1 Willem F. van Eekelen



Yüklə 4.6 Mb.
PDF просмотр
səhifə57/65
tarix24.04.2017
ölçüsü4.6 Mb.
1   ...   53   54   55   56   57   58   59   60   ...   65

Müdafiə İdarəetməsi üçün İsnad Modeli 

 

Təkmilləşməni daha ətraflı formada analiz etmək,müqayisə etmək, qiymətlən-



dirmək və planlaşdırmaq üçün, müdafiə idarəetmə sisteminə müxtəlif səviyyələrdə 

isnad modelinin/arxitekturasının olmasına ehtiyac vardır: Avro-Atlantik Birlik,döv-

lət/cəmiyyət,MN-i,MN-də əsas strukturlar. Avro-Atlantik səviyyə, təhlükəsizlik si-


 

498


yasətini və onun yerinə yetirilməsini ahəngləşdirmək üçün dövlət/cəmiyyət səviy-

yəli koordinasiya orqanları şəbəkəsidir. Bu dövlət/cəmiyyət səviyyəli elementlərin 

və bu səviyyədən aşağı strukturların fəaliyyətinin nəticəsidir. Müdafiə idarəetməsi 

üçün ümumi isnad modeli aşağıda göstərildiyi kimi,qarşılıqlı əlaqəli təsisatların şə-

bəkəsi kimi ifadə oluna bilər. 

Milli Assemblya Bolqarıstan müdafiə siyasətinin qanunverici əsaslarını, o cüm-

lədən, qanunları,büdcələri,beynəlxalq müqavilələrin təsdiqini,müharibə elan olun-

masını,hərbi doktrinaıar və qaydaları qəbul edir. Silahlı qüvvələrin qurulması və in-

kişaf etdirilməsi planları və proqramlarını bəyənir və onlara rəhbərlik edir. Müdafiə 

məsələləri üzrə parlament komissiyaları vasitəsilə və daimi parlament nəzarət ses-

siyaları vasitəsilə,Milli assemblya Müdafiə nazirliyi üzərində  nəzarət edir və MA 

tərəfindən qəbul edilmiş hüquqi və inzibati maddələrin müvafiq tətbiqini təmin 

edir. 

Prezident silahlı qüvvələrin baş komandanıdır. Prezident,Baş Nazir və Müdafiə 



Nazirinin də daxil olduğu Milli Təhlükəsizlik Məsləhət  Şurasına sədrlik edir. O, 

yüksək rütbəli zabitlərin,o cümlədən,Baş Qərargah Rəisinin,rütbələrinin artırılması 

və  təyinatları ilə bağlı  fərman verir. Silahlı münaqişə  və ya müharibə dövründə, 

Prezident müharibəni aparan Ali Baş Komandanlığa rəhbərlik edir. 

Nazirlər  Şurası,  hökümətin icra qolu olmaqla müdafiə siyasətini formalaşdır-

maq və həyata keçirməkdə iştirak edir. Bu funksiyada, Nazirlər Şurasına Təhlükə-

sizlik Şurası kömək edir və onun da tərkibində başqa nümayəndələrlə bərabər Pre-

zidentin nümayəndəsi də olur.O,Milli Təhlükəsizlik Strategiyasını,Milli Hərbi Stra-

tegiyanı və milli təhlükəsizliklə bağlı digər qanunverici aktları parlamentə təqdim 

edir. Müharibə zamanı,Nazirlər Şurası  Prezidentə onun Baş Komandan funksiya-

sında kömək edir.Təhlükəsizlik Şurasına böhranı idarəetmə əməliyyatları keçirmə-

yə səlahiyyəti verilir. 

Müdafiə Naziri, başqa kabinet üzvləri kimi Baş Nazir tərəfindən təklif edilir və 

Milli Assambleya tərəfindən təsdiq olunur. Müdafiə Naziri, Müdafiə Nazirliyində 

dövlətin siyasətini aparır və həyata keçirir. O, Müdafiə nazirliyinə ayrılmış büdcə-

nin baş inzibatçısıdır. 

Digər nazirliklər və idarələr Müdafiə Nazirliyi ilə qanunvericiliyin verdiyi qay-

dalar əsasında münasibətlər qurur və bu münasibətlər MN-nin dinc dövrdə müvafiq 

iş funksiyasını təmin edir və dövlət təsisatlarını vahid milli təhlükəsizlik sisteminə 

inteqrasiya edir. 

Beynəlxalq təşkilatlar (BMT,NATO,AB,ATƏT). Avropa və Avro-Atlantik təh-

lülkəsizlik təsisatlarının inteqrasiya siyasətinin elementi kimi Müdafiə Nazirliyi 

beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə olur və müharibə zamanı və dinc dövrdə 

birgə əməliyyatlarda iştirak edir. 

Xarici Müdafiə Nazirlikləri və  Təsisatları. Müdafiə Nazirliyi,Xarici Müdafiə 


 

499


Nazirlikləri və  Təsisatları ilə ikitərəfli və çoxtərəfli  əsasda intensiv münasibətlər 

saxlayır. 

Qeyri Hökümət Təşkilatları.QHT-lər mülki cəmiyyətin hissəsi kimi Müdafiə 

Nazirliyi üzərində mülki və demokratik nəzarətin önəmli hissəsidir. Bundan əla-

və,QHT-lər xüsusi ekspertiz təmin edir və bilgi mübadiləsi stimullaşdırırlar. 

Konstitusiyaya görə,milli təhlükəsizliyə cavabdeh olan təsisatlar və daha kon-

kret olaraq,müdafiə siyasətinin formalaşması üçün cavabdeh olanlar Prezident,Mil-

li Assembleya və Nazirlər Şurasıdır. Milli Assembleya milli müdafiənin qanunveri-

ci əsaslarını hazırlayır və Müdafiə Nazirliyi üzərində nəzarət həyata keçirir. Hökü-

mət və Müdafiə Naziri Silahlı Qüvvələr üzərində rəhbərlik və idarəetmə üçün Milli 

Assembleyaya hesabatlıdır. 

Milli Assembleyaya illik hesabatında,Nazirlər Şurası ölkənin məruz qaldığı ris-

klər və təhlükələri müəyyən edir və milli maraqları təmin etmək üçün tələb olunan 

müdafiə səviyyəsini qiymətləndirir. Uyğun olaraq, Müdafiə Naziri milli təhlükəsiz-

liyə cavabdeh olan digər təsisatlarla koordinasiyada,milli təhlükəsizlik sisteminin 

elementi kimi müdafiə siyasətini formalaşdırır. Nazirlər Şurası müdafiə ilə əlaqədar 

resursları ayırır. Bu prosesdə, Prezidentin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Məs-

ləhət  Şurası informasiya mübadiəsi,fikirlər,ideyalar vasitəsilə  Milli Assemble-

ya,Baş Nazir və Müdafiə Nazirinə kömək edir. 

Nazirlər Şurasının daimi Təhlükəsizlik Şurası və Müdafiə Nazirinin Siyasi İda-

rəsi də müdafiə siyasətinin formalaşdırılmasına kömək edir.Təhlükəsizlik  Şurası 

Prezidenti,Milli Assembleyanın sədrini və Baş Naziri həcminə və məzmununa görə 

eyni informasiya ilə təmin edir. 

Siyasi partiyalar və qeyri hökümət təşkilatları,siyasi və ekspert  alternativləri ilə 

və  həmçinin, müdafiə nazirliyini demokratik nəzarət etməklə müdafiə siyasətinin 

formalaşmasında iştirak edirlər. 

Müdafiə Nazirinin əsas funksiyalarına daxildir: 

 

a.  Müdafiə siyasəti formalaşdırılması. Ölkənin müdafiə və hərbi im-



kanlarını qiymətləndirir və Konstitusiya,Milli Təhlükəsizlik Strategiya-

sı,Milli Hərbi Strategiya və milli təhlükəsizlik sistemi ilə bağlı digər müva-

fiq qanunvericilik aktları  çərçivəsində Müdafiə Nazirliyinin inkişafı üçün 

plan hazırlayır. Müdafiə nazirliyində dövlət siyasətini yerinə yetirir və ona 

nəzarət edir. Beynəlxalq təşkilatlarla və dövlətlərlə İkitərəfli və çoxtərəfli   

münasibətləri koordinasiya edir və idarə edir. Bu işlərdə Müdafiə Nazirinə 

Siyasi İdarə kömək edir. 

b.  Əməliyyatların planlaşdırılması və aparılması. Müdafiə Nazirliyinə 

tapşırılmış missiyanı yerinə yetirmək üçün Silahlı Qüvvələrin təşkil edil-

məsi, birgə təlimlərin keçirilməsi və silahlı qüvvələrdən istifadə. Bu işlər-



 

500


də,Müdafiə Nazirinə Birləşmiş Əməliyyatlar Qərargahı kömək edir. 

c.  Müdafiə siyasətinin yerinə yetirlməsinin idarə edilməsi. Bu funksi-

yada Nazirliyin Ümumi Administrasiyası Nazirə kömək edir. Ümumi 

Administrasiya, Mülki və Hərbi  Administrasiyanın işlərinə də kömək edir. 

d.  Siyasətin yerinə yetirilməsinə maliyyə  nəzarəti. Bu funksiyada 

Müfəttişlik və Maliyyə  Nəzarətçisinin idarəsi Müdafiə Nazirinə kömək 

edir. 

 

Müdafiə Şurası(MŞ), Müdafiə Naziri üçün baş məsləhət orqanıdır və ona müda-



fiə siyasətini həyata keçirmək üçün kömək edir. MŞ-na Müdafiə Naziri, Nazir mü-

avinləri,Parlament Katibi,Siyasi İdarənin Müdiri,Baş Katib, Müdafiə məsələləri üz-

rə  Rəis, Birləşmiş  Əməliyyatlar Gərargahının Rəisi,Silahlı Qüvvələrin Birləşmiş 

Baş Qərargah Rəisi və Müdafiə nazirinin Resurslar üzrə müavini daxildir. 

Mərkəzi Administrasiya,Müdafiə Nazirliyində müdafiə siyasətini idarə edir. 

Mərkəzi Administrasiyanın iki qolu vardır. Xüsusiləşmiş Administrasiya(Mülki) və 

Silahlı Qüvvələrin Birləşmiş  Qərargahı(Hərbi Adminitrasiya) və  hər ikisi Ümumi 

Administrasiya tərəfindən dəstəklənir. 

Xüsusiləşmiş Administrasiyanın(Mülki)funksiyalaına aşağıdakılar daxildir: 

 

a.  Müdafiə planlaşdırması 



b.  Kadrların planlaşdırılması 

c.  Avadanlıq və material hissələrin,infrastrukturun və maliyyə resur-

slarının planlaşdırılması 

 

Silahlı Qüvvələrin Birləşmiş Qərargahı(Hərbi Adminitrasiya),Müdafiə nazirliyi-



nin hərbçilərini nəzərdə tutur. 

Hərbi İnformasiya Xidməti,bir qayda olaraq Müdafiə Nazirinin birbaşa rəhbərli-

yi altındadır və Müdafiə siyasətini formalaşdırmaq üçün müdafiə nazirinə kömək 

edən  əsas strukturlardan biridir. Bu xidmət informasiya toplayır və analiz edir və 

Milli Təhlükəsizlik və Müdafiə Siyasəti ilə bağlı müvafiq sənədlər hazırlayır. Bu 

informasiya Müdafiə Naziri vasitəsilə Baş Nazirə  və ya Prezidentə  təqdim oluna 

bilər. 

Hərbi Polis Xidməti,aşağıdakı funksiyaları yerinə yetirmək üçün Müdafiə nazi-



rinin birbaşa rəhbərliyi altında olmalıdır: 

 

a.  Hərbi zonalarda qayda və qanunu saxlayır və cinayətin qarşısını al-



maq üçün müvafiq addımlar atır. Cinayət hallarını araşdıdır. 

b.  Müdafiə nazirliyində gözətci fəaliyyətləri ilə məşğul olur və onun 

mülkiyyətini qoruyur və hərbi maşınların hərəkətinə nəzarət edir. 


 

501


c.  Müdafiə nazirliyində  təhlükəsizlik və qayda- qanunla bağlı infor-

masiyalar toplayır və onları analiz edir. 

 

Müdafiə Nazirinin inzibati işlərində, ona, Müdafiə  Ştabı Kolleci, Hərbi Tibbi 



Akademiya, İcra agentlikləri və müdafiə nazirliyinin şirkətləri də kömək edir. 

Müdafiə siyasətinin həyata keçirilməsində Nazirə, Baş Katib və Resurslar üzrə 

Nazir müavini də kömək edir. 

Administrasiya üzrə Qanuna görə, Müdafiə nazirliyində ən yüksək vəzifəli mül-

ki qulluqçu Baş Katibdir. 

Müdafiə Məsələləri üzrə rəis,aşağıdakı məsələlər üzrə Prezidentə, Baş nazirə və 

Müdafiə nazirinə  məsləhətlər verir: Strateji hərbi planlaşdırma, hərbi xidmətin 

İnkişafı,çağırış və kadr strategiyası,hərbi maddi-texniki baza,silahlar və hərbi ava-

danlıq,büdcə qiymətləndirməsi,hərbi risk qiymətləndirməsi,hərbi potensialın inki-

şafı,mülki hakimiyyətin köməyi,birgə əməliyyatlar,kollektiv müdafiə əməliyyatları 

məsələləri üzrə. 

Müdafiə məsələləri üzrə rəisə, Müdafiə nazirinin əsas hərbi müşaviri kimi,onun 

müavinləri kömək edir. Ona idarəetmə işlərində,müdafiə məsələləri üzrə rəisin re-

surslar üzrə müavini kömək edir. Onun özü də,Baş Katiblə birgə milki administra-

siyaya cavabdehdirlər. Hərbi tapşırıqları yerinə yetirmək üçün,müdafiə  məsələləri 

üzrə rəis,Silahlı Qüvvələrin Birləşmiş Baş Qərargah Rəisi tərəfindən və əməliyyat-

lar üzrə müavin olan və eyni zamanda birləşmiş əməliyyatlar komandanı tərəfindən 

kömək edilir.Əlavə olaraq, Müdafiə məsələləri üzrə rəis,rəisin kiçik idarəsi tərəfin-

dən dəstəklənir. 

Baş katib və müdafiə  məsələləri üzrə  rəisin resurslar üzrə müavini aşağıdakı 

inzibati işləri görürlər: 

 

1)  Siyasət və Planlaşdırma 



a)  Müdafiə siyasəti,planlaşdırma və inteqrasiya 

b)  Beynəlxalq hərbi əməkdaşlıq 

c)  J-5 

2)  Kadrların İdarəetməsi: 

a)  Kadrlar və sosial siyasət 

b)  J-1 


3)  Müdafiə təminatı 

a)  İnfrastruktur planlaşdırması və idarəetməsi 

b)  Büdcə  planlaşdırması və idarəetməsi 

c)  Silahlanma planlaşdırması və idarəetmə 

d)  J-4 

Silahlı Qüvvələrin Baş Qərargahı Müdafiə Nazirliyinin ayrılmaz hissəsidir və o, 



 

502


Müdafiə nazirinə silahlı qüvvələrin inkişaf planlarını və hərbi müdafiə strategiyası-

nı hazırlamaqda kömək edir və öz vəzifələrini və tapşırıqlarını yerinə yetirmək 

üçün Baş  Qərargah Rəisinə kömək edir. Baş  Qərargahın  əsas funksiyası, silahlı 

qüvvələri, uzlaşma tapşırıqları üçün çağırışçılarla və seçimlə  yığılmış  hərbçilərlə 

təşkil etmək,təlim keçmək, silahlandırmaq və təmin etməkdir. Baş Qərargah,həmçi-

nin,silahlı qüvvələrin digər strukturları və hökümət təsisatları ilə bərabər,bütün si-

lahlı qüvvələrə, ərazi müdafiəsi və səfərbərlik planları hazırlayır. 

Hərbi administrasiyaya Silahlı Qüvvələrin Baş Qərargah Rəisi rəhbərlik edir və 

o,qoşun növlərinin və hərbi komandanlığın tərkibinə nəzarət edir. 

 

1.  Quru Qoşunları Qərargah  Rəisi 



2.  Hava qüvvələri Qərargah  Rəisi 

3.  Dəniz qüvvələri Qərargah  Rəisi 

4.  Xüsusi Əməliyyatlar Qüvvələri Komandanlığı 

5.  Xəbərləşmə və İnformasiya Sistemi Komandanlığı 

6.  Logistika Komandanlığı 

7.  Təlim Komandanlığı 

8.  Milli Hərbi Universitet 

9.  Təlim Mərkəzləri/Bazalar 

 

Qöşun növləri Komandanları,Birləşmiş Qərargahın üzvləri olaraq  hərbi məsələ-



lər üzrə məsləhətlər verirlər və onlar müdafiə məsələləri üzrə rəis vasitəsilə öz rəy-

lərini və ya məsləhətlərini könüllü olaraq və ya göstərişlə Müdafiə nazirinə,Baş 

Nazirə,Prezidentə təqdim edirlər. Birləşmiş Qərargah Rəisi öz rəyini Müdafiə nazi-

rinə  təqdim etdiyi zaman,o,digər qoşun komandanlarından gələn bütün rəyləri də 

ifadə edir.Silahlı Qüvvələrin Birləşmiş Qərargahının döyüş qüvvələrinə komandan-

lıq etmək səlahiyyəti yoxdur. Qoşun növlərinin komandanları, bu qoşun xidmətləri-

nin idarə edilməsində Müdafiə Nazirinə və Silahlı Qüvvələrin Baş Qərargah Rəisi-

nə cavabdehdirlər. Qoşun növləri,çağırış,qüvvələrin təşkili,təminatı, avadanlığı, tə-

limi,xidməti işlər,səfərbər etmək,tərxis etmə,inzibati işlər və qoşunların saxlanma-

sına dair bu xidmətlərin missiyasına daxil olan işlərdə lazım olan qüvvələrdən baş-

qa  qalan bütün qüvvələrini Birləşmiş Əməliyyatlar Komandanlığının ixtiyarına ve-

rir. 


Baş katib,öz funksiyasını Administrasiya haqqında Qanuna uyğun olaraq həyata 

keçirir,Ümumi Administrasiyaya rəhbərlik edir. Ümumi Administrasiyanın struktu-

ru eyni qanuna görə qurulur və ora daxildir:Ümumi idarə,maliyyə və idarəetmə,Hü-

quqi  İdarəetmə,Müdafiə  və  Səfərbərlik,Mülkiyyət  İdarəetməsi,  İnformasiya və 

Texnologiya İdarəetməsi,Kadrlar Şöbəsi,İctimai əlaqələr,Protokol şöbəsi. 

Birləşmiş  Əməliyyatlar Qərargahına, Birləşmiş  Əməliyyatlar Qərargahının 



 

503


Rəisi rəhbərlik edir və onun özü də Əmliyyatlar üzrə nazirin müavinidir. Birləşmiş 

Əməliyyatlar Qərargahı Müdafiə nazirliyinə tapşırılmış tapşırıqları yerinə yetirmək 

üçün Silahlı Qüvvələrin birgə təlimlərini təşkil edir və ondan hərbi əməliyytalarda 

istifadə edir. 

Çevik Qüvvələr(birləşmiş ekspedisiya korpusu, göndərilmə qüvvələr),böhranlı 

vəziyyətə dərhal cavab vermək iqtidarında olmaq üçün birbaşa Birləşmiş Əməliy-

yatlar Komandanlığına tabe olur. Bu qüvvələr rotasiya yolu ilə  hər üç qoşun nö-

vündən və üç komandanlıqdan seçilir.    

Müdafiə nazirinin göstərişi ilə Birləşmiş  Əməliyyatlar Komandanlığının rəisi 

Birləşmiş  Əməliyyatlar Komandanlığına tapşırılmış tapşırıqları yerinə yetirmək 

üçün lazım olan qüvvələri, o cümlədən,hərbi əməliyyatların bütün cəhətlərini, birgə 

təlim və arxa cəbhəni səfərbər edir. Hərbi ierarxiya müdafiə nazirindən başla-

yıb,Birləşmiş  Əməliyyatlar Komandanlığının Rəisi vasitəsilə,əməliyyatların ko-

mandanına qədər uzanır. Bütün xəbərləşmələr, müdafiə  məsələləri üzrə  rəisə  də 

çatdırılır. 

Müdafiə Siyasətinə qanun nəzarəti və yoxlama Milli Assembleya,Baş Mühasi-

bat idarəsi,Müfəttişlik,Hərbi polis və Hərbi Əks-kəşfiyyat idarəsi tərəfindən həyata 

keçirilir. 

Müdafiə siyasətinin mülki nəzarəti və izlənməsi də Media və QHT-lər tərəfin-

dən həyata keçirilir. 

Müdafiə siyasətinin formalaşdırılmasında,Müdafiə Nazirinə, Siyasi İdarə və di-

gər strukturlar kömək edir. Siyasi İdarənin səlahiyyətli qanuni  üzvləri Müdafiə na-

zirinnin müavinləri,Siyasi  İdarənin müdiri,Parlament Katibi,Müdafiə Nazirinnin 

sözçüsü və onun köməkçiləridir. Müdafiə Naziri,müdafiə məsələləri üzrə rəisi Si-

yasi idarənin iclaslarında iştirak etməyə göndərə bilər. 

Qanun, müharibə elan edilməsi şərtlərini və metodlarını və ya fövqaladə vəziy-

yət elan edilməsini şərtləndirməlidir. Müharibə elan edildikdə və ya fövqaladə və-

ziyyət elan edildikdə,przident ölkənin müdafiəsinə komandanlıq edir və/və ya Si-

lahlı Qüvvələrdən istifadə etməyə qərar qəbul edir. Prezident döyüş əməliyyatları-

nın hazırlanması və aparılması planlarını və Ali baş Komandanlıq tərəfindən hazır-

lamış ölkənin müdafiəsi planlarını  qəbul edir. Baş Nazir, Birləşmiş  Əməliyyatlar 

Komandanlığı  tərəfindən yaradılmış Silahlı Qüvvələrin Birləşmiş  Qərargahı  və 

Hərbi  Əməliyyatlar Teatrı Komandanlığı  tərəfindən yaradılmış  Ərazi Müdafiəsi 

Komandanlığının gündəlik əməliyyatlarına rəhbərlik edir. Baş Nazir,həmçinin,yerli 

hakimiyyətə də rəhbərlik edir. 

Ali Baş Komandanlığın hərbi funksiyasına onun ştabı kömək edir.  Ali Baş Koman-

danlığın  ştabına, Müdafiə Nazirliyinin xüsusiləşmiş Administrasiyası kömək edir və 

Prezident Administrasiyasının və Nazirliklərin və idarələrin strukturları ştaba daxildir. 



 

 

504


Mülki Cəmiyyətin Rolunun Miqyası 

  

Müdafiə rəhbərliyi ilə qarşılıqlı əlaqə kontekstində mülki cəmiyyətə,vətəndaşla-



rın, qeyrri-hökümət təşkilatlarının(o cümlədən,beynəlxalq təşkilatların),elmi insti-

tutların(tədqiqat və inkişaf işləri və ya təlim və təhsil işləri ilə məşğul olan,mülki 

və ya hərbi sənaye biznesi,media) şəbəkəsi kimi baxmaq olar.    

Mülki cəmiyyətin inkişaf etdirilməsi,demokratikləşmənin ilkin məqsədlərindən 

biridir və yetişmiş demokratiyanın birinci tələbidir. Faktiki olaraq, müdafiə institut-

larında marağı olmayan və onlarla qarşılıqlı əlaqədə olmayan mülki  cəmiyyət ol-

masa,effektiv müdafiə idarəetmədən danışmağın mənası yoxdur. 

Müdafiə təsisatlarında olduğu kimi,mülki cəmiyyət üçün isnad modelleri/ arxi-

tekturası hazırlamaq daha çətindir. Buna baxmayaraq,vəziyyəti qiymətləndi-

mək,təkmilləşdirmə planlamaq imkanında olmaq üçün və həmçinin,  müdafiə ida-

rəetmə təsisatları ilə mülki cəmiyyət arasında qarşılıqlı əlaqə və əməkdaşlığı idarə 

etmək üçün, mülki cəmiyyət təşkilatlarının münasibətləri və rolları haqqında ən azı 

ümumi təsəvvür və anlama sahib olmaq lazımdır. 

Mülki cəmiyyət, TSİ üçün ciddi kənar dayaq olaraq və TSİ mühitinin mühüm 

elementi olaraq böyük rol oynayır. Mülki cəmiyyətin,biznes,elmi dairələr,media və 

QHT-lərlə bağlı rolunun çoxlu cəhətləri vardır. 

Biznesin rolunu başa düşmək üçün,Təhlükəsizlik sektorunda İslahatın iqtisadi 

ölçüsündə iki addımı xatırlatmaq lazımdır. Birincisi,MN-dən,daxili İşlər nazirliyin-

dən hərbi olmayan bütün iqtisadi əhəmiyyətli fəaliyyətləri və təsisatları  ayırmaq-

dır. İkincisi,bütün qeyri-hərbi əməliyyatların autsorsinq praktikasını rəqabət əsasın-

da gücləndirməkdir. Bu siyasət altında,bütün inşaat,istehsalat,təmir və təminat bir-

likləri,təsərrüfat,mülki müdafiə birlikləri müdafiə nazirliyindən ayrılıb və normal 

biznesə -mülki cəmiyyətin hissəsinə çevrilir.  

Xidmətlərin autsorsinq praktikası logistik dəstək sahəsində,xüsusilə də, ictimai 

iaşə və avadanlıq üzrə tətbiq oluna bilər. Bu,müdafiə sahəsində dövlət-özəl tərəfa-

daşlığının gücləndirilməsində və milli təhlükəsizlik və müdafiə sahəsində dövlət tə-

sisatları ilə əməkdaşlıq etmək üçün biznes birliklərinin formalaşdırılmasında atılan 

mühüm addımlardan biridir. Bolqarıstanda yaxşı nümunə kimi,Milli Təhlükəsizlik 

Assosiasiyaları üçün Biznes İcracılarının yaranması oldu və bu Vilnüs Qrupu Sam-

mitinin “Bolqarıstanın NATO üzvü olduğu halda iqtisadi qazancları “ tədqiqatının 

2001-ci ildə Sofiyada təqdimatından sonra yarandı

488


MN,QHT-lər,İşverənlər Birliyi arasında imzalanmış sazişlər paketinə uyğun 

                                                            

488


 

Tilcho Ivanov, Ralitza Mateeva, Todor Tagarev, Economic Benefits from Bulgarian Membership 



in NATO, Velizar Shalamanov (ed.) (Sofia: George C. Marshall-Bulgaria with the Centre for 

Liberal Strategies, October 2001), p. 69.  



 

505


olaraq və Stabillik Paktı  və Dünya Bankı kimi beynəlxaıq təsisatlar ilə ikitərəfli 

beynəlxalq səviyyədə imzalanmış sazişlər əsasında hərbçilərin mülki həyata uğurla 

keçməsi üçün yaxşı mühit yaradıla bilər.MN bu prosesə kömək etmək üçün xüsusi 

sosial adaptasiya mərkəzləri təsis edə bilər. Ehtiyatda olan zabitlərin və zabit olma-

yan hərbçilərin birliklərinin təşəbbüsləri əməkdaşlıq üçün yüksək qiymətləndirilir. 

Elmi idarələr tədqiqat və təhsillə bağlıdır. Hal-hazırda, Müdafiə nazirliyinin və 

Müdafiə sənayesinin tədqiqat və inkişaf sahəsində imkanlarının azalması ilə əlaqə-

dar bu elmi dairələri müxtəlif tədqiqatlarla(Strateji Müdafiə İcmalı,Ağ Sənəd)  tex-

niki sahələr üzrə (silah alq-satqı məsələlərinə, ordunun modernizasiyası və utiliza-

siya planlarına kömək etməklə) autsorsinq işlərinə  cəlb etmək olar. Təhlükəsizlik 

sahəsi mütəxəssislərinin təlim və təhsili və ikili istifadə sahələri ilə bağlı  məsələ-

lər,humanitar və texniki elmi institutların daha dərin cəlb olunmasını  tələb edir. 

MN ilə çoxlu elmi institutlar arasında və elmi institutlarla müdafiə sənayesi şirkət-

ləri arasında imzalanmış  çərçivə sazişləri və yaradılmış birgə komitələr mümkün 

əməkdaşlıq yolları üçün yaxşı nümunələrdir. Məsələn,Bolqarıstan Elmlər Akade-

miyası,aparıcı elmi təsisat olaraq,bu səyləri Parlament,Prezident aparatı,hökü-

mət,təhlükəsizlik sektoru nazirlikləri və idarələri,sənaye və digər elmi institutları 

ilə əməkdaşlıqda koordinasiya etmək üçün Milli Təhlükəsizlik və Müdafiə Tədqi-

qatları    Mərkəzi qurmuşdur. Bu Bolqarıstan təcrübəsini öyrənmək üçün nümunə-

dir


489

.  


Təhsil sahəsi hətta daha önəmlidir,çünki o,təkcə  hərbi təhsil sistemində 

yox,həm də təhlükəsizliklə bağlı dərslərin keçirildiyi mülki universitetlərdə və hət-

ta orta məktəblərdə geniş sayda adamları əhatə edir. Elmi institutların keyfiyyəti, 

dərs vəsaiti və müasir texnologiyadan istifadə,cəmiyyət ilə müdafiə strukturları ara-

sında birbaşa qarşılıqlı  əlaqənin təmin olunmasında və effektiv əməkdaşlıq üçün 

mühitin yaradılmasında əhəmiyyətli rol oynayır. 

Media sahəsində,bir qayda olaraq müəyyən xüsusiləşmiş qurumlar-Müdafiə na-

zirliyinin qəzetləri, müxtəlif növ Hərbi Jurnal,bir çox hallarda Hərbi Kanallar ya-

ratmaq səyləri, və s. vardır.Əlavə olaraq,müntəzəm olaraq,milli radio və televiziya-

da xüsusi proqramlar və praktiki olaraq,bütün çap və elektronik mediada xüsusi 

jurnalistlər vardır. Peşəkar jurnalistlərdən əlavə,elmi dairələr və QHT-lərin dərc et-

diyi çoxlu sayda materiallar və çıxışlar da olmuşdur. Bir qayda olaraq, TSİ ilə bağlı 

hadisələr xəbərlərdə yer alır. Bolqarıstanda,müdafiə nazirliyinin nəzdindəki “Hərbi 

klublar və İnformasiya” adlı agentlik vasitəsilə,müdafiə məsələri ilə bağlı mediada 

dərc olunmuş bütün yazıların yaxşı analizi İnternetdə yerləşdirilir və onıar ictima-

iyyətə çatdırılanda cəmiyyətdəki mühiti yaxşılaşdırır. Çox vaxt, müdafiə islahatına 

                                                            

489


 “Report #6: NATO Membership and the Challenges Facing the Bulgarian Parliament”, SSR 

Coalition, Sofia, November 2003, p. 100. 



 

506


dəstək üçün videomateriallar hazırlamaq cəhdləri də vardır

490


Müdafiə siyasəti məsələləri üzrə ictimai müzakirələr və debatlar sahəsində,mü-

dafiə islahatı  və modernizasiya sahəsində  və  həmçinin,tərxis olunmuş  hərbçilərin 

mülki həyata keçməsi ilə  əlaqədar QHT-lərin praktiki iştirakı ilə bağlı  və bir çox 

ölkələrdə informasiya kampaniyası aparmada QHT-MN və QHT-Parlament arasın-

da əməkdaşlıq sahəsində çöx təcrübə qazanılmışdır. İstefada olan hərbçilərin,vete-

ranların,könüllü birliklərin və  gənclər təşkilatlarının oynadığı rollar mühüm əhə-

miyyət kəsb edir. 

Mülki cəmiyyətin digər sahəsi mülki şəxslərin media,QHT-lər,elm və biznes va-

sitəsilə Mülli təhlükəsizlik sahələrində gördükləri işlərlə ölçülür. Mülki cəmiyyət 

istefada olan formalı peşəkarların və birbaşa siyasi partiya həyatına girməmiş təh-

lükəsizlik ekspertlərinin potensialından Milli Təhlükəsizlik üçün istifadə olunması-

na imkanlar yaratmışdır. 

Mülki cəmiyyətin milli təhlükəsizlik strukturlarında rolu ikilidir:siyasəti müəy-

yən etmək sahəsində(təmiz mülki məsuliyyət) və siyasəti həyata keçirmək sahəsin-

də(formada olan peşəkarlarla birgə işləməklə təcrübə və bacarığın  optimal qarışı-

ğını təmin etmək və effektivlik və şəffaflığa təminat vermək). 

Ümumi həll yolu yoxdur, lakin,onların arasında, təhlükəsizlik sektorunda mülki 

cəmiyyətin oynadığı  əsas rollardan biri olan,müvafiq şəffaflıq səviyyəsinə  gətirə 

bilən tarazlayıcı amillərin iki qrupu vardır. Birinci qrup-administarsiya-mülki cə-

miyyət-biznes demokratiyanın digər çoxlu başqa cəhətləri üçün həlledicidir, lakin 

ikincisi daha konkretdir: qanunvericilik-təhsil almış adamlar-informasiya texnolo-

giyaları. Bizə hələ islahatlar aparmaq üçün uzun yol getmək lazım olduğundan, şəf-

faflıq məsələsi uzun zaman bizim gündəliyimizdə qalacaqdır. Kommunist partiya-

sına sadiq olan formalı peşəkarların çalışdığı sistemin qapalı təhlükəsizlik sektoru 

ənənəsini cəmiyyətə işləyən sistemə və xalqın seçdiyi mülkilərə hesabatlı olan sis-

temə keçirmək bir gecə içində mümkün deyil. Şəffaflıq  ən mühüm alətdir və 

ona,ancaq,təhlükəsizlik strukturlarında böyük mülki iştirakla və siyasət müəyyən 

etmə və onun həyata keçirilməsi sahələrində səlahiyyətlərin bölünməsi ilə nail ol-

maq olar. Bu bölünmə ondan ibarətdir ki, administrasiya(mülki-hərbi) tərəfindən, 

büdcələmə,təhcizat,kadr siyasəti və hətta əməliyyatlar üzrə həyata keçirilən ictimai 

siyasi qərarlar ictimaiyyətə ən yüksək dərəcəli  şəffaflıq səviyyəsi ilə çatdırılır.  

Bu yanaşma xüsusilə də, mülkilər üçün böyük problemdir. Onlar xüsusi təhsil 

və  təlim tələb edən sahəyə girməlidirlər.  İdarəetmə strukturlarında  əsil sabitlik 

təmin olunarsa, mülki qulluqçular üçün,yaxşı  mənsəb imkanları  ən yaxşı moti-

                                                            

490

  Defence and Security Sector Governance and Reform in South East Europe: Insights and 



Perspectives, Jan A. Trapans and Philipp H. Fluri (eds.) (Geneva, Geneva Centre for the 

Democratic Control of Armed Forces, 2003), vol. I, II. Available at: 

 

http://www.dcaf.ch/publications/defence_ssg_see.cfm?nav1=4&nav2=2



 

 

507


vizasiya ola bilər.Siyasət sahəsində çalışan (seçilimiş mülkilərə yaxın olan sahə) 

ekspertlər üçün sabitlik,QHT-lər,elm və biznes sektoru və  həmçinin,daxili siyasi 

partiyalarda güclü imkanlar yaradıması vasitəsilə  əldə edilə bilər. Mülkilər 

üçün,formada olan peşəkarların sabitlyi ilə müqayisə oluna bilən müəyyən sabitlik 

səviyyəsi əldə edilməsə inam yaratmaq çox çətin ola bilər. Və,əlbəttə,bu cür dəyi-

şikliyin dəstəklənməsi və bu sabitlyin və davamlılığın,şəffaflığın,təhsilin və yeni 

texnologiyaların təmin edilməsi tələb olunur. 

Milli təhlükəsizlik sistemində mülki iştirakın uğur dərəcəsi,cəmiyyətin təhlükə-

sizlik sektorundan məmnunluq dərəcəsi ilə əks olunur-bir tərəfdən bu sektora olan 

ictimai dəstəklə  və digər tərəfdən,təhlükəsizlik sektoru çərçivəsində mülki-hərbi 

münasibətlərin forması ilə. 

Şübhəsiz,mülki şəxslərin təhlükəsizlik sektorunda iştirakına ciddi problem siya-

si hakimiyyətdə olan partiyaların və onlara olan müxalifətin demokratik yolla bir-

birini əvəz etmə prosesindən doğur. Administrasiyada işləyən mülki qulluqçuların 

və siyasət formalaşdırmaq/dəyişmək üçün beyin mərkəzlərinin vəziyyətini stabil-

ləşdirmək əhəmiyyətli məsələdir və onu,öncədən həll etmək lazımdır: milli təhlü-

kəsizlik sisteminin qərar qəbul etmə və yerinə yetirmə sahələrinə qanunvericilik və 

praktiki yollarla mülkilərin daxil edilməsi və həmçinin,”bilikli” mülkilərin ilk qru-

punun hazırlanması. 

Bu son problemə cavab tapılması sistemin davamlı olacağını sübut edəcəkdir. 

 

1   ...   53   54   55   56   57   58   59   60   ...   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə