1 Willem F. van Eekelen


Kəşfiyyatın hansı Kateqoriyaları vardır?



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə44/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   40   41   42   43   44   45   46   47   ...   65

Kəşfiyyatın hansı Kateqoriyaları vardır? 

 

Kəşfiyyat müxtəlif yollarla qruplaşdırıla bilər. Ümumiyyətlə,iki cür kəşfiyyat 

kateqoriyası fərqləndirilə bilər. 

 

•  Təhlükəsizlik Xidmətidaxili təhlükəsizliyə müvafiq kəşfiyyat mə-



lumatları verir; dövlətin, Konstitusiya qaydalarının, cəmiyyətin və ölkənin 

ərazi bütövlüyünün, hava və  dəniz məkanının xarici mənbəli fəaliyyətlər-

dən, məsələn,devirim,casusluq,sabotaj və siyasi motivli zorakılıqdan qo-

runması ilə bağlı. Təhlükəsizlik məlumatları,daxili təhlükəsizliyi təmin et-

mək və ictimai asayişi qorumağa kömək etmək üçün daxili kəşfiyyat və ya 

təhlükəsizlik xidmətləri vasitəsilə toplanır

359


.  

•  Xarici Kəşfiyyat, xarici təhlükəsizlik və erkən xəbərdarlıqla əlaqə-

dar  müvafiq kəşfiyyat məlumatları verir. Xarici təhlükəsizliyin təmin edil-

məsi, risklər,təhlükələr,qorxular və imkanlar və hadisələr və onların nəticə-

ləri haqqında bilgi tələb edir. Ona görə də,dövlətə və onun xaricdəki ma-

raqlarına real və potensial təhlükələri təmsil edən xarici dövlətlərin, təşki-

latların,qeyri-dövlət qruplarının,onların agentlərinin və tərəfdaşlarının niy-

                                                                                                                                                       

(

http://www.bundesnachrichtendienst.de/start.htm



). The Canadian Security and Intelligence 

Service (

http://www.csis-scrs.gc.ca/

) and the Russian Intelligence Service (

http://www.fsb. ru/

358



 Bax: 

http://www.cia.gov/cia/publications/factbook/goes/af.html 

359

 

Böyük Britaniya Təhlükəsizlik Xidməti(MI5),təhlükəsizlik kəşfiyyatı agentliyi olsa da, onun 



fəaliyyətinə Britaniyanın iqtisadi firavanlığına xaricdən gələn təhlükələri qorumaq missiyası da 

daxildir. Bax: 

http://www.mi5.gov.uk/function.htm 


 

386


yətləri,imkanları  və  fəaliyyətləri haqqında kəşfiyyat tələb olunur. Xarici 

kəşfiyyat, xarici və ya beynəlxalq kəşfiyyat xidmətləri vasitəsilə toplanır və 

siyasi,iqtisadi,hərbi,elmi,sosial və digər təhlükəsizlik maraqları daxil milli 

maraqları gücləndirməyə və qorumağa kömək edir.  



 

Xarici kəşfiyyatın və təhlükəsizlik xidmətinin məlumat toplamaq məqsədləri və 

hədəfləri fərqlidir. Onların məruz qaldığı risklərin də  təbiəti və  dərəcəsi fərqli-

dir.İdarəetmə,nəzarət və hesabatlılıq strukturlarının bu fərqlilikləri  əks etdirməsi 

vacibdir.  Daxili kəşfiyyat xidmətlərinin fəaliyyətlərinin müdaxiləedici təbiətinə 

görə və məlumat toplanmasının potensial olaraq ölkə vətəndaşlarına qarşı baş ver-

diyi faktına görə, fərdi vətəndaşların və əhalinin hüquqlarına riayət etməklə, daxili 

təhlükəsizlik və asayış arasında müvafiq tarazlığın təmin edilməsi təhlükəsizlik xid-

məti üzərində ciddi nəzarət tələb edir

360


 

Kəşfiyyat Xidmətinin hansı Funksiyaları vardır? 

 

Ümumilikdə, kəşfiyyat xidmətlərinin üç əsas funksiyaları vardır:məlumat top-



lanması,analiz və bütün kəşfiyyat proseslərinə xas olan,əks-kəşfiyyat. Daha çox bə-

zən xarici kəşfiyyat xidmətlərinin dördüncü  funksiyası sayılan,  gizli  əməliyyatın 

müasir demokratik ölkədə uyğun kəşfiyyat funksiyası olub-olmadığı getdikcə mü-

bahisə doğurur

361



 



•  Məlumat Toplanması 

 

Məlumat toplanması kəşfiyyatın əsasını təşkil edir: hökümətə lazım olan adam-



lar,yerlər,hadisələr və  fəaliyyətlər haqqında məlumat bazası  və  məlumatların  əldə 

olunması açıq mənbələr,diplomatik və başqa əlaqələr vasitəsilə əldə oluna bilməz. 

Məlumat toplanmsı olmasa,kəşfiyyat tapmacadan bir az irəli gedər

362


Məlumat toplanması idarəetmə sistemi, hər bir üç əsas məlumat toplayan me-

todlar üçün istifadə olunur: agentura kəşfiyyatı (human intelligence-HUMİNT)- in-

san tərəfindən,casuslar,agentlər və içəriyə soxulanlar və ya o biri tərəfə keçənlər-

                                                            

360


 Johnson, Loch. 2002. Bombs, Bugs, Drugs and Thugs: Intelligence and America’s quest 

for security. Chapter 9, Balancing Liberty and Security. New York: New York University 

Press. pp. 199-222. 

361

 Caparini, Marina. 2002. Challenges of control and oversight of intelligence services in a 



liberal democracy. Paper presented at the Workshop on Democratic and Parliamentary 

Oversight of Intelligence Services, organized by the Geneva Centre for the Democratic 

Control of Armed Forces, Geneva 3

rd

-5



th

 October 2002, p.2. 

362

 

Lowenthal, Mark. op. cit. pp. 54-86. 



 

387


dən toplananlar,xəbərçilər,biznesmenlər,səyahətçilər və media, və s. tərəfindən  

toplanan məlumatdır; siqnal kəşfiyyatı( signals intelligence -SİGİNT), danışıqları 

tutmaq vasitəsilə,müşahidə  və radio vasitəsilə,mikrodalğalar,radar və ya başqa 

elektronik  şüalanmalar, o cümlədən,lazer,görünən işıq və elektro-optik material-

lar

363


 vasitəsilə  toplanan məlumat bazası  və  məlumatlardır;və  təsvir kəşfiyyatı 

(imagery intelligence-İMİNT),peyk və ya müasir quru,hava və suda quraşdırılmış 

sistemlərin köməyi ilə fotoqrafiya,elektronik, ultrabənövşəyi, infraqırmızı,hiper-

spektral


364

  və ya digər görünüş  çəkən texnologiyalar vasitəcilə toplanan məlumat 

bazası və məlumatlardır

365


Agentura kəşfiyyatı açıq və gizli məlumat toplamalarına bölünə bilər. Gizli 

agentura kəşfiyyatının təcrübələri və texniki metodları,açıq agenturadan tələb olu-

nan kəşfiyyatdan tam fərqlənir

366

 və ona görə də onların işlərinin təşkili və məsu-



liyyətləri də fərqlidir. Eynilə hər iki metod vasitəsilə toplanan məlumatalrın  xəbər 

verilməsi və yayılmasının təşkili də fərqlidir. Gizli yolla toplanan məlumatlarda in-

san amili daha vacib rol oynayır, ən müasir audio və video dinləmə avadanlığını işə 

salaraq,mikrobotlar və ya insektoidlər kimi kiçik,görünməz kəşfiyyat toplayan və 

fərqli siqnal aşkarlayıcıları daşıyan robotları isə salıb, müşahidə apararaq,xəbərləş-

mənin kodlarını açıqlayan kompyuter avadanlıqlarından istifadə olunur. 

Kartoqrafiya və  xəritələşmə  ağırlıqlı olaraq təsvirdən asılı olduğundan, bu cür 

məlumat toplanması metodundan hərbi xəritələrin tərtib edilməsi üçün istifadə edil-

məsi yaxşı arqument ola bilər

367


                                                            

363

 Bu barədə  ən yaxşı yazılar üçün bax: Bamford, James. 2001. Body of Secrets: Anatomy of the 



Ultra-Secret National Security Agency – From the Cold War Through the Dawn of a New 

Century. New York: Doubleday. And: Bamford, James. 1982. The Puzzle Palace: A Report on 

America’s Most Secret Agency. Boston: Viking. 

364


 

Hiper-spektral sensorlar müxtəlif diapazonlu şüalanmanmada işığın  əks etməsini tutur və o 

maskalanmış yerlərdən keçərək obyektləri və onların tərkibini müəyyənləşdirir. Bu funksiyanı 

başqa qabaqcıl işıq diapazonunda işləyən adi rəngli sensorlar və kameralar edə bilmir. 

365

 Təyyarə və peyk görüntüləri üçün bax: US National Commission for the Review of the National 



Reconnaissance Office. November 14, 2000. Report: The National Commission for the Review of the 

National Reconnaissance Office. Washington D.C.: GPO. Also at: 

http:// 


www.nrocommission.com

 And: Best, Richard A. 2000. Airborne Intelligence, Surveillance, and 



Reconnaissance (ISR): The U-2 Aircraft and Global Hawk UAV Programs. Washington D.C.: 

Congressional Research Service, Library of Congress. Also: Space Reconnaissance and the 



Management of Technical Collection. At: 

http://www.fas.org/irp/offdocs/int015. html

 

366


 Steele, Rob ert Da vid. 1996. Open Source In tel li gence: What Is It? Why Is It Im por tant to the 

Mil i tary? Amer i can In tel li gence 



Jour nal. Vol. 17, nos. 1 and 2; pp. 35–41. 

367


 Odom, William W. 2003. Fixing Intelligence. For a More Secure America. New Haven and 

London: Yale University Press; pp. 137-138. 



 

388


Nəzəri olaraq, bütün məlumat toplanması imkanları

368


 eyni vəzifənin yerinə ye-

tirilməsi üçün istifadə olunmalıdır. Bu, metodlardan birinin vasitəsilə  əldə edilən 

faktların təsdiqini təmin etmək üçün edilir. Çoxlu sayda mürəkkəbliklərə görə  və 

ya rəqabətli tələblərə görə, bu həmişə mümkün deyil və praktiki də deyil və çox za-

man da maliyyəti böyükdür. Beləliklə,açıq mənbə və ya ictimaiyyətə açıq olan mə-

lumatlar,alınan bilgilərin fərqlərini müəyyənləşdirir və ya məlumatın mümkün ol-

mamasını təsdiqləyir, məlumatın bahalı və riskli imkanlar hesabına əldə edilməsinə 

bəraət verdiyinə əmin olur və ancaq ondan sonra məlumat toplamaq üçün tapşırıq 

verilir. 

Kəşfiyyat toplama sistemləri ictimaiyyətə məlum olan məlumatların toplanması 

ilə  məşğul olmamalıdır. Baxmayaraq ki, kəşfiyyat toplanması gedişində,ictimai 

məlumatlar çox vaxt yaxın  əlaqəli kəşfiyyat xəbərləri kimi toplanır,ictimai məlu-

matlar gizli yollarla yox, başqa vasitələrlə əldə olunmalıdır. Gizli kəşfiyyat məlu-

matları toplanması imkanları o zaman istifadə olunmalıdır ki, o ağıllı surətdə mü-

əyyən edilsin və ya ali rəhbərlik üçün və ya kəşfiyyat xidməti üçün əhəmiyyət daşı-

sın. Və bütün mümkün siyasi fayda və itkilərini ölçüb biçmək lazımdır. Ona görə 

də, ali siyasi rəhbərlik bu işə cəlb olunmalıdır. 

 

•  Analiz 



 

Xam məlumat bazasının müqayisə edilməsi,analizi və qiymətləmdirmə proses-

ləri üçün istifadə olunan termin analizdir və bütün mənbələrdən gələn məlumatları 

ümumiləşdirib onların kəşfiyyata çevrilməsi üçün,yəni,erkən xəbərdarlıq və vəziy-

yət haqda hesabatlar,analizlər,qiymətləndirmələr,təxminlər,proqnozlar və brifinqlər 

üçün istifadə olunan termin analizdir

369

. Hətta,məlumat toplanmasında ağıllı texno-



logiya üstünlük təşkil etsə  də,analiz,müqayisə  və qiymətləndirmə insan beyninin 

məhsulu olur. Heç bir məlumat bazası yığımı geniş sayda çaşdırıcı və ziddiyyətli 

məlumatların içərisində gizlənən hadisənin,fəaliyyətin və ya gedən prosesin siyasi 

                                                            

368

  Əlavə  məlumat toplanması vasitələri üçün bax: USAF Intelligence Targeting Guide. February 



1998. Air Force Pamphlet 14-210 Intelligence; Attachment 3: Sources of Intelligence, 

at:


http://www.fas.org/irp/doddir/usaf/afpam14-210/part 16.htm 

369


 

Analizlərlə daha dərin tanışlıq üçün bax: MacEachin, Douglas J. 1994. The Tradecraft of Analysis: 



Challenge and Change in the CIA. Washington D.C.: Consortium for the Study of Intelligence. 

And: Johnson, Loch K. October 1996. Analysis for a New Age. Intelligence and National 



Security, 11, pp. 657-671. Also: Analysis. Directorate of Intelligence in the 21

st

 Century. 

Strategic Plan. August 1996. Washington D.C.: CIA; Unclassified; For Public Release. And: 

Nielson, Harold. October 1995. The German Analysis and Assessment System. Intelligence and 



National Security. Vol. 10, no. 4; pp.54-71. 

 

389


və ya operativ vaciblliyini anlamaqda düşüncəli təhlilçini əvəz edə bilməz

370


. Təh-

lilçi üçün burada tələb olunan, “nöqtələri bir birinə birləşdirmək” bacarığıdır. 

Məlumat toplanmasını idarə edərək,analizlər,məlumat toplanma metodlarından 

istifadə edərək xam və ya üzərində işlənmiş məlumatları qiymətləndirməyə göndə-

rir və istifadəçinin dəqiq ehtiyacları üçün hazır materialları təmin edir. Bu material-

lar məlum olan faktların mənbələr vasitəsilə necə əldə olunduğunu özündə cəmləş-

dirməlidir; bu nəticəyə gəlmənin aparıcı elementi nədir- aparıcı gümanlar; bu aparı-

cı elementlər dəyişsə hansı təsiri olur-alternativ nəticələr; və məlum olmayan nədir. 

Ümumi məqsəd, siyasi rəhbərliyin milli təhlükəsizlik və xarici siyasətlə bağlı qərar 

verdikləri zaman, mövcud qeyri-müəyyənliyi minimumlaşdırmaqdır. Daha son-

ra,analizlər kompleks məsələlərin düşünülməsi  üçün kömək etməlidir və milli ma-

raqlara qarşı yönəlmiş problemlərə  və ya təhlükələrə diqqəti cəlb etməlidir.Tək-

cə,kəşfiyyat məlumatının daha dəqiq olmasını müəyyən etmək  əhəmiyyət daşı-

mır,həm də siyasi rəhbərliyin tələbatları üçün nəyin önəmli olduğu da önəmlidir

371



Əgər kəşfiyyat xidmətlərinə bir mövzu ilə bağlı analiz etmək sorğuları  gəlirsə 



və onlar həmin mövzu ilə bağlı əldə etdikləri məlumatların ümumi analizlərə çox 

az fayda verəcəyini əvvəlcədən bilirlərsə,o zaman bu sorğuları yerinə yetirməməli-

dirlər. Onlar,həmçinin,ictimaiyyətə açıq mənbələrdən istifadə etməklə yerinə yetiri-

lə bilən belə analizləri etməməlidirlər. Bu o zaman olar ki, kəşfiyyat xidməti təhlil-

çisinin təcrübəsi və ya kəşfiyyat xidmətinin təcrübəsi bu cür analizlərə əhəmiyyət 

gətirər. 

 

•  Əks-Kəşfiyyat 



 

Əks-kəşfiyyat, xarici kəşfiyyat xidmətlərinin və xaricdən idarə olunan siyasi hə-

rəkat və qrupların( çox vaxt kəşfiyyat xidmətləri tərəfindən dəstəklənən) dövlət tə-

sisatlarına,silahlı qüvvələrin və nazirliklərin sıralarına, həm ölkə daxili,həm də xa-

ricdə, casusluq, çevriliş və sabotaj məqsədləri ilə sirayət etməsinin qarşısını almağa 

yönəlmiş ölkə səyləridir

372

. Lakin hədəf hökümətlə bağlı olmayan həm vətəndaşla-



                                                            

370


 Dupont, Alan. 2003. Intelligence for the Twenty-First Century. Intelligence and National Security

Volume 18, no. 4; p. 22. 

371

 Davis, Jack. 1996. A Policymaker’s Perspective on Intelligence Analysis. Studies in Intelligence



Vol. 38, no. 5; pp. 7-15. At: 

http://www.cia.gov/csi/studies/95unclass/Davis. html

 

372


Əks-kəşfiyyat haqda daha yaxşı fikirlər üçün bax: Johnson, William R. 1994. Thwarting Enemies 

at Home and Abroad: How to Be a Counterintelligence Officer. Bethesda, Md.: Stone Trail Press. 

And: Zuehlke, Arthur A. 1980. What is Counterintelligence? In: Intelligence Requirements for the 



1980s: Counterintelligence. Godson, Roy; ed. Washington D.C.: National Strategy Information 

Center. Also: Olson, James M. 2001. A Never-Ending Necessity.  The Ten Commandments of 



Counterintelligence. Washington D.C.: Studies in Intelligence. CIA. At: 

http://www.odci.gov/csi/studies/fall_winter_2001/article08. html 



 

390


rı,həm də əhalini əhatə edə bilər. Əks-kəşfiyyat həm də,ölkədaxili və ya xaricdə ol-

masından aslılı olmayaraq terrorculuqla da mübarizə aparır. Beləliklə, o xarici və 

daxili sərhədlər boyu hərəkət edir. 

 Əks-kəşfiyyat fəaliyyəti hücum və müdafiə  tədbirlərindən ibarətdir:  müdafiə 



tədbirlərinə, dövlət qulluqçularını və əməkdaşlarını sorğulamaq və sınaqdan keçir-

mək və məlum və şübhəli bilinən agentləri təhqiqat etmək və yoxlamaq, xarici kəş-

fiyyat xidmətinin varlığını müşahidə fəaliyyətləri ilə aşkarlamaq  və neytrallaşdır-

maq daxildirhücum tədbirlərinə, xarici kəşfiyyat xidmətlərinin fəaliyyətləri və fə-

aliyyət tərzi haqqında məlumatların toplanması,agent tapıb öz məqsədləri üçün bu 

xidmətlərə və əlaqədar təşkilatlara nüfuz etdirilməsi,onların işlərinin pozulması,al-

datma və özlərinə işlətmə kimi əməliyyatlar təşkil edilməsi daxildir. 

Əks-kəşfiyyat, toplanan məlumatların həqiqiliyinə  əmin olmaq üçün, davamlı 

olaraq mənbələri və məlumatları yoxlamaq baxımından bütöv kəşfiyyat prosesinin 

ayrılmaz bir hissəsidir. O, kəşfiyyat toplanması ilə onunla fərqlənir ki, o təhlükənin 

düşmən kəşfiyyat xidmətindən və ya qeyri-dövlət təşkilatlarından gəlməsindən asılı 

olmayaraq, təhlükəyə qarşı durmaq üçün fəaliyyət göstərir və müəyyən mənada ca-

vabverici xarakter daşıyır. Əks-kəşfiyyatın nəticələri qısa müddət ərzində üzə çıx-

mır və əks-kəşfiyyat araşdırmaları ixtiyari zaman müddəti ilə məhdudlaşmır. 

Casusluq cinayət olduğundan,bir çox əks-kəşfiyyat işləri hüquq mühavizə əmə-

liyyatlarına gətirir. Lakin,casusları və xarici kəşfiyyatın texniki məlumat toplamaq 

imkanlarını tutmaq, daxili və xarici cinayətgarları tutmaqdan çox mürəkkəb işdir. 

Cinayətgarları cinayətə sövq edən  əsaslar və resurslar,xarici kəşfiyyat xidmətləri-

nin dəstəklədiyi adamlardan fərqlidir. Ona gərə də, əks-kəşfiyyat əməliyyatlarında 

cinayət təhqiqat təcrübələrinin tətbiqi fayda vermir

373

. Beləliklə, hücum agentura 



kəşfiyyatının,  əks kəşfiyyatla vahid bir təşkilatda birləşdirilməsi haqqında güclü 

dəlillər gətirmək mümkün olduğu halda, əks-kəşfiyyatın və hüquq mühavizə orqan-

ların birləşdirilməsi arqumentləri inandırıcı deyil. Bundan əlavə, məlumat toplan-

ması üçün müxtəlif metodlardan istifadə edilməsi və siqnal və təsvir kəşfiyyatı da 

daxil olmaqla, bu günün əks-kəşfiyyat tələbatları üçün daha vacibdir. 

 

•  Gizli əməliyyatlar  



 

Keçmiş sovet və digər Varşava Müqaviləsi ölkələrinin apardığı “Aktiv tədbir-

lərlə” müqayisə olunan gizli əməliyyatlar siyasi,hərbi və ya iqtisadi şərait və vəziy-

yətlərə  təsir edən fəaliyyətlərdir və bu fəaliyyətlərdə  məxsus olduğun hökümətin 

                                                            

373


 Hulnick, Arthur S. Fall 1997. Intelligence and Law Enforcement: The ‘Spies Are Not Cops’ 

Problem. International Journal of Intelligence and Counterintelligence. Vol. 10, no. 3; pp. 269-286. 

And: Baker, Stewart L. Winter 1994/1995. Should Spies be Cops? Foreign Policy. No. 97; pp. 36-52. 


 

391


rolu görünmür və ya açıq şəkildə ifadə olunmur

374


. Bu fəaliyyətlər, təbliğat tədbir-

ləri,konkret ölkə daxilində siyasi və ya hərbi qruplara dəstək, ölkə daxilində prob-

lemləri həll etmək üçün texniki və maddi- texniki yardım və ya onların milli təhlü-

kəsizliyinə qorxu yaradan qanunsuz fəaliyyətləri, o cümlədən, terrorçuluq,mütəşək-

kil cinayət və ya narkotik daşımalarına qarşı addımlardan təşkil oluna bilər. 

Gizli əməliyyat diplomatik yolla əldə oluna bilməyən hərbi əməliyyat səviyyə-

sində olmayan varianta deyilir

375


. Hərbi xarakterli olmayan gizli əməliyyatın, yəqin 

ki,gizli agentura məlumatı toplamaqdan başqa, heç bir digər məntiqi təşkilati tapşı-

rığı olmur

376


. Lakin gizli əməliyytalardan istifadə çox mübahisəli məsələdir

377


Prinsipcə, ümumiyyətlə, gizli əməliyyatlar ancaq müəyyən edilmiş xarici siyasət 

məqsədlərinə  dəstək kimi istifadə oluna bilər. Bu cür addımlar diplomatiya,hərbi 

fəaliyyətlər və ya ticarət sanksiyaları kimi açıq tədbirləri müşaiyət etməli və ta-

mamlamalıdır. Gizli əməliyyatlar kəşfiyyat xidmətinin cüzi bir büdcəsini əhatə etsə 

də,çoxluq onun idarəetməsi və  nəzarətinə  hədsiz iştirak tələb edir. Əsas problem 

ondadır ki, onlar daha çox problemlər yaradır, nəinki problemləri həll edir.   Belə-

liklə,açıqlanma və  uğursuzluğun nəticələri diqqətlə qiymətləndirilməlidir və de-

mokratik ölkələrdə gizli əməliyyatlar siyasi nəticələr əhəmiyyət daşıdıqda, fövqala-

də qarşısıalınmaz vəziyyətlərdə, həyata  keçirilməlidir: yəni, dövlətin təhlükəsi bir-

başa qorxu altında olduqda, dövlətin bir çox mexanizmləri işləmədikdə və əməliy-

yatın potensial pis təsirləri onun mümkün faydalarını aşmadıqda. 

Kəşfiyyatın “idarəetməsi” nə deməkdir? 

Kəşfiyyatın apardığı iki əsas fəaliyyətə  –məlumat toplanması  və analizə-geniş 

perspektivdə yanaşılmalıdır: biri bu fəaliyyətləri siyasi rəhbərliyin tələb və tələbat-

larına və hazır kəşfiyyat məhsulunun istifadəsinə aid edilir. İdarəetmə bir proses ki-

mi, kəşfiyyat dairəsi konsepsiyası vasitəsilə həyata keçirilir və hökümət sorğu verir 

və kəşfiyyat xidmətləri tələb olunan müxtəlif növ bilgini toplayır,analiz edir və ya-

yır: bu konsepsiya nəticəsində əldə  olunan informasiya kəşfiyyata çevrilir və qərar 

verənlərə və siyasi rəhbərliyə,hərbi rəhbərliyə və öz işlərini və vəzifələrini yerinə 

                                                            

374


 MKİ gizli əməliyyatları “ hökümətlərə,hadisələrə,təşkilatlara və ya adamlara nüfuz etmək üçün 

nəzərdə tutulmuş  əməliyyatlar adlandırır və bu o tərzdə edilir ki,əməliyyatı aparan ölkə ilə  əlaqə 

bilinmir” 

375


 

Bu problem haqda daha yaxşı  məlumat üçün bax: Berkowitz, Bruce D., & Goodman, Allan E. 

2000. Best Truth, Chapter 5: Covert Action in the Information Age. New Haven and London: Yale 

University Press, pp. 124-146. 

376

 Odom, William E. 2003. Fixing Intelligence. For a more Secure America. New Haven and 



London: Yale University Press, pp. 24-26. 

377


 Church, Frank. January/February 1976. Covert Action: Swampland of American Foreign Policy. 

Bulletin of the Atomic Scientists. Vol. 52, no. 1; pp. 7-11. Lefever, Ernest W. Spring 1980. Can 

Covert Action Be Just? Policy Review. No. 12; pp. 115-122. Rudgers, David F. April 2000. The 

Origins of Covert Action. Journal of Contemporary History. Vol. 35, no. 2; pp. 249-262. 


 

392


yetirmək üçün kəşfiyyata ehtiyacı olan digər rəsmilər və idarələrə    təqdim olu-

nur


378

.  Kəşfiyyat dairəsi adətən beş addımdan ibarətdir (1) planlaşdırma və istiqa-



mət; (2) məlumat toplanması; (3) məlumat üzərində işləmə;(4) nəticə ortaya qoyma 

və analiz; və(5) kəşfiyyat məlumatını yayma. 

Planlaşdırma və istiqamət bütöv kəşfiyyat səylərinin idarəetməsini nəzərdə tutur və 

o: təhlükələri və prioritet məsələləri müəyyən edən və qiymətləndirən,hansı ölkələ-

rin,qeyri-dövlət subyektlərinin və ölkə daxilində və xaricdəki qrupların kəşfiyyat izlə-

mələrinə əsas yaratdığını məyyən edən zəruri informasiyalardan başlayaraq,sifarişçiyə 

son kəşfiyyat məlumatlarının çatdırılmasına qədər prosesi təmin edir. 

Bu bütöv proses, sifarişçilərin tələbatları  əsasında müraciətlə  və ya müəyyən 

məsələlər üzrə kəşfiyyat tələbatları ilə irəli sürülür. Prezident,Baş Nazir, Milli Təh-

lükəsizlik Şurası, Nazirlər və ya başqa hökümət agentlikləri sifarişçi ola bilir. Bir 

çox hallarda,müraciətlər və tələbatlar əsasında təsisatlar yaradılır. 

Məlumat toplanması  son kəşfiyyat materialını ortaya qoyacaq məlumat bazası 

və məlumatları nəzərdə tutur. Məlumat toplanması prosesinə açıq mənbələr, başqa 

heç bir yolla əldə edilə bilməyən informasiyaları verən agent və qarşı tərəfə keçən-

lərin sirli mənbələri və bütün texniki məlumat toplama metodları daxildir. 



Məlumat üzərində  işləmə,sistemə geniş miqyasda gələn məlumat bazasının və 

məlumatın müqayisəsi və dil tərcuməsi və şifrlərin açılması da daxil, daha uyğun 

formada son kəşfiyyat məhsuluna çevrilməsidir. Təhlilçilərə birbaşa getməyən mə-

lumatlar növləşdirilir və kompyuterlə tez bərpası üçün yararlı hala salınır. Beləlik-

lə,məlumat üzərində işləmə, mövzu üzrə növləşdirməyə də aiddir, bu proses həm 

də məlumat bazasının azaldılmasına, məlumatların şərh edilməsi  və sonra növləş-

dirilmiş materialların foto və elektronik alətlərə köçürülməsinə də aiddir. 

Nəticə ortaya qoyma və analiz məlumat və bilginin son kəşfiyyat materialına 

çevrilməsidir. O, bütün mümkün olan məlumat bazasının inteqrasiyasını, analizi-

ni,tutuşdurmalar və qiymətləndirmələrini və müxtəlif kəşfiyyat materiallarının ha-

zırlanmasını əhatə edir. Bu materiallar və ya təxminlər brifinq,qısa hesabatlar və ya 

uzun tədqiqat materialları kimi təqdim oluna bilər. Toplanan məlumat bazası  və 

məlumatalr çox zaman parçalanmış formada olur,bir çox hallarda ziddiyətli olur və 

mütəxəssislərdən bu materillara məna və  əhəmiyyət verməyi tələb edir. Beləlik-

lə,yaxşı analiz hadisə və şəraitləri tutuşdurmaq və qiymətləndirmək üçün düşmən 

tərəfdən əldə edilmiş açıq və gizli məlumatların qarışığını təmizləyən ən yaxşı be-

yinlərin toplanmasından asılıdır. Bu hadisə  və  şəraitlərə, cari hadisələr,niyyət-

lər,imkanlar,mümkün və ehtimal olunan gedişlər,müxtəlif bölgələr və problem-

lər,təşkilatlar,qruplar və ya siyasi,iqtisadi,maliyyə,elmi,hərbi və ya bioqrafiya kimi 

müxtəlif kontekstdəki şəxsiyyətlər daxildir. 

                                                            

378

 Johnson, Loch. 2002. Bombs, Bugs, Drugs and Thugs: Intelligence and America’s quest for 



security. New York: New York University Press, p. 187. 

 

393


Kəşfiyyat məlumatını yayma kəşfiyyat dairəsində sonuncu addımdır və son məh-

sulun kəşfiyyat istehlakçısına yayılmasını əhatə edir, yəni kəşfiyyat dairəsinin ya-

ranmasını törədən həmən qərar verənlər və ya siyasi rəhbərliyə son kəşfiyyat mate-

riallarının idarə edilib yayılmasını  əhatə edir. Bu mərhələdə  səhv üçün imkanlar 

olur. İnformasiyanın faydalı olması üçün, onun beş mühüm özəlliyi olmalıdır: aktu-

allığı,vaxtında olması,dəqiqliyi,məzmun və  təmizliyi-siyasi fəndlərdən uzaq olma 

mənasında (yalan informasiya,təbliğat,aldatma və s.). 

Çox vaxt kəşfiyyat prosesində daha iki mərhələni ayırırlar: istehlak və əks-əla-

qə. Necə və hansı formada siyasi rəhbərlik kəşfiyyatı istehlak edir və  kəşfiyyatın 

istifadə  dərəcəsi, iki vacib məsələdir. Siyasi rəhbərlik ilə münasibətlər passiv 

yox,aktiv olmalıdır. Lakin,obyektivlik,təkcə təhlilçinin və ya istehlakçının keçmiş-

də daha vacib saydığı  dəyişənləri yox,bütün dəyişənlərə baxmaq üçün müəyyən 

məsafə və istək tələb edir

379


. Əks əlaqənin, kəşfiyyat xidmətləri istədikləri zaman 

az-az hallarda baş verməsinə baxmayaraq, kəşfiyyat istehlakçıları ilə onu istehsal 

edənlər arasında dialoq,kəşfiyyat məlumatı alınandan sonra baş verməlidir. Beləlik-

lə, dövlət qərarı verənlər və siyasi rəhbərlik kəşfiyyatı əldə edənlərlə görüşüb onla-

rın tələblərinin necə yerinə yetirildiyini göstərməli və kəşfiyyat əldə etmə proseslə-

rinə hər hansı bir dəyişiklik edilməsinə ehiyac olub-olmadığını da müzakirə etməli-

dirlər

380


İstənilən modeldə olduğu kimi, kəşfiyyat dairəsinin də sxemi həqiqi dünyanın 

sadələşdirilməsidir. Bir çox tələblər “daimi tələblərə” çevrilə bilər. Siyasi rəhbərlik 

çox az hallarda,hansı məlumatın onlara lazım olduğunu konkretləşdirir. Daha çox 

onlar,zəruri olan məlumatları necə əldə edib,hesabatları necə hazırlamaq məsuliy-

yətlərini kəşfiyyat orqanlarının üzərinə qoyaraq, müəyyən vəziyyət və ya gedişlərlə 

bağlı hesabatlara istəklərini göstərəcəklər. Lakin,kəşfiyyat orqanlarının özlərinin 

davamlı əməliyyatlarını təmin etmələri üçün məlumat almağa müəyyən daxili tələ-

batları vardır: gələcək potensial əməliyyatlarda faydalı ola biləcək kəşfiyyat məlu-

matları və ya əks-kəşfiyyat və təhlükəsizliklə bağlı. Kəşfiyyat məlumatlarının ya-

yılması kəşfiyyat dairəsinin ən çətin mərhələsi sayıla bilər.Hətta hökümət daxilində 

kəşfiyyat paylaşması,kəşfiyyat metodlarının və  mənbələrinin sirliliyini saxlamaq 

baxımından cətindir. Amma, effektiv təhlükəsizlik və ictimai asayişi təmin etmək 

üçün daha çox məsul rəsmilərə zəruri məlumatların verilməsi mütləq edilməlidir. 

Yaxşı kəşfiyyat idarəetməsi,kəşfiyyat dairəsinin optimal idarə edilməsindən ası-

lıdır. Digər tərəfdən, gələcəkdə  uğurlu kəşfiyyat idarəetməsini fərqləndirən ele-

                                                            

379


 

Hulnick, Arthur S. May 1986. The Intelligence Producer – Policy Consumer Linkage: A 

Theoretical Approach. Intelligence and National Security Journal, Vol. 1, no. 2, pp. 212-233. And: 

Haass, Richard N. 2002. Policymakers and the Intelligence Community: Support US Foreign Policy 

in the Post-9/11 World. Studies in Intelligence. Vol. 46, no. 3; pp. 1-13. 

380


 Dairənin,istehlakın və əks-əlaqənin idarə olunması “reallığı” üçün bax: Lowenthal. op. cit., pp. 50-51. 

 

394


ment, siyasi rəhbərliyə və operativ komandanlığa tam dəstək vermək üçün prosesin 

bütün elementlərini bir yerə  yığıb inteqrasiya etmək bacarığıdır. Bu nəticəni  əldə 

etmək çox səylər tələb edir,çünki daha çox keçmiş fərziyyələr artıq tətbiq olunmur. 

Kəşfiyyat idarəetməsinin yeni paradiqmasını üç əsas amil dəyişdirir:(1) kəşfiyyatın 

əhatə etdiyi obyektdə baş verən dəyişikliklər; (2) daha çox kəşfiyyat paylaşması və 

beynəlxalq əməkdaşlıq tələbatları; və (3)informasiya texnologiyasında və informa-

siyadan istifadə olunmasnda baş verən dəyişikliklər. 

 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin