1 Willem F. van Eekelen


Obyektdə baş verən dəyişikliklər



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə45/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   41   42   43   44   45   46   47   48   ...   65

Obyektdə baş verən dəyişikliklər 

 

Kəşfiyyat xidmətləri üçün tapşırıqların müəyyən edilməsi, heç bir zaamn olma-



dığı kimi çox mürəkkəb,çox gövrək və çöxsaylıdır. Kəşfiyyat üçün dramatik olaraq 

dəyişən, riskləriin,təhlükə və qorxuların sayı və rəngarəngliyidir və bunların bu gün 

sürətlə peyda olması və formasını dəyişməsi faktıdır. Kəşfiyyatın əhatə etdiyi mə-

sələlərin çoxu, əvvəllər hökümətləri maraqlandıran mövzulardan çox fərqlidir,mə-

sələn, qloballaşma, qlobal mühit,ölkələrin və onların xalqlarının firavanlığını təhlü-

kə altına qoyan maliyyə gücləridir. Beləliklə, kəşfiyyat idarəetməsi gözləmədiyi 

yeni risklər, qorxular və təhlükələr gözləməli və onları aradan qaldırmağı öyrənmə-

lidir. 


Ölkələrin bərabər olmaması bir tərəfə, onların bir qismində suverenlik ikiüzlü-

lük olmasa da mifdir

381

, bir çox ölkələr özlərinin yaramaz hökümətləri ilə ətrafında-



kı strateji mühiti qeyri sabitliyə sürükləyir,kütləvi qırğın silahları istehsal edir, ter-

rorçulara sığınacaq verir və öz rəqiblərinin xaricdə öldürülməsini təşkil edir. Həm 

də baş tutmamış və ya dövlət strukturları dağılmaqda olan dövlətlər var ki, onlar 

da xroniki münaqişələrə və kütləvi migrasiyaya təkan verir və yəqin ki, terrorçuluq 

və mütəşəkkil cinayət üçün əlverişli mühit yaradır. 

Əsas məsələ odur ki, güclü qeyri-dövlət qurumlarının və subyektlərin,beynəl-

xalq terror təşkilatların,ideloji,etnik və dini ekstremist qüvvələrin, bütün cəmiyyət-

lərə ciddi zərər vuran və təhlükə olan mafia və geniş kriminal təşkilatların sayı ar-

tır. Qloballaşmanın üstünlüyündən,texnoloji yenilikdən və  sərhədlərin açılmasın-

dan yararlanaraq və müxtəlif ölkələrin qanunları və hüquqi prosedurları arasındakı 

fəqliliklərdən ustalıqla istifadə edərək terrorçular,ekstremistlər,silah yayıcıları, si-

lah və narkotik dəllaları,insan orqanları və insan alveri ilə məşğul olanlar,çirkli pul-

ların dövriyyəsi və silinməsi ilə  məşğul olan mütəxəssislər və ya gizli toksik və 

təhlükəli zəhərli maddələrin saxlanması ilə məşğul olanlar çiçəklənirlər. 

Bir çox çoxmillətli korporasiyalar,QHT-lər,yeni kəşfiyyat xidmətləri və indiki 

                                                            

381

 

Krasner, Stephen D. 1994. Sovereignty: Organized Hypocrisy. Princeton: Princeton University 



Press. 

 

395


zamanda məhsuldarlıq və xərclərin azaldılması baxımından faydalı olduğundan bü-

rokratik dövlətdən uzaqlaşma və onun vəzifələrini özəl sektora vermək mod olmuş-

dur,bütün növ özəl hərbi,təhlükəsizlik və kəşfiyyat qurumları yaranmışdır ki,onla-

rın üzərində monitorinq tələb olunur. Bütün bu subyektlər və daha çox hakerlər və 

informasiya müharibəsinə girən pozucular özlərinin sonrakı addımları və hədəfləri-

nin nə olacağı ilə bağlı çoxlu sayda mürəkkəb problemlər yaratmışlar. 

Beləliklə,risklərin,təhlükə və qorxuların artan sayı və rəngarəngliyi ilə kəşfiyya-

tın fəaliyyət dairəsi genişlənmişdir və eyni zamanda kəşfiyyatın beynəlxalq təhlü-

kəsizliyə verdiyi töhvə  də artmışdır.Sonuncu, böhran idarəetmə  və böhrana ca-

vab,münaqişələrin qarşısının alınması  və sülh əməliyyatları ilə  məhdudlaşmır və 

beynəlxalq təhlükəsizlik və uzun müddətli təhlükəsizlik məsələlərinin başqa kate-

qoriyalarına da uzanır. Kəşfiyyatın ən mühüm vasitə kimi oynadığı sahələrdən biri 

də transnasional terrorçuluğa qarşı mübarizədir. Kütləvi qırğın silahlarının məh-

dudlaşdırılması və silahların yayılması da başqa sahələrdir. Ücüncü kateqoriya,si-

lahlara nəzarət üzrə və inam yaratmaq tədbirləri üzrə mövcud olan sazişlərin yerinə 

yetirilməsidir. Beynəlxalq sanksiyaların həyata keçirilməsi geniş-miqyaslı,kəşfiy-

yat əməkdaşlığı tələb edən dördüncü kateqoriyadır

382


. Beşinci kateqoriya,insan hü-

quqlarının pozulmasıdır. Fəlakət zonasına yardım və humanitar yardımlar zamanı 

kəşfiyyat dəstəyi altıncı kateqoriyadır. Digər tərəfdən,milli infrastrukturun qorun-

masına,onların arasında, informasiya texnologiyası və informasiya müharibəsi hü-

cumlarından qorunmasına tələbat vardır  və bu problemlər beynəlxalq kəşfiyyat 

əməkdaşlığının vacibliyini ən radikal formada gündəmə gətirir. 

Kəşfiyyat rəhbərliyi,kəşfiyyat məlumatı və dəlillər əldə etmək cəhdi ilə, sistemli şə-

kildə,məlumat toplanmasının bütün vasitələrindən istifadə etməlidir,ilk növbədə niy-

yətlər haqqında,planlar və imkanlar haqqında və eyni surətdə bu cür rəngarəng qrupla-

rın təşkili,onların fəaliyyətləri, resursları,kommunikasiyaları,əlaqələri və yerdəyişmələ-

ri haqqında məlumat və dəlillər toplamalıdır. Kəşfiyyat xidmətləri qarşısında qoyulan 

tapşırığın qaydası, izləmək olmuşdur və bu ən təhlükəsiz və ən ucuz məlumat əldə et-

mək yoludur. İyirminci əsrin sonundan başlayaraq, məlumat toplamaq metodları dra-

matik olaraq dəyişmişdir: peyk vasitəsilə görünüş  və elektronik tutmalar bunların ən 

açıq sübutlarıdır və onlar seçimin alətinə çevrilmişdir. Digər tərəfdən, qeyri-dövlət sub-

yektlərinin çoxunun geniş,daimi obyektləri və vasitələri olmadığından, onları texniki 

məlumat toplayan vasitələrlə asan hədəfə almaq mümkün deyil. Yeni təhlükələrin ço-

xu,dil qabiliyyətləri olan fərdlərin daha çox agentura kəşfiyyatını,riskləri üstünə almaq 

təsəvvürünü və bir çox hallarda korrupsion və xoş olmayan tərzdə fərdlərlə iş birliyinə 

girməyi tələb edir. Eyni zamanda,bu cür təhlükələrin təbiəti agentura kəşfiyyatını daha 

çətinləşdirməklə bərabər, həm də məlumat toplayanların həyatını təhlükəli etmişdir. Və 

                                                            

382

 

Kəşfiyyat xidmətləri arasındakı beynəlxalq sazışlər bu dörd kateqoriya üzrə siyasi sazişlər 



üzərində qurulur. Ölkə kəşfiyyatı onunla əməkdaşlıq edən ölkələrə məlumat verməkdə kömək edir. 

 

396


diplomatik statusdan istifadə etməklə gizli surətdə sirayət etmək təhlükəsiz olmadığın-

dan, əks-kəşfiyyat işləri daha da əhəmiyyət qazanır. Kəşfiyyatın idarə edilməsini çətin-

ləşdirən və mənfi təsir göstərən başqa tendensiyalar aşağıdakılardır: 

 

•  Texnoloji nailiyyətlər kəşfiyyat hədəflərinə öz sirlərini daha yaxşı 



qorumağa və fəaliyyətlərini daha yaxşı gizlətməyə kömək edir. Bu ona gö-

rə baş verir ki, indi pulu olan hər kəs açıq bazarda müasir gizlədici,aldadıcı 

və yan keçici texnologiyalar ala bilər. 

•  Kəşfiyyat səyləri daha bərabər  şəkildə, daha çox sayda hədəflər 

boyunca yayılmalıdır. Bu planlaşdırma,idarəetmə,məlumat toplanması  və 

analizi daha çətin edir və daha böyük çeviklik tələb edir. 

•  Sürpriz, tez-tez qeyri-adi təhlükələrin nəticəsi bilinməyən birləş-

məsindən irəli gəlir. Bundan qaçınmaq üçün,kəşfiyyat,müvafiq ölkələr və 

subyektlər üzərində geniş şəbəkəli daimi monitorinq qurmalıdır-bu mütləq 

məlumat toplanması ilə bağlı olmaya da bilər, həm də “nəbzi tutmaq” və 

“dəyişiklikləri aşkarlamaq” baxımından ola bilər. 

•  Mühüm kəşfiyyat məlumatlarını çoxlu sayda xarici dillər bilməklə 

də  əldə etmək olar. Dil bilmək xarici materialları tez oxumaq üçün daha 

böyük qabiliyyət verir,lazımi adamlarla ünsiyyətdə olmağı və daha tez başa 

düşməyə imkan verir. 

•  Ən yaxşı mümkün məlumat toplama sistemlərinin qurulması prio-

ritet deyil. Ona görə yox ki,təkcə xərclər əhəmiyyətli dərəcədə artır,həm də 

saxlanıla bilən sistemlərin azalması nəticəsində zəif nöqtələr yaranır və çe-

viklik itir və müasir texniki məlumat toplanması məhdudlaşır.  

•  Xəbərləşmənin həcminin kütləvi şəkildə artması da hədəflə işləmə-

yi çətinləşdirir. Yerdəki mikrodalğa sistemlərə olan ümidlər azaldığı hal-

da,yeni xəbərləşmə metodları,məsələn, fibro-optik kabel,lazer,mobil tele-

fonlar və emailləri tutmaq çətinləşmişdir. 

•  İnternetə çıxış və ondan istifadə kəşfiyyat məlumatlarının toplanması-

na, bilgi və texnologiya əldə edilməsinə,rəqiblərə pul köçürmələrinə,gizli 

kommunikasiyalardan,məsələn, gizli metodlarla xəbərlərin göndərilməsi, me-

sajların websayt və şəkillərdə itirilməsi vasitəsilə istifadəyə gətirir. 

•  Kriptologiya üzərində monopoliyanın və dövlət nəzarətinin itmə-

si,özəl xəbərləşmədə kompyuter şifrləri vasitələrinin geniş yayılması,siqnal 

kəşfiyyatının və təsvir kəşfiyyatının imkanlarını azaldır. 

•  Kommersiya peyk fotoqrafiyasının bir metr və ya aşağı ölçüyə qə-

dər azalması yeni açıq mənbə sayılır və ondan təkcə  kəşfiyyat xidmətləri 

yox,rəqiblər də istifadə edə bilər. 

 


 

397


Digər tərəfdən, kəşfiyyat qarşısında daha çox hökümət dairələrinin üzvlərinə,da-

ha sürətlə, daha çox kəşfiyyat tələbatları ilə xidmət etmək məsələsi ortaya çıxır.  

Kəşfiyyat məhdud resurs olduğundan,tələb və təklif zamanı bunlar nəzərə alınmalı-

dır. Kəşfiyyat rəhbərliyinin hansı üslubda bunu etməsi, nə qədər israfçılıq və nə qə-

dər keyfiyyətsiz iş görüldüyünü müəyyən edir. Kəşfiyyat peşəkarları və müasir sis-

temlər faktiki olaraq istənilən bir şeylə  məşğul olacaqlarsa, onda onlar bu işlərin 

heç birini edə bilməzlər.Tələbat həmişə  təklifdən çoxdur. Sənaye ölkələrində bu 

problemləri həll etmək üçün mövcud olan iki yanaşmadan biri, yuxarıdan aşağı 

mərkəzi planlaşdırma və o birisi,aşağıdan –yuxarı istehlakçını nəzərə alan bazar iq-

tisadiyyatıdır. Soyuq Müharibə  tələblərinə cavab olaraq,qərb kəşfiyyat xidmətləri 

maliyyə ayırma problemlərini həll etmək üçün mərkəzi planlaşdırmanı seçmişlər. 

İndiki zamanda, mərkəzi planlaşdırmanın israfçılığı və səmərəsizliyi sərf etmir: o 

artıq lazımi səviyyədə  fəaliyyətləri və  kəşfiyyat tələbatlarını öncədən görə bilmir 

və onları qarşılamaq üçün bütün alternativləri ayırd edib qiymətləndirə bilmir. Xər-

clərə görə  səmərəli olan kəşfiyyat dözümlülük, bazar intizamı  və yeni öhdəliklər 

qaydası tələb edir. 

Başqa,çox vaxt qiymətləndirilməyən cəhət davamlılıqdır və o da,daha ki-

çik ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Bu prinsip pozulduğu halda,sə-

riştə  aşağı düşür və onu sonrakı illərdə  bərpa etmək çətin olur. Kəşfiyyat 

prosesinin məğzini lazımi səviyyədə anlamayan siyasətçilər və dövlət rəsmi-

ləri çox vaxt belə düşünürlər ki, “kəşfiyyat xidmətinin bacarığı,barama qur-

du kimi onu çətinlikdən çıxardacaq”. Çox hallarda bu mümkün deyil. Daha 

az başa düşülən odur ki, kəşfiyyat yeni texnologiyanın tətbiqi haqqında xə-

bəri olmasa, sonralar onu öyrənməsi çox çətin olur və ya mümkün olmur”. 

Ən azı texniki sahədə,həqiqət həmişə odur ki, əgər sən bir şeydən yapışma-

san,uzun müddət  ərzində  kənarda qalmaq riski yaşaya bilərsən,hətta hökü-

mət çoxlu maliyyə ayırsa da belə”

383


.  Ona görə də, kəşfiyyat idarəetməsində 

uğur qazanmaq üçün lazım olan davamlılıq və kəşfiyyat xidmətləri arasında 

artan ikitərəfli və beynəlxalq əməkdaşlıqdır. 

 

Daha çox Kəşfiyyat Paylaşmasına və Beynəlxalq Əməkdaşlığa Zərurət 



 

Kəşfiyyat xidmətlərinin bir –biri ilə və ya kənar xidmətlərlə məlumat paylaşma-

masının mədəni və bürokratik ənənələri vardır. Buraya informasiyanı gizləmək 

üçün təbii hisslər və sirliliyə can atmaq da daxildir. Xüsusilə də,təhlükəsizlik xid-

mətləri və  kəşfiyyat idarələri,ənənəvi olaraq,bir-birinə informasiya paylaşmasına 

                                                            

383

 

Kettis, Par. 2000. The Future of Covert Intelligence. In: Shukman, Harold, ed. Agents For 



Change. Intelligence Services in the 21

st

 Century. London: St Ermin’s Press; pp. 83-84. 

 

398


müqavimət göstərirlər. ABŞ, bu istiqamətdə kəşfiyyat paylaşmasının,koordinasiya-

sının və əldə olan kəşfiyyat məlumatının əlaqələndirilməməsinin çox dağıdıcı nəti-

cələrinin ağrısını yaşayan tək ölkə deyil. Beləliklə,həm vertikal və üfiqi,həm də da-

xili və xarici səviyyədə daha çox paylaşım tələb olunur. Kəşfiyyat idarəetməsi, kəş-

fiyyat mənbələrini və metodlarını qorumaq zərurətinə hörmət etməyi davam etdir-

məklə,paylaşmanı  tələb edən idarədaxili  ənənə  və  mədəniyyəti dəyişməlidir,kon-

struktiv,vaxtlı-vaxtında informasiya axınına mane olan hədsiz sirliliyə və gizliliyə 

edilən vurğuya da baxmalıdır. 

Tarixi olaraq,dövlətlərin ümumi kəşfiyyat maraqları və problemləri olduğu za-

man bir-biri ilə məlumatları bölüşməyə hazır olurlar

384

.  Çox hallarda,bu cür müna-



sibətlərin qarşılıqlı faydalı olduğu sübut olunmuşdur

385


. Hətta iki ölkənin maraqları 

tam üst-üstə düşməsə də,kəşfiyyat xidmətləri bir-birinin xidmətlərini cavabsız qoy-

murlar. İkitərəfli əməkdaşlıq,bir qayda olaraq,kəşfiyyat məlumatlarının paylaşma-

sını  və qarşılıqlı maraq doğuran məsələlərin analizini tələb edir. Bu cür ikitərəfli 

münasibətlər o vaxt saxlanılır və davam etdirilir ki,hər iki tərəf onların kəşfiyyat 

paylaşmasını  əsaslandıran sazişə ciddi riayət etsin, tərəfdaş xidmətin təmin etdiyi 

informasiyanın mənbəyi və detalları onun gizliliyinə uyğun olaraq mühavizə edil-

sin və üçüncü tərəfə verilməsin

386



Kiçik kəşfiyyat resurslarına malik olan ölkələr,böyük ölkələrin masa üzərinə qo-



ya biləcəyi qabiliyyətlərlə eyni cür addımlaya bilmədiklərinə baxmayaraq,onlar bu-

nun əvəzini başqa yollarla çıxa bilərlər. Bir çox hallarda,ölkələr,əhəmiyyəti böyük 

olan,coğrafi ərazilərini və başqa imkanları təklif edirlər. Digər hallarda isə,kiçik öl-

kələrin kəşfiyyat xidmətləri böyük ölkələrin xidmətlərini lazımi  təcrübə,bacarıq və 

xarici dillə təmin edirlər. Bir çox ölkələrin,kəşfiyyata başqalarından daha çox ma-

liyyə  sərf etdikləri zaman, onların xidmətlərinin ikitərəfli  əməkdaşlığının bərabər 

olması  ağlabatan olmaz. Dövlətlərin təmin etdiyi çıxış  və qabiliyyətlərdən  əlavə, 

çətin vaxtlarda arxalanmalı olan yaxın və yenilməz dostların olmasında da böyük 

fayda var. Kəşfiyyat xidmətləri bu cür təhlükəsizlik əməkdaşlığı üçün əsil sement 

rolu oynayır. 

Hökümət rəhbərliyinin kəşfiyyat tələbatları daha çox transnasional və qlobal tə-

biətli məsələlərə aid olduğundan,başqa ölkələrlə kəşfiyyat münasibətləri genişlən-

məlidir. Buna ən son olmayan səbəb odur ki, heç bir kəşfiyyat idarəsi səmərəli su-

rətdə öz fəaliyyətlərini dünyanın hər yerində yerinə yetirə bilməz. Lakin dünya bo-

yunca,bir sıra ölkələrin az və ya çox dərəcədə  məlum olan kəşfiyyat xidmətlərini 

                                                            

384

 Richelson, Jeffrey. 1999. The U.S. Intelligence Community. Exchange and Liaison Arrangements. 



4

th

 ed. Boulder: Westview Press. 



385

 Bax məsələn: Herman, Michael. 2001. Intelligence Services in the Information Age. Norway as an 

Intelligence Ally. London & Portland, OR: Frank Cass Publishers, pp. 139-146. 

386


 Sözdə “Ücüncü tərəf idarəçiliyi” 

 

399


konkret məsələlərlə məşğul olmaq üçün bir yerə gətirən çoxlu sayda xüsusi forum-

lar mövcuddur

387



Yeni qeyri-hərbi risklər və  təhlükələr,genişlənən beynəlxalq müdaxilələr və 



coxmillətli sülh əməliyyatları beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı  kəşfiy-

yat xidmətinə olan tələbləri artırır. Eyni zamanda, o iştirakçı dövlətlərin və ya ma-

raqlı ölkələrin kəşfiyyat və təhlükəsizlik xidmətləri arasında daha qabaqçıl əmək-

daşlıq üçün yol açır. Sülh əməliyyatlarına göndərilmiş koalisiya qüvvələrinə tam 

müharibə dövrünün kəşfiyyat dəstəyi tələb edilir. Ölçülü qüvvə,cərrahi zərbə, az it-

ki və minimum yan təsirlərin hamısı kəşfiyyatdan asılıdır. Və beynəlxalq terrrorçu-

luq tərəfindən gələn təhlükə və daxili terrorçuluq alovu  təhlükəsi müxtəlif ölkələr 

arasında mümkün əməkdaşlığın əldə edilməsini vacib edir. 

Kəşfiyyat şəbəkələri çoxtərəfli və ikitərəfli səviyyələrdə işləməlidir. Çoxtərəfli 

şəbəkə,müvafiq konsepsiyaların,proseslərin,kommunikasiya və  əlaqə strukturları-

nın, koordinasiya və müasir texnologiyadan və məlumat bazasından istifadənin,qar-

şılıqlı hüquqi yardımı,təlim və başqa yardımların hazırlanmasının qeydinə qalmalı-

dır. Bosniya və Kosovoda sülhə dəstək əməliyyatları,bütün növ beynəlxalq müda-

xilələr üçün kəşfiyyat dəstəyinin yeni nümunəsini göstərdi. Bu əməliyyatlara məsul 

olan hər kəs, BMT Baş katibindən tutmuş  aşağıya qədər yaxşı  kəşfiyyata ehtiyac 

olduğunu vurğuladılar. BMT

388

,AB


389

,NATO


390

 ,başqa beynəlxalq təşkilatlar və on-

                                                            

387


 

Avropada ən məşhurları arasında “TREVI Group” sayılır və o 1975 ilində qurulub və AB ədliyyə 



və daxili işlər nazirlərini    “Terrorisme, Radicalisme, Extrémisme et Violence Internationale”, qarşı 

mübarizə üçün görüşür və  Maastrihtin üçüncü dayağı-immiqrasiya,sığınacaq,polis xidməti,gömrük 

və  hüquqi əməkdaşlıq ilə məşğul olan- TREVI-ni əvəz etdi və 1998-ci ildə Europolu-u yaratdı. Digəri  

Berne Club” sayılır və 1971-ci ildə yaradılıb və 19 Avropa ölkəsini birləşdirir; üçüncüsü “Kilowatt 



Group”-dur və 1977-də yaranıb və 15 ölkədən ibarətdir; dördüncüsü “Conference of Western 

Mediterranean Interior Ministers” 1982-ci ildə İslam fundamentalizminə və mütəşəkkil cinayətə qarşı 

yaranıb və 6 ölkədən ibarətdir. Digəri “Le Groupe Informel Européen de Coopération dans le 



Domaine de la Lutte Contre le Terrorisme” (GIECLCT) AB ölkələri dövlət başçılarının anti-terror 

qruplarından ibarətdir. “Cross-Channel Intelligence Conference”, 70-ciillərdə yaranıb və dörd 

ölkədən ibarətdir. NATO-nun Special Committee üzv ölkələrin təhlükəsizlik xidmətlərini bir yerə 

gətirir. Təhlükəsizlik xidmətlərinin digər “klubları” müntəzəm olaraq  Missile Technology Control 

Regime (MTCR), the Nuclear Suppliers Group, the Australia Group, the Wassenaar Agreement, və 

digər qruplar nəzdində görüşürlər. AB-Rusiya kəşfiyyat  əməkdaşlığı terrorizmə qarşı  və  kəşfiyyat 

paylaşması yönündə çalışır.  

388


  Əgər BMT-nin kəşfiyyat  toplamaq üçün mandatı olsaydı  və  kəşfiyyata açıq yanaşması olsaydı  

onun tarixi səhra uğursuzluqlarının çoxu baş verməzdi. Əsas ölkələr BMT-yə geniş kəşfiyyat mandatı 

verməyə  həvəssiz olmuşlar. Kəşfiyyat güc olduğundan BMT-nin buna sahib olması onların gücünə 

təhlükə olardı.Bax: Dorn, Walter A. The Cloak and the Blue Beret: The Limits of Intelligence-



Gathering in UN Peacekeeping, at: 

http://www.rmc.ca/academic/gradrech/ dorn16_e.html

 

389


  AB  öz  kəşfiyyat təşkilatını qurmağa çalışır bax: Baker, Charles. The search for a European 

intelligence policy. e-Prints, at: 

http://www.fas.org/irp/eprint/baker. html

. And: Becher, Klaus; 


 

400


ların fəaliyyətləri hələ də milli kəşfiyyat məlumatlarından asılıdır. Milli kəşfiyyat, 

boşluqları doldurur,başqa mənbələrin doğruluğunu təsdiqləyir və bütün bunlardan 

əlavə, qiymətləndirmə aparır. Bu beynəlxalq təşkilatlar zaman keçdikcə  beynəl-

xalq kəşfiyyat dəyərləndirmələri üçün öz mexanizmlərini hazırlayır,lakin bu uzun 

səylər tələb edir və ölkələrarası mübadilə əsasında qurulmalıdır. Bir neçə il bundan 

öncə,ABŞ və digər başqa ölkələr beynəlxalq təşkilatlar üçün kəşfiyyat dəstəyi öh-

dəliyi götürmüşlər

391


. Bu artıq müəyyən mənada, beynəlxalq birliyin əsaslarını de-

fakto möhkəmlətməkdir. Lakin həssas operativ kəşfiyyat əməkdaşlığı ikitərəfli sə-

viyyədə baş verir  və çoxtərəfli müzakirələrin mövzusu ola bilməz,çünki məlumat 

sızmaları bu əməkdaşlığın effektivliyini azaldar. 

Məlumat paylaşmasının faydası aydındır: kəşfiyyat mübadiləsi, böhranın qarşı-

sını almaqdan ötrü, böhran idarə edilməsi və müdaxilə üçün vaxtliı vaxtında, sa-

vadlı və yaxşı-hazırlanmış qərarlar üçün ilkin şərtdir və ən önəmli elemntlərindən 

biridir. Cavab tədbirlərini təkmilləşdirməklə,resurları ayırmaqla və insan məhru-

miyyətlərini azaltmaqla,kəşfiyyat paylaşması ümumi səylərin birləşməsinə  gətirir 

və bundan əlavə,zaman keçdikcə böhranlı ərazilərdə hərbi varlığın qalmasının zə-

rurətini azaldır və nəticədə xərclərin qənaət edilməsinə gətirir. 

 

İnformasiya texnologiyasında dəyişikliklər  



və informasiyadan necə istifadə olunur 

 

Yəqin ki,informasiya İnqilabı kəşfiyyat xidmətlərinin idarə edilməsi və işi üçün tə-

sir edən yeganə əhəmiyyətli amildir. İnformaisya mühiti dəyişmişdir,faktiki olaraq dərk 

edilə bilən hər şeydən kənara çıxmışdır.Cəmiyyətin və iqtisadiyyatın hec bir tərəfi in-

formaiya dünyası,informaiya texnologiyası  və  xəbərləşmə kimi sürətlə  dəyişmir. Və 

hökümətin başqa sahələrindən fərqli olaraq,kəşfiyyat,bütün bu dəyişikliklərin hər biri-

nin təsirinə məruz qalır.Sadəcə İnternetin inkişafı ilə,informasiya okeanına çıxış getdik-

cə artır. Ölkədə gedən proseslərin qiymətləndirilməsi üçün lazım olan informasiyaların 

85%-i Açıq Mənbə  Kəşfiyyatından(OSİNT) gəlir. Qalanları  və çox mühüm olanları 

                                                                                                                                                       

Molard, Bernhard; Oberson, Frédéric; Politi, Alessandro. 1998. Vers une politique européenne de 

renseignement. Institut d’Etudes de Sécurité. Paris: Cahier de Chaillot No. 34. 58 pp. 

390


 NATO daxilində birləşmiş kəşfiyyat yoxdur. NATO tarixi boyu müdafiənin başqa tərəfləri kimi 

Alyans daxili struktur kimi yaradılmamışdır. NATO-nun məhdud kəşfiyyat elementləri hərbi 

risklər,təhlükələr,və qorxular haqqında müqavilələr ölkələri boyunca rəsmi yollarla və üzv ölkələrin 

informasiyaları əsasında ahəngli qiymətləndirmələr ortaya qoymuşdur.Bax: van Rensen, Peter. 1997. 



Informationsbedarf der Gemeinsamen Aussen- und Sicherheitspolitik der Europäischen Union

Ebenhausen: SWP Paper IP 3046, pp. 27-29 and 44. 

391

Amerika kəşfiyyatı BMT və NATO əməliyyatlarına ən çox dəstək verir. IFOR/SFOR zamanında 



və Kosovo əməliyyatlarında lazım olan kəşfiyyatın ən çoxunu Amerika kəşfiyyatı vermişdir. 

 

401


texniki toplama vasitələri və gizli fəaliyyətlə əldə edilir. 

İnformasiya inqilabından doğan başlıca texnoloji cərəyanlar aşağıdakılardır: ar-

tan imkanlar,qiymətlərin düşməsi və əlaqə vasitələri hesabına daha böyük bağlılıq. 

Bu cür irəliləyiş, bizim informasiya ilə necə  işləməyimizi və ondan necə istifadə 

edəcəyimiz haqda dəyişiliklərə  gətiridi,desentralizasiyanı mümkün etdi, operativ 

əməliyyatları uzatdı,şəbəkələrin və dəqiq sistemlərin yaranmasına gətirdi. Bu inki-

şaf,özəl sektora da texnologiya əldə etməyə,hökümətlə bağlı kəşfiyyat xidmətlərini 

geridə qoyaraq daha da yüksək məhsullar və xidmətlər hazırlamağa imkan verdi. 

Bir çox hallarda,kommersiya sektoru daha yaxşı informasiyaya malik olur. Beləlik-

lə,kəşfiyyat hər zaman davamlı olaraq dəyişikliyə hazır olmalıdır. Və bu təşkilatın 

strukturunu və idarəetməsini yenidən çızmaqla kəşfiyyatın təşkili və idarəetməsin-

də dəyişikliklər tələb edəcək və komandanlıq sisteminin yenidən sxemləşdirilməsi-

ni tələb edəcək. 

Bu gün kəşfiyyat idarəetməsinin üzləşdiyi problem üçdür: lazımi məlumatları 

almaq və onların sonrakı analiz və qiymətləndirməsini aparmaq üçün,inanılmaz də-

rəcədə  məlumat bazası  və  məlumatların üzərində  işləmək lazımdır; özəl sektorun 

imkanlarından maksimum istifadə etmək; kəşfiyyat toplanmasının səylərini,açıq 

mənbələrdən və ya kommersiya sektorundan alına bilməyən, kəşfiyyat məlumatla-

rını əldə etmək və onları  şərh etmək nisbətən əlverişli olan yerlərə yönəltmək la-

zımdır. Sonuncu, üç kateqoriyaya bölünür: 

 

1.  Gəlirsiz olduğuna görə,özəl sektorun lazımi səviyyədə  əhatə edə 



bilməyəcəyi müəyyən sahələrdə təcrübə,bilgi və informasiya; 

2.  Texnoloji baxımdan həddən artıq çətin olduğundan, özəl sektorun 

toplaya bilmədiyi və ya toplamayacağı məlumat bazası və məlumatlar; 

3.  Hüquqi məhdudiyyətlər və risklərə görə özəl sektorun toplamalı 

olmadığı, toplaya bilmədiyi və ya toplamayacağı məlumat bazası və məlu-

matlar


392

  



Beləliklə, “nisbətən əlverişli” kəşfiyyat toplanmasını,özəl və kommersiya sekto-

runa vermək olar və orada bu işləri bilən mütəxəssislər var və onların çoxu sərbəst 

olan,ən yaxşıları  aşağı qiymətə  əldə oluna bilən açıq kütləvi informasiyaları fil-

trdən keçirmək bacarığındadırlar və burada kəşfiyyat ərintisi (sintezi) kəşfiyyat ida-

rəetməsinin əsas bacarığına çevrilir. 

Sirlilik,sızma təhlükələri və bölünmələrlə qarşısı alınan kəşfiyyat  ərintisi, bü-

rokratik mədəniyyətləri və müxtəlif təşkilatlarda və onların arasındakı vertikal və 

                                                            

392

 Berkowitz, Bruce D. & Goodman, Allan E. 2000. Best TruthIntelligence in the Information Age



New Haven and London: Yale University Press; p. 40. 

 

402


üfiqi maneələri və həmçinin, kəşfiyyat analizi və qiymətləndirməsi üçün ən yaxşı 

beyinləri bir yerə yığan,bir-biri ilə əlaqə yaradan və şəbəkə quran təşkilati tədbirlə-

rin dağıdılmasını tələb edir. Ən yaxşı analz müxtəlif perspektivlərin baxıldığı və al-

ternativ hipotezlərin alqışlandığı  rəqabətli mühitdə meydana gəlir. Kəşfiyyatın  ən 

yaxşı sintezi,bilgi aşkarlanmasına imkan verən və tapma metodlarından istifadə 

edən ən müasir mümkün texnologiyanın cəmləşdiyi, məlumat bazalarını və məlu-

matları bir yerdə yerləşdirən mərkəzləşmiş məlumat bazasında və onunla əməkdaş-

lıqda olan idarələrdə əldə olunur

393

. Sintez kəşfiyyatı əsasında alınan nəticələr,və-



ziyyəti daha geniş anlamağa imkan verir, yeni risklərin və fəaliyyətlərin yaranması-

nı həssaslıqla tutur, gözlənilməyən halları azaldır, məlumat toplanması tapşırıqları-

nın təkmilləşdirilməsi və beləliklə səylərin məhsuldarlığını,təsirliliyini və birliyini 

artırır. 

 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin