1 Willem F. van Eekelen


Amerika Ssenariləri ilə Müqayisə



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə51/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   47   48   49   50   51   52   53   54   ...   65

Amerika Ssenariləri ilə Müqayisə 

 

Avropalılar gücləndirilmiş  hərbi imkanlarla ssenarilər planlaşdırdığı halda, 



Amerikanlar isə daha az “müharibəni udmaq” ənənəvi məqsədləri üzərində və sa-

bitliyə və müharibədən sonra yenidən qurmaya fokuslanan ssenarilərə baxmaq tələ-

bi ilə üzləşmişlər. Balkanlarda və İraqdakı təcrübələr göstərdi ki,hərbi əməliyyatla-

rın özləri çox az zaman alır, lakin ondan sonrakı proses uzun zaman alan stabillik 

və milli dövlət quruculuğu ilə davam edir. Bu dövrdə də hərbi qüvvələr “öz varlıq-


 

447


ları ilə çəkindirmə” rolunu ifa edirlər və lazım olduqda, güc də tətbiq edirlər,lakin 

milli dövlət quruculuğu o zaman səmərəli olacaq ki,yaxın mülki-hərbi münasibətlər 

olsun. 

Faktiki olaraq AB Təhlükəsizlik Tədqiqatları İnstitutunun hazırladığı hesabatla 



eyni zamanda, ABŞ Milli Müdafiə Universitetinin(National Defence University) 

Texnologiya və Milli Təhlükəsizlik Siyasəti Mərkəzi güc işlədilməsi ssenariləri ilə 

stabilizasiya əməliyyatları haqqında hesabat dərc etdi

450


. Onun əsas nəticələrindən 

biri o idi ki,düşmənin olduqca tez bur zamanda məğlub edilməsi,ABŞ –ı,ideal ola-

raq,əsas döyüşlər başa çatan kimi bu resursları tezliklə  işə salmağa hazır olmağa 

məcbur edir. Bu o zaman baş verə bilər ki, stabilizasiya planları və yenidən qurma 

əməliyyatları,əvvəlcədən planlanan münaqişə prosesinin tərkib hissəsi olsun və dö-

yüş teatrında düşməni məğlub edən və ya darmadağın edən təcrübəli qüvvələr olsun. 

Keçmişdə,nisbətən uzun çəkən döyüş əməliyyatlarından sonra yenidən qurma əməliy-

yatları üçün vaxt tələb olunurdu və münaqişə sönəndən sonra ona başlanılırdı. Yeni 

problem,başa çatan əsas döyüş əməliyyatları ilə milli dövlət quruculuğu arasında yara-

nan uçurum  dövründə stabilizasiya və yenidən qurma əməliyyatlarıdır. 

Bu tezislərə qarşı cavablar haqqında fikir söyləmək hələ çox tezdir. Bu 1990-cı 

il  İraq müharibəsi zamanı hazırlanmış K. Pouell (C.Powell) doktrinasından tam 

uzaqlaşmaq olardı  və bu doktrina,kütləvi hərbi müdaxilə vasitəsilə  məsələni həll 

edib və mümkün qədər tez müddətdə döyüş zonasını tərk etməyi nəzərdə tuturdu. 

Ancaq,hesabat həm də onu qeyd edirdi ki,Soyuq Müharibədən sonrakı ABŞ müda-

xilələri getdikcə daha çox iddialı olmuş  və rejim dəyişikliklərini  əhatə etmişdir. 

Tez və qəti hərbi qələbə münaqişə sonrakı stabilizasiya mühitinin dinc olmasına tə-

minat verməmişdir və tarixi nöqteyi nəzərdən baxsaq, milli dövlət quruculuğu üçün 

beş və ya yeddi il tələb olunur. 

ABŞ Milli Müdafiə Universitetinin Texnologiya və Milli Təhlükəsizlik Siyasəti 

Mərkəzinin hesabatı, ABŞ güc planlaşdırmasının əsasını təşkil edə biləcək standard 

stabilizasiya və yenidən qurma modeli ssenarisinin olmadığı haqda qəti fikri daha 

da irəliyə apardı. Çox şey əməliyyatların miqyasından asılı olacaq və o, daha çox 

ölkənin ölçüləri ilə  və üzləşilən çətinliklərlə müəyyən edilir. Ona görə  də, ABŞ 

planlarının müəmmalılığı əsas amil ola bilər. Buna baxmayaraq, hesabat uzağa ge-

dən tövsiyələr hazırladı.  O, arama-axtarma və xilasetmə əməliyyatları üçün birlik-

lər təşkil etmək üçün iki birgə hərbi qərargah hazırlanmasını təklif etdi; birgə resur-

sları və cevik,modul, sayı artırıla bilən iki division ekvivalenti və taktiki döyüş im-

kanları ilə dəstəklənən, tez yeridilə bilən formada hazırlanmış hərbi polisi,mülki iş-

                                                            

450

 Hans Binnendijk and Stuart E. Johnson (eds.), Transforming for Stabilization and Reconstruction 



Operations, Washington D.C.: Center for Technology and National Security Policy, 2004. 

Available at:

http://www.ndu.edu/ctnsp/S&R_book/S&R.pdf

 


 

448


ləri,mühəndisləri,tibbi,psixolji  əməliyyatları  əhatə edən dörd briqada ölçülü qrup-

lar. Arama-axtarma və xilasetmə qüvvələri ilə birgə əməliyyatlara göndərmək üçün 

çox-idarəli mülki çevik qüvvələri təsis edilməlidir və hərbi nəzarət altında olan ara-

ma-axtarma qüvvələrinin milli dövlət quruculuğu missiyalarına, mülki nəzarət altı-

na keçidə hazırlamalıdırlar. 

 Avadanlıq sarıdan,yüksək prioritetli məmulatlara mülki hərbi qarşılıqlı uzlaşma 

üçün simsiz və yer üstü xəbərləşmə sistemləri,pilotsuz sistemlər,öldürücü olmayan 

silahlar,şəhər  əməliyyatları üçün aşkarlama cihazları,aparılan fəaliyyəti analiz et-

mək cihazları və planlaşdırma alətləri daxil idi. Xüsusi diqqət, müşahidə aparmaq 

və təhlükəni neytrallaşdırmaq üçün  pilotsuz aparatlara  verilir. İraqda iki cür pilot-

suz aparatdan istifadə edilirdi: biri yüksək hündülükdə uçan Hawk və o birisi orta 

hündürlükdə uçan Predator idi.Ətraflı yerli müşahidə üçün aşağı  səviyyədə uçan 

aparatlar tələb olunur, o cümlədən,Dragon Eye və binalara və kahalara girə bilən 

insansız maşınlar tələb olunur. Geniş bölgənin müşahidəsi şəxsi heyətə olan tələb-

ləri azaldır. 

Prezident Buş yenidən seçildikdən sonra,Pentaqondan çox fərqli xəbərlər gəl-

məyə başladı.Məlum oldu ki, 2005-ci il Dördtərəfli Müdafiə İcmalı hərbi strategi-

ya,güc strukturu və avadanlıqla bağlı köklü şəkildə yenidən qiymətləndirmə apara-

caq

451


. Ənənəvi təhlükə ilə bərabər,hərbi əməliyytalar aparılan zaman ABŞ qüvvə-

lərinin  əlavə üç, nizamsız,fəlakətli və dağıdıcı  təhlükələrlə üzləşəcəyini müəyyən 

etdilər:  

 

•  Nizamsız qüvvələr ABŞ-ın nüfuzunu və gücünü qeyri-adi metod-



larla, məsələn,terror,üsyan,vətəndaş müharibəsi və yeni peyda olan “qeyri 

məhdud müharibə” konsepsiyaları ilə azaltmağa çalışırlar. Onların baş ver-

məsi ehtimalı böyük idi; əgər səmərəli surətdə yoxlanılmasa,zəif nöqtələri 

də mülayim formada idi. 

•  Fəlakətli təhlükələr,Amerikanın liderliyini və gücünü kütləvi qır-

ğın silahları işlətməklə və ya kütləvi qırğın silahlarına bənzər təsirlə rəmzi 

məna daşıyan və mühüm yerlərə və ya digər yüksək dəyərli obyektlərə sür-

priz hücumla iflic etməyə çalışır. Nümunə kimi, 11 sentyabr hadisələri və 

kütləvi qırğın silahlarından və raket hücumundan terrorçuların istifadəsi 

ola bilər. Ehtimal az olsa da artır.Müdafiəsizlik qəbuledilməzdir,çünki sa-

dəcə bir hadisə Amerika həyat tərzini dəyişər. 

•  Dağıdıcı təhlükələr ABŞ-ın gücünü və nüfuzunu daraltmağa yönə-

lir və  qəbuledicilər,biotexnologiya,molekulyar səviyyədə miniatürizasi-

ya,kiber və kosmik əməliyytalar,enerji təsiri və başqa yeni üzə çıxan sahə-

                                                            

451


 ‘U.S. Revises Threat Scenarios’, Defence News, November 2, 2004. 

 

449


lər üzrə önəmli əhəmiyyət daşıyan imkanlar əldə etməklə edilir. Ehtimal az 

idi; müdafiə qabiliyyəti bilinmir,amma ümumi ehtiyatlılıq ondadır ki, stra-

teji sürpriz Amerikanı risk altına qoyar. 

 

Bütün bu səylərində içində önəmli məsələ, resursların hər hansı bir ssenariyə 



qarşı yönəldilməməsidir,ancaq bunu necə etmək qaranlıqda qalır və mobillik və çe-

vikliyə indi edilən vurğunu gücləndirmək isə davam edir. 

Avropa Təhlükəsizlik və Müdafiə Siyasəti ilə  əlaqədar Amerikanların iki rəyi 

vardır. Bu yeni hərbi imkanların yaranmasına gətirəcək, yoxsa yeni təşkilati struk-

turların yaradılması ilə məhdud resursların sərf edilməsinə aparacaq və aparılan iş-

lərin təkrarı olacaq? Əvvəlcə onlar NATO-da Avropa məsələsinin olmasına müqa-

vimət göstərdilər və bu işə Alyans daxilində bölünmə kimi baxdılar. Onlar Avropa 

kimliyinin dumanlı adı ilə razılaşa bilərdilər,lakin o da heç vaxt aydınlaşdırılma-

452


. Eyni hal “ayrıla bilən,lakin ayri olmayan” qüvvələr prinsipinə  də tətbiq edi-

lirdi və bu anlayış Prezident Klintonun prezidentlyinin birinci dövründə hazırlandı. 

Zaman keçdikcə,ABŞ,Avropalıların Balkanlara göndərdikləri çox sayda qüvvələri 

yüksək qiymətləndirdi,lakin 9/11-dən sonra  və özünün ilkin birtərəfli adddımların-

dan sonra,Birləşmiş Ştatlar daha çox NATO-nun geniş iştirakını və ya İttifaq üzvlə-

rinin könüllülük əsasında və ya xüsusi hallar üçün koalisiyalar qurmalarını arzu 

edirdi. Təəccüblüdür ki, bu praktika Əfqanıstanda mümkün oldu,İraqda isə yox. 

Hələ bilinmir ki, NATO “qlobal” olmağa doğru  gedəcək,ya yox.  İSAF daxilin-

də,o, Amerikan qüvvələrinin iştirakı olmadan önəmli rol oynayır.İraqda onun rolu 

yerli hərbi qüvələrin təlimi ilə məhdudlaşır. Avropalılar üçün əhəmiyyətli məsələ, 

Ramsveldin “missiya koalisiyanı müəyyən edəcək” sözlərinin, hansı dərəcəyə qə-

dər NATO məsləhətləşmələrini məhdudlaşdıracağıdır. Ramsveldin sözlərindən be-

lə çıxırdı ki, NATO üzvlərinin yalnız Amerikanların artıq qərar verdikləri əməliy-

yata qoşulmaqdan başqa variantı yoxdur. Əksinə,“koalisiya missiyanı müəyyən 

edəcək” anlayışı böhranı həll etmək üçün birgə yanaşmanı vurğulayır. Bu konsep-

tual məsələlərdən əlavə, Avropalılar öz köməklərini, ümumi fəaliyyətə, əməliyyat-

ların aparılmasına real təsir etmək imkanları olan fəaliyyətlərə verəcəkləri ilə əla-

qələndirirlər. Digər tərəfdən, Amerikanlar da, Avropalıların regional səviyyənı 

aşan və Avropa qitəsindən və onun perimetrindən kənara çıxan bacarıq və hazırlığa 

malik olduqları haqda qeyri müəyyəndirlər. AB özünün indiki “tarazlı olmayan”

453

  

çatışmazlığını  dəf edəcəkmi və effektiv qərar qəbul etməyə bacarığı olacaqmı  və 



                                                            

452


 

ABŞ-ın etirazı 1991-ci il 20 Fevralda ‘Bartholomew Telegram’-I ilə ifadə olunmuşdur və  W. van 

Eekelenin yazısında getmişdir, Debating European Security, CEPS/Sdu, 1998, pp. 340-344. 

453


 Bi ifadə General Klaus Naumann (Əməklı) istifadə edilmişdir.  Bulletin Vol XI. 3, August 2000 of 

The Atlantic Council of the United States, ‘Implementing the European Security and Defense 

Policy: a practical vision for Europe’. 


 

450


Amerikan müttəfiqləri ilə texniki olaraq çiyin-çiyinə vuruşa bilən qüvvələri saxla-

mağa gücü çatacaqmı? Və ya Avropa Təhlükəsizlik və Müdafiə Siyasəti hərbi mə-

nası olmayan,deklarativ siyasət olacaq? Bu sual Atlantik Okeanının hər iki tərəfin-

də soruşulur

454



 



Avropa Müdafiə Agentliyinə Doğru 

 

Avropa silahlanma əməkdaşlığının tarixi uzun və adi olmuşdur. Bu çöxlu sayda 



təşkilati məqamların ardıcıllığı olmuşdur. Avropa Konstitusiyasını hazırlayan Kon-

vensiya bu problemə yeni metodla yanaşmışdır. 

Əvvəlki hərbi avadanlıq təşkili ilə müqayisədə, onun mandatının önəmi Avropa 

Potensial Qurmaq Addımları Planı (APAP) ilə,müdafiə texnologiyası və sənaye ba-

zası ilə,tədqiqat və texnologiya,alqı-satqı və qiymətləndirmə ilə əlaqədə olmasıdır. 

Tələbatların nə qədər tez müzakirə olunmasının xüsusi əhəmiyyəti vardır. Keçmiş-

də tez-tez,ölkə tələbləri nisbətən sərt olandan sonra birgə layıhələr qurulurdu və bu 

da münaqişəli ölkə tələblərinə ümumi həll tapılması tapşırıqlarını çox  çətinləşdirir-

di. Şübhəsiz, müdafiə satınalmaları artıq əsasən silahlanma direktorluğunun ixtiya-

rına buraxılmış  iş deyil və bu işə geniş kontekstdən yanaşılır.   Bu  səbəbdən yeni 

ada ehtiyac var:Avropa Müdafiə Agentliyi. Bu işi həyata keçirmək böyük problem-

lər yarada bilər,çünki bütün ölkələrin müdafiə nazirlikləri bu cür inteqrasiyalı ya-

naşmaya özlərini asılı qoymazlar. Ona görə də biz ölkə strukturlarında təşkilati də-

yişikliklər gözləməliyik və yəqin ki,bu parlamentarlar üçün maraq kəsb edəcək. 

 

Avropa Müdafiə Agentliyinin mandatında deyilir: 



•  Üzv ölkələrin hərbi imkan əldə etmək məqsədlərinin müəyyən 

edilməsinə  dəstək verməli və üzv ölkələr tərəfindən verilən hərbi imkan 

öhdəliklərinə riayət edilməsini qiymətləndirməli; 

•  Operativ ehtiyacların ahəngləşdirilməsini təşviq etməli və effek-

tiv,uyğun gələn alqı-satqı metodlarını qəbul etməli; 

•  Hərbi imkanlar əldə etmək məqsədlərini çoxtərəfli layihələr təklif et-

məklə yerinə yetirməli,üzv ölkələr tərəfindən yerinə yetirilən proqramların ko-

ordinasiyasını təmin etməli və konkret birgə proqramları idarə etməli; 

                                                            

454


 Kori N. Schake-nin yazdığı yazı: August 2001 issue of Strategic Forum of the Institute for 

National Strategic Studies of the National Defense University in Washington D.C. under the title ‘Do 

European Union Defence Initiatives Threaten NATO?’  Onun gəldiyi nəticə o olmuşdur ki, 

Avropanın Amerikadan asılılığının dərəcəsi  Amerika maraqlarına böyük təhlükə yaradır, nəinki onun 

müstəqil subyekt kimi müdafiə siyasəti yeritməsi. Avropa Təhlükəsizlik və Müdafiə siyasəti  NATO 

hərbi qüvvələri arasında uyğunsuzluğa cavabdeh deyil,lakin onlar arasındakı problemləri pisləşdirə 

bilər. 


 

451


•  Müdafiə texnologiyası tədqiqatını dəstəkləməli,birgə tədqiqat fəa-

liyyətlərini planlaşdırmalı  və  gələcək operativ tələbatları qarşılamaq üçün 

texniki həll yollarını öyrənməli; 

•  Müdafiə sektorunun sənaye və texnoloji bazasını gücləndirmək 

üçün lazımi tədbirlərin müəyyən edilməsinə və zəruri olarsa,yerinə yetiril-

məsinə və hərbi xərclərin effektivliyinin təkmilləşdirilməsinə kömək edil-

məli. 

 

Salonikidə keçirilən Avropa Şurası, Konstitusiyanın ratifikasiya olmasını gözlə-



məmək və Agentlyin mümkün olduqca tez işə başlamasına qərar verdi. Britaniya 

müdafiə nazirinin siyasi məsələlər üzrə köməkçisinin müavini Cənab Vitninin(Mr. 

Witney) rəhbərliyində Hazırlıq komitəsi formalaşdırıldı  və o çox tez işə başladı. 

2004-cü ilin İyunun 14-də,Şura Avropa Müdafiə Agentliyi(EDA) yaratmaqla “Bir-

gə Addıma” razılaşdı.Onun icra direktoru və müavini təyin edildi ki, işçilər Sen-

tyabrdan işə başlasın.Bu iki nəfərdən başqa,beş direktor da təyin edildi. 2004-cü 

ilin sonuna 20-30 işçi işə götürülməli idi. 2004 üçün büdcə 2 milyon,2005 üçün 

maaşları,avadanlıqları  və imkan çatmamazlıqları ilə bağlı ilk tədqiqatları  əhatə 

edən 24 milyon Euro olmuşdur.Uzun-müddətli qərarlar Nazirlər kabineti tərəfindən 

yekdilliklə qəbul olunmalıdır,lakin illik proqramlar bütün iştirakçı dövlətlərin təm-

sil olunduğu İcra Komitəsi tərəfindən çoxluğun səsi ilə müəyyən edilir.Danimarka 

bu Agentliyə qoşulmamışdır. 

 

İxrac Nəzarəti 

 

1994-cü ilin19 Dekabrında AB Şurası,AB ilə ümumi xarici və təhlükəsizlik si-



yasəti arasında, qarşılıqlı əlaqə kimi, üçüncü ölkələrə

455


 ikili istifadə olunan mallara 

ixrac nəzarət rejimi müəyyən etdi. 2000-ci ilin İyulunda,bu sistem 133-cü Maddə 

əsasında yeni nəzarət sistemi ilə əvəz olundu  və beləliklə həm prinsipləri,həm də 

siyahıları Komissiyanın səlahiyyətinə verdi və ona özəl təşəbbüs hüququ verdi.Be-

ləliklə,bütün  Şura qərarları  əvvəlki yekdillik prosesindən fərqli olaraq  çoxluğun 

iradəsi  əsasında qəbul edilməli idi. Digər tərəfdən, Burkard Smidtin

456

 (Burkard 



Schmitt)gəldiyi nəticəyə görə,nəzarət edilən məmulatların siyahisi  beynəlxalq si-

                                                            

455

 Council Regulation (EC) 3381/94 and Council Decision 94/942/CFSP Avropa Birliyinin rəsmi 



jurnalında dərc edilmişdir. L 367 of 31 December 1994, pp. 1-163. Təlimatda ifadə olunan 

nəzarət prosedurları və mexanizmləri Birlik qanununun bir hissəsi oldu.  

456

 ‘A Common European Export Policy for Defence and Dual-use Items?’ Occasional Paper No. 25, 



QAB Təhlükəsizlik araşdırmalarıİnstitutu,May 2001. pp. 8-9. See also Chaillot Paper No. 63, p. 

31. Council Regulation (EC) 1334/2000 of 30 June 2000  beş  dəfə düzəliş edilmişdir. Son 

birləşmiş variantı Regulation 149/2003, Official Journal L 30/2003. 


 

452


lahların-yayılmaması rejiminin siyahısında müəyyən edilən məmulatlardan təşkil 

olunduğundan ( məsələn, Wassenaar sazişi,raket texnologiyası nəzarət rejimi,nüvə 

texnologiyası təmin edən ölkələr), və Komissiya orada təmsil olunmadığından,üzv 

ölkələr  əlverişli mövqelərini saxlayırlar. Lakin, yalnız  əgər ölkə  nəzarəti düzgün 

olarsa və  sənaye  əməkdaşlıq edərsə, o zaman effektiv riayət etmədən söhbət ge-

dər


457

. Avropa hökümətlərii Cəmiyyətiətnin sənaye ilə qeyri rəsmi  əlaqələri var-

dır,sadəcə  İsveç,  İsvec  İxrac Nəzarəti Cəmiyyəti simasında təsisatlaşmış modelə 

malikdir və bu təsisat, şirkətləri  İsveç,AB və ABŞ-ın siysətində baş verən dəyişik-

liklərlə bağlı məlumatlandırır və onların fikirlərini hökümətə çatdırmaqla bu işi ko-

ordinasiya edir. 1991-ci ildən başlayaraq,ABŞ  –ın biznes üzərində icra nəzarəti 

(Business Executive Enforcement Team),təhlükəsiz elektronik şəbəkə ilə ikili isti-

fadə olunan məhsulları ixrac edən firmalarda çalışan 3000 nəfəri ABŞ Kommersiya 

Nazirliyinin İxrac üzərində nəzarət İdarəsi ilə əlaqələndirir

458


.  

AB-nin müəyyən etdiyi yeni rejim,1998 –ci ilin İyunun 8-də  Şura tərəfindən 

Ümumi Xarici və Təhlükəsizlik Siyasəti çərçivəsində Bəyannamə kimi qəbul edil-

miş Silah İxracı üzrə Davranış Kodeksini təkmilləşdirir. Bu Kodeks ŞuranınSilah-

lara Nəzarət üzrə İşçi Qrupu tərəfindən hazırlanmışdır və ona səkkiz kriteria daxil-

dir


459

•  AB ölkələrinin öz beynəlxalq öhdəliklərinə hörmət etməsi,xüsusilə 



də,BMT,AB verdiyi sanksiyalar və silahların yayılmaması ilə bağlı sanksi-

yalardan çıxan öhdəliklərə; 

•  Idxal edən ölkədə insan hüquqlarına hörmət; 

•  Idxal ölkəsində daxili vəziyyət; 

•  Regional sülh,təhlükəsizlik və stabilliyin qorunması; 

•  Üzv ölkələrin və həmçinin,müttəfiq və dost ölkələrin milli təhlükə-

sizliyi; 

•  Alan ölkənin beynəlxalq birliyə olan münasibəti,xüsusən də, onun 

terrorçuluğa münasibəti,onun olduğu hərbi ittifaqın təbiəti və beynəlxalq 

hüquqa olan münasibəti; 

•  Alan ölkə ərazısində avadanlığın başqa əllərə düşməsi riski və ya 

arzu olunmayan şərtlər altında başqa yerə ixrac edilməsi; 

•  Ixrac edilən silahların alan ölkənin texniki və iqtisadi imkanları ilə 

uyğun gəlməsi. 

                                                            

457


 Bax ‘Business and Security, Public-Private Relationships in a New Security Environment’, Alyson 

J. K. Bailes and Isabel Frommelt (eds.). SIPRI and Oxford University Press, 2004, Chapter 6 

‘Strategic Export Controls and the Private Sector,’ pp. 76-83. 

458


 Ibid, p. 16, footnote 62. 

459


 

Avropa  Şurasının Luxembourg (29 June 1991) və Lissabon  (26-27 June 1992) görüşlərində 

müəyyən etdiyi.. 


 

453


2000-ci il İyul qaydası, problemlər yarandığı halda,məsələn, bir üzv ölkə başqa-

sına ixrac lisenziyası vermədikdə, məsləhətləşmə mexanizmi müəyyən etmişdir. 

Üzv ölkələr,bir-birini ixrac lisenziyalarını rədd etdikləri haqda məlumatlandırmalı-

dırlar,əgər onların rədd etməyə niyyətləri varsa məsləhətləşməlidirlər və onun sə-

bəblərini izah etməlidirlər. Birlik səviyyəsində,lisenziya işçilərindən və gömrük iş-

çilərindən təşkil olunmuş və Komissiya tərəfindən sədrlik edilən koordinasiya qru-

pu müntəzəm surətdə görüşərək Təlimatın praktiki tətbiqi ilə bağlı müzakirə aparır 

və ümumi şərhlər hazırlayır. Bu asan iş deyil,çünki rəhbər prinsiplər aydın deyil və 

ona görə də müxtəlif ölkə siyasətləri üçün bu qaydanı ümumi çərçivə formasına sa-

lır.Üzv ölkələr bir-birinin ixrac lisenziyalarını tanıyırlar,lakin bu o demək deyil 

ki,onun müddəaları ilə razıdırlar. Ümumi ixrac siyasəti olmadığı halda məsləhətləş-

mə mexanizminin onu necə məhsuldar şəkildə əvəz etməsi bilinəcək. Və bu məsələ 

parlament gündəliyində mühüm məsələ kimi qalacaqdır. 

 

Komissiyanın Rolu 

 

Komissiyanın tədqiqat və texnologiya sahəsinə  təsir etmək imkanı olacaqdır. 



Onun Çərçivə Proqramları,dördillik dövrləri  əhatə edərək,texnoloji inkişafın  əhə-

miyyətli sponsoruna çevrilmişdir. 1984-cü ildən bəri onlar artıq özlərinin altıncı 

dövrünə çatmışlar və burada AB-nin maliyyələşdirdiyi məbləğ 17,5 milyard Euro 

olmuşdur və o da mülki sahədə ictimai tədqiqat üçün ayrılan pulların 5.4 faizidir. 

Yeddi tematik prioritet sahələrindən biri aeronavtika və kosmosu əhatə edir.  Çərçi-

və Proqramlarının sadəcə mülki layihələri maliyyələşdirməsinə baxmayaraq,onlar 

öz fəaliyyətlərinin hərbi tərəfindən də faydalanırlar. Istənilən halda,ictimai tədqiqat 

və inkişaf proqramlarının maliyyələşdirilməsi hərbi avadanlığa olan tələbatın azal-

dığı dövrdə sənayenin rəqabətli qalmasına kömək edəcək. Digər tərəfdən,ikili isti-

fadə oluna bilən texnologiyalar yavaş-yavaş Çərçivə Proqramlarına daxil edilmiş-

dir, məsələn, Ətraf Mühit və Təhlükəsizliyin Qlobal monitorinqi,təhlükəsiz xəbər-

ləşmə  və  İT  şəbəkələrinin təhlükəsizliyi məsələləri. Son dövrlərdə,AB, hərbi və 

mülki tədqiqat arasında  əlaqəni qəbul etmişdir. 20\21 Mart 2003 Avropa Şurası 

Prezidentliyi Nəticələri, “müdafiə  və  təhlükəsizlik xarakterli tədqiqat və inkişaf 

proqramlarının,qabaqcıl texnologiyanın inkişafında və onun vasitəsilə yenilik və 

rəqabətliliyin artırılmasında rolunu” açıq şəkildə dəstəkləmişdir. Şura “Birliyin tər-

kibində ümumi elmi tədqiqat və inkişafla bağlı proqramların kontekstində,müdafiə 

xarakterli tədqiqatların rolunu,o cümlədən,Şura tərəfindən hökümətlərarası müdafiə 

potensialının inkişaf etdirilməsi və alqı-satqı agentliyi yaradılmasını analiz etməyə” 

dəvət edildi

460

. Bir neçə ay sonra,Salonikidə Avropa Şurası bu cür Agentliyin yara-



                                                            

460


 Quoted by Burkard Schmitt in Chaillot Paper No. 63, p.35. 

 

454


dılmaına davam dedi. “Lissabon gündəliyinin” əsasını təşkil edən yenilikci fəaliy-

yət və rəqabətliliyi gücləndirmək tezisinə artan diqqət, bir çoxlarının bu yeni struk-

turun hökümətlərarası olmasını  bəyənməməsinə baxmayaraq, bu gür gedişlərin 

xeyrinə olan gedişlərdir. Eyni zamanda, Avropa Komissiyası, 2007 və sonrakı illər 

üçün Avropa Təhlükəsizlik Tədqiqatı Proqramı(ATTP) hazırlayır. 

Prodi Komissiyası Müdafiə satınalmaları üzrə yaşıl sənəd dərc  etmişdir. Onun 

məqsədi, müdafiə satınalmaları bazarında normalar və qaydaların müzakirəsinin tə-

şəbbüslərinin AB səviyyəsində açılmasına cəhd etmək idi. Müdriklər qrupunun 

məsləhəti ilə hərəkət edərək, o, Avropa Təhlükəsizlik Tədqiqatı Məsləhət Heyəti-

nın yaradıldığını və Avropa Təhlükəsizlik Tədqiqatı Proqramının başlandığını elan 

etdi

461


.  O, bəyan etdi ki, əsil Avropa bazarı Avropa sənayesinin rəqabətliliyinin güc-

lənməsi üçün vacibdir,lakin indiki halda bazarlar ölkələr üzrə dağınıq olaraq yayılmış-

dır və onlar daha çox ölkə istiqamətlidir və hüquqi tərəfləri də mürəkkəbdir. 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin