilə yox,həm də müvafiq informasiya əldə etmək tələbləri ilə ardıcıllıq təş-

kil etməlidir və bu cür ümumi qanunvericilik olmasa və ya ardıcıllıq olmasa, infor-

masiya siyasəti, müdafiə strukturları və ictimaiyyət üçün istənilən halda böyük də-

yər daşıyar. 

İnformasiya siyasətinin həll edəcəyi bir sıra problemlər aşağıdakılardır: ictima-

iyyətin və ya medianın informasiyaya çıxış əldə etməsi üçün konstitusiya,qanuni və 

ya mənəvi hüquqların təsdiq edilməsi; informasiya əldə edilməsinə özbaşına mane-

ələrin qarşısını almaq üçün,informasiyanın kələk məqsədilə verilməsinin və ya hər-

bi rəsmilər tərəfindən hətta yalan informasiya verilməsinin qaşısını almaq üçün 

prosedur və mexanizmlərin yaradılması; sirliliyin qəbul edilə bilən səviyyədə  sax-

lanılması; mümkün alternativ informasiya mənbələri vasitəsilə,rəsmi informasiya 

olmadıqda informasiyaların təhrif edilməsinin qarşısının alınması. Hətta rəsmi və 

qeyri-rəsmi ierarxiyaların öz təşəbbüslərini məhdudlaşdırdığı ölkələrdə,ordu və 

müdafiə strukturları içərisindəki rəsmilər, hansı informasiyanın ictimaiyyətə çatdı-

rılması və necə çatdırılması ilə bağlı aydın prinsipləri yüksək qiymətləndirirlər. 

Əgər biz ən yaxşı praktika adı altında istədiyimiz məqsədlərə nail olmaq 

üçün,alternativ metodların içindən  ən yaxşısını seçməyi başa düşürüksə,o zaman 

informasiya siyasəti modeli “ən yaxşı praktika” modeli sayıla bilməz. Məqsədin 

                                                            

474

 David Banisar, Freedom of Information and Government Record Access Laws Around the World, 



a Freedominfo.org Global Survey, 2004, available online at:  

http://www.freedominfo.org/survey.htm

 

475


 Bax burada: 

http://www.freedominfo.org/reports/article19.htm 



 

481


özü  və ya arzu olunan nəticə bu cür model üçün açardır. Əgər Müdafiə Nazirliyi-

nin məqsədi ictimaiyyətə milli təhlükəsizlik və müdafiə siyasətinin analiz edilməsi 

və başa düşülməsinə imkan verən dəqiq və vaxtlı-vaxtında informasiya verməkdir-

sə, o zaman siyasət elə olmalıdır ki, o bu məqsədə xidmət edən  bütün hərbi sənəd-

lərin,görülən işlərin və cari məlumatalrın şəffaflığını təşviq etsin və bu informasi-

yaları  fəal surətdə ictimaiyyətə yaysın.  Əgər Müdafiə Nazirliyinin məqsədi dəqiq 

və vaxtlı -vaxtında ictimaiyyətin məlumatlandırılmaq hüququnu təmin edən infor-

masiya təmin etməkdirsə,o zaman siyasət də ictimai marağa xidmət edən o müdafiə 

sənədlərinin,görülən işlərin və cari məlumatların  şəffaflığını təşviq etməlidir. O in-

formasiya sonra passiv şəkildə yayılacaq və bu o deməkdir ki,ictimaiyyət tərəfin-

dən sorulan gizli olmayan bütün suallara cavab veriləcəkdir. 

Aydın prinsiplərlə bütün kateqoriyalı informasiyaları müəyyənləşdirməklə, in-

formasiya yayılması üçün məsuliyyətlər müəyyən etməklə və onu qiymətləndirmək 

üçün prosedurlar müəyyən etməklə,informasiya siyasəti,həm informasiyanı yarada-

na (müxtəlif hərbi idarələr),həm də  istehlakçıya(ictimaiyyət) xidmət etməlidir. 

Qanuni tələblər əsasında,hərbi təşkilat və həmin təşkilatda çalışan mülki və hər-

bi rəsmiləri təsvir edən informasiyanın,əsas fəaliyyətlərin,müdafiə planlaşdırması 

sənədlərinın, büdcə və əsas maraq kəsb edən başqa informasiyaların təşkilat daxi-

lində necə yayılmasını informasiya siyasəti göstərməlidir,sənədlərin necə  təşkil 

olunduğunu  və ictimaiyyətin bu sənədlərə necə çıxış əldə etməsini göstərməlidir. 

Bimək lazımdır ki,çox hallarda informasiya azadlığı qanunları konfidensial sax-

lanmalı olan ümumiləşmiş informasiya kateqoriyaları doğurur və onlar da faktiki 

olaraq bütün hallarda milli təhlükəsizlik və müdafiə xarakterli informasiyaları da 

əhatə edir. Ona görə də,informasiya siyasətinin ən mühüm rolu hərbi məsələlər üz-

rə hansı sənədlərin,qərarların və cari məlumatların ictimaiyyətə çatdırılması və in-

formasiya qanunu əsasında və gizli informasiyaların qorunması haqqında digər qa-

nunlar əsasında hansı informasiyaların qorunmasıdır. 

Bir sıra informasiyalar geniş ictimaiyyət üçün məna daşımaz,lakin hərbi təşkilat 

üçün zəruri və ya lazım ola bilər,xüsusilə də, ictimai kanallar vasitəsilə hərbçilər və 

onların ailələri üçün edilən güzəştlərlə bağlı informasiyalar. Belə informasiyalara 

çıxış bu siyasətin bir hissəsi olmalıdır. 

Aşağıdakı  əsas tövsiyələr, müdafiə üzrə ictimai informasiya siyasətinin qurul-

masına kömək edə bilər. Onlar UNESCO-nun  İctimai İnformasiyanın İdarə edil-

məsinin İnkişaf etdirilməsi və təşviq edilməsi haqqında Siyasi Tövsiyələrində yer 

almışdır(UNESCO Policy Guidlines for the Development and promotion of Gover-

nment Public Domain İnformation)

476



                                                            



476

 Paul F. Uhlir, Policy Guidelines for the Development and Promotion of Government Public 

Domain Information, UNESCO, Paris, 2004, available online at 

 

http://www.fas.org/sgp/library/unesco_govinfo.pdf



 

 

482


İnformasiya yayılmasının minimum xərcləri və informasiyanın keyfiyyəti və  kə-

miyyəti həm müdafiə təşkilatı,həm də ictimaiyyət tərəfindən dəstəklənəcək. Bu cür si-

yasəti qurarkən,prosesə qoşulan tərəflər xərcləri də nəzərə almalıdırlar. Müdafiə Təşki-

latları infrastruktura və ixtisaslı kadrların hazırlığına yatırım qoymalı və operativ xər-

clərə maliyyə yardımı ayırmalıdır. Bu xərclər informasiyaya tələb olub olmamasından 

asılı olmayaraq sərf olunur. Hər bir informasiya tələbinə görə, az da olsa xərclərin ol-

duğu üzə çıxır,məsələn hər hansı sənədlərin surətini çıxartmaq üçün. Əgər bu kiçik xər-

clər istehlakçıya yazılsa,digər xərclər təşkilatın özü tərəfindən ödənilməlidir. Bu xərclə-

rin heç birinin informasiyaya açıq çıxışla  əlaqəsi yoxdur. 

Bu siyasət informasiya yayımında ədalət prinsipini də işə salmalıdır. Media və 

biznes öz bazarlarında rəqabətdədirlər və onların bu rəqabəti informasiyanın məz-

munu və ya yayılma vaxtı ilə bağlı üstünlüklər əldə etməklə informasiyaya çıxışa 

da köçürmə ehtimalları vardır. Ədalətlilik,informasiyanın bərabər və vaxtlı-vaxtın-

da yayılmasını təmin etməlidir. 

Çoxlu sayda informasiya yayımı kanalları vardır və onların heç də hamısı mü-

dafiə strukturları nəzdində deyil. Onların bir çoxu,hökümət ierarxiyasının ali səviy-

yələrində yerləşir,başqaları özəl-sektor qurumlarıdır və digərləri isə mediaya mən-

subdur


477

.  İnformasiya siyasəti,informasiya təminatçılarının bütün bü kanallardan, 

o cümlədən,onların,ictimai əlaqələr və ya yayım idarələri,milli və ya yerli kitabxa-

nalar,arxivlər,milli və ya müdafiə materialları,ictimai və özəl media və ya İnternet 

olmasından asılı olmayaraq necə istifadə etdiyini göstərməlidir. 

İnformasiya siyasəti, həm də ictimaiyyətin müdafiə nazirliyi üçün informasiya-

ları və ya müdafiə nazirliyində saxlanılan informasiyaları necə tapmağı da göstər-

məlidir. Minimum tələb olunan informasiya budur:ictimai əlaqələr idarəsinin yeri 

və  iş vaxtı; yazılı informasiya tələbi üçün poct ünvanı;telefon və faks nömrələ-

ri,İnternet və email ünvanları;əlaqə nöqtəsinin koordinatları.  İnformasiya siyasəti, 

Müdafiə Nazirliyi tərəfindən qəbul edilən və orada saxlanılan sənədlər və qərarlar-

dan ibarət,siniflər və gizlilik səviyyələri ilə növləşdirilmiş və həmçinin, onlara çıxış 

üçün ən uyğun yollar göstərilmiş kataloqların çapı üçün tələblər müəyyən etməli-

dir. Bu kataloqlar, axtarıla bilən elektronik məlumat bazaları  və ya metaməlumat 

bazaları faylları ilə zənginləşə bilər. 

Elekronik İdarəçilik mədəniyyəti dünyanı bürüdükcə daha çox ölkələr bundan isti-

fadə edir. İnternet informasiya yayımı üçün ən populyar metoda çevrilir. Lakin İnternet 

sadəcə ictimai informasiyanın və ya informasiya idarəetməsinin  əlavə vasitəsi deyil. 

Müdafiə naziriliyi özünün İnternet saytını açdığı zaman,əvvəlcədən minimum tələblər 

toplusu müəyyən edilməlidir və həmin tələblərə də periodik olaraq yenidən baxılmalı-

                                                            

477


Yetişmiş demokratik ölkələrdə,özəl sector ictimai informasiyanın daha da yayılmasında və onun 

dəyərinin artmasında həlledici rol oynayır. Bu qrup kommersiya firmalari,kitabxanalar və 

gəlirsiz təşkilatlardan ibarət olub MN-i ilə tərəfdaşlıq müqaviləsi ilə işləyirlər. 


 

483


dır.İnternet üzərindən informasiya yayılmasının təşkil olunmasının ən yaxşı yolu fərqli 

siyasət müəyyən etmək və mövcud qaydaları uyğun olaraq adaptasiya etməkdir. Bu cür 

siyasəti quran zaman bir çox ideyalardan istifadə etmək olar.  

Müdafiə nazirliyinin İnternet səhifəsi ictimaiyyəti gizli olmayan,həssas olmayan 

informasiyalarla təmin etməlidir. Bu cür ən çöx yayılmış səhifə aşağıdakı informa-

siyaları əhatə edir: müdafiə strukturlarının tərkibi,müdafiə və çağırış üzrə əsas siya-

sətlər və xəbər bülletenləri,mətbuat üçün məlumatlar və ya müdafiə strukturlarında 

çalışan ali rəsmilərin tərcümeyi halı. Bu səhifələr,həmçinin,web saytları və ya mü-

dafiə nazirliyinin bu səhifədə verilməyən başqa cəhətləri haqqında informasiya al-

maq üçün, başqa sayta girmək istəyənlərə əlaqə link-ləri verir. Biz əvvəllər demiş-

dik ki,fakt informasiyası ilə informasiya əməliyyatları arasında açıq aydın fərq ol-

malıdır və sonuncunun ictimai informasiya kanallarından istifadə etməsi qorxuları 

da vardır.İnformasiya siyasəti,öncədən bəyan etməlidir ki, müdafiə nazirliyinin 

İnternet saytı ancaq ictimai informasiyanın tələblərini yerinə yetirmək üçün təşkil 

olunur və onun başqa məqsədləri yoxdur. İnternet portalının, eyni web səhifə-

də,fakt informasiyalarını ictimai əlaqələr və xəbərləşmənin digər sahələrindən fər-

qlənməsinə aparan texniki və struktur yolları vardır. Siyasətlər,büdcələr,qanunveri-

cilik,alqı-satqı,planlar və proqramlar və ictimai əlaqələr üzrə informasiya vermək 

üçün ayrıca sərəncamlar olmalıdır. 

İnformasiyanın İnternet və qəzet və kağız üzərindən yayılmasının fərqliliklərini 

və oxşarlıqlarını nəzərə alaraq,bu cür siyasət hazırlanarkən təkcə ənənəvi informa-

siya yayılma vasitələrini idarə edən zaman əldə edilən təcrübə yox,həm də tətqiqat-

çıların rəyləri və xarici təşkilatların praktikaları da nəzərə alınmalıdır. 

İnternet üzərindən informasiylara həm dostların,həm də düşmənlərin çıxışı ol-

duğundan,ümumi məqsədlərə xidmət edən informasiyaların yayılması ilə xüsu-

si,həssas və ya gizli xarakterli informasiya arasında müvafiq tarazlıq müəyyən edil-

məlidir.Bu prosedur,kağız üzərində yayılan informasiyalar üçün istifadə olunan 

prosedurlarla eynilik təşkil etməməlidir,çünki sağlam düşüncə onu deyir ki,istəni-

lən mütəxəssis olmayan oxucu web sayta girib bütün informasiyanı götürmək im-

kanındadır,lakin kağız üzərindəki prosedurla, informasiya konkret fərdə və ya təş-

kilata tələb etdiyi zaman verilir. 

Web texnologiyasının dünya boyunca yüksək sürətlə inkişaf etməsi və bütün müda-

fiə sistemi orqanlarının özlərinin internet saytlarını açmaq iqtidarında olmaları,müdafiə 

xarakterli məlumatların nəzarətsiz yayımı ilə  məşğul olan Web-saytların qarşısının 

alınmasında,faydalı olar. İnformasiya siyasəti,uyğun İnternet təhlükəsizlik sistemləri və 

müvafiq rəqəmli təsdiqedici prosedurlarla,inanılan websayt açmalıdır. 

İnternet üzərindən informasiyaları idarə etmək üçün müxtəlif yerlərdən məslə-

hət almaq olar. Nümunə kimi,Avstraliya Hökümətinin İnformasiya İdarəetmə İda-

rəsi bir siyahi hazırlamaqla,idarə müdirlərini,biznes təşkilatları sahibləri və başqa-


 

484


larını onlayn xidmət sahəsində öz biliklərini artırmaq üçün müvafiq informasiyalar-

la təmin edir

478

.  Siyahılar sadə, texniki formada olmayan tərzdə lazımi qısa infor-



masiylardan ibarətdir. Bu siyahılar böyük deyil,lakin hamının bilməsi üçün əsas 

məsələlər ora salınmışdır. Orada,həmçinin,sənədlərə isnadlar da vardır və əlavə in-

formasiyalar əldə etmək üçün əlaqə detalları vardır. 

İctimai informasiya siyasətinin operativ hissəsinin, bu siyasət yerinə yetirilməz-

dən öncə test edilməsi tövsiyə olunur. Onu test etməyin klassik yollarından biri 

hərbi təlimlərdən öncə,təlimlər vaxtı və ondan sonradır. Test təkcə informasiya ya-

yılması mexanizmlərinin necə işləməsini üzə çıxarmır,həm də onun istehlakçıya et-

diyi təsiri göstərir. Test informasiyanın dəqiq və vaxtlı-vaxtında olub-olmadığını və 

ya haradasa təhrif edildiyini nümayiş etdirməlidir ki, ictimaiyyətə savadlı rəy yarat-

mağa imkan versin. 

 

İnformasiya siyasəti quran zaman şəffaflıq və gizliliyin tarazlaşdırılması 

 

İnformasiya siyasətinin ən həssas sahələrindən biri hansı informasiyanın qorun-

ması və hansı informasiyanın ictimaiyyətə açıqlanmasını müəyyən edən norma və 

prosedurların bəyan edilməsidir. Bir çox hallarda bu sahə səlahiyyətli şəxslər tərə-

findən təşkilatdaxili müvafiq strukturlara informasiya verməklə və aydın ayırd edi-

lə biləcək kateqoriyalarla məxviliyi saxlamaqla həll edilir. İnformasiya azadlığı qa-

nunvericiliyini həyata keçirən faktiki olaraq bütün ölkələr gizlilik maddəsini qayda 

kimi yox, istisna kimi sayırlar.  Şəffaflıq və gizliliyin tarazlaşdırılmasının başlıca 

aparıcı prinsipi, ictimaiyyətin informasiya almaq hüququ və gizlilik prosedurları tə-

ləb olunan zaman informasiyanın qorunması, ictimaiyyətin marağında olmalıdır. 

Aydındır ki,açıqlıq və müdafiə xarakterli informasiyanın yayılması sirliliyi ara-

sında tarazlılıq,informasiya azadlığı qanunvericiliyi və  mədəniyyəti ilə, həssas və 

ya gizli informasiya qanunvericiliyi və mədəniyyəti arasında ölkə daxilində möv-

cud olan  tarazlığı əks etdirəcəkdir.Alasdair Robertsın

479

   müşahidələrinə görə,Orta 



və  Şərqi Avropanın  əksər ölkələrində, hökümət informasiyalarının ictimaiyyətə 

açıqlanması istiqamətində qanunvericilik və prosedurların inkişafı yeni sirlilik qa-

nunvericiliyi və prinsipləri ilə tez bir zamanda tənzimlənmişdir və onunla əsaslan-

dırılmışdır ki,onların hökümətləri NATO kimi beynəlxalq tərəfdaşların tələbləri nə-

ticəsində həssas informasiyanın qorunması məqsədilə bunları etmişlər. 

Müdafiə nazirliyinin milli təhlükəsizlik strukrurlarının vacib dayağı olması nə-

dəniylə,MN-nin, hərbi sənədlərin və fəaliyyətlərin sirliliyini saxlamağa güclü arqu-

                                                            

478

 Burada bax: http://www.agimo.gov.au/practice/delivery/checklists  



479

 

Alasdair Roberts, Entangling Alliances: NATO’s Security of Information Policy and the 



Entrancement of State Secrecy, International Law Journal, 36.2,: 329-360, Cornell 2003, 

bax:


http://faculty.maxwell.syr.edu/asroberts/documents/journal/roberts_cilj_2003.pdf

 


 

485


menti ola bilər. Yadda saxlamaq lazımdır ki,hətta müdafə sektoru kimi həssas sahə-

də şəffaflıq milli təhlükəsizliyin azalmasına yox,onun daha da güclənməsinə  apa-

rar. Mülli müdafiə siyasəti və milli müdafiə planlaşdırması o sahələrdir ki,orada 

şəffaflıq sirlilikdən daha çox fayda gətirər. Müdafiə və hərbi strategiyalar,doktrina-

lar,büdcələr və alqı-satqı,müdafiə sektorunun etirbalılığını  və inamını ölkənin və 

dünyanın gözündə artıran milli varlıq kimi sayılmalıdır. Bir çox ölkələrdə bu sə-

nədlərin layıhə formaları ictimaiyətə yayılır ki,mülki cəmiyyədən və beynəlxalq tə-

rəfdaşlardan tənqidi fikirlər və qeydlər alınsın və  sənədləri qəbul etməzdən öncə 

onlara lazımi dəyişikliklər edilsin. 

Hərbi informasiyaların ictimaiyyətə tarazlı şəkildə çatdırılması üçün ən azı iki 

əsas yanaşma vardır. Birincisi,informasiyanın verilməsinə icazə verilməsidir.  İe-

rarxiyada bu icazəni verən daha yüksək vəzifə tutursa,ictimaiyyət üçün açıqlanmalı 

informasiyanın aydınlaşdırılması da bir o qədər çətin olur. İkinci yanaşma,informa-

siya yayan kadrlar üçün aydın prinsiplər müəyyən etməkdir, o cümlədən, ictimai 

təhlükəsizlik naminə hansı informasiyanın qorunmasını dərk etmək prosedurları. 

 

İnformasiya siyasətinin peşəkarları 

 

Funksional informasiya siyasətinin qurulması ictimaiyyətə tələb olunan xidmət 



yönündə sadəcə ilk addımdır. Onun yerinə yetirilməsi hətta daha çətin məsələ ola 

bilər. İnformasiya sahəsinin təbiətindən asılı olaraq,bu siyasəti həyata keçirən kad-

rlar xüsusi biliklərə sahib olmalı  və ixtisaslaşmış bacarıq inkişaf etdirməlidirlər. 

Geniş  mənada,informasiya siyasətinin peşəkarları,təkcə  informasiya idarəetməsi 

ilə məşğul olan mülki və hərbi heyət deyil, yüksək vəzifəli hərbçilər daxil, ictimai 

əlaqələrə qoşulan hər kəsdir

480



Peşəkarların ictimai informasiya üçün işlədilməsi, bu siyasətin nəticəsinin mak-



simum məhsuldar olması üçün idarəetmə qərarı deyil, o həmçinin, demokratik dav-

ranışın həyata keçirilməsində yetginlik göstəricisidir. O bu siyasətin yerinə yetiril-

məsinə,yaxşı praktikadan istifadəyə sadiqlik göstərir və sonda ictimaiyyətə hörmət 

və onunla hesablaşdığını göstərir.  

Bir sıra önəmli sahələr var ki, orada peşəkar kadrların və zəruri təcrübə və baca-

rığı olan rəhbər işçilərin həvəskarlardan daha məhsuldar olduqları sübut olunmuş-

dur. İnformasiya azadlığının ümumi fəlsəfəsinə baxsaq,onlar, onun strateji dəyərini 

və bu sahəni idarə edən prinsipləri və informasiya yayılması üçün qoyulan yatırı-

mın gözlənilən yüksək faydasını izah etmək və qorumaq baxımından daha əlverişli 

vəziyyətdə dururlar. Onlar,ictimaiyyəti məlumatlandırmaq kimi strateji məqsədi 

                                                            

480


 

Article 19 informasiya azadlığı qanunvericilik aktını həyata keçirən rəsmilər üçün təlim modulu 

hazırlamışdır və o, müdafiə rəsmiləri üçün də istifadə oluna bilər: Freedom of Information: Training 

Manual for Public Officials, London, 2005, bax 

www.article19.org 


 

486


sarsıtmadan,həssas informasiyaları qorumaq üçün  məhdudiyyətlərin tətbiq edilmə-

sində daha da təcrübəlidirlər. Onlar öz təşkilatlarının təsisat davranışı haqqında da-

ha yaxşı anlama sahibdirlər,onlar təlimatlardakı çatışmamazlıqları necə aradan qal-

dırmağı başa düşürlər və  müdafiə xarakterli məlumatların yayılması və saxlanması 

üçün uyğun qərarlar qəbul etmək səlahiyyətlərinə malikdirlər. Onlar həm də media 

və ictimaiyyət ilə işləmək üçün hazırlıq keçmişlər və müvafiq mesajların çatdırıl-

ması üçün daha yaxşı işləyirlər. 

Peşəkarlara bu iş üçün hazırlıq keçirilməsi və vəzifəli şəxslərə informasiya ilə 

işləmək və informasiya istifadəçiləri ilə davranmaq  üzrə hazırlıq keçirilməsi asan 

və ya ucuz iş deyil,lakin bu yazı üçün öyrənilən bütün hallar göstərir ki, bu yatırımi 

qoymağa dəyər. Yeni yaranmış demokratik ölkələrdə,informasiya siyasəti üçün tə-

ləb olunan sayda peşəkar hərbi və mülki kadrlar tapmaq çox çətindir,çünki əvvəlki 

kommunist rejimləri xalqa açıq informasiya vermək  əvəzinə,daha çox  nüfuz və 

təbliğat üzərində köklənmişdilər. Təhlükəsizlik və müdafiə sahəsində yüksək sə-

viyyəli təcrübəli mütəxəssislər mövcud ola bilər,lakin onların ictimai əlaqələr üzrə 

bilik və bacarıqları olmaz və ya əksinə. Xöşbəxtlikdən,beynəlxalq yardım planları 

bu hallarda hazırlıq çatmamazlıqlarını aradan qaldırmaq üçün kömək təklif edə bi-

lər. 


Hazırlıq davamlı proses olmalıdır,çünki hərbi reallıqlar və  hərbi mühit sürətlə 

dəyişir.İnformasiyanın ortaya qoyulması,qorunması və yayılmasında elektronik va-

sitələrdən daha yaxşı istifadə, hazırlığın harada davam etməsi üçün sadəcə bir nü-

munədir. Müasir müharibənin dəyişən reallıqları  və yeni növ təhlükələr, güclər, 

konsepsiyalar,silahlanma sistemləri də ictimaiyyətlə əlaqələr üzrə peşəkarların tək-

milləşdirilməsini tələb edir.   

Hazırlıq,davamlı olaraq,informasiya siyasətinin hissəsi olan proseslə, metodolo-

ji prinsiplərlə tamamlanmalıdır. Bəlkə də,ABŞ ordusunun etdiyi kimi,bunun üçün 

doktrina qəbul etmək zərurəti yoxdur

481


,lakin bu məqsədlərə necə çatmaq üçün ay-

dın ifadə edilmiş məqsədlər və təlimatlar toplusunun olması,yəqin ki,lazımdır.   

Hərbi məsələlərə maraq artdığından və yeni reallıqlar yarandığından,ictimaiyyə-

tin də hərbi informasiyalarla düzgün işləyə bilməsi üçün hazırlığı olmalıdır. Yenə 

də,ictimaiyyət dedikdə biz sadəcə bütöv xalqı deyil,həm də,xüsusən də,media,qey-

ri-dövlət təşkilatları,iş adamları, parlamentarlar və müdafiə sektoruna nəzəri və ya 

praktiki marağı olan digər rəsmi təşkilatları nəzərdə tuturuq. İnkişaf edən hərbi mə-

sələləri ağıllı surətdə başa düşmədən,informasiya siyasətinin məqsədləri həyata ke-

çirilə bilməz. 

2003-cü il İraq müharibəsi zamanı hərbi birliklərə təhkim olunmuş jurnalistlərin 

və studiyadakı  şərhçilərin söhbətləri,hazırlıqsız və bölgədən xəbərsiz  adamların 

                                                            

481

 US Joint Staff, Joint Publication 3-61: Public Affairs, 9 May 2005 



 

487


necə hərbi informasiyalarla işləməsini nümayiş etdirən ən yaxşı nümunələrdir, hət-

ta ABŞ-ın hava,dəniz və quru qüvvələrinə uzun müddətli,minimal məhdudiyyyətlə 

medianın çıxışını təmin edən açıq məqsədə baxmayaraq

482


.  Bu cür çatışmamazlıq-

ların səbəbi iki idi.Birincisi,bu praktika Müdafiə Nazirliyi tərəfindən İraq əməliy-

yatı başlamazdan qısa müddət öncə tətbiq edilmişdir və ondan öncə heç bir hazırlıq 

olmamışdır. İkincisi, müharibənin özü mübaliğəsiz olaraq, kənar müşahidəçiyə, is-

tər hərbi,istərsə də mülki olsun, başadüşülməz idi. 

 

1   ...   51   52   53   54   55   56   57   58   ...   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə