1 Willem F. van Eekelen



Yüklə 4.6 Mb.
PDF просмотр
səhifə58/65
tarix24.04.2017
ölçüsü4.6 Mb.
1   ...   54   55   56   57   58   59   60   61   ...   65

Müdafiə Təsisatları ilə Mülki Cəmiyyət Arasında Qarşılıqlı Əlaqə  

 

Yuxarıda deyildiyi kimi,şəffaflıq müdafiə təsisatları ilə mülki cəmiyyət arasında 



istənilən dəyərli qarşılıqlı əlaqənin açarıdır-və o müdafiə islahatının uğuru üçün ye-

ganə ən mühüm amildir. 

Bir çox səbəblərə görə,şəffaflıq mühitinin formalaşdırılması prosesi çox çətindir 

və onların bir neçəsi aşağıdakılardır: 

 

•  Qanunvericilikdə,idarəetmə  mədəniyyətində  və sosial münasibət-



lərdə qalan miras; 

•  Təhlükəsizlik sektoru heyətinin cidd ivə yaxşı təşkil olunmuş(pe-

şəkar) müqaviməti 

•  Kənar təcrübənin olmaması; 

•  Dərin beynəlxalq əməkdaşlığın qarşısını alan sektorun həssaslığı 

•  Bir tərəfdən, yeni seçilmiş hökümətlər üçün resurs idarəetmə alət-

lərinin və resursların olmaması və geniş miqdarda “qeydiyyata alınmamış” 

resursların təhlükəsizlik sektorunun əlində olması. 

Şəffaflıq ən azı aşağıdakı səbəblərə görə əhəmiyyətlidir: 


 

508


 

•  Təhlükəsizlik sektoru məsələləri üzrə savadlı ictimai debatlara nail 

olmaq üçün şəffaflığın olması yeganə yoldur və nəticədə ictimai dəstək də 

alınır; 


•  Şəffaflıq öz-özünə məqsəd deyil, o,təhlükəsizlik sektorunda “təh-

lükəsizlik və stabillik”əldə etmək üçün  alətdir və sübutdur ki, o demokra-

tik ölkənin vətəndaşları üçün işləyir, yəni onlar büdcə üçün vergi verir-

lər,başqa kimdən ötrü isə yox; 

•  Şəffaflıq korrupsiyaya,qanun pozuntusuna,milli maraqların və hətta 

daha çox,vətəndaşların maraqlarının qorunmasına yönəlik ən yaxşı alətdir; 

•  Şəffaflıq mülki-hərbi münasibətlərin əsasını təşkil edir və NATO 

və AB-ə inteqrasiyanın həlledici tələbidir. 

 

Bizim dövr aldığımız cəmiyyətdə çoxlu problemlər vardır, çünki: 



 

•  Keçmiş hərbi və təhlükəsizlik sistemində məxvilik səviyyəsi; 

•  Təhlükəsizlik sektoru heyətinin cəmiyyətdən kaste kimi çox uzaq-

da durması; 

•  Təhlükəsizlik sektoru məsələləri üzrə kənar təcrübənin olmaması; 

•  Keçid dövründə resurslar problemi-çoxlu “qeydiyyata alınmamış”, 

legitim idarəetmə orqanlarının nəzarət etməli olduğu, amma gizlədilmiş 

resurslar vardır; 

•  Keçmiş Sovet İttifaqı gizli xidmət və texnologiyasından böyük ası-

lılıq; 


•  Sosial problemlərin çox olması ucbatından təhlükəsizlik sektorun-

dan diqqətin yayınması; 

•  Təhlükəsizlik xidməti işçilərinin keçid dövründə həlledici siyasi və 

iqtisadi vəzifələrə sızması; 

•  Təhlükəsizlik  və müdafiə mühitində və siyasi sahədə tranformasi-

yanın çox qısa zaman ərzində dərinləşməsi; 

•  Müasir informasiya texnologiyası sahəsinn aşağı səviyyəli tətbiqi; 

•  Təhlükəsizlk sektoru sahəsində hədsiz konservativ təhsil sistemi. 

Şəffaflıq ən azı üç səviyyədə əldə olunmalıdır: 

•  Müdafiə siyasəti və onun yerinə yetirilməsi haqda informasiya; 

•  Resursların idarəetməsi və xüsusilə  də,kadrların/büdcələrin idarə-

etməsi; 


•  Alqı-satqı və təhcizat  prosesi və xüsusilə də uzun müddətli proq-

ramlar. 


 

509


Şəffaflıq müvafiq qanunvericilik tələb edir və bu qanunvericilik aktıarını yerinə 

yetirmək üçün də strukturlar tələb edir,xüsusilə də, mülki nəzarət və parlament nə-

zarəti. Lakin indiki dinamik mühitdə iki amil,yaxşı təhsil almış adamlar və müasir 

informasiya sistemləri uğur üçün həlledici rol oynayır. 

Təcrübə göstərir ki, əgər bürokratiya yetgin deyilsə və müasir administrasiyanı 

yaşatmaq üçün müvafiq şəkildə qurulmayıbsa,şəffaflığı da əldə etmək çətin olur- o, 

savadlı adamlar tərəfindən yerinə yetirmək üçün,İT ilə dəstəklənən,siyasi rəhbərlik 

və  nəzarət tərəfindən idarə olunan aydın qaydalar və strukturlar tələb edir. Buna 

görə də,şəffaflığın təminat altına alınması asan deyil. Bu bir addımlı proses deyil. 

Paralel olaraq, qanunvericilikdə,təhsildə və müasir informasiya sistemıləri qurmaq-

da bacarıqlı olan adamların seçilməsində səylər olmalıdır. 

Ona görə də,məqsəd,şəffaflığın bu optimal səviyyəsini tapmaq və onun obyek-

tiv yolla saxlandığına təminat verməkdir.Ona görə də, informasiyaya çıxışla bağlı 

son sözü söyləmək mümkün deyil,qaydalar səmərəli surətdə yerinə yetirilməli və 

adminitrasiya,cəmiyyət və biznesin maraqları arasında tarazlığın nəticəsi olmalıdır 

və onlar təsirli vasitələrlə informasiya istəməli və almalıdırlar. Bu o deməkdir ki, 

şəffaflıq administrasiyanın səmərələlik səviyyəsi kimi və mülki cəmiyyət və bizne-

sin məmnunluq dərəcəsi kimi ölçülməlidir. Administrasiya səmərəli işlədiyi zaman 

və eyni zamanda, mülki cəmiyyət və biznes  administrasiyanın fəaliyyətindən 

məmnun olduqda  şəffaflıq da düzgün yolda olur. Bu o zaman ölçülə bilir ki,hər üç 

element sərbəst olur-bu o deməkdir ki, administrasiya,biznes və mülki cəmiyyət 

bir-birindən birbaşa asılı deyil və ya onlar bir-biri üzərində üstünlük təşkil etmir. 

Ona görə də, sadəcə qanunvericilik aktları və xoş arzular şəffaflıq üçün kifayət et-

mir –bu nə isə adamlar qrupu arasında və informasiya ilə bağlı fenomendir. Ona görə 

də,təhsil/mədəniyyət və informasiya texnologiyası  tətbiqi,qanunvericiliklə  şərtləndiri-

lən şəffaflığın müəyyən optimal səviyyəsinə nail olmaq üçün çox əhəmiyyətlidir. 

Qanunvericilik aktları birinci olsa da,düşünmək lazım deyil ki, bu avtomatik 

olaraq şəffaflığa aparacaqdır.Sual vermək də insanların işidir və təhlükəsizlik siya-

səti barədə,onun yerinə yetirilməsi,resursları, səmərəliliyi və məhsuldarlığı haqqın-

da məlumat almaq da cəmiyyətin legitim hüquqlarıdır və təhlükəsizliyi təmin etmə-

yi  və onun faydasından yararlanmağı da ancaq insanlar özləri qəbul edirlər. 

Təəssüf ki,insanlar bir gün ərzində dəyişə bilməz və ya yenidən təhsil ala bil-

məz və mədəniyyət hətta on il ərzində dəyişə bilməz. Və hətta biz insanlara təhsil 

versək və ya ən azı hazırlıq keçsək və biz onlardan uyğun surətdə istifadə etməsək 

şəffaflıq baş tutmayacaq.Təhsilin özü çox mürəkkəb məsələdir və keçid dövründə 

bu məsələ paralel yanaşmalarla həll edilə bilər: 

•  Xaricdəki nüfuzlu institutlarda oxumaq üçün tələbələr göndərməli-

bu praktika 1992-ci ildən başladı  və indi ABŞ,Böyük Britaniya, Fransa, 

Almaniya,Niderlandiya,Yunanıstan,Türkiyə,ispaniya,İtaliya,İsveç-


 

510


rə,Avstriya və NATO ilə geniş beynəlxalq təhsil və təlim proqramları var-

dır; 


•  Beynəlxalq  əməkdaşlığın,birgə layihələrin alətlərindən istifadə 

edərək, təhsil sisteminin milli təhlükəsizlik sektorunda dərin islahatlar baş-

lamalı, xaricdə təhsil almış müdavimlərdən müəllim kimi və “müəllimlərə 

təlim” proqramlarında istifadə etməli, Hərbi Ştab Kollecində Müdafiə Milli 

Təhlükəsizlik və Müdafiə Fakultəsi bu sahədə yaxşı nümunədir. 

•  Yeni qaydalara,yeni texnologiyalara fokuslanmış qısa müddətli tə-

lim  kursları təşkil etməli(dil kursları bu sahədə ən mühüm məsələdir)-Qar-

şılıqlı Uzlaşma Mərkəzi bu istiqamətdə sadəcə ilk addımdır; 

•  Yüksək standardları təminat altına alan təsdiq prosesi və irəliləyi-

şin ölçülməsi  bu istiqamətdə ən mühüm elementdir. 

 

Səmərəli hazırlıq,seçim və rütbə artırmaq prosesi hər şeydən öncə şəffaflıq tələb 



edir. Bu şəffaflığın ikinci səviyyəsini, resurs idarəetməsini zəruriləşdirir,xüsusilə 

də, kadrların idarə olunmasının səmərəli olmasını. Buna görə  də, qanunvericilik-

dən sonra şəffaflığın ikinci dayağı kadr siyasəti ilə bağlıdır. 

Qanunvericiliyin və digər normativ aktların yerinə yetirilməsini və islahat ruhu-

nu və  şəffaflığı obyektiv əks etdirən kadr siyasətinin özü şəffaflıq üçün əlverişli 

mühit yaradır.  Şəxsi ehtiyacları  təşkilatın maraqlarından üstün tutan “dostluq” və 

şəxsi əlaqələr üzərində qurulan kadr siyasəti şəffaflığa olan ümidləri təhlükə altında 

qoyar. Şəffaflığa yönələn ən ciddi təhlükə,peşəkar bacarıq və təcrübənin olmaması 

və ictimai resursların ədalətsiz olaraq şəxsi mənfəətlər üçün istifadə olunmasıdır. 

İndiki dövrdə,bu keçid dövrünün iki ən əhəmiyyətli özəlliyi sürət və komplek-

slikdir. Müasir informasiya texnologiyası olmadan,hətta qəbul edilən qərarları izlə-

mək belə olmur ki, onları analiz edəsən və sinxronlaşdırasan,hətta daha irəli getsək 

nəzarət və hakimiyyət mexanizmləri qurasan. 

Hətta daha yaxşı təhsil almış və ruhən bi işə girişmiş adamlar da, gizli informa-

siyaların qorunması haqqında qaydalara riayət edərək, “ictimai istifadə üçün dərc 

etməyə”, “real zaman rejimində” məlumatlar mübadiləsi aparmağa  səmərəli sistem 

olmadan şəffaf mühit üçün əlverişli şərtlər təmin edə bilmirlər.  

Proseslərin yenidən təşkili və optimallaşdırılması,şəffaflığın cəhətləri daxil,işə 

salınmadan müasir informasiya texnologiyasının tətbiqi heç nəyi həll etmir. İnfor-

masiya resurslarının idarəetməsinin özü uğurla həyata keçirilə bilən çətin proseslər-

dən biridir. 

Eyni zamanda,şəffafıq üçün informasiya texnologiyasının rolu təhsilli kadrlar  

məsələsini yenidən gündəmə  gətirir-ancaq müəyyən səviyyədə kompyuter savadı 

olan adamlar yeni texnologiyanın yaratdığı mühitdə işləyə bilər və imkanlardan ya-

rarlana bilər. 


 

511


Bu o deməkdir ki,şəffaflığın üçüncü pilləsi qanunvericilik,kadrlardan sonra İT-

dir,lakin onun tətbiqi qanunvericilik və təhsilli kadrlardan asılıdır. Beləliklə,qanun-

vericilik aktları,kadrlar və İT sistemlərini tarazlaşdıraraq şəffaflığın optimal səviy-

yəsi təmin edilə bilər. İctimai xəbərlərə çıxış,özəl məlumatların qorunması, məxvi 

məlumatların qorunması üçün üç başlıca qanun mövcuddur və onlar hakimiyyət, 

mülki cəmiyyət və biznes dairələri arasında tarazlıq yaratmaq üçün əsas yaradır. Bu 

üç qanunun maddələrini həyata keçirmək üçün informasiya resursları idarəetməsi 

üzrə qanun lazımdır. 

Şəffaflıq sübut etməlidir ki,təhlükəsizlik sektorunda da təhlükəsizlik tədbirləri 

lazımdır və “informasiya azadlığı” ilə “informasiyanı qorumaq” arasında tarazlıq 

vacib məsələdir.  Əlbəttə,müxtəlif istifadəçilərin informasiyaya çıxışı da müxtəlif-

dir,“gizlilik” səviyyəli informasiyalar üçün ayrı və “hamının bilmək istədiyi”infor-

masiyalar üçün də başqa kriteriyalar vardır. Həssas informasiyanı qorumaq,infor-

masiyanın dürüstlüyünü təmin etmək,müxtəlif kateqoriyalı istifadəçilər üçün infor-

masiyaya rahat çıxış əldə etmək və bu çıxışın “etibarlılığını” təmin etmək üçün tex-

niki həll yollarını tapmaq İT mütəxəssisindən asılıdır. 

Daxili və ictimai şəkillə bağlı daha bir cəhət də vardır. Sadəcə, ictimai şəkil da-

ha az məlumatlı, az ümumiləşdirlmiş ola bilər, lakin azdırıcı,çaşdırıcı və qeyri-mü-

əyyən olmaz. Və siyasətçilər təhlükəsizlik sektorunun daxili şəklinə uyğun olan ic-

timai şəkilin müəyyən edilməsində məsuldurlar. 

Keçid dövründə  əsas problem keçmişdən qalan mirasları  nə  qədər mümkünsə 

tezliklə aradan qaldırmaqdır,çünki bir qayda olaraq,onlar şəffaflıq səviyyəsi yüksək 

olmalı  gələcək üçün problemlər yaradır və o dövrün şərtlərinə uyğun gəlmir. Bu 

dövrdə,bir qayda olaraq təhlükəsizlik sektorundan kənarda olan sahələr yaranmış 

yeni reallıqda daha tez təcrübə toplayır və mülki cəmiyyətlə daha yaxın tərəfdaşlıq 

və daha çox şəffaflıq və  iş birliyi təhlükəsizlik sektorunun rəhbərliyi üçün həyati 

əhəmiyyət daşıyır. Bu dövrdə,qanunvericilikdə radikal dəyişikliklər edilməlidir və 

təhsil almış yeni adamların işə qəbul edilməsi və müasir informasiya texnologiyası-

nın intensiv olaraq tətbiq edilməsi təhlükəsizlik sektorunda şəffaflığın artırılması 

və dəyişikliyin getməsi  üçün vacibdir. Bir qayda oalraq, müəyyən vaxtdan sonra 

yeni konsepsiyalar həyata keçiriləndə və sistem daha sabit dövrə  qədəm qoyanda 

şəffaflıq səviyyəsi aşağı düşəcək,çünki cəmiyyətin  və biznes  dairələrinin marağı 

aşağı olacaq. 

Şəffaflığı təmin etməyin çoxlu çətinliklərinə baxmayaraq,bu xüsusi səylər edil-

mədən  əldə olunmayacaq.  İş  səylərə  və resurslara gəldikdə strategiyanın olması 

vacibdir. Şəffaflığın təkbaşına rəhbərlik və ya mülki cəmiyyət və işgüzar dairələr 

tərəfindən  əldə olunmasının mümkün olmadığını söyləmək vacibdir. Çoxlu sayda 

subyektlərin kompleks şəkildə yanaşması  və koordinasiyalı addımlar atması  tələb 

olunur. 


 

512


QHT-lərin rolu qiymətləndirilməlidir.Təhlükəsizlik sektorunda şəffaflıq səviy-

yəsinin illik nəzərdən keçirilməsi və qiymətləndirilməsi praktikası, müdafiə və təh-

lükəsizlik siyasəti müəyyənləşdirilməsi,həyata keçirilməsində,resursların idarəet-

məsi və büdcə ayrılması sahəsində  və xüsusilə,təhcizat və satınalmalar sahəsində 

konkret halların analiz edilib qiymətləndirilməsi  şəffaflıq mədəniyyətinin inkişaf 

etdirilməsinə böyük dəstək olar

491

. Hətta daha çox- bu cür mədəniyyətin güclənmə-



si üçün güclü alət kimi,şəffaflıq praktikalarını analiz edən beynəlxalq layihələrdən 

istifadə oluna bilər.  Belə başa düşülür ki,məxvilik o adamlar tərəfindən müdafiə 

olunur ki, onlar öz qonşu ölkələrində baş verən fəaliyyətlərinin məxviliyini önə 

çəkirlər. 

Şəffaflıq,xüsusilə də keçid dövrlərində,ması  dəyişikliyi dəstəkləmək üçün cox-

lu sayda  biznes fəaliyyətinə ehtiyac olduğu zaman iş dünyasına transformasiyaının 

imkanlarından istifadə etməyə kömək edə bilər. Ona görə  də, biznesin və biznes 

birliklərinin rolu şəffaflıq mədəniyyətinin artması üçün çox əhəmiyyətlidir. 

Atılması çoxlu addımlar var və bir çoxu paralel surətdə olmalıdır: 

 

•  Təhlükəsizlik sektorunun dəqiq tərifi, missiyaları, səlahiyyətləri, 



resursları, idarəetmə sistemi; 

•  Peşəkarlar birliyi yaradılması-mülki və hərbi; 

•  Təhlükəsizlik sektoru haqqında ictimai məlumatlılıq yaradılması, 

onun verdiyi məhsul nədir və nəticələr əldə etmək üçün resurslardan necə 

istifadə olunur; 

•  Təhlükəsizlik sektoru məsələləri üzrə ölkə boyu müvafiq təhsil ve-

rilməsi; 

•  Təhlükəsizlik sistemi idarəetməsi üçün müasir informasiya sistem-

lərinin təmin edilməsi; 

•  Cəmiyyətin təhlükəsizlik sektoru debatlarında iştirakının institut-

laşdırılması,o cümlədən,QHT və biznes təşkilatları vasitəsilə; 

•  Ölkə  və beynəlxalq səviyyələrdə  şəffaflıq praktikalarının təşviq 

edilməsi. 

 

Müdafiə  rəhbərliyi və mülki cəmiyyət arasında şəffaflıq,hesabatlılıq və cavab-



dehlik mühiti əsasında qurulan qarşılıqlı əlaqə çoxüzlü ola bilər: 

•  MN və Hökümət –QHT-lər,elmi sahələr,iş dünyası və media; 

•  Parlament-QHT, elmi sahələr,iş dünyası və media; 

                                                            

491

 

Velizar Shalamanov, Lyubomir Ivanov, Petya Dimitrova, NATO Membership Readiness Indicator 



(Sofia: George C. Marshall-Bulgaria with the Atlantic Club in Bulgaria, September 2001), p. 36. 

 

513


•  Mülkilər və MN-də hərbçilər; 

•  MN və Hökümət-Parlament; 

•  Müdafiə rəhbərliyi məsələlərində QHT-lər,biznes,media,elmi insti-

tutların özləri arasında; 

•  Milli hökümət-beynəlxalq təşkilatlar

•  Regional əsasda mülki cəmiyyət təşkilatları arasında. 

 

Şəffaflıq,mülki cəmiyyətlə müdafiə idarəetmə təsisatları arasında sadəcə yeganə 



və hətta ən mühüm ilkin şərtdir. Şəffaflığın özü qanunla möhkəmlənməlidir,lakin 

daha  əhəmiyyətlisi,əməkdaşlıq üçün uğurlu modellər qurulmasıdır və onların qa-

nunvericilik aktlarına köcürülməsidir. 

Əməkdaşlıq modellərinin nüvəsində müdafiə idarəetməsi,mülki cəmiyyət və 

əməkdaşlıq üçün müəyyən edilmiş qarşılıqlı  əlaqələrin aydın arxitekturası durur. 

Əməkdaşlıq modelləri, müdafiə sektorunda yaxşı idarəçiliyin konkret məqsədləri-

nin əldə edilməsində bu mühitdən necə istifadə olunacağını müəyyən edir. 

 

Mülki Cəmiyyətlə Müdafiə Təsisatları arasında Əməkdaşlıq Modelləri 



 

Müxtəlif ümumi əməkdaşlıq modelləri mövcuddur-tam mərkəzləşmiş(cəmiyyət 

parlamentə,Parlament Hökümətə,Hökümət Hərbi  Ştaba)  modellərdən başlayaraq 

tam mərkəzsizləşdirilmiş modellərə  qədər,yəni burada mülki cəmiyyətin hər bir 

elementi,müdafiə strukturlarındakı istənilən elementlə birbaşa  əməkdaşlıq edə bi-

lər. 


Əlbəttə optimal model hardasa bunların arasında yerləşir və beyində, müdafiə 

təsisatları,mülki cəmiyyət elementləri və ölkədə əməkdaşlıq mədəniyyəti ilə bağlı 

müəyyən yetkin səviyyəyə çıxaraq, məhsuldarlıqla mülki nəzarət arasında tarazlıq 

əldə edilməsi optimallaşdırıla bilər. 

Mülki cəmiyyətin rolu ideyalar irəli sürmək və şəffaflıq,hesabatlılıq və cavab-

dehlik tələb etmək və həmçinin,Hökümətdə islahatçıların səylərini dəstəkləməkdir. 

Bolqarıstandakı TSİ Koalisiyasının nümunəsi,təhlükəsizlik sektorunda  irəliləyişi 

qiymətləndirmək və parlament fəaliyyətləri mexanizmləri vasitəsilə vəziyyəti yax-

şılaşdırmaq məqsədilə tövsiyələr verməklə hər dörd aydan bir parlamentə hesabat 

hazırlamaq idi

492

. Bu qrup iki aydan bir təhlükəsizlik mühitini yaxşılaşdırmaq üçün 



yaxşı ideyaları və təhlükəsizlik və müdafiə üçün lazımı dəyişiklikləri geniş mənada 

müəyyənləşdirmək üçün “Təhlükısəzlik Müşahidəsi: Təhlükəsizlik Problemləri və 

TSİ” xəbər bülleteni dərc edir. Açıq mühazirələr, dəyirmi masalar və seminarların 

                                                            

492

 V

elizar Shalamanov, Lyubomir Ivanov, Petya Dimitrova, NATO Membership Readiness Indicator 



(Sofia: George C. Marshall-Bulgaria with the Atlantic Club in Bulgaria, September 2001), p. 36. 

 

514


rəsmi təqdimatı bu ideyaların siyasi və idarəetmə  təsisatlarına çatdırılmasına kö-

mək edir. 

Dəyərli dəstək və faydalı fikirlər ortaya qoyulmasında həlledici rol, ehiyatda 

olan zabitlər və zabit olmayan serjant və gizirlərdən ibarət birliklər oynayır,lakin 

onlar kommunist dönəmində yaranmış  və demokratik dəyişikliklərdən sonra 

NATO ölkələrində təlim/təhsil keçmişlər. Bolqarıstan üçün ən yaxşı nümunə Əla-

həzrət Hərbi Məktəb Müdavimlərinin Birliyidir(1944-dən öncə yaradılmış  hərbi 

akademiya)  və ehtiyatda olan zabitlərin birliyi”Atlantik”-dir-Qərb ölkələrindəki 

kollec/kurslarda oxumuş Atlantik/Transatlantik yönümlü əməkli zabitlərin keçən il 

yaradılmış birliyidir. Müdafiə təsisatları və bu birliklər arasında həlledici əməkdaş-

lıq köklü dəyərlərin təşviq edilməsi vasitəsilə həyata keçirilir-ölkənin hərbi tarixin-

dən başlayaraq ümumi Atlantik dəyərlərinə qədər. 

Müdafiə təsisatları ilə elmi sektor modeli əməkdaşlığı,elmi metodların qərar qə-

bul etmə proseslərinə tətbiq edilməsi və xüsusilə də,təhlükəsizlik sektoru islahatı-

na,tranformasiyasına və xüsusən də qüvvələrin modernizasiyasına hərtərəfli yanaş-

ma təmin etməkdən ibarətdir. Bolqarıstan Elmlər Akademiyasında Milli Təhlükə-

sizlik və Müdaafiə Tədqiqatları mərkəzinin təsis edilməsi  və Təhlükəsizlik siyasəti  

və TSİ haqqında Sofiya Universitetində və başqa digər universitetlərdə kurslar təş-

kil edilməsi Bolqarıstanın qonşularının öyrənməli olduğu nümunələrdir. Xatırlan-

malı digər yaxşı nümunə əhalinin və infrastrukturun qorunması sahəsində yaradıl-

mış Hökümət nəzdində Milli Elm Koordinasiya Komitəsidir. Onun yeddi ekspert 

qrupu nüvə,bioloji və kimyəvi silahlardan qorunmaqdan başlamış,seysmik/hidroloji 

tədqiqatları da daxil omaqla birləşmiş fövqaladə idarəetmə sistemlərinin mühüm 

inkişaf və infrastrukturunu qorumağa qədər məsələləri əhatə edir. Hökümət tərəf-

dən rəhbərliyi nazir Husmenova aparır və akademiya tərəfdən isə akademik Sabot-

nov bu işlərə rəhbərlik edir və Müdafiə Nazirliyini,Daxili İşlər Nazirliyini və həm-

çinin,xüsusi xidmətləri əhatə edən bu əməkdaşlıq yaxşı əməkdaşlıq nümunəsidir. 

Biznes dairələri,resursların idarə olunmasında  ən yaxşı  təcrübələri müdafiə 

strukturları ilə paylaşmaqla,qeyri-hərbi autsorsinq fəaliyyətləri istəməklə, moderni-

zasiya işlərində ofset əməliyyatları aparmaqla və döyüş  əməliyyatları zonasında 

münaqişədən sonrakı yenidən qurma işlərində tərəfdaş olmaqla müdafiə strukturları 

ilə əməkdaşlıq edirlər. Yaradılmış BENS Assosiasiyası  iş verən təşkilat kimi təhlü-

kəsizlik sektoru təsisatlarını  dəstəkləyir. Ölkələr arasında informasiya mübadiləsi 

baxımından bu yaxşı nümünədir.BENS-Bolqarıstan,ABŞ BENS-in təcrübəsini da-

vam etdirir və əməkdaşlıq üçün yeni mühit yaradaraq yeni Amerka Ticarət palatası 

və yerli biznes assosiasiyaları ilə yaxından  əməkdaşlıq edir. Müntəzəm görüş-

lər,konfranslar,seminarlar formasında, inkişaf üzrə müzakirələr aparmaq üçün qo-

naq çıxışçılar dəvət etməklə  və tövsiyələrlə tamamlanan xüsusi hesabatlar təmin 

etməklə əməkdaşlıq edilir. 


 

515


Ölkədaxili və xüsusilə də,beynəlxalq məsləhətçilər,şəffaflığı daha da artıran və 

yeni alternativlərin hazırlanmasına bacarıq və təcrübə mənbələri ilə təmin edən di-

gər əməkdaşlıq modelləri və həmçinin,qərar vermə prosesində tərəflər arasında da-

ha yaxşı anlaşma yolları təklif edirlər. Onların təklif etdiyi əməkdaşlıq modeli ney-

tral,ekspertlər üzərində qurulmuş  qərar vermə yanaşmasıdır, eyni zamanda onlar 

elmi dairələrin,QHT-lərin və biznes təşkilatlarının fəaliyyətlərində  də  iştiraklarını 

davam etdirirlər. 

Medianın müdafiə təsisatları ilə əməkdaşlığı önəmli məsələlər üzrə araşdırmalar 

aparıb cəmiyyətə təqdim etmək və cəmiyyəti müdafiə sahəsində gedən proseslərlə 

müxtəlif müdafiə təşkilatlarının ictimaiyyətlə əlaqələr idarələri ilə daimi əlaqə sax-

lamaqla müntəzəm surətdə məlumatlandırmaqdır(yerli,ölkə səviyyəsində və Avro-

Atlantik məkanda). Media müxtəlif müdafiə təsisatları,elmi və QHT sektoru,biznes 

və cəmiyyət arasında vasitəçi kimi hərəkət edir və şəffaflığı artırmağa xidmət edir  

və müxtəlif alternativlər üzrə debatlar təşkil edir. 

Müxtəlif funksional sahələrdə müxtəlif əməkdaşlıq modelləri həyata keçirilmiş-

dir və onların qarşılıqlı əlaqə və yaxşı praktikalarının miqyasını bilmək üçün aşağı-

da göstərilmişdir.Mülki cəmiyyət,müdafiə sektorunun uğurlu transformasiyası  və 

təsirli işləməsi üçün həlledici element sayılır.Özünün müxtəlif təşkilatları ilə  və 

müdafiə idarəetmə təsisatları ilə qarşılıqlıı əlaqə və iş metodları ilə,mülki cəmiyyət, 

müdafiə strukturlarının bütün əsas funksiyalarında iştirak edir və ən önəmlisi mülki 

nəzarət və analiz və qiymətləndirmələr üçün formatlar təmin edir. 

 

 Mülki Cəmiyyətin Təhlükəsizlik Siyasəti Formalaşmasında İştirakı 


1   ...   54   55   56   57   58   59   60   61   ...   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə