1 Willem F. van Eekelen



Yüklə 4.6 Mb.
PDF просмотр
səhifə48/65
tarix24.04.2017
ölçüsü4.6 Mb.
1   ...   44   45   46   47   48   49   50   51   ...   65

Məhkəmə Hakimiyyəti və Nəzarəti 

 

Qanun,kəşfiyyat fəaliyyətlərini tənzimləməlidir və onun düzgün yerinə yetiril-

məsi,qorunması  və  şəffaflığını  təmin etmək üçün prosedurlar müəyyən etməlidir. 

Hüquqi çərçivə olmadan,qanunvericilik nəzarəti, icra hakmiyyəti və məhkəmə nə-

zarətinin isnad nöqtəsi olmaz və onların işinin də mənası olmaz. Hökümətin bu üç 

qolunun bir-birindən müstəqilliyi,onların müxtəlif nəzarətedici rollarının işini dra-

matik dərəcədə gücləndirir

433


.  

Məhkəmə hakimiyyəti və nəzarəti “qeyri-məhdud” parlament nəzarəti ilə müqa-

yisədə məhduddur

434


. O siyasi məsələlərlə yox,hüquqi məsələlərlə məşğul olur. Hü-

                                                            

432

 But see also Lowenthal, op. cit. p. 162.



 

433


   

Manget, Frederic F. 1996. Another System of Oversight: Intelligence and the Rise of Judicial 

Intervention. Studies in Intelligence. Vol. 39, no. 5; pp. 43-50. 

434


 Idem 

 

418


quqi orqanlar bütün qanunları gözdən keçirir və onların konstitusiyaya uyğun olub 

–olmadığını  şərh edir. Onun, kəşfiyyatı  nəzarət etmək məsələsində rolu məhdud-

dur,lakin o,zaman –zaman kəşfiyyat fəaliyyətlərinin aparılması gözdən keçirildikdə 

əhəmiyyətli ola bilər.Kəşfiyyat fəaliyyətlərinin müstəqil məhkəmə tərəfindən göz-

dən keçirilə bilməsi faktı  önləyici tənzimləmə  növü yaradır. Məhkəmə orqanla-

rı,kəşfiyyat məsələlərində daha çox icra qoluna hörmətlə yanaşsa da, məhkəmə ha-

kimiyyəti hökümət sirliliyinin ən yaxşı arbitri ola bilər.  

Liberal demokratik ölkələrdə hökümət sirliliyi, ümumiyyətlə, arzu edilən deyil. 

O hökümət təsisatlarının leqitimliyini məhv edə bilər və siyasətçilərin və dövlət 

qulluqçularının cavabdehliyini şikəst edə bilər. O, vətəndaşların fundamental hü-

quqlarının pozulmasını gizlədər. Hökümətlərin içində sirlilik artmağa doğru ge-

dir.Məhkəmə hakimiyyəti bu cür artıma aparan yellənməni tarazlaşdırmalıdır və o, 

hökümət sirliliyi problemlərini, kəşfiyyat fəaliyyətlərinin təhlükəsiz icmalı üçün 

şəraıt yaradaraq,qəbul edilmiş qanunlara riayət etməklə, ictimaiyyətin vəkili kimi  

təkmilləşdirməlidir. 

Kəşfiyyat xidmətləri qanuna tabe olmalıdırlar və istənilən pozuntu üçün cəza 

qanunda təsbit olunmalıdır.Cavabdehlik üçün heç bir qanuni tədbirlər görülməsə 

demokratiya olmaz. Qanun aliliyinə görə,kəşfiyyat xidmətlərinin funksiyaları  və 

fəaliyyətləri demokratik,konstitusional qaydanı qorumaq üçün zəruri tədbirlərdən 

kənara çıxa bilməz. Konstitusional qayda, fundamental azadlıqlar və hüquqlar top-

lusundan və bu hüquqların pozulmasını qorumaq üçün təsirli tədbirlərdən ibarətdir. 

Heç bir kəşfiyyat xidməti bu hüquqları və azadlıqları təhlükədə qoya bilməz; əgər 

edərsə, o zaman o konstitusional qaydanı qorumaq əvəzinə onu pozar.  

Beləliklə, demokratik ölkələrdə “ən yaxşı praktika” odur ki, kəşfiyyat xidmətlə-

ri özlərinin Konstitusiyaya bağlı olduqlarını və ölkənin qəbul etdiyi qanunlara tabe 

olduqlarını  bəyan edirlər. Buraya ölkənin imzaladığı beynəlxalq müqavilələrdən 

doğan öhdəliklər və digər beynəlxalq sazişlər də daxildir, eyni tərzdə onlar hökü-

mət qərarları,prinsipləri və çox sayda nazirlik və idarə direktivlərinə də bağlıdırlar. 

“Yaxşı praktika”,ideal olaraq,baş prokuror tərəfindən təsdiq edilmiş    və dövlətin 

vətəndaşlarından və daimi yaşayış üçün izn verilmiş yabancılardan məlumat top-

lanması,analizi və yayılmasını idarə edən daxili kəşfiyyat prinsiplərini müəyyən et-

məkdir. Digər “yaxşı praktika”,humanitar təşkilatlarda,məsələn Beynəlxalq Qırmı-

zı Xac cəmiyyətində və yerli Qırmızı Xac cəmiyyətində çalışan, humanitar yardım 

və inkişafla məşğul olan işçilərdən istifadə olunmasını, həmçinin, əməliyyat məq-

sədləri üçün ruhanilərdən,media işçiləri və alimlərdən

435


 istifadəni məhdudlaşdıran 

xarici kəşfiyyat üçün prinsiplər müəyyən etməkdir. 

                                                            

435

 

Hulnick, Arthur S. Winter 1986-1987. CIA’s Relations with Academia: Symbiosis Not Psychosis. 



International Journal of Intelligence and Counterintelligence. Vol. 1, no. 4; pp. 41-50. 

 

419


Demokratik ölkələrdə,kəşfiyyat xidmətlərinin hər hansı polis,məhkəməyə çağır-

ma, və ya hüquq mühavizə  səlahiyyətləri bir qayda olaraq qadağan edilir. Lakin, 

“yaxşı qayda” kimi,kəşfiyyat xidmətlərinin ölkə daxilində hər hansı əks-kəşfiyyat 

və  ya  xarici  kəşfiyyat məqsədləri üçün elektronik müşahidə  və ya fiziki axtarış 

aparmazdan öncə məhkəmə qərarı və ideal halda, xüsusi məhkəmə qərarı tələb olu-

nur. Bu praktika ilə, məhkəmə inandırılmalıdır ki,təhqiqat hədəfi dövlətin təhlükə-

sizliyi üçün təhlükədir və digər texniki metodlar zəruri məlumatların toplanması 

üçün faydasız olmuşdur

436



Digər “yaxşı praktika” ondan ibarətdir kidaxili kəşfiyyat məlumatı əldə etmək 



üçün istifadə edilən xüsusi tədbirlər,onlar hökümətin legitim tələbatları ilə bağlı ol-

masına baxmayaraq,şəxsi həyat,mülki azadlıqlar və mülki hüquqlar konsepsiyaları-

na hörmət edən və qoruyan tərzdə aparılacaqdır. Bilavasitə,burada nəzarət  çox la-

zımdır.  Şübhəli bilinən vətəndaşların insan hüquqları  və başqa azadlıqlarının qo-

runması zəruridir və eyni zamanda zərər çəkəcəyi ehtimal olunan başqa vətəndaşla-

rı üzləşdikləri ciddi təhlükələrdən qorumaq lazımdır. Hüquqi nəzarət,fərdi hüquqla-

rın qorunması  ilə əhəmiyyətli məlumatın əldə edilməsi arasında düzgün tarazlıq əl-

də edən məhdudiyyət qoymalıdır. Beləliklə,məlumat toplama prosedurları,bir qay-

da olaraq, ən yüksək məhkəmə orqanları tərəfindən qəbul edilir,əsasən də Baş Pro-

kuror tərəfindən. Bu cür prosedurlar,məlumatların mümkün olan ən az müdaxiləe-

dici vasitələrlə toplanmasını təmin edir və qanuni hökümət məqsədləri üçün bu mə-

lumatların istifadəsini məhdudlaşdırır.  

Digər tərəfdən,daxili kəşfiyyat idarəsi tərəfindən aparılan əməliyyatlar, ictima-

iyyətin nümayəndələrinin kəşfiyyat xidməti haqqında  şikayətlərinin araşdırılması 

və nazir tərəfindən verilən orderlərin nəzərdən keçirilməsi kimi məsələlər məhkə-

mə  təhqiqatl mövzusu ola bilər. Burada ”ən yaxşı praktika” odur ki,məhkəmə-

lər,baxılan işdə günahsız və günahgar məsələsi ilə bağlı olan bütün məxvi məlu-

matları əldə etməyə tam hüquqa  malik olsun. O bu anlama gətirir ki, məlumatlar 

açıqlandığı zaman,gizlilik iddialarının nəyə görə  zərbə alacağı əsaslandırılmalıdır. 

Hüquqi hakimiyyət və nəzarətin təsirli olması üçün,Baş prokuror ; 

 

•  Xidmətlərdən hesabatlar almalı və onları nəzərdən keçirməlidir. 



•  Cavabdeh nazirlərə,baş nazir və ya prezidentə hər hansı kəşfiyyat 

fəaliyyətlərinin qanuniliyinin sual doğurması haqqında vaxtlı-vaxtında 

hesabat verməlidir. 

•  Cavabdeh nazirlərə,baş nazir və ya prezidentə kəşfiyyat xidmətlə-

                                                            

436


 Sandberg, Justin M. Winter 2002. The Need For Warrants Authorizing Foreign Intelligence 

Searches of American Citizens Abroad: A Call For Formalism. The University of Chicago Law 



Review. Vol. 69, no. 1; pp. 403-427. 

 

420


rindən gələn xəbərələrə cavab olaraq qəbul edilən qərarlar və ya addımlar 

haqqında hesabat verməlidir 

•  Cavabdeh nazirlərə,baş nazir və ya prezidenti, kəşfiyyat xidmətlə-

rinin əməliyyatlarına təsir edən hüquqi rəylərlə məlumatlandırmalıdır. 

•   Kəşfiyyat fəaliyyətlərinin aparılması prosedurlarını bəyənir və ya 

müəyyən edir. Bu cür prosedurlar qanunlara riayət edilməsini təmin edir, 

konstitusiya hüquqlarını və şəxsi həyatı qoruyur və dövlətin içində aparı-

lan və ya hər hansı vətəndaşa qarşı yönələn istənilən kəşfiyyat fəaliyyəti-

nin ən aşağı müdaxiləedici vasitələrlə aparılmasını təmin edir. Prosedur-

lar,kəşfiyyat fəaliyyətləri vasitəsilə vətəndaşlarla əlaqədar əldə edilən mə-

lumatların istifadəsi,yayılması  və arxivdə saxlanmasını ancaq hökümət 

məqsədlərinin əldə edilməsi zərurəti üçün məhdudlaşdırmalıdır. 

 

Kəşfiyyat xidmətlərinin fəaliyyətlərinə qoyulan məhdudiyyətlərdən başqa, bu 



xidmətlər və onların işçiləri hüquqi prosesə də məruz qalırlar. Başqa hökümət ida-

rələri və  işçiləri kimi, onlara rəsmi vəzifələrini yerinə yetirən zaman törətdikləri 

əməllərə görə iş qaldırıla bilər. Milli təhlükəsizlik maraqlarını qorumaq üstündə hər 

hansı fərdin qanunu pozduğu haqda təqib olunması az rast gəlinən haldır: qanunları  

pozanlar məsuliyyətə cəlb oluna bilər,mülki və cinayət işlərində məhkəməyə çağı-

rıla bilər və ya inzibati sanksiyalara məruz qala bilər və onlar məhkəmə qərar ve-

rərsə məlumatı açıqlamalıdırlar. 

Kəşfiyyat xidmətlərinin işçilərinə daxili məhkəmələrə getməyə imkan yaradan 

məhkəmə hakimiyyətinin fərqli və zəif forması qurula bilər.  Mülki hüquqların qo-

runması üçün Ombudsmanlığın təsis edilməsi,kəşfiyyat xidmətlərini nəzarət etmək 

üçün təsirli alət ola bilər. 

 

Ictimaiyyət tərəfindən Qeyri rəsmi və Dolayı Nəzarət 

 

Mülki cəmiyyət təşkilatları olan QHT-lər,lobbiçi,təzyiq və insan hüquqları 



qrupları,siyasi partiyalar,peşəkar,mədəniyyət və digər müdafiə və ya xüsusi maraq 

birlikləri və media kəşfiyyat xidmətləri üzərində faydalı nəzarət funksiyaları həyata 

keçirə bilər.  İctimaiyyət tərəfindən nəzarətin həyata keçirilməsi

437


, kəşfiyyat xid-

mətinin məqsədlərinin hər hansı partiya və ya fərdlər qrupuna yox, bütövlükdə cə-

miyyətə faydalı olduğunu təmin etməyə kömək etməkdir. Mülki cəmiyyət subyek-

tlərinin səfərbər edilməsi,hesabatlılıq təsisatlarının öz mövqelərini siyasi rəhbərliyə 

qarşı gücləndirmək yoludur. 

                                                            

437

 Vitkauskas, Dovydas. June 1999. The Role of a Security Intelligence Service in a Democracy



Chapter III, Opening up to the public scrutiny. Brussels: NATO. Democratic Institutions Fellowship 

Programme. pp. 49-51 



 

421


Yaxşı  məlumatlı  cəmiyyət, hökümətin məsuliyyətli və hesabatlı olmasına kö-

mək etdiyindən,o, nəzarət və şəffaflığı da gücləndirə bilər,məsələn,”məlumat azad-

lığı” qanunverici aktı vasitəsilə,müəyyən dövrdən sonra kəşfiyyat fəaliyyətlərinin 

açıq olması və gizli materialların müəyyən dövrdən sonra ictimaiyyətə açıqlanması 

qaydaları mümkün olur. By gecikmiş şəffaflıq imkanı demokratk nəzarəti irəli apa-

rar. Ona görə  də, sənədlərin gizliliyinin açılması  əhəmiyyətli məsələdir,çünki sə-

nədlər ictimaiyyətə açıqlanmasa, mülki cəmiyyətin kəşfiyyat üzərində  nəzarəti 

üçün çox az mexanizmlər qalır. ABŞ və Kanadada kəşfiyyat xidmətləri,başqa hö-

kümət idarələri kimi İnformasiya Azadlığı Aktına

438


 bağlıdırlar. Media və vətəndaş 

qrupları bu hüquqlardan istifadə edib, uzun müddət ictimai gözdən uzaq olan hökü-

mət fəaliyyət sahələrini öyrənirlər. İnformasiya azadlığı ilə baqlı qanunvericiliyin 

qəbul edilməsi ilə bağlı QHT-lərin uğurları, mülki cəmiyyətin kəşfiyyat xidmətləri 

üzərində nəzarətdə hansı güclü rolu oynaya biləcəyinin əyani sübutudur

439


Ölkəyə qarşı yönələn təhlükələrin konkret şəkildə ifadə olunması və ictimaiyyə-

tin bu təhlükələr haqda maarifləndirilməsi çox mühümdür. Bu kəşfiyyat xidmətləri-

nə ictimai dəstəyin artması ilə nəticələnəcək və həmçinin,daha böyük nəzarətə gəti-

rəcəkdir. 

Mülki cəmiyyət təşkilatları,hesabatlı hökümət üçün tələbləri dəqiq formalaşdır-

maq rolunu oynaya bilər və ictimai və siyasi diqqəti mülki azadlıqların və insan hü-

quqlarının pozulmasına cəlb edər. Lobbiçilər,müdafiə və xüsusi maraq qrupları ic-

timaiyyəti maarifləndirmək və xəbərdar etmək və hökümətin siyasi qərarlarını dəs-

təkləmək və ya etiraz etmək kimi xidmətdə olurlar. Mülki cəmiyyət qruplarının 

məhsuldar təşkilatlar qurub demokratiyanı inkişaf etdirilməsi üçün çalışması vacib-

dir. Zaman-zaman mülki cəmiyyət içərisində konsensus qurmağın problemli olma-

sına baxmayaraq,xüsusən də siyasi partiyalar arasında konsensus və əməkdaşlığın 

artması hər bir ölkə üçün faydalıdır. 

İnsan hüquqları təşkilatları daxil kəşfiyyatın və təhlükəsizlik xidmətlərinin qur-

banlarına, gizli fayllardakı  məlumatlara çıxış yaratmaqla,hüquqi proseslərlə, yeni 

qanun layihələri hazırlamaqla və ictimaiyyəti kəşfiyyat məlumatları ilə maariflən-

dirmək səyləri ilə  kəşfiyyat xidmətlərində  dəyişikliklərə  təsir edə bilərlər

440

.İnsan 


hüquqları təşkilatları,parlamentə təzyiq etmək üçün kəşfiyyat  və mülki azadlıqlarla 

                                                            

438

 MKİ –nin bir çox əməliyyat  fayllarına İnformasiya Azadlığı Aktına uyğun olaraq qanunla istisna 



verilmişdir. 

439


 

Banisar, David. 2002. Freedom of Information: International Trends and National Security. Paper 

presented at the Workshop on Democratic and Parliamentary Oversight of Intelligence Services, 3

rd



5

th

 October 2002, organized by the Geneva Centre for the Democratic Control of Armed Forces. 



440

 Polşada və Almaniyada və digər  Şərqi Avropa ölkələrində olduğu kimi. Bax: Majtény, Làszlo. 

2002. Reconciliation and Developing Public Trust: Opening State Security Files to the Public. Paper 

presented at the Workshop on Democratic and Parliamentary Oversight of Intelligence Services, 3

rd



5



th

 October 2002, organized by the Geneva Centre for the Democratic Control of Armed Forces. 



 

422


bağlı  məlumatlı olmaqla və qanunlarda dəyişiklikləri müşahidə etməklə  bəra-

bər,media elementlərinə kəşfiyyat məsələlərinin mürəkkəbliyini təlqin etmək məsu-

liyyəti də daşıyırlar,onları ictimai debatlar haqqında yazmağa və ictimai fikrin kəş-

fiyyat haqqında biliklərinin artirilması üçün geniş yazılar və şərhlər verməyə sövq 

etməlidirlər.  

Medianın rolu daha mübahisəlidir.Ümumilikdə, onların edə bildikləri qeyri-rəs-

mi nəzarət rüsvayçı hadisələrin fonunda baş verir. Bütün bunlar tez-tez kəşfiyyat 

sızmalarına,xəbərçilik və  uğursuzluğa gətirir və bu zaman media dövlət sirlərinə 

yaxın olmasından xoşhal olur. Qanunsuz fəaliyyətləri və hakimiyyətdən sui-istifa-

dəni açıqlamaq bacarığı ilə,elektronik və çap mediası ictimai rəyi dəyişə bilir və 

daha rəsmi nəzarət və hesabatlılıq mexanizmlərini idarə edərək cəmiyyətdəki fiqur-

ların diqqətini cəlb edir

441

. Daxili nəzarət sual doğuran davranışı yoxlamadığı halda 



və kənar nəzarət onu müəyyən edib tədbir görmürsə

442


, o zaman araşdırma jurnalis-

tikası qeyri-rəsmi müxalifət və ya qəza hesabatlılığı mexanizmi kimi çıxış edə bi-

lər. Lakin, media nümayəndələri kəşfiyyat və  təhlükəsizlik məsələlərində ixtisas-

laşmasalar,o zaman orada həmişə kəşfiyyat məsələləri üzrə sensasiyaçılıq və şəx-

sləşdirmə təhlükəsi qalacaqdır. Digər tərəfdən,çoxlu sayda nümunələr var ki, orada 

media məsuliyyətsiz tərzdə özünü aparmışdır

443

. Az olmasına baxmayaraq, məqam-



lar olmuşdur ki, media orada milli maraqlara görə dözümlülük göstərmişdir

444


. Di-

gər tərəfdən, elə hallar da olmuşdur ki,orada iftira yaymaq üçün və ya kəşfiyyat 

xidmətlərindən gələn “materiallar” və ya “məlumat”  əsasında yalan informasiya 

kampaniyası üçün mediadan sui –istifadə edilmişdir

445

.  


Etika bə mənəviyyatın başqa sahələrdə dəyişdiyi kimi,onlar mediada da dəyişir. 

Kəşfiyyat xidmətləri həm həqiqi, həm də  məcazi mənada divarlarla örtülmüş-

                                                            

441


  Bu konfransda təqdim olunan yazılara bax: “The Role of the Media in Public Scrutiny and the 

Democratic Oversight of the Security Sector”, held in Budapest, 6

th

-8

th



 February, 2003, organized by 

the Geneva Centre for the Democratic Control of Armed Forces. At:  

http://www.dcaf.ch/Media_Budapest0203/ws_papers.htm

 

442



 Başqa demokratik ölkələrdənfərqli olaraq, İngiltərə höküməti milli təhlükəsizliyiə  zərər vura 

biləcək yazılara öncədən məhdudiyyət qoya bilər. 

443

 Bax: ‘Baltimore Sun’ qəzetinin ABŞ Milli Təhlükəsizlik Agentliyinin fəaliyyəti haqqında yazıları 



sonralar artan marağa və AB tərəfindən  ECHELON-a görə etiraza səbəb oldu. 

444


 Keçmişdə ABŞ mediası  kəşfiyyat fəaliyyəti ilə üzləşmişdir və milli təhlükəsizlik naminə onlar 

haqqında yazmamağa razılaşmışdır. Məsələn, jurnalistlər Kubadan qaçmış adamların təlim mərkəzini 

Floridada tapmışdılar.Sakit okeanda batan Sovet sualtı gəmisi ilə bağlı məlumat da bir il saxlandı və 

sonra  ‘Los Angeles Times’ tərəfindən 1975-ci ildə dərc olundu.. 

445

 Bax: Zybertowicz, Andrzej. 2002. Transformation of the Polish Secret Services: From 



Authoritarian to Informal Power Networks. Paper presented at the Workshop on Democratic and 

Parliamentary Oversight of Intelligence Services, held in Geneva 3

rd

-5

th



 October 2002, organized by 

the Geneva Centre for the Democratic Control of Armed Forces. 



 

423


dür,jurnalistlər,alimlər və başqa kənar şəxslər üçün qorxuducudur. Medianın bu di-

varları müəyyən tezliklə dağıdacağı  gözləntiləri həqiqətə uyğun deyil və hec də 

vətəndaşların çoxu ölkənin sirlərinin bu cür asanlıqla pozulmasını istəməz. Kəşfiy-

yat üzərində media nəzarətinə qarşı çoxlu maneələrə baxmayaraq,həmişə ictimaiy-

yətə,parlamentə kəşfiyyat xidmətlərinin açmaq istəmədikləri məlumatları xəbər ve-

rən jurnalistlər tapılır və bu xəbərləri xəbər  proqramları redaktorları televiziyada 

önə  çəkir və ya qəzetlərin manşetində verirlər. Müasir “araşdırma jurnalistikası” 

dövründə çox sayda qəzetçilərin və ya media mənsublarının,kəşfiyyatın cəlb olun-

duğu güman edilən və ya şübhəli bilinən rüsvayçı yazının dərcinin dayandırılması 

və ya onun tamamilə  kənara qoyulmasını  təsəvvür etmək çox çətindir. Ona görə 

də,sızmalar və təhlükəsizlik sahəsinin ümumi aşılanması,təəssüffedici olsa da,kəş-

fiyyat məlumatlarının açıqlanması səlahiyyətini xəbərlər studiyasına verərək, medi-

a nəzarətini getdikcə həyata keçirilə bilən edə bilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

424


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

425


13-cü Fəsil   

 

Parlamentlər və Hərbi Təhcizat 

 

Dr. Willem F.van Eekelen 

 

 

 

Giriş

446

 

 

Hökümətin başqa idarələrinin satınalmalarından fərqli olaraq ,hərbi avadanlığın 



əldə edilməsinin öz özəllikləri vardır. Başqa heç bir alış ictimaiyyətin gözünə bu 

qədər görünmür və parlamentin daxilində  və xaricində bu qədər debata səbəb ol-

mur. Aydındır ki, daha çox maraq böyük satınalmalara yönəlir,məsələn,yeni növ 

təyyarə və ya yeni seriyalı hərbi gəmilər alındıqda. Yüzlərlə kiçik müqavilələr heç 

kimin yadına düşmür. Buna baxmayaraq,hərbi məmulatlar müəyyən növ gözdən 

keçirmələrə və monitorinqlərə mövzu olur və bu nəzarət mexanizmləri mülki sek-

torda imzalanan layihələrə tətbiq edilmir. 

Səbəbləri çoxdur. Hərbi bazar monopsonikdir, yəni satanlar çoxdur,alıcının sayı 

isə birdir. Polis,sahil xidməti və özəl təhlükəsizlik  şirkətləri bazarın bir hissəsinə 

girə bilər, lakin əsas silah sistemlərinə yeganə müştəri müdafiə nazirliyidir. Nəticə-

də,hərbi sənaye, müdafiə planlaşdırmasındakı  dəyişikliklərdən asılı qalır,çünki öz 

məhsullarına alternativ bazar tapmaqda çətinlik çəkir. Müdafiə büdcələinin azalma-

sı və nəticədə müdafiə avadanlığı üçün bazarın daralması,bu sahədə fəal olan bir sı-

ra şirkətlərin işlərinin dayanmasına və əvvəlcə Amerikada və indi də Avropada şir-

kətlərin birləşmə prosesinə gətirdi. 

Müdafiə büdcəsi vergi verənlərin pulundan toplanır və xərclər də harada müm-

künsə ölkə iqtisadiyyatına qazanc gətirməlidir.Bir çox hallarda,iş yerlərini saxla-

maq daha vacibdir və bölgələrdən olan siyasətçilər də iş yerləri yaradlmasına və ya 

onların saxlanmasına lobbiçilik edirlər. Tam müdafiə sənayesi strukturları olmayan 

kiçik ölkələr üçün, birgə-istehsal və kompensasiya mexanizmləri kənar xərclərin ən 

azı bir hissəsini qaytarmaq üçün əhəmiyyətlidir. 

                                                            

446

 

Bu fəsil DCAF-a yazılan yazının ixtisar edilmiş formasıdır. Willem F. van Eekelen, ‘The 



Parliamentary Dimension of Defence Procurement: Requirements, Production Co-operation and 

Acquisition’, Geneva: Geneva Centre for the Democratic Control of Armed Forces, 2005. 

Available at: 

http://www.dcaf.ch/_docs/op05_parliamentary-dimension.pdf

 


 

426


Müdafiə texnologiyası, tədqiqat və ölkənin sənaye bazası üçün vacibdir. İllər ər-

zində,müdafiə  və mülki texnologiya arasındakı  əlaqə daha sıx olmuşdur.  Əvvəl-

lər,müdafiə və kosmos sənayesi texnoloji yeniliklərin aparıcıları idi. Kosmik texno-

logiya miniatürizasiyadan ötrü güclü stimul oldu və nəticədə yüksək texnologiya-

nın digər sahələrinin inkişafında və praktiki tibbdə tətbiq olundu. Bu gün müdafiə 

və hərbi texnologiyalar və mülki sənaye iki tərəfli hərəkətli kücəyə bənzəyir və hər 

bir tərəf o birisinin yeniliklərindən faydalanır. Mobil telefon buna ən yaxşı nümu-

nədir,burada mülki şəbəkə hərbi şəbəkə kimi işləyir və ya ondan daha da yaxşı işlə-

yir, o şərtlə ki, yayıcı sistem böhran zamanı da işləsin.  

Köklü fərqlilik məxvilik səviyyəsi ilə əlaqədardır. Silah sistemlərinin özəllikləri 

potensial düşmənə məlum olmamalıdır,çünki onlar bundan istifadə edib hücum im-

kanlarına qarşı tədbirlər görə bilər və ya onların müdafiə xətlərini  keçə bilər. Məx-

vilik hərbi baxımdan, silah və texnikanın texniki xarakteristikalarına aiddir və tə-

minatçı tərəfdən isə, həmçinin,istehsal sənayesinin öz sirləri də vardır. Bəzən,müx-

təlif ölkələrə, son texnologiyanı qorumaq üçün, texnoloji səviyyəsi fərqli olan silah 

sistemləri satılır. Xarici satınalmalarda və beynəlxalq əməkdaşlıqda hansı səviyyə-

də texnologiyanın ötürülməsi həssas məsələyə çevrilmişdir. 

Nəhayət,texniki təcrübə və bacarıq texniki xarakteristikaların tərtib edilməsində 

və təkliflərin qiymətləndirilməsində əhəmiyyətli rol oynayır. Şəffaflıq və hesabatlı-

lıq baxımından,peşəkar bacarıq və  təcrübə, düzgün qiymətləndirmək üçün ən bö-

yük tələbdir. Peşəkar jurnalların silah xarakteristikaları haqqında  ətraflı  məlumat 

verməsinə baxmayaraq,onlar tərəf tutan ola bilər və yazılanlar sübut da tələb edər. 

Əlavə yoxlama hər zaman,hər hal üçün mümkün deyil və xərclidir. Ona görə də,qə-

rar qəbul etmə bütün iştirakçı tərəflər,siyasi rəhbərlik,peşəkar hərbçilər və planlaş-

dırılan satınalmaları gözdən keçirən parlament komitəsi arasında əhəmiyyətli dərə-

cədə inam tələb edir. 

 

1   ...   44   45   46   47   48   49   50   51   ...   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə