Parlament Nəzarəti
Müdafiə və təhlükəsizliklə bağlı qərarlar daha siyasi olmuşdur və nəticədə daha
çox parlament diqqəti cəlb edir. Sülh dəstəkli əməliyytlarda iştirak avtomatik de-
yil,lakin geniş sahəli mövzuların predmetidir. Stabillik və beynəlxalq hüquq və
qayda məsələləri gündəmin əsas mövzularındandır. İnsan hüquqlarının ciddi pozul-
ması və hətta genosid, beynəlxalq təşkilatların və ya “könüllü koalisiyaların” bey-
nəlxalq addımlarını zəruri edir. İştirak, onların milli maraq qavrayışları ilə və get-
dikcə onların məqsədlərinin səviyyəsi ilə müəyyən edilir. Onlar,xərclərlə bağlı nə
qədər yardım etməyə hazırdırlar və hansı riskləri paylaşmağı arzu edərlər? Və və-
təndaşlar,səhiyyə,təhsil və sosial güvənliyə təsir edən başqa hökümət xərcləri ilə
sərt rəqabətdə dövlət büdcəsinin hansı hissəsini sülh və təhlükəsizliyiə sərf etməyə
hazırdırlar? Daxili və xarici təhlükəsizlik arasında artan əlaqənın reallaşması bu
məsələni daha yuxarı siyasi gündəliyə aparmışdır,lakin kompromis incə məsələ
olaraq qalır.
Müasir Qərb cəmiyyətinin yeni paradoks yaratdığını qeyd etmək üçün alim ol-
maq lazım deyil və bu paradoks dəyər əsaslı və maraq əsaslı beynəlxalq əməkdaş-
lıq arasındakı fərqlərlə və dəyərlər və normalar arasındakı çaşqınlıqla xarakterizə
olunur. Dəyərlər birincidir və normalar onlardan alınır.Qərb təşkilatında, suveren-
lyin paylaşması normaya çevrilmişdir,lakin riskin paylaşması dəyərdir. Sülhün
məqsədi daha çox prosesə və daha az nəticəyə çevrilmişdir
462
. Paradoks ondadır
ki,bizim cəmiyyət eyni zamanda risklərə həvəssiz yanaşır: idarəetmə xarakteri bö-
461
COM (2004) 608 final and MEMO/04/222 of 23.09.2004.
462
Müəllif Christopher Coke-rə onun Avropa və Beynəlxalq Tədiqatları üzrə Lüksemburq
İnstitutunun Şenqen konfransında 2004 İyun çıxışınıa görə minnətdardır.
455
yük ideallar yerini tutmuşdur. Nəticə,qüvvələr səviyyəsini saxlamaq üçün dəqiq
kriteriyanın olmaması və ona uyğun maliyyə səyləri ilə müşaiyət olunan hər bir se-
çim haqqında daimi debatların aparılmasıdır. Hər şey qiymətləndirmə mövzusuna
çevrilmişdir və heç kim uduzmaq istəmir.
Bu şərtlər altında,parlamentarlar müdafiə komitələrinin iclasları və plenar iclas-
ları üçün müəyyən olunmuş prosedurlara riayət edərək geniş və ardıcıl yanaşma
tətbiq etməyə can atmalıdırlar. Birincisi, onların hökümətləri özlərinin təhlükəsizlik
konsepsiyalarını və təhlükəsizlik siyasətlərini təqdim etməli,həyata keçirməli və
yeniləməlidirlər.Bu,sözün əsil mənasında müdafiə tələblərini sadalamaqla(yəni əra-
zi bütövlüyü və müstəqilliyin qorunması) və təhlükə qiymətləndirməsi prosesi ilə
müşaiyət olunmalıdır.
İkincisi,beynəlxalq sülhü dəstəkləyən əməliyytalarda iştirakın məqsədinin sə-
viyyəsi və birliklər və onların təcrübə və hazırlıqları baxımından xarici ölkəyə gön-
dərilməsində hansı konkret köməyin olacağının müəyən edilməsi.
Ücüncüsü,şəxsi heyət və avadanlıq səviyyəsi bu məqsədlərə uyğun gəlməlidir, o
cümlədən,təlim,logistik dəstək və birgə tədbirlər baxımından. Ən yaxşı variant, tə-
lim keçmiş və münaqişə qalxarsa və əməliyyatlara qoşulmaq haqda siyasi qərar
olarsa,hərbi zonaya göndərilməyə hazır olan “güc paketləri” hazırlamaqdır.
Dördüncüsü,NATO və AB ölkələrində müttəfiqlərin və tərəfdaşların satınalma
planlarına daha çox diqqət yetirilməlidir. NATO-nun Planlaşdırma və Nəzərdən
Keçirmə prosesi hərbi rəhbərliklər tərəfindən geniş qiymətləndirmələrə əsaslanır.
AB könüllü olan “aşağıdan yuxarı”prosesi ilə hərəkət edir və o, hələ də üzv ölkələ-
rə düzəlişlər edən “yuxarıdan aşağı” prosesinə qatılmır. Çatışmamazlıqları üzə çı-
xarmaq və ümid etmək ki, kimsə onları düzəldəcək kifayət deyil. Avropa Müdafiə
Agentlyi tərəfindən qiymətləndirmə bu boşluğu doldura bilər.
Beşincisi, daha konkret olaraq müdafiə məmulatları satınalmaları üçün,bir neçə
məqamlar qeyd edilməlidir. DCAF-ın Parlamentarlar üçün 2003-cü il 5 nömrəli Ki-
tabcası (DCAF Handbook for Parlamentarians No5 of 2003) özünün 28-ci Fəsilini
çoxlu sayda ideyalarla “Silahlar və hərbi avadanlıq alqı-satqısı”-na həsr etmiş-
dir,”Parlamentar kimi siz nə edə bilərsiniz”(Əlavə 5). Ən əsası əmin olmaqdır
ki,hökümətlər demokratik proseslər sayılan “üzə çıxart,izah et və əsaslandır” mo-
delini hərbi avadanlıq sektoruna da tətbiq etsinlər. Büdcə tərəfdən, parlamentarlar
əmin olmalıdırlar ki,onlara təqdim olunan planları həyata keçirmək üçün lazımi
miqdarda maliyyə yetəcək,təkcə bu maliyyə ilində yox,tam bütov alqı-satqı prosesi
dönəmində. Uzun müddətli layihələrdə, hökümətlərin siyasətində qiymət artmaları-
nı nəzərə almamaq və bu ildəkindən daha da optimist olmaq tendensiyası vardır.
Almaniya və Rumıniya,həyata keçirə bilmədikləri alqı-satqı planları haqqında nü-
munələr təqdim etmişlər. Statistik olaraq,bütöv layihə xərclərinin təxminləri həmi-
şə aşağı hesablanmışdır və bəzən də bu bilərəkdən edilir. Xərclərin artması tez-tez
456
olur,gecikmələr olur və proqramlar büdcələndiyindən daha çox baha başa gəlir.
Müdafiə satınalmaları uzun zaman aldığından,uzun müddətli imkanlar qurmaqa tə-
sirləri qiymətləndirmək və yeni avadanlığın silahlı qüvvələrin ahəngli quruluşuna
necə uyğun olacağını müəyyən etmək vacibdir. İndiki dövrdə “birləşmə”-yə edilən
vurğu bunu daha da zəruri edir. Eyni dərəcədə, yeni sistemlərin həyat dövrü xərclə-
rinə,o cümlədən,təminat, yenilənmə və onları idarə etmək üçün lazım olan şəxsi he-
yətə diqqət yetirilməlidir.
Məxvilik və korrupsiyanın qarşısının alınması cəhətləri çətin suallar yaradır.
Başqa sahələrdən frəqli olaraq,müdafiə sahəsində məxvilik təbii ki,böyük rol oy-
nayır. Aydındır ki, həm hərbi ,həm də sülhü təmin edən əməliyatlar üçün geniş
operativ planlar məxvi qalmalıdır. Eyni şey müəyyən silah xarakteristikalarına da
aiddir, lakin məxvilik tələbləri şişirdilməməlidir. Çoxlu fəaəliyyətlərin detalları pe-
şəkar jurnalllar,şirkət elanları və media vasitəsilə icyimaıyyətə məlum olur. Əgər
seçim sirli məlumatlarda firlanırsa,parlament komitələri qapalı qapılar arxasında
konfidensial şəkildə məlumatlandırılmalıdırlar.
Korrupsiya problem yaradır,çünki onun aşkarlamaq çətindir.Kiminsə dəstəklə-
diyi məsələ, bütün müvafiq amillərin dəqiq qiymətləndirilməsi nəticəsində baş ve-
rir, yoxsa qazanclar,hədsiz qəbullar,hədiyyələr və ya təmiz ödəmələrin təsiri altında
olur? Müdafiə Nazirliklərinin öz şəxsi heyətinin korrupsiya əməllərinə qarşı müba-
rizə üçün xüsusi şöbələri olmalı və onların bütün sual doğuran sənədlərə çıxışları
olmalıdır. Şirkətlərın yaxınlaşdığı obyektlər parlamentarlardır və onlar ciddi rəqa-
bətdə öz səslərinin nüfuzundan istifadəyə cəhd edirlər. Bəzən bu hallar,Belçikada
və Almaniyada olduğu kimi partiyanın xəzinəsinə ianələrlə müşaiyət olunur.Onla-
rın tender haqqında fikirlərinin obyektivliyinin saxlanması üçün ən yaxşı yol, mü-
dafiə şirkətlərinə təkbaşına yox, digər partiyalardan olan həmkarları ilə birlikdə sə-
fər etmələridir.
Ən yaxşı silah və texnika axtaran və hər hansı ölkənin,çox vaxt da ABŞ-ın,si-
lahlı qüvvələri və hərbi sənayesi ilə ənənəvi münasibətdə olan müdafiə nazirliyi ilə
ölkənin siyasi və iqtisadi maraqları üzrə daha geniş yanaşmaya sahib olan siyasət-
çilər arasında müəyyən gərginlik yaşanır. Əgər ölkə və ya birgə Avropa məhsulu
kriteriyalara cavab verirsə, niyə onu almamalı,hətta Ameika sistemi ondan yaxşı ol-
sa da? Bu cür yanaşmalar özünün önəmli hərbi sənayesi olan ölkələrdə ağırlıqlı
olaraq üstünlük təşkil edir. Başqa hallarda,ən müasir texnologiyanı almaq və Avro-
pa sənayesinə üstünlük verməmək üçün güclü arqumentlər vardır. İqtisadi mülahi-
zələrin çəkisi ölkədən ölkəyə dəyişir,lakin ümumiyyətlə,ən yaxşı silahların alınma-
sı tələb olunan kollektiv müdafiəyə üstünlük verilən illərlə müqayisədə artmaqda
davam edir. İstənilən halda,ölkədə iş yerlərinin açılması parlament debatlarında hə-
mişə mühüm rol oynamışdır.
Müdafiə məsələləri üzərində parlament nəzarəti ölkə parlamentlərinin üzərinə
457
düşür. Buna baxmayaraq,NATO və QAB-ın parlament assambleyaları bu debatlara
beynəlxalq xarakter verməkdə mühüm rol oynamışlar. Onların hesabatları parla-
mentarlar,media və geniş ictimaiyyət üçün yüksək keyfiyyətli və faydalı mənbələr
sayılır. Birgə qətnamələri müzakirə edib,üzərində işləyib səsə qoymaqla gedən
prosesdə məlumatlılıq yaradırlar və bunu “konsensus qurmaq” kimi təsvir edə bilə-
rik.Parlament üzvləri öz parlamentlərinə geri döndükləri zaman, debatlarda söz al-
dıqları zaman, oradakı ümumi müsbət mühitdən və ya fikir ayrılığından faydalanır-
lar.
Avropa inteqrasiyası prosesi,təhlükəsizlik və müdafiə sahəsində parlamentin bu
çür rolunu görmür. Avropa Parlamentinin onu gözdən keçirmək səlahiyyəti yox-
dur,baxmayaraq ki, o bunun kənarlarına toxunur və yüksək nümayəndə Haviyer
Solana parlamentin xarici komitəsi qarşısında çıxış edir. Gələcəkdə,mülki və hərbi
sektorlarda sənaye siyasəti və texnoloji yenilik məsələləri ekizləşəndə bu hal da də-
yişəcək. İndiyə qədər,hələ də, Fransa və Böyük Britaniya daxil bir çox ölkələr,bu
cür “hökümətlərarası” işlərdə Avropa parlamentinə və ya Komissiyaya böyük rol
verilməsinə müqavimət göstərirlər. Nəticədə,ölkə parlamentarlarının Avropa səviy-
yəsində əlaqələrinin mümkünlüyü QAB funksiyalarının AB tərəfindən öz üzərinə
götürməsi təhlükəsi ilə anlaşılır. QAB Assambleyası,nazirlik səviyyəsində Şura ilə
debata girməyə imkanını itirərək, artıq qeyri-müəyyənlkdədir. Onun ölkə parla-
mentarlarından və bir çox Avropa parlamenti üzvlərindən ibarət birgə Assambleya
formalaşdırmaq təklifi dəstək almadı. Bunun əvəzinə, hökümətlər COSAC ilə
(Conference on European Affairs Committees and Communities),Avropa məsələlə-
ri üzrə milli komitələrin üzvləri ilə ağır gündəlikli görüşə getdilər,lakin bu adamlar
nə təhlükəsizlik məsələlərində,nə də başqa hökümətlərarası ədliyyə və daxili işlər
məsələlərində ekspertlər deyildi. Avropa Konstitusiyası üzrə Hökümətlərarası Kon-
fransa, parlamentlərarası əməkdaşlıq üzrə iki maddə daxildir və Protokolun 2-ci
başlığı Avropa Birliyində üzv ölkələrin milli parlamentlərinin rolunu göstərir. Bu
protokol,əsasən əhəmiyyətli məsələ olan “qərarların aşağı səviyyələrdə verilməsi”
prinsipi ilə və Avropa qanunvericilik aktlarının Birlik,yoxsa milli parlamentlər tə-
rəfindən qəbul edilməsi məsələləri ilə məşğul olur. Parlamentlərarası əməkdaşlıq
üzrə deyilir:
Maddə 9.Avropa Parlamenti və ölkə parlamentləri Avropa Birliyi daxilində ef-
fektiv və müntəzəm parlamentlərarası əməkdaşlığı birlikdə təşkil etməli və təşviq
etməlidirlər.
Maddə10. Avropa İşləri Komitələrinin Konfransı Avropa parlamentinin,Şuranın
və Komissiyanın diqqətinə müvafiq saydığı istənilən sənədi təqdim edə bilər. Kon-
frans əlavə olaraq,ölkə parlamentləri və Avropa Parlamenti arasında məlumat mü-
badiləsini və ən yaxşı praktikaları təşviq etməlidir,o cümlədən,onların xüsusi komi-
tələri arasında. O,həmçinin,konkret mövzular üzrə,xüsusilə də,ümumi xarici və təh-
458
lükəsizlik məsələlərinin müzakirəsi,o cümlədən,ümumi təhlükəsizlik və müdafiə si-
yasəti üzrə parlamentlərarası konfranslar təşkil edə bilər.Konfransda edilən çıxışlar
milli Parlamentləri heç nəyə vadar etməməli və onların mövqelərini əvvəlcədən
müəyyən etməməlidir.
Bu maddələr Avropa və milli parlamentlər arasındakı sadə olmayan çox müna-
sibətləri müəyyən etməyə imkan verir. İstənilən halda, bu QAB Assambleyasının
işi ilə müqayisədə bir addım geri sayıla bilər,çünki COSAC-ın üzvlərinə öz milli
komitələri və ya partiyaları mandat verməmişdir və ona görə də onların siyasi qət-
namələr qəbul etmək hüququ yoxdur. Az-az baş verən və öhdəlik daşımayan parla-
ment iclasları, iş planı,hesabatçı sistemi və səsvermə proseduru olan işlək təsisat-
lanmış assambleyanı əvəz edə bilməz. Komitələrdə hazırlıq olmadan,25 və ya çox
parlamentin üzvlərinin xüsusi iclaslarının bir mənalı nəticəyə gəlməsi çox çətindir.
Digər mənfi tərəf, Assosiativ üzv və Assosiativ tərəfdaş statusunun itməsi idi
və bu hal QAB içərisində yenilikçi addım idi və AB üzvü olmayan NATO ölkələ-
rini və AB namizəd ölkələrini də öz struktuna alırdı(Məsələn,Türkiyəni, Malta və
Kipri isə yox, çünki onlar NATO-nun SNT proqramında iştirak etmir və ona görə
də təhlükəsizlik və müdafiə siyasətinin kənarında qalmalıdır). Sonucda,bu cür
struktur Bolqarıstan və Rumıniyanın 2007-ci ildə AB üzvü olması ilə öz mənasını
itirər,lakin Türkiyə üçün Assosiativ Üzv məsələsi uzun müddət faydalı olar və bu-
nu Avropa Müdafiə Agentliyi ilə də əlaqədar söyləmək olar.
Bu cür vəziyyədə,məlumatlı parlamentarlar arasında təhlükəsizlk debatları yə-
qin ki, öz hesabatlarının keyfiyyəti ilə ad qazanmış,NATO-nun SNT proqramı ilə
əlaqədə olan,o cümlədən Rusiya ilə xüsusi mövqesi olan və Aralıq Dənizi Qrupu
vasitəsilə Şimali Afrika ölkələrinin nümayəndələri ilə görüşən NATO Parlament
Assambleyasına(NPA) keçəcəkdir. NPA-nın dəyəri Avropa və Amerika siyasətçi-
lərinin görüşləri ilə xarakterizə olunur və ona görə də ABŞ Konqresinin marağının
davamından asılı olacaqdır. Alqı-satqı məsələləri, adətən,Müdafiə və Təhlükəsizlki
Komitəsinin gündəmində elə də durmur olmur,lakin Avropa təhlükəsizlik və müda-
fiə siyasəti və ya texnologiya ötürmələri durur.
Nəticə
Hərbi satınalmalar üzərində parlament nəzarəti mükəmməllikdən çox uzaqdır.
İcra orqanlarına nəzarət potensialı olan sadəcə bir neçə ölkə prosedurlara riayət
edir. Və daha mürəkkəb dərəcəli məsələlər haqqında bir necə parlamentar geniş fi-
kir yürütmək iqtidarında olur.Siyasi,iqtisadi və hərbi yanaşmalar bir- birinə hörül-
müşdür. Avadanlıq qərarları, ölkənin sülh və təhlükəsizlik məsuliyyətlərini daşı-
maq məqsədləri ilə birgə addımlamalıdır. Onlar həm də,düzgün işçilər qəbul et-
məklə kadr siyasəti ilə və avadanlığı işlədən hərbçilərin təhlükəsizliyi ilə müşaiyət
459
olunmalıdır. Müttəfiqlərin və tərəfdaşların hansı köməyi planlaşdırdıqlarına da bö-
yük diqqət yetirilməlidir və uzun müddətli planlaşdırma və satınalmalar üçün “güc
paketləri” resurslarının hazırlanmasına ciddi səylər tələb olunur. Onların faktiki is-
tifadəsi isə ölkələrin suveren qərarlarından asılıdır,lakin qoşunların gözlənilməyən
geri çəkilməsi halı olduqda belə,bu, planlaşdırma məqsədləri üçün çox əhəmiyətli-
dir. Yəqin ki, güclənmiş təhlükəsizlik və müdafiə siyasəti, tərəfdaşları həmrəylik
ruhunda bir yerdə saxlayacaq.
Kompensasiya sazişləri,xaricdəki maliyyə xərclərinin birgə istehsal və ya alter-
nativ sifarişlərlə ofset edilməsi,iqtisadi nazirliklərin bütün bölmələri üçün həyat tər-
zinə çevrilmişdir. ABŞ Konqresi bü cür sazişlərə öz müqavimətini göstərsə, xarici
alıcılar Amerika sistemlərini almaqdan geniş şəkildə çəkinəcəklər. Adətən,parla-
mentarlar bu cür sazışlərin detallarını iş yeri baxımından bilməyə çox can atırlar və
xərclərin artması ilə müşaiyət olunan təkrar istehsal istiqaməti olduqda və ya başqa
fəaliyyət olanda da onların maraq mövzusu olur. İstehsal edilən məmulatların his-
sələrinin birgə istehsalı əsas təminatşı üçün ən yaxşı variant sayılır.
Sənaye öz hökümətlərindən çox irəli gedir. Bu parlamentarları da narahat etmə-
lidir.Hökümətlər,bir təşkilatı həlldən digərinə keçir,lakin sonda onlar özlərinin dar
və özünü qoruma münasibətlərini saxlayırlar, düşünmürlər ki,onların sənayeləri
düzgün ixrac qanunvericiliyi və ixrac məhdudiyyətləri üçün sadə qaydalar və eti-
barlı təminat olarsa o zaman daha yaxşı olar. İştirakçı dövlətlər qarşılıqlı asılılıq və
müstəqillik və yerli sənaye maraqları və Avropa miqyaslı bazarların əhəmiyyəti
arasında tərəddüd edirlər. Avropa Müdafiə agentliyi yuxarıdan aşağı yanaşma-
dır,lakin uzunmüddətli əməkdaşlıq aşağıdan yuxarı qurulan baza tələb edir. Qısa
olaraq, Avropa mühiti mürəkkəbdir və o parlamentarlar tərəfindən baş verən dəyi-
şikliklərlə eyni xəttdə durmaq üçün real səylər tələb edəcək.
Parlamentarlar öz sənayelərini öz ölkələri daxilində aparıcı sənaye obyektləri ilə
birləşdirmək,yoxsa öz sənayelərini Avropadakı oxşar sənayelərlə qovuşdurmaq
haqqında rəy formalaşdırmalıdırlar. Avropanın birləşmiş büdcəsinin olmaması şir-
kətləri öz məhsullarını hər bir ölkədə fərdi olaraq satmağa məcbur edir. Eyni za-
manda, Almaniya və Fransanın sənaye siyasəti bu cür ölkələrarası qovuşmalara
meylli deyil və Böyük Britaniya isə Avropa və transatlantik maraqlar arasında yer
tutur. Nəticədə, EADS,BAE Sistemləri və Thales kimi nəhəng şirkətlər bir-biri ilə
qovuşmalardan kənarda tutula bilər.Gələcək birləşmələrin, həm Avropa,həm də
Transatlantik miqyasda ikinci və üçüncü qat şirkətlərə də yayılması məhdudlaşa bi-
lər. Amerikan şirkətləri tərəfindən,əsasən də General Dynamics tərəfindən həyata
keçirilən alqı-satqılar getdikcə artan gözdən keçirmələrə məruz qalır. Almaniya-
da,xarici ticarətlə bağlı son dəyişikiliklər,həssas müdafiə sahələrində çalışan sənaye
şirkətlərində xarici yatırım 25%-dən çox olarsa, belə layihələrə hökümətin veto
qoymasına izn verir.
460
Müxtəlif təşkilati strukturlar,məsələn,Loİ,OCCAR,POLARM,WEAG və
WEAO hamısı müəyyən dəyərə malikdirlər,lakin onların verdiyi nəticələr gözlənti-
lərdən aşağı olmuşdur. EDA-nın elanlarına skeptik yanaşılma da az maraq doğur-
mur. Bir sənaye başçısının özəl olaraq dediyi kimi,Avropa hökümətlərini, onların
“beyinlərinin gömrük köşələri” bölmüşdür. Buna baxmayaraq,müəyyən öhdəliklər
həyata keçirilərsə,EDA ilk dəfə olaraq tələbləri,istehsalı,satınalmaları və sonucda
qiymətləndirmələri eyni təsisat quruluşunda birlikdə yerləşdirən şüurlu səylər kimi
təmsil oluna bilər.
Atlantikin hər iki sahilində münaqişə həlləri ssenariləri üçün böyük diqqət yeti-
rilmişdir.Bir çoxları,qeyri müəyyənlik zamanı ssenari –yönümlü yanaşmanı sual al-
tına qoya bilər. Buna baxmayaraq, bu,silahlı qüvvələri uyğun şəkildə planlaşdır-
maq və silahlandırmaq üçün yeganə yoldur. Parlamentarlar bu ssenariləri yaxşı öy-
rənməlidirlər, çünki onlar silahlı qüvvələrin mümkün tapşırıqları haqqında geniş
əsaslar formalaşdırır. Görünən odur ki, ABŞ ilə Avropa arasında onların üzləşdiyi
əsas təhlükələrlə bağlı anlaşma artır: terrorçuluq, kütləvi qırğın silahları, mütəşək-
kil cinayətlə əlaqəli baş tutmayan dövlətlər. 2003-cü ildəki Solana layihəsi mühüm
körpü funksiyasını yerinə yetirdi. Onun hələ də güc planlaşdırması ilə bağlı konkret
prinsiplərinin olmaması çatmamazlıqları vardır və daha dərin təkmilləşməyə ehti-
yacı var. Lakin, ona, transatlantik qaşınmalardan çox buxar hopmuşdur. Milli par-
lamentlər,bu təhlükələri qarşılamaq istiqamətində öz ölkələrinin rolunu necə gör-
düklərinə və bu tapşırıqları yerinə yetirmək üçün hansı növ qüvvələr və avadanlıq
lazım olduğuna fokuslanmalıdırlar.
Avadanlıq əməkdaşlığı üzərində yaranaN ümidlərin azalması ilk dəfə deyil.
İndi, çıx sayda çətinliklərin qalmasına baxmayaraq, tərəqqi üçün şanslar əvvəlki
dönəmlərdən daha yaxşıdır. Bütövlükdə,Avropa sənayesi kifayət qədər tələblərə
cavab verəndir. Problem,geniş miqyaslı iqtidasiyyat qurmaq üçün kifayət qədər
kütləvilik yoxdur.Ona görə də,dərin birləşmələrə ehtiyac vardır. İkincisi, AB,
Avropa təhlükəsizliyi və müdafiə siyasəti qurmağa yenicə önəm verməyə başlayır.
Formada olan zabitlər qanunvericilik dünyasında və rəqabət məkanı yaratmaqda
təcrübəsizdirlər. Həmrəylik anlayışı və risk paylaşması təbii olaraq yaranmır və xü-
susilə də, bizim öz varlığımız risk altında olmadığı zaman. İrəliləyiş var.Bizim de-
mokratiya və insan hüquqlarına hörmətlə bağlı dəyərlərimiz ümumidir, ən azı kağız
üzərində. AB-də, inkişaf etməmiş bölgələrə struktur fondların etdiyi yardım həm-
rəylik hissi yaratmışdır. İyirmi il bundan əvvəl, təcrübə və bacarıqlarını itirməmək
zərurətindən çıxış edərək və beynəlxalq rəqabətin tələblərinə cavab vermək üçün
biznes təşkilatları,ümumi daxili bazar yaratmaqda güclü rol oynadılar. Bu gün,hə-
mən tendensiya müdadiə sənayesində da baş verir. Lakin, hələ də,hökümətlə səna-
ye müəsisələri arasında ziddiyyətlər qalır. Hökümətlər öz məqsədləri ilə bağlı qey-
ri-müəyyəndirlər. Bir tərəfdən,onlar texnoloji bazanın saxlanmasında və şirkətlərin
461
birləşməsində maraqlıdırlar,çünki onlar təkbaşına işləyə bilməyəcəklər,digər tərəf-
dən,rəqabəti gücləndirməklə pulun dəyərinin artmasında da maraqlıdırlar. Digər tə-
rəfdən,hökümətlər sənaye qaliblərini seçməkdə də bacarıqlı deyillər. Onların əsas
problemi,xərclərin artımına aparmayan və bütün iştirakçıların iştirak etdiyi və vax-
tından əvvəl tərk etmədiyi proqramların hazırlandığı ölkələr –arası əməkdaşlığı təş-
viq etməkdir. Qısa olaraq,parlament diqqətini çəkən,peşəkar işçilərlə sistemli şəkil-
də təşkil olunmuş və şəffaflıq və dialoqun optimumu olan,müxtəlif variantlar la-
zımdır.
|