1 Willem F. van Eekelen



Yüklə 4.6 Mb.
PDF просмотр
səhifə50/65
tarix24.04.2017
ölçüsü4.6 Mb.
1   ...   46   47   48   49   50   51   52   53   ...   65

Avropa Sənayesinin Arzuları 

 

Hərbi sənayenin müdafiə nazirliyi ilə,ölkənin silahlanmaya məsul olan şəxsi ilə 



və xidmətlər üçün satınalmalara məsul olan zabitlər və mülki qulluqçularla uyğun 

xəbərləşmədə həyati maraqları vardır. Onlar gələcək  planlaşdırma haqqında xəbər 

almaq istəyirlər ki, özlərinin ən müasir texnologiyalı məhsullarının ən yaxşı təklif-

lərini və planlaşdırılan texnoloji layihələri hazırlamaq üçün öz istehsal cədvəllərini 

uyğunlaşdırsınlar. Bu iki istiqamətli küçəni xatırladır,çünki sənaye, hərbi tələbatla-

rın vaxt çərçivəsi fonunda nəyin texnoloji baxımdan mümkün olduğu haqda daha 

yaxşı fikir yürüdə bilir. Sənaye davamlılıq və istehsalın artmasından effektivlik ax-

tarır. Bir zamanlar,onlar istehsalat cədvəlləri qurmaqda və birgə-istehsalat sazişlə-

rində iş bölgüsü üzrə fövqaladə bacarıqlı olmuşlar,lakin müdafiə bazarının kiçildiyi 

bir dövrdə eyni müqavilə uğrunda çox sayda Avropa firmaları mübarizə aparırlar.  

Bacarıqlı və rəqabətli olmaq üçün,sənaye sahələri “numayiş etdirilən” layihələr-

lə hökümətə yanaşır,bu layihələr mütləq istehsal üçün nəzərdə tutulmur, lakin za-

man yetişdikdə istehsal edilə bilər. Bu yolla, tədqiqatçı  və konstruktorlar işlərini 

dayandırmalı deyillər,lakin onların məhsuldarlıq bacarığından tam istifadə olunmur 

və gəlir də az olur. Bu strategiyanı praktikaya çevirmək üçün fəal hökümət dəstəyi 

lazım olacaq, lakin təəssüf ki, Avropada tədqiqat və inkişaf layihələrinə ayrılan 

maliyyə Amerikadan çox aşağıdır. 

Avropa sənayesi AB tərəfindən taninmaq üçün həmişə mübarizə aparmışdır: 

 

•  Birincisi, Avropa müdafiə sənayesi və texnologiyası bazası həyatı 



əhəmiyyətli strateji varlıqdır və onun saxlanması əsil Avropa təhlükəsizlik 

və müdafiə kimliyi üçün ilkin çərtdir; 

•  İkincisi,Avropanın müdafiə sənayesi öz qlobal effektivliyinin əsas-

larını  saxlamaq üçün, Avropa daxili hərbi avadanlıq bazarının (DİTB) 

əhəmiyyətli ölçüsü olmalıdır. Bu o deməkdir ki, tərəfdaş olkələr sənaye və 

texnoloji qarşılıqlı asılılığı norma kimi qəbul etməlidirlər; 

•  Ücüncüsü,Avropa müdafiə  sənayesi və texnoloji bazasının uzun 

müddətli mövcudluğu, Avropada inkişaf etdirilməli olan həmən önəmli  

texnologiyaların ayırd edilməsini və onların effektivliyini nümayiş etdir-

mək üçün qabaqcıl texnoloji proqramlara zəruri yatırımı tələb edəcək. 

 

Vahid Avropa Hərbi avadanlıq bazarının yaradılmasımın mümkünlüyü üçün, 



AB hazırlamalıdır: 

 

436


•  Vahid və ya ən azı bir-birini örtən xarici və təhlükəsizlik siyasə-

ti,hərbi tələbatların ahəngləşdirilməsinə xüsusi yer verilməsi və uzun müd-

dətli istehsaldan doğan məhsuldarlıqdan istifadə edilməsi. 

•  Ticarət sədlərini aradan qaldıran razılaşdırılmış mexanizmlərin 

müəyyən etdiyi ümumi silahlanma siyasəti və ikitərəfli qarşılıqlı asılılıq 

prinsipləri əsasında sənayenin bir yerə cəmləşdirilməsi və həmçinin,Avro-

pa müdafiə sənayesinin uzun müddətli inkişafı üçün çərçivə hazırlanması. 

Keçmişdə  təminatların təhlükəsizliyi haqda arqumentlər böyük maneələr 

yaradırdı və onları aradan qaldırmaq üçün yollar tapılmalıdır. 

•  Kontraktor seçilməsi,maliyyələşmə,risklərin paylaşması  və texno-

logiya ötürülməsi üçün razılaşdırılmış alqı-satqı mexanizmləri vasitəsilə 

sənaye strategiyasını həyata keçirən ümumi alqı-satqı siyasəti. Hər bir hö-

kümət  ayrı-ayrılıqda bu funksiyaları yerinə yetirirsə, ölkədaxili xaric hər 

hansı bir şeyi almaq çox çətin olar. 

•  Yatırımları optimallaşdırmaq üçün ümumi məqsədlərlə, tədqiqat 

və inkişaf mərkəzlərinin nəticələrinin ölkələr arasında paylaşmasını artır-

maq yolu ilə ümumi tədqiqat və inkişaf siyasəti. 

 

Avropa Təhlükəsizlik və Müdafiə Siyasətinə Doğru 

 

Avropa Birliyi uzun müddət ərzində müdafiə məsələləri və hərbi işlərlə məşğul 



olmuşdur. 1971-ci ildə Avropa Siyasi Əməkdaşlığı başladığı zaman Qərb-Şərq mü-

nasibətlərinin siyasi cəhətləri gündəliyə gətirilmişdir,lakin təhlükəsizlik məsələsin-

də gəldikləri ən yaxın məsafə Avropa Əməkdaşlıq və Təhlükəsizlik Konfransı və 

sonralar Təşkilatı olmuş ATƏT-dir. Hərbi cəhətlər Vyanada keçirilən İkitərəfli və 

Tarazlı Qüvvələr konfransında danışılmış və burada Qərbin mövqeyi Fransanın iş-

tirakı olmadan NATO tərəfindən koordinasiya edilmişdir.Fransa,o zaman hərbi 

əməkdaşlıqdan kənarda dururdu. 

1982-ci ildə,Almaniya və İtaliyanın xarici işlər nazirləri Genşer-Kolombo təşəb-

büsü irəli sürdülər və bu təşəbbüslə onlar Avropa Siyasi Əməkdaşlığını təhlükəsiz-

lik sahəsinə  də uzatdılar. Üç iştirakçı dövlət,Danimarka,Yunanıstan və  İrlandiya 

fərqli səbəblərə görə iştirak etmədilər və nəticədə Avropa Siyasi Əməkdaşlığı özü-

nün təntənəli 1983-cü il Ştutqart bəyannaməsi ilə, “onluğun” təhlükəsizliyin siyasi 

və iqtisadi cəhətlərini müzakirə edəcəkləri bəyanatından uzağa gedə bilmədilər və 

beləliklə hərbi tərəf boş qaldı. 

Qərbi Avropa Birliyinin(QAB) yeddi üzvü bəlkə də irəliyə getməyə hazır idi,la-

kin onlarda da az entuziazm var idi. Bir çoxu düşünürdü ki,NATO- dan kənar hərbi 

müzakirələr bölünməyə aparar və əlbəttə Fransa NATO-nun birləşmiş hərbi struk-

turunda iştirak etmirdi və çevik cavab strategiyasını  rədd edirdi. Buna baxmaya-



 

437


raq,bütün yeddi dövlət QAB-nin yeni rolunu Romada keçiriləcək 1954-cü il Paris 

müqaviləsinin 30 illik yubileyində müzakirə etməyi razılaşdılar. 

QAM-nin yenidən canlandırılması hamar şəkildə getmirdi. O, 1987-ci ildə Ni-

derlandiyanın QAB-da prezidentliyi zamanı,Avropa Təhlükəsizlik Maraqları üzrə 

Haaqa Platformu yaranması ilə  hərəkətə keçdi. Bu Platforma Fransa ilə digər 

NATO ölkələri arasında körpü yaratdı. Platforma,Avropanın müdafiəsi üçün həm 

nüvə,həm də adi silahların işlənməsini,Amerikan qüvvələrinin kontinentdə qalma-

sını və üzv ölkələrin müdafiəsinin onların sərhədlərindən başlanması prinsiplərini 

qəbul etdi. Sonuncu ifadə alternativ idi,lakin NATO-nun “irəlidə müdafiə” konsep-

siyasına uyğun dil idi. Siyasi baxımdan,Platforma, “Avropa inteqrasiyası müdafiə 

elementi olmadan tam başa çatdırılmış olmayacaq” bayanatı ilə vacib siqnal verir-

di. Bu ifadə Böyük Britaniya tərəfindən qəbul edildi və sonralar London hər hansı 

məsələni durdurmaq üçün bu ifadədən tez- tez istifadə edirdi. 

İkinci müsbət inkişaf,QAB-nin  İran-İraq müharibəsi dövründə Körfəzdə mina 

təmizləmək işlərini koordinasiya etmək təşəbbüsü idi və bu Avropanın öz sərhədlə-

rindən kənar məsuliyyət üçün ilk təşəbbüsü idi. Əlbəttə,Körfəzdə gəmilərin sərbəst 

hərəkəti  və neft təminatının təhlükəsizliyi Amerika maraqları olduğu qədər Avro-

panın da marağında idi və ya hətta daha çox Avropaya lazım idi. Buna baxmaya-

raq, keçmişdə Avropa ancaq özünün gündəlik həyatı ilə qayğılanırdı və bu  hal onu 

ən yaxşı halda regional güc səviyyəsinə  gətirmişdir və onun hərbi vasitələrlə öz 

maraqlarını qorumaq üçün güc işlətməyə heç bir iddiası yox idi. 

İran-İraq müharibəsi çox özəl hal idi,döyüşən tərəflər Qərb dünyasına təhlükə 

törətmirdi,sadəcə minalar problem idi. İki il ondan sonra vəziyyət tam fərqli oldu. 

Səddam Huseyn 1990-cı ilin Avqustunda Küveytə girdi və BMT Təhlükəsizlik Şu-

rası “bütün zəruri metodlardan” istifadə edib Küveytin ərazi bütövlüyünü bərpa et-

mə qərarı qəbul etdi və İraqa tam ticarət embarqosu qoydu. QAB embarqonu həya-

ta keçirən güc oldu, bölgədə üzən bütün gəmilərin dörddə üçünü yoxlayırdı. Əmə-

liyyatların zirvəsində 39 gəmi və sonra İspaniya və Portuqaliyadan gələn gəmilər 

də  əməliyyatda iştirak edirdi.1987-88 əməliyyatları ilə müqayisədə koordinasiya 

daha yaxşı idi. Göndərilən gəmilər tarazlığı qoruyurdu,logistik dəstək imkanları və 

həmçinin,üzv ölkələrdən gələn hava və  dəniz nəqliyyatı vahid mərkəzdən idarə 

olunurdu. 

Berlin divarının yıxılması və birləşmiş Almaniyanın yaranması ilə  Avropa in-

teqrasiyası prosesi üçün finalite politique müəyyən edilməsinə yeni cəhdə ehtiyac 

yarandı. Maastrixt Müqaviləsi ilə tamamlanan hökümətlərarası konfrans, Avropa 

Birliyini yaratdı və bir necə yeni maddələr əlavə etdi. O, Euro dövriyyəyə buraxıl-

ması üçün cədvəl tərtib etməyə qərar verdi, Ümumi Xarici və Təhlükəsizlik Siyasə-

ti(ÜXTS)  aparmağı irəli sürdü və  ədliyyə  və daxili işlər nazirlikləri arasındakı 

əməkdaşlığın AB miqyasında  aparılması haqda əlavə maddələr qəbul etdi. Bu cür 


 

438


köklü dəyişikliklərə baxmayaraq, son nəticənin Birlik adlandırılmasının nə  qədər 

doğru olduğu şübhə doğururdu. ÜXTS və hüquqi əməkdaşlıq Avropa Komissiyası-

nın kommunal xarakterli təşəbbüslərini nəzərə almadan tam hökümətlərarası xarak-

ter daşıyırdı. ÜXTS-in ən gözəçarpan çatışmamazlığı onun öz səlahiyyətinə güc 

daxil edə bilməməsi idi. Yenə də,Atlantistlər ilə Avropa müdafiəçiləri arasında dai-

rənin kvadraturasını tapmaq mümkün deyildi. Nəticə bir çox mürəkkəb ifadələrdən 

ibarət oldu. Maastrixtdə QAB ölkələri aşağıdakı bəyanatı verdilər: 

 

•  QAB üzvləri əsil Avropa təhlükəsizlik və müdafiə kimliyinin yara-



dılmasına və Avropanın müdafiəsi üçün daha böyük məsuliyyət götürməyə 

razıdırlar. Bu özünəməxsusluq,bir birini əvəz edən davamlı proses vasitəsi-

lə aparılacaqdır; 

•  QAB Avropa Birliyinin inkişafı prosesinin bölünməz hissəsi rolu-

nu təşkil edəcək və Atlantik İttifaqın daxilində həmrəyliyin möhkəmlənmə-

si üçün öz köməyini artıracaqdır; 

•  QAB üzvləri, ümumi müdafiənin uzun müddətli perspektivində, 

Atlantik Alyansın həmən roluna uyğun  şəkildə, QAB-ın rolunun güclən-

məsinə razıdır; 

•  QAB Avropa Birliyinin müdafiə komponenti kimi və Atlantik 

Alyansın Avropa dayağını gücləndirən vasitə kimi inkişaf edəcək. 

Avropa Birliyinin J4 maddəsi özünün ilk iki alt paraqrafında aşağıdakı ifadəni 

işlədir: 

 

1.  Ümumi xarici və  təhlükəsizlik siyasəti Biriliyin təhlükəsizliyi ilə 



bağlı bütün məsələləri əhatə etməlidir,o cümlədən, vaxtında ümumi müda-

fiəyə gətirə bilən ümumi müdafiə siyasətinin son formasının işlənib hazır-

lanmasına; 

2.   Avropa Birliyi,Birliik üçün  müdafiə xarakterli qərarları və addım-

ları,Birliyin inkişafının ayrılmaz hissəsi olan Qərbi Avropa Birliyinin ha-

zırlamasına və  həyata keçirməsinə çağırır.  Şura, QAB təsisatları ilə birgə 

razılıqla, zəruri praktiki sazişləri qəbul etməlidir. 

 

O zaman bu çox müəkkəb görünürdü,xüsusən də vəd edilən praktiki sazişlər ya-



xında deyildi. Avropa kimliyi və ya Alyansın Avropa dayağının nə olduğu bilin-

mirdi. NATO dayaq əsasında qurulmamışdı və kimlik, özünü ifadə üçün müəyyən 

strukturlar tələb edirdi. Müsbət tərəf o idi ki,QAB qərargahı Londondan Brüsselə 

köçə bildi. Müsbət olmayan tərəf o idi ki, Brüsseldə yerləşərək, onun AB ilə yox, 

NATO ilə əməkdaşlığı daha asan görünürdü. 1990-cı illərdə hər şey aydınlaşdı. Bu 

gün,Avropa dayağı və ya Avropa təhlükəsizlik və müdafiə kimliyi haqda az eşidi-



 

439


lir. Yalnız Maastrixt baxışı açıq müzakirə edilir və inkişaf etdirilir. Amsterdam gö-

rüşündə, J.7 Maddəsinin ikili şərtliliyi çıxarıldı və o daha sadə dillə əvəz olundu, 

göstərildi ki, ÜXTS “Birliyin təhlükəsizliyi ilə bağlı bütün məsələləri əhatə etməli, 

o cümlədən,  Avropa Şurası qərar verərsə  ümumi müdafiəyə gətirə bilən,... ümumi 

müdafiə siyasəti çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi”. 

Maastrixtdə hazırlıq zamanı, lazımi dəstək almayan bir neçə təklif yenidən ba-

xılmaq üçün sonraya saxlanıldı. Onlardan biri “Avropa silahlanma agentliyi  yarat-

maq məqsədilə silahlanma səhəsində gücləndirilmiş  əməkdaşlıq” idi. Əlavə 13 il 

lazım oldu ki, bu cür agentlik yaradılsın.  Digər təklif QAB Təhlükəsizlik Tədqi-

qatları  İnstitutunun yaradılması ilə bağlı idi və o,Parisdə yerləşən üc agentliyi 

Avropa Təhlükəsizlik və Müdafiə Akademiyasında birləşdirirdi. İndiyə kimi,bunlar 

həyata keçirilməyib,lakin  İnstitutun özü uğur idi  və o təhlükəsizlik dairələrində 

özünə möhkəm yer tutmuşdur. Avropa Birliyi Yüksək Nümayəndəsi Solana hər il 

bu forumda çıxış edirdi. 

QAB,körfəzdəki fəaliyyəti ilə və sonra Adriatikdə Yuqoslaviyaya dəniz embar-

qosu qoymaqla və eyni addımları Dunayda polis və gömrük xidmətləri vasitəsilə 

ataraq çox etibarlılıq qazandı.  AB, Mostarda hakimiyyəti öz üzərinə götürdükdə, 

QAB onları polis qüvvələri ilə təmin etdi. QAB,sonralar,piramida sxeminin dağıl-

masından sonra ölkədə yaranmış xaosa görə,Albaniyaya Qarşılıqlı Yardım Polis 

Qüvvələri göndərdi. Paradoksal haldır ki, dəniz embarqosundan başqa,fəaliyyətlə-

rin çoxu polis zabitləri tərəfindən həyata keçirilirdi və bu fəaliyyətlərin,əgər müda-

fiə sözü  təhlükəsiz sözü ilə sinonim təşkil etməsəydi Maastrixtdə  qəbul edilmiş 

“müdafiə çətinlikləri” ilə az oxşarlığı var idi. 

Hərbi sahədə, QAB İspaniyada Peyk Mərkəzi qurmaqla müəyyən irəliləyiş etmişdir 

və Brüsselə köçəndən sonra Planlaşdırma bürosu  Katibliyinin yerləşdiyi eyni binada 

yerləşdi. Bu mərkəz peyk şəkillərinin analizi ilə bağlı zabitlərə təlim  keçirdi və onların 

çoxu Fransanın kommersiya firmasiı olan SPOT-dan alınırdı. Ayrıca peyk potensialı 

yaratmaq cəhdi maliyyə çatmamazlığı üzündən uğursuzluğa düçar oldu. Planlaşdırma 

şöbəsi Baş katibə və Şuraya məsləhət verirdi və FAWEU adlanan,yəni QAB-a cavab-

deh olan Güclərin istifadə prosedurları və şərtləri üzərində işləyirdi. 

1992-ci ildə, Bonn yaxınlığındakı Petersberq görüşündə,nazirlər QAB-ın həyata 

keçirə biləcəyi missiyaları da müəyyənləşdirdi: buraya humanitar,xilasetmə,sülhü 

saxlayan və hərbi qüvvələrin böhranlı vəziyyəti idarə etməsində rolu və o cümlə-

dən, sülhyaratma rolu daxildir. Sülhüsaxlamaq missiyaları, BMT-nin müəyyən et-

diyi konsepsiya əsasında, yəni, tərəflərin razılığı ilə və atəşkəs olduğu halda həyata 

keçirilə bilər. Sülhyaratma,indki dillə desək, tərəfləri sülhə məcbur etməkdir. 1997-

ci il Amsterdam müqaviləsinə görə, bu missiyalar Finlandiya və İsveçin təklifi ilə 

AB-nə verilmişdir. Onların özləri də iştirak etməyə hazır idilər,lakin QAB-ın avto-

matik hərbi yardım maddəsi ilə razı deyildilər. 


 

440


1998-ci ilin Dekabrında Prezident Şirak və Baş Nazir Bleyerin St Malo deklarasiya-

sı ilə köklü dəyişiklik baş verdi. Onların ən maraqlı paraqrafları aşağıdakılardır: 

 

2.... Birlik avtonom fəaliyyət üçün etibarlı  hərbi qüvvələr tərəfindən 



dəstəklənən imkanlara sahib olmalıdır və beynəlxalq böhrana cavab ver-

mək üçün onlardan istifadə qərarı vasitələrinə və hərbi hazırlığa malik ol-

malıdır... 

3.Bütövlükdə Alyansın iştirak etmədiyi  hərbi  əməliyyatlar haqqında 

qərar qəbul etmək və bəyənmək üçün,Birliyin uyğun strukturları və vəziy-

yəti, kəşfiyyat mənbələrini və lazımsız təkrarlama olmadan müvafiq strate-

ji planlaşdırmanı analiz etmək olmalıdır...... 

Bu deklarasiya Böyük Britaniyanın mövqeyində əsas dəyişikliyin göstəricisi idi, 

çünki o,əvvələr AB daxilində hərbi fəaliyyətlərlə bağlı çox az entuziazm göstərirdi. 

Atlantik İttifaqın digər əsas dəstəkçiləri olan Portuqaliya və Niderlandiya üçün bu 

cür yanaşma sürpriz oldu, amma onlar onun əleyhinə getmədilər. St Malo-nun AB 

qərarlarına salınmasının yolu açıldı. Bu Avropa Şurasının 1999 –cu ildə Cologne-

de və Helsinkidə keçirilən görüşlərində baş verdi və sonuncu görüşdə daha dəqiq 

ifadə olundu: 

Avropa Birliyi,NATO-nun tam iştirak edə bilmədiyi hallarda,beynəlxalq böh-

ranlara cavab vermək üçün AB rəhbərliyi altında hərbi  əməliyyatlar başlamaq və 

həyata keçirmək qərarları  qəbul etmək üçün,avtonom imkanlara malik olmağa öz 

qətiyyətini bildirir. 

Dekabrda,Helsinkidə, AB rəhbərləri 2003-cü ilə qədər altmış gün ərzində və bir 

il ərzində dayanıqlığı olan və Petersberg missiyalarını yerinə yetirə bilən  50 000-

60000 civarında şəxsi heyət toplamağa razılaşdılar. Bu qüvvələrin nəzdində, yük-

sək hərbi hazırlıqlı,kiçik çevik qüvvələrin hazırlanması və yeridilməsi nəzərdə tutu-

lurdu. Dayanıqlılıq tələbi o deməkdir ki,ilkin qüvvələri  əvəz etmək üçün yeridilə 

bilən aşağı səviyyəli hazırlıqda əlavə birliklər və dəstəkverici qüvvələr vardır. 

Helsinki Qaçılmaz Məqsədlər adı altında verilən bəyanatdan sonra,milli eksper-

tlər qrupu  Helsinki Qacılmaz Məqsədlər Kataloqu (HQK)tərtib etdilər və AB-nin 

bu məqsədləri həyata keçirməsi üçün tələb olunan hərbi potensialı ortaya qoydular. 

Üzv ölkələrə yardım təklifi ilə çağırış edildi və onların cavabları Helsinki Güc Ka-

taloqunda (HGK) siyahıya alındı. 2004-cü ildə AB-ə  qoşulan Şərqi Avropa ölkələ-

ri ilə məsləhətləşmələr aparıldı və onlar iştirak etməyə qərar verdilər. Onların əlavə 

yardımları HGK-ya əlavələr kimi daxil edildi

448


                                                            

448

 

Avropa Potensial qurmaq Addımları Planına aparan hadisələrin faydalı məzmunu 3 dekabr 2003 



A/1842 nömrəli QAB Assembleya sənədində verilir və xanım Aquiarın hesabatını  əhatə edir: Mrs 

Aguiar ‘European Defence: Pooling and Strengthening National and European Capabilities – Reply to 



 

441


Bu iki kataloqun müqayisəsi( HQK tələbatları əhatə edir və HGK isə  mümkün 

potensialı əhatə edir) 42 dənə çatışmamazlıq üzə çıxardı və onlar düzəldilməli idi 

ki, qaçılmaz məqsədləri yerinə yetirmək mümkün olsun. 2001-ci ilin Noyabrında 

Potensial Öhdəlik Konfransı çağırıldı  və konfrans Avropa Potensialı qurmaq 

Addımlar Planı (APAP)qəbul etməyə qərar verdi. 2002-ci ilin Fevralından başlayan 

APAP-ın məqsədi,AB uzun müddətli həll üçün satınalmalar vasitəsilə yeni avadan-

lıq alana qədər,hər bir çatışmazlığa qısa və orta müddətli həll yolu göstərmək idi. 

42 problemin 24-nə baxmaq üçün 19 APAP görüşü keçirildi. Hər bir görüş ma-

raqlı olan ölkədən göndərilən ekspertlərdən ibarət idi və bir və iki nəfər tərəfindən 

aparılırdı. O,ümumi operativ tələblər,bütün mümkün vasitələrin siyahısını  və da-

vam edən layihələri,potensial birgə  fəaliyyət sahələrini  müəyyən etməli,gələcək 

proqramlar üzrə  əməkdaşlıq təşəbbüsündə olmaq və ya bu proqramların vaxtını 

uzatmaq və potensial çatışmamazlığı yaxşılaşdırmaq üçün birgə keyfiyyət və ya kə-

miyyət göstəriciləri haqqında ideyalarla çıxış etməlidir. 

2003-cü ilin Mayın 19-da keçirilən yeni Potensial Öhdəlik Konfransında 19 gö-

rüşün nəticələri,15 AB üzv ölkələri müdafiə nazirlərinə təqdim edildi. Əldə olunan 

irəliləyişi gəstərən iki kataloq təqdim edildi və əlavə maliyyələşdirmə vədi verildi. 

APAP,Helsinki İrəliləyiş Kataloqu ilə yeni mərhələyə addım atdı və o bir daha həll 

yolları  təklif etmir,lakin görüşlər nəticəsində müəyyən edilmiş variantların yerinə 

yetirlməsi istiqamətində işləyir. 2004-cü ildə, bu proses 2010-a qədər uzadıldı. 

 

Nə Üçün? Avropa Ssenariləri 

 

AB Təhlükəsizlik Tədqiqatları  İnstitutunun “Avropanın müdafiəsi, Ağ  Sənədə 

təklif” adı altında dərc etdiyi “Müstəqil xüsusi komissiyanun hesabatı”-na ön söz-

də, onun direktoru Nikole Qnesotto( Nicole Gnesotto) yazmışdır ki, iki səbəbə görə 

Avropa təhlükısizlik və müdafiə siyasəti önümüzdəki illərdə köklü şəkildə vüsət 

alacaq


449

. Birinci səbəb kimi ,Balkanlarda,Afrika,Qafqazlar və Moldovada və xüsu-

silə də Yaxın Şərqdə davam edən böhranların beynəlxalq təsirlərinin pisləşməsi ilə 

bağlı idi.  Onlar istəsə də, istəməsə də, Avropalılar bu beynəlxalq qarışıqlıqdan qa-

ça biməyəcəklər və xüsusilə də o dövrdə ki, onun vətəndaşları üçün təhlükəsizlik 

əsas qayğıya çevrilmişdir. Qnesettonun ikinci səbəbi, Amerikanın müttəfiqlərinə 

                                                                                                                                                       

the Annual Report of the Council.’ The Helsinki European Council Presidency Conclusions of 10-11 

December 1999 are available under 

http://europa.eu.int

449


 

2004-cü ilin Mayında dərc olunub. AB Təhlükəsizlik Tədqiqatları  İnstitutunun materialları bu 

səhifədə verilir: 

www.iss-eu.org

.  2004-cü ilin Sentyabrında  İnstitut bu yazını  dərc etdi ‘EU 

Security and Defence Policy, The First Five Years (1999-2004)’  və Havier Solana ön sözü yazmış və 

Nicole Qnesotto onu redaktə etmişdir. 


 

442


daha çox iş gormələri haqda,ya ikitərəfli,ya da beynəlxalq formatlar daxilində etdi-

yi təzyiqdir. 2001-ci ilin 15 dekabrında, Avropa Şurası  Laekendə “Ümumi Avropa 

təhlükəsizliyi və müdafiə siyasətinin operativ imkanları” haqda deklarasiya və Bel-

çika prezidentliyinin hesabatını qəbul etdi. Bu sənədlərdə göstərilirdi ki, Təhlükə-

sizlik Tədqiqatları İnstitutu ictimai rəyi yaxşılaşdırmaq yolları kimi “Petersberg ra-

zılaşmaları  əsasında,  əsasən,Avropa Müdafiəsi ilə bağlı  tədqiqatlar aparacaqdır”. 

İnstitut bu işləri müstəqil xüsusi qruplar vasitəsilə edirdi. 

Bu xüsusi qrupların üzvləri belə hesab edirdilər ki,”regional və beynəlxalq mü-

naqışələrin həlli üçün güc işlədilməsi nə birinci,nə də yeganə yol olmasa da,AB-nin 

ixtiyarında müəyyən döyüş hazırlığı və operativ məhsuldarlığı olan müəyyən sayda 

qüvvələr olmalıdır və böhranla üzləşdikdə, onlar öz variantlarını genişləndirə bilsin 

və ali rəhbərliyə qərar qəbul etmək imkanı yaradılsın”. 

Öz-özlüyündə bu yanaşma, qüvvələrin səviyyəsi  və lazm olan avadanlıq haq-

qında bir söz demir. Bundan başqa, qrup iki növ hərbi tələb arasında artan gərgin-

liklə üzləşmişdir: bir tərəfdən, ekspedisiya müdaxiləsi üçün mobil,çevik və  cəld 

qüvvələrin təmin edilməsi bacarığı;digər tərəfdən, böhranlı  vəziyyəti idarə etmək 

üçün çoxsaylı sülhü saxlayan qüvvələrin yeridilməsi və uzun zaman ərzində təmin 

edilməsii zərurəti. Hətta böhranın pisləşməsi riski nəzərə alınırsa, o zaman ikinci 

kateqoriya daha az döyüş qüvvələri olacaq nəinki birinci və başqa təcrübələr, təlim 

və avadanlıq tələb edəcək.  

Xüsusi qrup,potensial missiyalara xidmət etmək üçün beş ssenari hazırladı  və 

onlardan planlaşdırma və alqı-satqı üçün rəhbər prinsiplər çıxartmaq olar: 

 

• 

Geniş miqyaslı sülh dəstəkləyən əməliyyat.  



• 

Yüksək intensivliyi olan humanitar müdaxilə 

• 

Strateji Avropa maraqlarını müdafiəsi üçün regional müharibə 



• 

Kütləvi qırğın silahları işlədilən hücumun qarşısının alınması 

• 

Vətənin müdafiəsi  



 

Ssenari I mülayim və mübahisə doğurmayan monitorinq və atəşkəs nəzarətin-

dən  başlayır və genişmiqyaslı və çoxölçülü İFOR və KFOR qüvvələrinin yeridil-

məsinə  qədər uzanır və bu hal İkinci Dünya müharibəsindən sonrakı təhlükəsizlik 

landşaftı üçün daimi əmsallı olmuşdur. O ciddi çatışmamazlıqlar üzə  çıxarmadı. 

BMT  İbrahimi hesabatına uyğun olaraq,AB-nin qoşun göndərməsinə 60 gün və  

görülücək missiyanın qərargahını qurmasına isə 15 gün kifayətdir. Ən ciddi prob-

lem,qüvvələrin yerləşdirilməsi və komanda,idarəetmə və kommunikasiyaların təh-

lükəsizliyidir.  Buna baxmayaraq,sülh əməliyyatı  əməliyyatlarına edilən vurğu, 

yüksək imkanların itirilməsinə gətirər, yəni o mənada ki, yüksək intensivlikli güc 

işlətməsi ssenarilərində qüvvələrin tələb olunan döyüş qabiliyyətini aşağı salar. 


 

443


Ssenari II, baş verə biləcək genosidin qarşısını ala bilən qüvvələrin ortaya çəxa-

rılması və coğrafi məkandan asılı olmayaraq,Bosniyada,Ruandada və Şərqi Timor-

da olan hallar kimi,lazım olduqda belə qüvvələrdən istifadə olunması.Sonrakı ad-

dımlarda,daha çox de- fakto beynəlxalq protektorat funksiyası daşıyan qüvvələrin 

sürətinə  və zamanında yeridilməsinə yer verilir. O zaman beynəlxalq qüvvələrin 

qalmasının vaxtının uzadılması,I ssenari əsasında sülhü dəstəkləyən  əməliyyata 

çevrilir. Hesabatın dəyərli müşahidələrindən biri odur ki, siyasi baxımdan vaxtında 

edilməli olan addımlara qarşı xas olan maneələr mövcuddur; ciddi bir hadisə baş 

verməyincə,müdaxilə əsaslandırıla bilmir; cinayət baş verirsə,siyasi baxımdan mü-

daxilə mümkün olur,lakin o zaman insan həyatını xilas etmək çox gec olur. 

Operativ yanaşma odur ki, müdaxilə, taktiki hava qüvvələrinin yaxın hava dəs-

təyi  və hücum hava dəstəyi və havadan və  dənizdən gələn köməklə  dəstəklənən 

xüsusi  əməliyyat qüvvələrinin olmasını  tələb edir. Qüvvələr, kənd yerlərində üs-

yançılara qarşı əməliyyatlar keçirmək(qarşısını kəsmək,yoxlama aparmaq,məhv et-

mək),təhlükəsiz zonaları müəyyənləşdirmək və ora  nəzarət etmək,lazım olduqda 

yerdəyişmələrə izn verməmək və yerdəyişmələri təminat altına almaq,”ürəkləri və 

beyinləri “qazanmaq kampaniyası aparmaq, dövlətlərarası təşkilatlara və QHT-lərə 

hərbi kömək təklif etmək və humanitar yardım gətirmək qabiliyyətində olmalıdır-

lar. Atılacaq addımların zaman baxımından təcililiyi aparıcı dövlət yanaşmasını irə-

liyə çıxarır(Konqonun İturi vilayətində Artemis əməliyyatında olduğu kimi). 

Xüsusi qrup, bu ssenaridə bir çox çatışmamazlıq üzə çıxardı. Yenə də,ən ciddisi 

təhlükəsiz komanda,idarəetmə və xəbərləşmə qurmaqdir,lakin burada  sahənin mü-

şahidəsi və izlənməsi,hədəfin tapılması və agentura işi problemləri də ortaya çıxır. 

Məhdud qüvvə yeridilməsi üçün,əldə olan hava və sudan olan kömək yetərlidir. 

Lakin, AB ölkələrinin qeyri-adi müharibə üçün lazım olan mobil və xüsusi əməliy-

yat qüvvələri və  dəstək və hücum vertolyotları çatışmamazlıqları vardır. Xüsusi 

qrupun ümumi yekun nəticəsi o idi ki,”mühüm çatışmamazlıqlar olsa da,onları mü-

dafiə xərclərinin ümumi səviyyəsinə məhdud təsirlə,yenidən maliyyə ayırmaqla və 

təşkilati prioritetlərdə dəyişikliklər etməklə düzəltmək mümkündür”. 

III ssenariyə,Avropanın strateji maraqlarını müdafiə etmək üçün regional müha-

ribə, müxtəlif dərəcədə güc tətbiqinə baxmayaraq, sülhü təmin etmək  əməliyyatı 

kimi adlandırıla bilər(güc tətbiqinin dərəcəsindən asılı olmayaraq). Xüsusi qrup dü-

şünür ki,gələcək regional müharibələr Avropanın maraqlarına  əhəmiyyətli,lakin 

fərqli olan iki yolla təsir edəcək. Birincisi,Avropanın çicəklənməsini və təhlükəsiz-

liyini birbaşa təhlükə altında qoyaraq, məsələn, neftlə təmini kəsərək və ya başqa 

malların və xidmətlərin axınını kəsərək və ya enerji qiymətlərini kütləvi şəkildə ar-

tıraraq və ya müharibə  təhlükəsi altında olan əhalinin zorla emiqrasiyasını  təşkil 

edərək. Bu ssenaridə, regional güc qonşu ölkəyə hücum edir və o ölkə BMT Ni-

zamnaməsinin 5-ci maddəsinə  əsasən AB və ABŞ-dan kömək istəyir. Və,ikinci-


 

444


si,Avropanin ABŞ-la əlaqələrinə təsir edərək. Avropanın maraqlarına aydın şəkildə 

təsir edən böhranın həll edilməsində iştirak etməmək, bu münasibətlərə ciddi şəkil-

də təsir edəcək. İraq müharibəsindən sonra,sonuncu arqument əvvəllər oduğu kimi 

hamı tərəfindən paylaşıla bilməz. Hətta əvvəllər də,baxışlar ayrı xətlər üzrə gedirdi. 

Bir çoxları,yaxın transatlantik əlaqələri ilə eyni səsləşən “Az Amerika yox,am-

ma,daha çox  Avropa” haqda danışırlar. Bir çoxları Amerikaya qarşı dura bilən 

Avropa qurmaq istəyirlər və bu qısa müddətdə real deyil və konsensus da aşağı sə-

viyyədədir. Ona görə də, qitənin sərhədlərindən kənara çıxan,daha da böyük məsu-

liyyətlər götürmək imkanında olan və ona hazır olan Avropa qurmaq daha kon-

struktiv görünür. 

İndiki dövrdə,yalnız ABŞ regional müharibə aparmaq üçün resurslara sahibdir. 

Hesabat göstərir ki, AB ölkələri  əvvəlki ssenarilərdə göstərilən çatışmamazlıqlar-

dan  əlavə,öncədən xəbərdarlıq və uzaqdan aşkarlama sistemləri, təyyarə daşıyan 

gəmilər,nöqtəvi zərbələr daşıyan silahlar və çəkindirmə silahları baxımından da ge-

ridə qalırlar.Onların kifayət qədər arama- axtarma və xilasetmə qüvvələri, havada 

yanacaq dolduran təyyarələri,ballistik raketlərdən müdafiə sistemləri,döyüş itkiləri-

ni qiymətləndirmək imkanları,psixoloji müharibə birlikləri,nəqliyyat vertolyotları 

və  hətta tibbi birlikləri lazımi səviyədə deyildir. Logistik imkanlar tələb olunan 

dövr üçün əməliyyatları aparmağa imkan vermir. Bu cür ssenarinin Avropa varian-

tını qurmaq, müdafə xərclərinin “baza ssenarisi” üzrə gözlənilə bilən xərclərindən 

daha çox artımını tələb edəcək. 

IV ssenari, kütləvi qırğın silahları işlədilən hücumların qarşısını alan hallara ba-

xır,xüsusilə də heç bir dövlətin adı ilə adları hallanmayan qeyri-dövlət subyektləri-

nin və ya nizamsız qrupların əlllərinə bu silahlar düşdüyü zaman. Bu hal Əfqanıs-

tandakı Taliban rejimi ilə və ona qarşı əməliyyatla yaşandı. İraq müharibəsinin ək-

sinə olaraq bu müharibə  məhdud ölçüdə oldu. Faktiki olaraq, bu geniş miqyaslı 

qeyri-adi müharibənin və orta miqyaslı,geniş spektrli dəniz  və hava əməliyyatının 

qarışığı oldu. 2001-ci ilin payızında,ABŞ,Əfqanıstana 6000 civarında  əsgər gön-

dərdi və bu xüsusi qrupun hesabatında deyildiyi kimi, İngiltərənin Folklend adala-

rına göndərdiyi qüvvələrdən az idi. Bu qüvvələr CENTCOM(ABŞ-ın Mərkəz Qüv-

vələri Komandanlığı) qüvvələri tərəfindən geniş teatrlı  hərbi  əməliyyatlarda 60 

minlik qüvvə ilə dəstəklənirdi(AB üçün Helsinki Qaçılmaz Məqsədləri üçün müəy-

yən edilmiş qüvvələrdən artıq olmayan).   

Nəzəri olaraq, bu cür əməliyyat AB üçün yerinə yetirilə bilən olardı,lakin xüsusi 

qrup bu nəticəyə gəldi ki,ən yaxşı yol bu işi ABŞ ilə birgə koordinasiyada həyata 

keçirməkdir. AB ölkələrinin kifayət qədər Xüsusi Qüvvələri ola bilər,lakin hal ha-

zırda görünən odur ki, onları uzun müddət saxlaya bilməz. Digər tərəfdən, onların 

hamısının çətin coğrafi şəraitdə və kimyəvi,bioloji,bakterioloji və nüvə silahı təhlü-

kəsi altında necə fəaliyyət göstərəcəyi məlum deyil. Bundan əlavə, AB-nin strateji 


 

445


kəşfiyyat imkanları və orta və uzun müddətli uçuş müddəti olan insansız uçan apa-

ratları yox dərəcəsindədir. 

V ssenaridə, Daxili Təhlükəsizlik,əsasən mülki hakimiyyətə  dəstək olaraq öz 

üzərinə yeni hərbi tapşırıqlar götürür. Məqsəd,kəşfiyyat mənbələrinin hədəf kimi 

müəyyənləşdirdiyi obyektləri müstəqil terror hücumlarından qorumaq və bü cür 

hücumlar baş verərsə onların nəticələrini məhdudlaşdırmaqdır.Bu halların heç biri 

Petersberg məqsədlərinə aid deyil,lakin hələ də ratifikasiya olunmalı yeni Avropa 

Konstitusiyasına üzv ölkələr arasında həmrəylik maddəsi də daxil edilmişdir (terror 

hücumları və ya təbii fəlakətlər olarsa). 

Planlaşdırma gümanlarına dörd böyük aeroportun qorunması, iki böyük por-

tun,on mühüm elektik stansiyasının,on mühüm kimyəvi zavodun, AB ölkələrinin 

hamısının paytaxtları,o cümlədən, AB-nin Brüsseldəki idarələri daxildir. AB,milli 

polis qüvvələrinə  dəstək olaraq, mühüm infrastrukturu qorumaq üçün və AB-nin 

xarici sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün, onları yüngül piyada qüvvə-

ləri ilə təmin etməlidir. Pis nəticələrin qarşısını almaqdan ötrü, milli qüvvələr qay-

da və qanunun saxlanmasına kömək etməlidirlər.Fransanın fövqaladə planı, Vigipi-



rate Renforce nümünə kimi qeyd edildi. Bu başlığın altında, epidemiyanın qarşısı 

alınmazsa, zəruri olan məhdud vəsaitləri başqa yerə yönəltmədən bütün virusa bu-

laşmış əhalini müalicə etmək üçün peyvəndə ehtiyacı olan bölgələrin effektiv ka-

rantinə alınması da durur. 

Mülki  əhalini qoruma milli məsuliyyətdir,lakin AB ölkələrinin çoxuna kütləvi 

qırğın silahları ilə hücum olarsa,onların ondan qorunmaq vasitələri yoxdur. Fəal-

kətli terrorçuluğa qarşı mübarizə üçün çoxlu sayda xüsusi əməliyyat qüvvələri və 

anti-terror birlikləri lazımdır. 

Xüsusi işçi qrupu səkkiz nəticə ilə öz hesabatlarını yekunlaşdırır və çatışma-

mazlıqları düzəltmək üçün yollar təklif edir: 

 

•  AB,döyüşə hazır,döyüşə sadiq və döyüş üçün hazırlanmış qüvvələ-



ri azlıq etdiyindən tez bir zamanda quru qoşunları yeridə bilməz və onları 

təmin edə bilməz. 

•  Birlikdə,qüvvələrin toplanmasının razılaşdırılmış sistemi yoxdur 

və o da qoşunların yeridilməsini və dayanıqlığını ciddi surətdə məhdudlaş-

dırır. 

•  Birlik, geniş çaplı  əməliyyatlar,o cümlədən,yüksək intensivliyi 



olan  əməliyyatlar aparmağa qadirdir. Lakin, o,döyüşən qüvvələr arasında  

yüksək itki və yan təsirləri riski daşıyır. 

•  Məsuliyyət dairəsindən kənar müharibə və məsələn,üsyana  və ter-

rora qarşı yeni rollar və missiyalar yeni doktrinalı yanaşmalar və yeni tə-

limlər tələb edir. Lakin, Birliyin güc transformasiyasını,ənənəvi müharibə 


 

446


platformasından  şəbəkə  mərkəzli müharibəyə keçidi üçün konseptual ya-

naşması yoxdur və bu ABŞ qüvvələrinin Əfqanıstan və İraqda əməliyyatla-

rında nümayiş olundu. Avropa doktrina mərkəzinin qurulması zərurəti or-

taya çıxır,yəqin ki,Avropa Müdafiə Kolleci nəzdində. 

•   AB geniş miqyaslı əməliyyatlar üçün operativ resurslar təmin edə 

bilməz. Kifayət qədər operativ qərargahlar var,əməliyyatlar üçün texniki 

çatışmamazlıqlar mövcuddur. 

•  ABŞ və Avropadakı müttəfiqlər arasında artan hərbi-texniki uçu-

rum qarşılıqlı uzlaşma problemini ortaya  qoyur. 

•  Birliyin,strateji qərarlar vermək və böhranları aradan qaldırmaq 

üçün məhdud imkanları vardır,qismən Avropanın hərbi kosmik proqramı-

nın zəif olmasına görə. 

 

Çatışmamazlıqları aradan qaldırmaq üsulları, konkret güc növünə birtərəfli diq-



qət yetirməklə “aşağıdan yuxarı” ixtisaslaşma yollarından ibarət ola bilər:milli hər-

bi potensialın maliyyələşdirilməsi, komanda,idarəetmə  və  xəbərləşmə, kəşfiyyat, 

izləmə,hədəfi tapma və geniş  ərazini müşahidə,logistika,döyüş zamanı arama-ax-

tarma və xilasetmə,havada təyyarələrə yanacaq doldurma, düşmən hava hücümun-

dan müdafiə sistemlərinin söndürülməsi, bütün hava şəraitlərində nöqtəvi zərbə vu-

ran silahlar və çəkindirici silahlar sahələrində kollektiv imkanların yaradılması. Da-

ha radikal üsullar yuxarıdan aşağıya ixtisaslaşma ola bilər və o kollektiv istifadə 

üçün imkanların bir yerə toplanması və nəticədə, kolllektiv qərar vermə prosesi və 

ya ölkə üstü  hakimiyyət və ya aktiv nüvə gücü və  daimi əməliyyat qərargahı ola 

bilər. Sonuncü,”döyüş qrupları” səviyyəsində  təşkil oluna bilər və döyüş qrupları 

Avropa çevik cavab qüvvələrinin yeni kökləndikləri məsələdir və o,hava və dəniz 

dəstəkləri ilə tamamlanan 1500 nəfərlik heyətdən təşkil olunacaq. Nəhayət,tədqiqat 

və inkişaf üzrə araşdırma fəaliyyətləri daha yaxşı maliyyələşdirilməli və koordinasiya 

edilməlidir. Ssenariləri müqayisə etsək,prioritet daxili təhlükəsizliyə verilir: mülki əha-

linin qorunması,tibbi ləvəzimatlar,logistika və fövqaladə hallar Avropa səviyyəsində 

koordinasiya edilməlidir və Avropa koordinatoru postu zərurəti vardır.  

 

1   ...   46   47   48   49   50   51   52   53   ...   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə